| Nəsihətlər |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 16.05.2008 | |
|
* * * Əgər nəsihət faydasız olsa idi, Allah heç peyğəmbər göndərərdimi? * * * Nəsihət xeyrə aparan əhəmiyyətli bir vəsilədir, xeyrin vəsiləsi xeyir, savabınkı da savabdır. * * * Nəsihət verən hər şeydən əvvəl anlatdıqlarını yaşamalıdır ki, inandırıcı olsun. Dünənki təsirediciliyin, bugünki təsirsizliyin səbəbləri məncə bunda axtarılmalıdır. * * * Korların rəhbərliyində qalanlar yol getməkdənsə, olduqları yerdə qalsalar, hədəfə daha yaxın olarlar. * * * Könüllərin açarı yumşaq xasiyyət və yumşaq sözlərdir. * * * Vaiz bütün camaatı eyni anda görüb, idarə edə biləndir. * * * Davranışlarla anlatma hər zaman, sözlə izahdan daha inandırıcıdır. * * * Yumşaq danış ki, ürəklərin qapıları açılsın, səmimi qəlbli ol ki, vicdanlar sənin düşüncələrinə: "Buyur gəl!" -desin, ixlaslı davran ki, təsirin daimi olsun..! * * * Hər sözün qulaqardına vurulursa, həmsöhbətlərinə yaxşılıqla xəbərdarlıq etməyi sınamaq da faydalı ola bilər... * * * Xeyirdən daha böyük xeyir, şərdən daha böyük şər var.. hansının nə vaxt seçiləcəyini ağıllı və ilhama məzhər olanlar bilərlər. * * * |
|
| Axırıncı təzələmə ( 16.05.2008 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Nəsihət dini həyatın orta sütunudur.
