| Səbir |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 03.09.2008 | |
|
* * * Hər çətinlik bir asanlığa hamilədir, lakin doğum zamanına qədər səbr etmək lazımdır. * * * Səbrü-səbatla müvəffəqiyyət görünüşcə fərqli olsalar da, əkizdirlər. * * * Dəryalar damlalardan meydana gəlir, lakin damlanın dəryalaşacağı müddəti qısaltmağa heç kəsin gücü çatmaz... * * * Səbirli və ehtiyatlı davranış dua və diləyin ən ideal yoludur. * * * Tələskənin xırmanında ən çox tapılan şey xətadır. * * * Zirvələrin yolu vadilərdən başlayır.. təbii ki, səbirli olanlar üçün... * * * Başlanğıcı zəhər, nəticəsi şəkər-şərbət bir şey varsa o da, səbirdir. * * * Hadisələr qarşısında müsbət davranışın adıdır səbir; onun üçün əhlullah (Allah dostları) vaxtından əvvəl səbir istəməyi zərərli saymışlar. |
|
| Axırıncı təzələmə ( 03.09.2008 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Səbir, ağrıları dindirən acı ot kimidir, həm yandırır, həm də məlhəm olur.
