Sual: Əvvəlcə Həzrəti Xədicə (r.a.) anamızın və daha sonra da Həzrəti Aişə (r.a.) anamızın Rəsulü-Əkrəm Əfəndimizə (s.ə.s.) həyat yoldaşı seçilmələrinin qədər planında hikmətləri nədir? Xüsusilə, bu iki anamızın dinə xidmətindən bu günün qadınlarının götürəcəkləri ibrətlər hansılardır?
Rəsulü-Əkrəm Əfəndimiz (s.ə.s.) bütün bəşəriyyətə ümumi bir
missiya ilə peyğəmbər olaraq göndərildi. Beləliklə də, yaradıldığı mühitdən
risalətlə vəzifələndirildiyi zamana qədər Onun (s.ə.s.) həyatında əhəmiyyətli
yer təşkil edən hər şey minlərlə hikməti ehtiva edən bir qədər planı ilə olmuşdur. (02.24)
İnsanlığın İftixarı (s.ə.s.) ilə Kəbə əkiz qardaş kimidir; Kəbə Ona (s.ə.s.),
O (s.ə.s.) da Kəbəyə aşiqdir. (04.30)
Həzrəti Xədicə (r.a.) anamız peyğəmbəranə vəsfləri öz üzərində daşıyan və
təqdiri-ilahi tərəfindən Rəsulü-Əkrəm (s.ə.s.) üçün layiqli bir dost olacaq
şəkildə xüsusi hazırlanan bənzərsiz bir qadın idi. (05.35)
Həzrəti Xədicənin (r.a.) Rəsulü-Əkrəm Əfəndimizi (s.ə.s.) kəşf etməsi belə
onun fətanətini (üstün qabiliyyəti və məntiqi) göstərməyə kafidir. (07.30)
Vəhy hələ yeni gəlməyə başlayanda Allah Rəsulunun (s.ə.s.) ən böyük dəstəkçisi
Həzrəti Xədicə (r.a.) olmuşdu. Yer üzünün səmalardan uzaq yaşadığı və
yalançı bir şəfəq əlamətinin belə görünmədiyi bir dövrdə onun:"Allah səni darda
qoymayacaq" ifadəsi və bu hökmünü müxtəlif fikirlərlə möhkəmləndirməsi də Anamızın
(r.a.) üstünlüyünün güstəricisi idi (10.03).
Varaqa bin Nəvfəl Həzrəti Xədicənin (r.a.) qohumu idi. Allah Rəsuluna (s.ə.s.)
vəhy gəlməyə başlayanda Xədicə Anamız (r.a.) nə baş verdiyini öyrənmək üçün
ona müraciət etmiş və Varaqadan bu cavabı almışdı: "Ya Xədicə! O doğru
sözlü bir insandır. Gördüyü, peyğəmbərliyin ilk vaxtlarında görülən həqiqətlərdir.Ona gələn Namusu-Əkbərdir. Həzrəti Musaya (ə.s.) və Həzrəti İsaya
(ə.s.) da o gəlmişdir.Yaxında Həzrəti Məhəmməd (s.ə.s.) peyğəmbər olacaq.
Əgər o günlərə yetişə bilsəm, mən də Ona iman edər və mütləq köməkçisi olaram." (12.08)
İnsanlığın İftixarı (s.ə.s.) bütün həyatı boyu dərin vəfa və sədaqətlə Həzrəti
Xədicəyə(r.a.) bağlı olmuş, anamızın vəfatından sonra da onu heç bir zaman unutmamış,
hətta hər fürsətdə ondan söz açmışdı. (14.35)
Yoldaşı vəfat edən kişi də, qadın da yetimdir. Allah Rəsulunun (s.ə.s.)
Meracı Onun (s.ə.s.) Xədicədən(r.a.) yetim olmasından sonra baş
vermişdir. Bir mənada, Cənabi- Haqq Ona: "Ən yaxın insanını, həyat yoldaşını
aldım, amma səni hüzurumla şərəfləndirirəm, Mən sənin dostunam!.." demişdir.
(18.00)
Həzrəti Ayişə (r.a.) çox ağıllı, peyğəmbərlik missiyasına layiqli varis
ola biləcək nadir bir fitrətlə yaradılmışdı. İzdivacdan sonrakı həyatı
və xidmətləri ilə aydın oldu ki, o böyük insan, ancaq Nəbinin(s.ə.s.)
həyat yoldaşı ola bilərdi. Çünki o, həm ən böyük hədisçi, ən mükəmməl təfsirçi
və ən nadir fiqh alimi idi, həm də Peyğəmbərimizin (s.ə.s.) zahir və batini
yönü ilə bənzərsiz qavrayışı ilə layiqli şəkildə təmsil edirdi.
(19.30)
Zəka, fərasət və fətanət sahibi Həzrəti Ayişə (r.a.) anamız, xüsusilə, ailə
həyatına aid bütün məsələləri Rəsulullahdan (s.ə.s.) öyrənmiş və bunları qadınlıq
dünyasına ötürmədə qüsura yol verməmişdir. Qadınlıq aləmi, bütün Əzvacı-Tahirata
(Peyğəmbərimizin (s.ə.s.) xanımları ) çox şey borcludur, lakin hər kəsdən
əvvəl ictihada açıq və eşitdiyi hər şeyi soruşub təhqiq edən Həzrəti Ayişə anamıza(r.a.)
borcludur. (24.27)
Həzrəti Ayişə anamızın(r.a.) irşadı(haqq yolu göstərməsi ) və irşad
əsnasındakı həssaslığı... (26.45)
Möminlərin Analarının(r.a.) fədakarlıqları və zahidanə keçən həyatları...
Abdülqadir Geylani Həzrətlərinin bir mənqibəsi baxımından zahidliyin ölçüsü... (31.05)
Əfəndimizin (s.ə.s.) ailə münasibətlərindəki incəliyi və Həzrəti Ayişə (r.a.) ilə davranışı... (34.21)
Urvə Həzrətləri rəvayət edir: "Səhərlər evdən çıxanda Həzrəti Aişənin
(r.a.) evinə baş çəkər və ona salam verərdim. Yenə bir gün erkəndən ona baş
çəkdim. Baxdım ki, namaz qılır, Cənabi-Haqqı zikr edir. Davamlı: "
Və (söhbət əsnasında) belə deyəcəklər: "Biz bundan əvvəl (dünyada) ailəmiz içində
olarkən (Rəbbimizin əzabından) qorxardıq. Artıq Allah bizə mərhəmət buyurub
(minnət qoyub) bizi cəhənnəm (səmum) əzabından qorudu." ("Tur"surəsi , 52/26-27)
ayələrini oxuyur, dayanmadan təkrar edir, Rəbbinə yalvarır və ağlayırdı. Onu(r.a.)
o halda görüncə, mən də namaza durdum. Lakin o oxumağı heç cür bitirmədiyinə
görə mən bir az sıxıldım və dözə bilməyib bir iş üçün bazara
getdim. Geri qayıdanda nə görsəm yaxşıdı, Həzrəti Aişə (r.a.) yenə namazın qiyamında
idi. Eyni ayələri təkrar edir, hönkürtü ilə ağlayırdı." (36.05)
Bir gün Həzrəti Aişə (r.a.) anamızın hıçqırıqları qırtlağında düyün-düyün
olmuşdu.. Rəsulü-Əkrəm Əfəndimizdən (s.ə.s.) belə soruşurdu: "Ya Rəsulullah,
axirətdə əhlinizi xatırlayarsınızmı?" (36.35)
Onlardan az da olsa bəhs etməyimiz onların bizə əl uzatmaları üçün bir çağırışdır. (39.15)