Daha ətraflı...

"Gülən mədəniyyətin və ədalətin müdafiəçisidir"

Dünyanın ən böyük xəbər agentliklərindən olan "Royters" tanınmış düşüncə adamı Fəthullah Gülən, onun Türkiyədəki və dünyadakı fəaliyyəti haqqında çox geniş bir dosye yayınlamış, həmin sənəddə Güləni mədəniyyətin və ədalətin müdafiəçisi adlandırmışdır.
Ana səhifə arrow Gülənin həyatı‎ arrow Həyat xronologiyası‎
Qalereya
Həyat xronologiyası‎
Başlıq Gözdən keçirtmələr
2002 279
2004 330
2003 247
2001 246
2000 217
1999 245
1998 227
1996 365
1971-1979 229
1980-1988 250
1989 255
1990 245
1991 258
1992 242
1995 242
1941-1959 305
1960-1970 258
1997 265
1994 225
1993 248
2005 273
2006 352
  • Həyatı  ( 10 element )
  • Amerikada‎ On Bir Gün  ( 24 element )
    Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır.

    Hal-hazırda ABŞ-da yaşamağa məcbur olan Fəthullah Gülənin adı təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın demək olar ki, bütün ölkələrində bu və ya başqa şəkildə, az və ya çox çəkilir, haqqında səhifə-səhifə məqalələr yazılır, onun fikir və ideyaları, bunların əməldə tətbiqi barəsində elmi tədqiqatlar aparılır. Hamı türk dünyasının adı bəlli olmayan bir kəndindən çıxan, adının altında heç bir elmi dərəcəsi, titulu olmayan, ancaq bu gün dünyaya insanlıq dərsi verən bu adamı başa düşməyə çalışır. Başa düşənlər onun haqqında daha çox mə’lumat almaq, onunla şəxsən görüşmək, ideyalarını tədqiqi etmək üçün cəhd göstərir, başa düşməyənlər, yaxud da ruhən və qəlbən məkr mənbəyi olanlar isə hay-küy salmağa, fikirləri bulandırmağa, diqqəti ondan yayındırmağa çalışırlar.

  • Digər səhifələr  ( 7 element )
  • Qalereya  ( 9 element )
    Bu reportajda çox qəribə fotoşəkillər alındı. İçəridə iş başında, kitab oxuyarkən, danışarkən, istirahət edərkən Bayırda maşına minərkən, maşının içində, göz həkimində, göz müayinəsində, stomatoloq kreslosunda Yağmurlu havada yeriyərkən, qarlı bir gündə qaldığı evin qapısında söhbət edərkən, yola saldığı qonaqlara pəncərədən əl edərkən

    Birlikdə bir mahnıda deyildiyi kimi, «Uzun incə bir yolda» yeridiyimiz fotoşəkil diş həkiminin yanından qayıdarkən çəkildi. Maşını Cövdət bəy sürürdü. Ona dedim ki, burada bir yol var, ən böyük arzum Gülənin şəklini o yolda təkbaşına yeriyərkən çəkməkdir. Cövdət bəy həmin yolun tam ortasında maşını saxladı. Gülən:

    - Nə oldu?-deyə maraqlandı.

    Cavabı mən verməli oldum:

    - Xahiş etsəm, bu yolda birlikdə bir neçə addım getsək, olarmı?

    - Yaxşı,- dedi.

    Maşından düşdük və getməyə başladıq. Hava soyuq və azacıq yağmurlu idi. «Kölgə həkimi» sanki «Bax, bu olmadı!» deyirmiş kimi bizə baxırdı. Onun Gülənin başı üstünə tutduğu çətirlə çəkilən şəkil və bu reportaj üçün mənim ən yaxşı fotoşəkillərim beləcə meydana çıxmış oldu: Gülənin uzun, incə bir yolda təkbaşına gəzən fotoşəkli

    Mehmet Gündəm reportajındən