Daha ətraflı...

Mübarək zaman dilimi - üç aylar

Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Qalereya
Millət Çapdan çıxart E-mailə yolla
Reytinq: / 7
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
27.02.2008

MillətÖz millətinə dayaq olamağa əzmli olanlar, əgər bu düşüncələrində səmimidirlərsə, özlərinə aid mənafeyi unutmalı, millətə aid ən kiçik mövzuları belə əsla yaddan çıxarmamalıdırlar.

* * *

Ən səviyəli millət bütün işlərini birlik və bərabərlik içində qərarlaşdırıb çoxluğun rəyinə üstünlük verən millətdir. Əlbəttə ki, bu millətin üzvləri din, dil, tarix kimi həyati mövzularda eyni tərbiyə almaları çox mühümdür.

* * *

Ən çox zövq aldığımız şey sevdiyimiz və sevgisindən əmin olduğumuz insanlardan gələn tənqidlər olmalıdır. Əksinə olsa, bəzi qüsurlarımız ucbatından dostlarımızı itirəcək, bir çox nöqsan və qüsurlarımızı da düzəltməyə imkanımız olmayacaqdır.

* * *

Millətcə bizi yıxan ən mühüm məsələlərdən biri də ətrafımızı əhatə edən dost libasındakı hiyləgərlərə qarşı olan sadələvhlüyümüzdür. Halbuki, insan verilən hər vədə aldanmamalı, hər yol göstərənə də inanmamalıdır.

* * *

Bir millətdə hiylə və aldatmaq ağıllılıq sayılırsa, artıq o millət sağalmaz bir dərdə düçar olmuş deməkdir. Belə bir millətdə yaxşılığın nişanəsi olan hər şey isə vərəmli bədəndəki şişləri kökəlmə zənn etmək kimi bir aldanmışlıqdır.

* * *

Bir millətin fərdləri arasında ailəvi münasibət səviyyəsində bir yaxınlıq varsa, tale bu doğmalıq sayəsində bu milləti zirvələrə doğru aparan yollara su səpəcəkdir. Bir-birini sevməyən və biri digərinin əleyhində olan və bir-birinə etimad etməyən millətlər isə həqiqi mənada millət olmadığı kimi,  belə millətlərin gələcəyi də sual altındadır.

Axırıncı təzələmə ( 29.02.2008 )
 
< Qabaqkı   Sonrakı >