Qalereya
Fethullah_Gulen.jpg Bu reportajda çox qəribə fotoşəkillər alındı. İçəridə iş başında, kitab oxuyarkən, danışarkən, istirahət edərkən Bayırda maşına minərkən, maşının içində, göz həkimində, göz müayinəsində, stomatoloq kreslosunda Yağmurlu havada yeriyərkən, qarlı bir gündə qaldığı evin qapısında söhbət edərkən, yola saldığı qonaqlara pəncərədən əl edərkən

Birlikdə bir mahnıda deyildiyi kimi, «Uzun incə bir yolda» yeridiyimiz fotoşəkil diş həkiminin yanından qayıdarkən çəkildi. Maşını Cövdət bəy sürürdü. Ona dedim ki, burada bir yol var, ən böyük arzum Gülənin şəklini o yolda təkbaşına yeriyərkən çəkməkdir. Cövdət bəy həmin yolun tam ortasında maşını saxladı. Gülən:

- Nə oldu?-deyə maraqlandı.

Cavabı mən verməli oldum:

- Xahiş etsəm, bu yolda birlikdə bir neçə addım getsək, olarmı?

- Yaxşı,- dedi.

Maşından düşdük və getməyə başladıq. Hava soyuq və azacıq yağmurlu idi. «Kölgə həkimi» sanki «Bax, bu olmadı!» deyirmiş kimi bizə baxırdı. Onun Gülənin başı üstünə tutduğu çətirlə çəkilən şəkil və bu reportaj üçün mənim ən yaxşı fotoşəkillərim beləcə meydana çıxmış oldu: Gülənin uzun, incə bir yolda təkbaşına gəzən fotoşəkli

Mehmet Gündəm reportajındən

Tarix Başlıq Gözdən keçirtmələr
06.12.2006 1991 549
06.12.2006 1994 438
06.12.2006 1995 398
06.12.2006 1996 367
06.12.2006 1997 359
06.12.2006 1998 407
06.12.2006 1999 458
06.12.2006 2002 602
06.12.2006 2004 1157
  • Fəthullah Gülən Sənədli Filmi  ( 3 element )
  • Həyatı  ( 10 element )
  • Həyat xronologiyası‎  ( 22 element )
  • Amerikada‎ On Bir Gün  ( 24 element )
    Fəthullah Gülənin ən böyük dərdi əxlaqlı insan, əxlaqlı ailə və əxlaqlı cəmiyyət qıtlığıdır! Onun gözlərindən sel kimi axan yaşlar təkcə Türkiyədə yox, dünyanın ən ucqar guşəsində də olsa, insan faciəsindəndir. Onun ən ağrıyan və qanayan yarası bəşəriyyətin kamilləşməsi, əbədi səadəti qazanması məqsədilə göndərilən İslama qara yaxılması, bu dinə öz möhtəşəm gücünü ortaya qoymaq imkanının qarşısının alınması üçün oynanan çirkin oyunlardır.

    Hal-hazırda ABŞ-da yaşamağa məcbur olan Fəthullah Gülənin adı təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın demək olar ki, bütün ölkələrində bu və ya başqa şəkildə, az və ya çox çəkilir, haqqında səhifə-səhifə məqalələr yazılır, onun fikir və ideyaları, bunların əməldə tətbiqi barəsində elmi tədqiqatlar aparılır. Hamı türk dünyasının adı bəlli olmayan bir kəndindən çıxan, adının altında heç bir elmi dərəcəsi, titulu olmayan, ancaq bu gün dünyaya insanlıq dərsi verən bu adamı başa düşməyə çalışır. Başa düşənlər onun haqqında daha çox mə’lumat almaq, onunla şəxsən görüşmək, ideyalarını tədqiqi etmək üçün cəhd göstərir, başa düşməyənlər, yaxud da ruhən və qəlbən məkr mənbəyi olanlar isə hay-küy salmağa, fikirləri bulandırmağa, diqqəti ondan yayındırmağa çalışırlar.

  • Digər səhifələr  ( 7 element )

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri