| Gənc |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 06.03.2008 | |
|
* * * Cəmiyyət kristal qab, gənclər də onun içindəki maye kimidirlər. Onun rəng və şəklinə bürünüb onunla görünürlər. Görəsən, onları təslim olmağa dəvət edən nizam həvariləri çevrilib bir də özlərinə baxa bilirlərmi? * * * Həvəslər olduqca şirin, fəzilətlər də bir az turş yeməklərə bənzəyir. Gənc bunlardan birini seçməklə üz-üzə qalınca, bilmirəm, nəyi seçib, nədən uzaq olacağını söyləməyə ehtiyac varmı? Halbuki, onları fəzilətə dost, əxlaqsızlıq və rəzilliyə də düşmən olaraq yetişdirmə məcburiyyətindəyik. * * * Tərbiyə ilə kömək əli uzadılana qədər gənc yetişdiyi mühit, həvəs və zövqün pərvanəsi; elm, bəsirət və məntiqdən uzaq gəzən bir dəli və qanlıdır. Gənci keçmişi ilə bütünləşdirib gələcəyə hazırlayacaq yaxşı bir tərbiyə isə onu istiqbalın Öməri edəcəkdir. * * * Bir millətin yüksəliş və tənəzzülü o millətə məxsus gənc nəslin alacaqları ruh və şüura, görəcəkləri təlim və tərbiyəyə bağlıdır. Gəncləri yaxşı yetişmiş xalqlar hər zaman tərəqqi zirvəsinə doğru gedər. Yaxşı təlim-tərbiyəni ehmal etmiş xalqların tənəzzülü isə qaçınılmazdır. * * * Bir millətin gələcəyi haqqında fikir söyləmək istəyənlər o millətin gənclərinə verilən tərbiyəyə baxsalar, verdikləri qərar tamamilə doğru olar. * * * |
|
| Axırıncı təzələmə ( 06.03.2008 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Gənc insan güc, qüvvət və zəkanın fidanıdır. Təlim-tərbiyə görsə, çətinliklərə qalib gələn Herakl, könüllərə işıq və dünyaya nizam vəd edən bir qəhrəmana çevrilə bilər.
