Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır. Hal-hazırda ABŞ-da yaşamağa məcbur olan Fəthullah Gülənin adı təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın demək olar ki, bütün ölkələrində bu və ya başqa şəkildə, az və ya çox çəkilir, haqqında səhifə-səhifə məqalələr yazılır, onun fikir və ideyaları, bunların əməldə tətbiqi barəsində elmi tədqiqatlar aparılır. Hamı türk dünyasının adı bəlli olmayan bir kəndindən çıxan, adının altında heç bir elmi dərəcəsi, titulu olmayan, ancaq bu gün dünyaya insanlıq dərsi verən bu adamı başa düşməyə çalışır. Başa düşənlər onun haqqında daha çox mə’lumat almaq, onunla şəxsən görüşmək, ideyalarını tədqiqi etmək üçün cəhd göstərir, başa düşməyənlər, yaxud da ruhən və qəlbən məkr mənbəyi olanlar isə hay-küy salmağa, fikirləri bulandırmağa, diqqəti ondan yayındırmağa çalışırlar. |
|
|
|

Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır. 
