|
Yazarı Fəthullah Gülən
|
|
01.03.1976 |
- "Qızıl Nəsil"; bütün mütəfəkkirlərin təsəvvür edib təsvir etməyə çalışdıqları ideal sistemi həyata keçirə biləcək, zaman dilimlərinə ali vəsflər verə biləcək bir nəsildir.
- İnsanlar vəsflərinə görə dəyərləndirilir. Mövzu ilə əlaqəli, "Hər doğulan, İslam fitrətində doğulur; sonra ana-atası onu yəhudiləşdirir, xristianlaşdırır, atəşpərəstləşdirir..." hədisi şərh edilir.
- "Qızıl Nəsl"in vəsfləri (xarakteristikası);
a) Məhəbbət: Dosta-düşmənə qarşı mürüvvətli olmaqdır. b) Həmlə: Əvvəla öz könlünü fəth etmək, sonra da başqalarını qurtarmağa çalışmaq, hərəkat insanı olmaq. c) Müraqibə: İnsanın daim özünə nəzarət edib, hesaba çəkməsi.
- Peyğəmbər Əfəndimiz (s.ə.s.) öhdəsinə düşən vəzifəni vəzifənin böyüklüyünə uyğun ölçüdə yerinə yetirmişdir. Elə bir nəsil yetişdirmişdir ki, biz əsl "Qızıl Nəsl"i Səadət Əsrində görürük.
- Qızıl Nəsil öz nümunələrini öz içindən çıxarmışdır: Daim böyüyən dostluq, qardaşlıq, birlik... Bu, əsrlərlə belə davam etmiş, bütün mədəniyyətlər bu vəhdət üzərinə qurulmuşdur.
- Yərmuk müharibəsində İbn Hişamın dostluq uğrunda başına gələn qeyri-adi hadisələr...
- Məhəbbət elə əhəmiyyətlidir ki, Allah (c.c.) xilaskar nəsli təsvir edərkən: "Ey iman edənlər! Sizdən hər kim dinindən dönsə dönsün: Allah onların yerinə elə bir birlik gətirəcək ki, Allah onları sevər, onlar Allahı sevərlər..." (Maidə, 54) deyərək məhəbbət sifətini xüsusi vurğulayır.
- Çilə şirin şeydir. Çilə çəkməyənlər zənn edirlər ki, çilə çəkən izdirab içindədir.
- Hz. Bilalı "Allah birdir" dediyi üçün isti quma uzadıb üstünə özündən ağır daş qoydular. Amma onun dodaqlarından süzülən yeganə kəlimə "Əhad, Əhad" idi.
- Hər şeyin bir ədəb-ərkanı var. Həmçinin çilənin də. Çilənin ədəb-ərkanı çəkdiklərini heç kəsə söyləməməkdir.
- Müsəlman olduğuna görə işgəncəyə məruz qalan Yasir ailəsinin acı taleyindən bəhs edərkən Allah Rəsulunun səbir tövsiyəsi...
- Möminin çiləsi içdədir və o qədər müqəddəsdir ki, çilənin mənasını dərk edən onu dünyanın heç bir zövqü-səfasına dəyişməz.
- Romalılara əsir düşən Abdullan ibn Hüzafətüs-Səhminin hər cür işgəncəyə məruz qalmasına baxmayaraq, dinindən dönməyib, amalı uğrunda çilə çəkməyi dünya nemətlərindən tutması...
- Sultan Mehmet böyük bir fatehdir. İstanbulu fəth etmişdir, lakin onun İstanbuldan daha böyük bir fəthi var.
- Fateh barmaqlarını kəsdirdiyi Memar Sinan Atik qarşısında məhkəmə önündə öz əlinin kəsilməsini qəbul etdiyi zaman əsl Fatehdir. Bu fəth İstanbulun fəthindən daha böyükdür.
- Daxili və xarici fəthi tam mənada yenə də Səadət Əsrinin "Qızıl Nəsl"ində görürük. Uhud müharibəsində yaralanan Ubeydə ibn Harisin döyüş meydanında deyil, evində can verərsə, şəhid olub-olmayacağını soruşması...
- "İki göz var ki, Cəhənnəmi görməz...." hədisi ilə əlaqəli Allah qorxusundan ağlayan göz və sərhəddə keşik çəkən göz haqqında orijinal şərh...
- Qızıl Nəsil əvvəla özünü hesaba çəkəcək. Mövzu ilə əlaqəli Əfəndimizin: "Hesaba çəkilmədən əvvəl nəfsinizi hesaba çəkin" hədisi şərh olunur...
Bu dosyeni yükləmək üçün sıxın... |
|
Axırıncı təzələmə ( 28.08.2008 )
|