|
Yazarı Fəthullah Gülən
|
|
09.12.1977 |
- Peyğəmbərimiz (s.ə.s.) doğru sözlü düz insan idi.
- Onun doğruluğunu ən amansız düşmənləri belə etiraf etmişlər.
- Əshabi-Kiram (r.a.) Rəsulullah (s.ə.s.) uğrunda malını, canını-hər şeyini
verməklə Onun (s.ə.s.) peyğəmbəriliyini təsdiq edirdilər. Bu mövzuda Abdullah
b. Cahşın Uhud döyüşündə qəhrəmancasına vuruşması və şəhadəti dilə gətirilir.
- Rəsulullahın (s.ə.s.) gələcək barədə verdiyi xəbərlərin bir-bir reallaşması
Onun (s.ə.s.) doğruluğuna möhür basır.
- Elmi kəşf və icadlar Əfəndimizi (s.ə.s.) təsdiq edir.
- Rəsulullahın (s.ə.s.) ağcaqanadın bir qanadında zəhər (toksik) digərində
antitoksik olduğunu ifadə edən sözünü elmi araşdırmalar təsdiqləmişdir.
- Allah Rəsulu (s.ə.s.) əlində heç bir tibbi cihaz olmadığı halda, qadından
heyz xaricində gələn qanın xəstəlik qanı olduğunu bildirmişdir.
- Rəsuli-Əkrəmin (s.ə.s.): “Bir itin yaladığı qab yeddi dəfə yuyulmalıdır,
ilk yuma torpaqla olmalıdır” sözündəki hikmət, elm inkişaf etdikcə aydın olmuşdur.
- Rəsulullah (s.ə.s.) əmr etdiyini əvvəlcə özü tətbiq edərdi.
- Rəsulullah (s.ə.s.) gecələri ayaqları şişənə qədər ibadət edərdi.
- Peyğəmbərimiz (s.ə.s.) İbn Məsuddan (r.a.) Quran oxumasını istəmiş, İbn
Məsud (r.a.) “Hər ümmətdən haqlarında şahidlik edəcək bir
peyğəmbər gətirdiyimizdə və Səni də onlara şahid olaraq çağırdığımız zaman necə
olacaq o gün!?” ayəsinə çatanda Rəsulullah (s.ə.s.) hönkürə-hönkürə
ağlamışdır.
- Allah Rəsulu (s.ə.s.) zahidanə ömür sürmüşdür.
- Əfəndimiz (s.ə.s.) rifah içində yaşama imkanına sahib olduğu halda zahidanə
həyatı seçmişdir.
- Dünya bütün cazibədarlığı ilə Rəsulullahın (s.ə.s.) qarşısına cilvələndi,
amma özünü Ona (s.ə.s.) qəbul etdirə bilmədi.
- Hz. Ömər (r.a.) “İla” hadisəsi zamanı Rəsulullahın (s.ə.s.) evinə girmiş
və gördüklərinə dözə bilməyib: “Ya Rəsulullah! Kisra və Heraklius sərvət
içində üzərkən Siz bu haldasınız!” -deyərək ağlamış, Rəsulullah da (s.ə.s.):
“İstəməzsənmi, Ya Ömər, dünya onların, axirət bizim olsun!' -deyə cavab
vermişdir.
- “Mənim dünya ilə əlaqəm, bir yolçunun ağac altında istirahət edib, təkrar
yoluna davam etməsi kimidir” hədisi...
- Əbu Hüreyrə (r.a.) bir gün Rəsulullahın (s.ə.s.) oturaraq namaz qıldığını
görmüş və səbəbini soruşmuşdu. Səbəbin aclıq olduğunu öyrənəndə dözə bilməyib
ağlamışdı. Allah Rəsulu (s.ə.s.): “Ağlama ya Əbu Hüreyrə! Hesabın
şiddəti ac olanlara toxunmaz,” -deyə buyurmuşdur.
- Əfəndimiz (s.ə.s.) son dərəcə təvazökar idi.
- Nəbilər Sərvəri (s.ə.s.) Allahın nəsib etdiyi uca qamətinə baxmayaraq, son
dərəcə təvazökar idi. Qarşısında ayağa qalxanlara: “Acəmlərin böyükləri
qarşısında ayağa qalxdığı kimi qalxmayın”, -buyurardı.
- Allah-Təala (c.c.) Rəsulunu (s.ə.s.) məlik nəbi və qul nəbi olma seçimində
sərbəst buraxanda O (s.ə.s.) Hz. Cəbrayılın da (ə.s.) işarəsi ilə qul nəbi olmağı
seçmişdir.
- Peyğəmbərimiz (s.ə.s.) fövqəladə fətanət (böyük dərrakə) və
qiyasət (böyük ağıl) sahibi idi. O (s.ə.s.) ən çətin və dolaşıq
məsələləri belə rahatlıqla həll edərdi.
- İmranın atası Hüsayn (r.a.) Rəsulullahın (s.ə.s.) müdhiş fətanəti qarşısında
müsəlman olmuşdur.
- Zina etmək üçün icazə istəyən bir gənci Rəsuli-Əkrəm (s.ə.s.) böyük fətanəti
ilə yolundan döndərmiş və o gənc bir iffət abidəsinə çevrilmişdir.
- Hüdeybiyə müqaviləsində zahirən müsəlmanların əleyhinə olsa da, Rəsulullahın
(s.ə.s.) böyük dirayət və qiyasəti (böyük ağıl) sayəsində onların
lehinə fəthlə nəticələnmişdir.
- Hüneyn döyüşündən sonra Ənsar Allah Rəsulunun (s.ə.s.) Məkkədə qalacağı
əndişəsinə qapılınca Rəsulullah (s.ə.s.) xüsusi müşavirə keçirərək onların könlünü
almış və böyük bir problemin çıxmasına mane olmuşdur.
- Rəsulullah (s.ə.s.) böyük dövlət rəhbəri idi.
- Rəsulullah (s.ə.s.) möhtəşəm bir dövlət qurmuş və onu idarə etmişdi.
- Allah Rəsulu (s.ə.s.) mahir hərb ustası idi.
- Allah Rəsulu (s.ə.s.) bütün döyüşlərdən zəfərlə çıxmışdı.
- Əfəndimiz (s.ə.s.) gözəl ailə rəisi və bir müəllim idi.
- “İla” hadisəsindən sonra Rəsulullah (s.ə.s.) xanımlarını boşanma barəsində
sərbəst qoymuş onlar da istisnasız Rəsulullahı (s.ə.s.) seçmişdilər.
- “Allahın Rübubiyyətinə, İslamın din və sistem olduğuna və Məhəmmədin
peyğəmbərliyinə razı olan İslamın dadını almışdır” və “Mən, bir qula
nəfsindən, ana-atasından, ailəsindən hətta bütün insanlardan daha sevimli
olmadan o qul həqiqi mənada iman etmiş olmaz” hədisləri izah edilir.
- Rəsulullahı (s.ə.s.) çox sevən Hz. Hübeyb (r.a.) edam edilərkən: “Hal-hazırda
sənin yerində Məhəmmədin olmasını istəyərdin?” bu sualına: “Nəinki
hal-hazırda mənim yerimdə olmasını, hətta ayağına bir tikanın batmasını
da istəmərəm,” -cavabını vermişdir.
- Hz. Ömər (r.a.) yerindən sökdüyü novun Əfəndimiz (s.ə.s.) tərəfindən yerləşdirildiyini
öyrənəndə kədərdən az qala huşunu itirəcəkdi...
- Rabiyəyi-Adəviyənin gözəl bir şeiri: “Allah Rəsulunu (s.ə.s.) həqiqi
mənada sevən, Onun (s.ə.s.) əmrlərinə itaət edər” kimi təhlil edilir.
- Rəsulullah (s.ə.s.) Bədirdə müşriklərə qarşı vuruşmaq barədə mühacir və
ənsarla müşavirə keçirmiş və onlar da qandan-irindən dəryaları keçməyə
hazır olduqlarını demişlər.
- Abdullah b. Ömərin (r.a.) Peyğəmbərimizə (s.ə.s.) tabeçiliyindəki dərinliyi...
- Müstəliqoğulları səfərindən dönərkən münafiq İbn Səlul Allah Rəsuluna (s.ə.s.)
böyük hörmətsizlik etmiş, oğlu Abdullah da Rəsulullaha (s.ə.s.) bağlılığına
görə atasına qarşı sərt davranmışdı.
- Əshabi-kiram gələn əmrləri tərəddüdsüz yerinə yetirib qadağalardan da uzaq
dururdular. Bu mövzuda Əbu Talhanın evində içki ziyafəti verilərkən içkinin
qadağan edilməsi haqqında əmr gətirməsi oradakıların dərhal içkini buraxmaları
nümunə olaraq verilir.
Bu dosyeni yükləmək üçün sıxın... |
|
Axırıncı təzələmə ( 03.09.2008 )
|