Daha ətraflı...

Mübarək zaman dilimi - üç aylar

Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Qalereya
Gənc Çapdan çıxart E-mailə yolla
Reytinq: / 5
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
06.03.2008

GəncGənc insan güc, qüvvət və zəkanın fidanıdır. Təlim-tərbiyə görsə, çətinliklərə qalib gələn Herakl, könüllərə işıq və dünyaya nizam vəd edən bir qəhrəmana çevrilə bilər.

* * *

Cəmiyyət kristal qab, gənclər də onun içindəki maye kimidirlər. Onun rəng və şəklinə bürünüb onunla görünürlər. Görəsən, onları təslim olmağa dəvət edən nizam həvariləri çevrilib bir də özlərinə baxa bilirlərmi?

* * *

Həvəslər olduqca şirin, fəzilətlər də bir az turş yeməklərə bənzəyir. Gənc bunlardan birini seçməklə üz-üzə qalınca, bilmirəm, nəyi seçib, nədən uzaq olacağını söyləməyə ehtiyac varmı? Halbuki, onları fəzilətə dost, əxlaqsızlıq və rəzilliyə də düşmən olaraq yetişdirmə məcburiyyətindəyik.

* * *

Tərbiyə ilə kömək əli uzadılana qədər gənc yetişdiyi mühit, həvəs və zövqün pərvanəsi; elm, bəsirət və məntiqdən uzaq gəzən bir dəli və qanlıdır. Gənci keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq yaxşı bir tərbiyə isə onu istiqbalın Öməri edəcəkdir.

* * *

Bir millətin yüksəliş və tənəzzülü o millətə məxsus gənc nəslin alacaqları ruh və şüura, görəcəkləri təlim və tərbiyəyə bağlıdır. Gəncləri yaxşı yetişmiş xalqlar hər zaman tərəqqi zirvəsinə doğru gedər. Yaxşı təlim-tərbiyəni ehmal etmiş xalqların tənəzzülü isə qaçınılmazdır.

* * *

Bir millətin gələcəyi haqqında fikir söyləmək istəyənlər o millətin gənclərinə verilən tərbiyəyə baxsalar, verdikləri qərar tamamilə doğru olar.

* * *

Axırıncı təzələmə ( 06.03.2008 )
 
< Qabaqkı   Sonrakı >