| Məscidlər və Funksiyaları |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 26.06.2008 | |
|
* * * Məscidlər, hər səviyyədəki məktəb kimi işləyən elm və ürfan ocaqlarıdır. * * * Məscidlər, übudiyyətlə (qulluq) yanaşı zikrin, fikirin ən canlı şəkildə icra edildiyi səmavi qurumlardır. * * * Məscidlər, müəyyən bir dövrdə ricali-dövlətin(dövlət böyüklərinin) məşvərət etdiyi məşvərət məclisləridir. * * * Dünyaya aid işlərin belə məbəd kimi lahuti aləmə açıq yerlərdə edilməsi ruhlara qazandırdıqları ilə hər cür ifadənin fövqündədir. * * * Məscidlər, möminlərin həyatlarının intizamı baxımından səmavi təlimgah kimidir. |
|
| Axırıncı təzələmə ( 26.06.2008 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Məscidlər, ən çətin günlərdə belə imana, Qurana aid məsələlərin müzakirə edildiyi ən nurlu məkanlardır.
