Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Sual: İstiğfar nə deməkdir? İstiğfarın müəyyən bir vaxtı varmı, yoxsa o hər
zaman sadəcə mülahizələrdə olan bir peşımançlıq ifadəsidirmi? İstiğfarın müəyyən
bir üsulu var demək olarmı?
İstiğfar, insanın etdiyi bir xətanın peşımançılığı ilə qıvranaraq Cənabi-Haqdan
qüsurlarının əfv edilməsini və günahlarının bağışlanmasını istəməsi, əfv və
məğfirət diləməsi deməkdir. (00.33)
Hər günah səbəbi ilə Cəhənnəmə girəcəkmiş kimi peşimançılıq və iztirab duyma
mömin bir qəlbin şüarıdır. Günahdan təsirlənməyən bir qəlb isə ölmüş sayılır.
Günaha qarşı reaksiya verməyən və xətalardan narahatçılıq keçirməyən bir könül,
cansız bir vücud kimidir. (03.58)
"Əstağfirullah" sözü, Allahım, Səndən bağışlanma diləyirəm, ömrüm vəfa etdiyi
müddətcə də bu tələbimi davam etdirəcəyəm. Bir dəfə əfv diləməyi kafi görmürəm,
bu anda məni bağışlamanı dilədiyim kimi, bu xətama görə də ömür boyu peşmançılıq
duyacaq və məğfirət (bağışlanma) diləyəcəyəm. Bağışla məni Rəbbim!.." mənalarını
ehtiva edir. (05.15)
Rəsuli-Əkrəm Əfəndimiz(s.ə.s.) belə buyurmuşdur: "Necə xoşbəxtdir
o adam ki, dəftərində çox istiğfar ola" (07.11)
Hər fərz namazdan sonar üç dəfə "Əstağfirullah" demək sünnətdir. (08.33)
İstiğfar, demək olar ki hər yer, zaman və vəziyyətdə edilə bilər. Ancaq
Quran və Hədisdə, səhər vaxtlarında dua və istiğfar etmək tövsiyə edilmiş və
buna təşviq edilmişdir. Cənnət əhli və o biri aləmin nemətlərinə nail olanlar
təsvir edilərkən bu hal, xüsusilə qeyd olunur, "Səbr edənləri, doğru olanları,
hüzurunda səmimi qəlb ilə boyun büküb ehtiramla dayananları, Allah üçün mallarını
xərcləyənləri və səhərlər istiğfar edənləri (Allah görür)" (Ali-İmran, 3/17);
"(Cənnətliklər) gecələri çox az yatar, səhərlər də istiğfar edərlər" (Zariyat,
51/17-18) (14.02)
İstiğfar günahların bağışlanmasını istəmə olduğu üçün bir başlanğıcdır,
bu işin zirvəsi isə tövbə, inabə (qayıtma) və əvbədir(dönmədir). (18.09)
İstiğfarın üsulu necə olmalıdır? (19.16)
"Ey hər şeyi var edən həyat sahibi Hayy və ey hər şeyin varlıq və bəqasını qüdrət
əlində tutan Qəyyum, Sənin rəhmətinin genişliyinə etimad edərək Səndən mərhəmət
diləyirəm, bütün hallarımı islah elə, hır cür hal və hərəkətlərimi qulluq şüuru
ilə bəzə və göz açıb qapayıncaya qədər olsa da məni nəfsim ilə baş-başa qoyma,
dayanmadan pislikləri əmr edən nəfsimin mərhəmətsizliyinə tərk etmə!"
Bəzi rəvayətlərdə "ذٰلِكَ مِنْ أَقَلَّ وَل" əlavəsi də var, yəni "Göz açıb
qapayıncaya qədər.." ifadəsi ilə kifayətlənilməmiş, "Xeyr! o qədər deyil, ondan
daha az bir zaman da olsa məni nəfsim ilə baş-başa qoyma!"deyilmişdir.
(23.17)
Şəddad ibni Əvsdən (r.a) rəvayət edilən hədisin "Seyyidül-İstiğfar" olaraq
bilinən bu qismi istiğfar üçün çox əhəmiyyətli bir duadır:
"Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ilah yoxdur. Məni Sən yararatdın
və mən Sənin qulunam. İman və qulluğumda gücüm çatdığı qədər Sənin əhd və misaqın(vəd)
üzrəyəm. Ey Rəbbim! Etdiklərimin şərindən Sənə sığınıram. Sənin mənə ehsan etdiyin
nemətləri iqrar və etiraf etdiyim kimi, öz qüsur və günahlarımı da etiraf edirəm.
Rəbbim! Sən məni əfv et və bağışla. Çünki Səndən başqa heç kim günahları əfv
edib bağışlaya bilməz, yeganə Ğafur Sənsən."
Bu duanı hər gün səhər dörd dəfə oxumaq sünnətdir. (24.20)
Rəsuli-Əkrəm Əfəndimizin (s.ə.s.) Həzrəti Əbu Bəkirə öyrətdiyi dua belədir:
"Allahım, həqiqətən mən nəfsimə sonsuz zülmlər etdim, Səndən başqa günahları
bağışlayacaq heç kim yoxdur. Nəzdi-Üluhiyyətindən xüsusi və gözlənilməz bir
bağışlama ilə məni bağışla, mənə mərhəmət et, şübhəsiz ki Sən yeganə Ğafur və
Rəhimsən." (24.45)
Nəzrəti Əbu Hüreyrə (r.a.) hər gün on iki min dəfə istiğfar edirdi. Ona
"Bu qədər çox deyilmi?" deyə soruşanda "Xeyr! günahlarım qədərdir…" cavabını
verirdi. Ehtimal ki, xəyalından keçən şeylər üçün belə, bağışlanma diləyirdi.
(27.15)
Əbu Hüreyrə Həzrətlərinin Rəsuli-Əkrəm Əfəndimizdən (s.ə.s.) öyrənib
mütəmadi olaraq təkrar etdiyi dua belədir:
"Ey bütün əksik və qüsurlardan münəzzəh və uzaq olan Rəbbim, Səni (zatına yaraşmayan
hər şeydən) tənzeh (uzaq tutmaq) edirəm. Allahım, günahlarımı bağışlamanı və
rəhmətini diləyirəm. Allahım elmimi artır və məni hidayətə çatdırdıqdan sonra
bir daha qəlbimi yolundan azdırma, nəzdindən mənə rəhmət lütf et, şübhəsiz ki
Sən, çox lütfkar Vəhhabsan."
Həzrəti Ustad, "Dua və təvəkkül, xeyirli təmayüllərə böyük bir qüvvət verdiyi
kimi, istiğfar və tövbə də şər işlərə təmayülün qarşısını kəsər və təcavüzlərini
önləyər." buyurur. (30.11)