| Çinə Yardım Kampaniyası |
|
|
| Yazarı Samanyolu Xəbər | |
| 21.05.2008 | |
|
Çindəki zəlzələdən sonra ağrıları dindirmək üçün dünyanın müxtəlif yerlərində yardım kampaniyaları təşkil edilir. Anadolu insanının yardımsevərliliyinə rəhbərlik edən "Kimsə Yoxmu Dərnəyi" də Çinə yardım kampaniyası başlatdı. Fəthullah Gülən Xoca Əfəndi də yazılı və səsli əsərlərinin təlifindən əldə olunan 15 min dollarlıq gəliri kampaniyaya bağışladı. Çində meydana gələn zəlzələdə indiyə kimi 35 min cəsəd çıxarıla bildi. Ancaq dağıntılar altında on minlərlə insanın olduğu ifadə olunur. İndiyə kimi xilas edilənlər olsa da, artıq ümidlər tükənmiş vəziyyətdədir. Zəlzələ bölgəsində göz yaşı və matəm davam edir. GÜLƏN 15 MİN DOLLAR BAĞIŞLADI Kampaniyaya ilk yardımı göstərənlərdən biri də Fəthullah Gülən Xoca Əfəndi oldu. Ağır günlər yaşayan Çin xalqının dərdlərinə şərik olduğunu bildirən Gülən səsli və yazılı əsərlərinin təlifindən əldə edilən gəlirdən 15 min dolları, "Kimsə Yoxmu Dərnəyi"nin başlatdığı yardım kampaniyasına bağışladı. Türkiyədə insanların Gülənin bu həssaslığına qoşularaq, az-çox demədən matəmdə olan Çin xalqına öz imkanları daxilində əl uzatması gözlənilir. Çin Xalq Respublikasının Ankara Səfiri Sun Guoxiang da "Samanyolu Xəbər" televiziyasının "Xəbər Ankara" proqramında iştirak edərək yardım kampaniyasından duyduğu məmnuniyyəti dilə gətirdi.
|
|
| Axırıncı təzələmə ( 21.05.2008 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Anadolu insanının yardımsevərliliyinə rəhbərlik edən "Kimsə Yoxmu Dərnəyi" də Çinə kömək kampaniyası başlatdı. Fəthullah Gülən Xoca Əfəndi də kampaniyaya öz dəstəyini əsirgəmədi.
