Sual: Son xütbədə oxunan "Mübarək zaman dilimi-üç aylar" adlı məqalənizdə üç ayları dərinləməsinə duymalı və qənimət bilməli deyə buyurursunuz. Bu bərəkətli günlərin həyəcanını duya bilməmə əksikliyini necə aradan qaldıra bilərik? Həm şəxsi, həm də Quran xidməti adına bu ayları ən məhsuldar şəkildə dəyərləndirə bilməmiz üçün nələr tövsiyə edirsiniz?
Fiqh alimlərinin ortaq görüşünə görə cümə namazının şərtlərindən biri də xütbədir. Cümə saatında məsciddə hazır olan, lakin xütbəni dinləməyən insan Cümə namazını qılmamış, sadəcə günortanın fərzini əda etmiş sayılır. Ən mühüm ibadətlərdən biri Quran oxumaqdır, lakin xütbə oxunarkən Quran belə oxuna bilməz. Ayrıca, dünyəvi hər söz xütbəni ifsad edər. (02.05)
Dövrümüzün ən böyük nöqsanlarından biri də məsələlərlə maraqlanma və anlamaya çalışma səyinin olmamasıdır. (03.03)
İndiyə qədər üç aylarla və mübarək gecələrlə əlaqəli çox şey deyilib və yazılıb. Bunlara qulaq verib oxumaq gözəl işdir, lakin əsas olan onları anlamaq, mənliyinə hopdurmaq və öyrəndiklərini həyata keçirməyə çalışmaqdır. (04.41)
Maraq, anlama səyi və sahib çıxma cəhdi olmayanda ən gözəl məqalələr belə bərbəzəkli və fantastik ifadələr kimi qəbul edilər. (06.00)
Qurani-Kərimə Allah kəlamı nəzəri ilə baxmasanız, sizi şübhə və tərəddüdə sala biləcək bir çox məsələ ilə qarşılaşa bilərsiniz. Lakin onu "İlahi Kəlam" olaraq mənimsəyib, ona nüfuz etdiyiniz və nazil olma keyfiyyətinə nəzər yetirdiyiniz zaman Qurandan çox istifadə edərsiniz. (07.50)
Üç ayların qənimətindən pay ala bilmək üçün əvvəla onlarda bir qənimətin olduğuna inanmalısınız. (08.35)
Quran tələbələri üçün üç aylar imana xidmət adına çox böyük bir fürsətdir. Bu aylarda özümüzü dərk etmə adına gördüyümüz işlərə sürət verməliyik. (10.42)
İnsan istəsə və səy göstərsə, bu aylarda günahlarından sıyrıla, dinin həqiqətini dərk edə, Cənabi-Haqqın rəhmətinə layiq ola və Allaha yaxınlaşa bilər. İmana xidmət edənlər bu müqəddəs zaman dilimini məhz bu məqsəd üçün sərf etməlidir. (12.45)
Fəaliyyətlərimiz insanları bir qarış Allaha yaxınlaşdırmırsa, deməli əbəs işlə məşğul oluruq. İnsanları əyləndirmək və onlara xoş dəqiqələr bəxş etmək bizim vəzifəmiz deyil. Yalnız cismaniyyətə xitab edən fəaliyyətlər bizim üçün zaman israfıdır və bu günaha girməmizə səbəb ola bilər. (13.45)
İnsanlar əylənməyə meyillidir, bu baxımdan, fəaliyyətlərə göstərdikləri maraq sizi aldada bilər. Halbuki, dəvətinizə razılıq verən insan sayısı az olsa və xalq ortaya qoyduğunuz fəaliyyətə maraq göstərməsə də, əsas olan doğru iş görməniz və doğrunun arxasınca olmanızdır. (15.43)
İnsanları kamilləşdirməyə talib olmalı və onları mərifət adına doymazlığa alışdırmalısınız. Bütün müxatəbləriniz "Həl min məzid-Daha yoxmu?!." qəhrəmanı olmalıdır. Hər məsələni özünüzü dərk etməyə, mənliyinizi kəşf etməyə və insanları Cənabi-Haqqa yönəltməyə sərf etməlisiniz. (18.19)
Allaha və Rəsuli-Əkrəmə aparmayan bütün yollar batildir. (19.53)