| Avropa birliyinə üzv olmağımız onlar üçün müjdə olmalıdır |
|
|
| Yazarı Fethullah Gülen | |
| 08.01.2005 | |
|
Fəthullah Gülən də içindəki ruh halını özünün bir şe’ri ilə ifadə edir: - Beynim sanki bir suallar xırmanı, Gəzib dolaşıram yorğun, avarə... Qəm yükülə gəzdiyim bu yerlərdə, Yenə də səssizlik... Bu dəfə sükutu Gülən pozur: - Bu günlərdə ürəyim yaman sıxılır... Bir az dincəlim, bir-iki günə reportaja başlayarıq. Əgər Sizin üçün də uyğundursa, səhər saat 9-12 arası olsa... ...İki-üç gündə başa çatacaq bir reportaj, Gülənin xəstəlik problemlərinə görə on bir günə uzandı. Başqa müsəlman icmaları ilə müqayisədə türk icmalarına qarşı həm Avropada, həm də Amerikada müxtəlif vasitələrlə daha mülayim münasibət bəsləndiyini görür, eşidirik. Türkləri başqa müsəlmanlara nisbətən daha yumşaq adamlar kimi tanıyırlar. Bəlkə də bu, onları demokratiya, cümhuriyyət və dünyəvilik mülahizəsi baxımından narahat etmir, bizə daha isti münasibət bəsləmələrinə səbəb olur. Hətta Amerika və Avropada türk müsəlmanlığı Türkiyədəkindən daha çox dilə gətirilir.- Kənardan bir seyirçi kimi Avropa Birliyinin ilk dəfə bir müsəlman ölkəyə müzakirə müddəti tə’yin etməsini və Avropanın kimliyini necə qiymətləndirirsiniz? - Türkiyənin Avropa Birliyinə üzvülüyü məsələsinin müzakirəsində ümumi götürəndə Türkiyənin mənfəətlərindən danışıldı. Avropa ölkələri bunun fərqindədirlərmi, ya yox, bilmirəm, ancaq Avropa Birliyinin Türkiyəyə yox, Türkiyənin Avropa Birliyinə hansı mənfəətləri olacağı daha mühüm məsələdir. Əgər bunun fərqində olaraq hələ də inadkarlıq göstərilirsə, deməli, inadları saf düsüncənin önünə keçir. Əslində belə bir əlaqədə e’tibar və gələcək baxımından Avropanın daha çox və daha mühüm mənfəəti vardır. Ziyalılarımız çoxdan bəri avropalaşmağa can atırlar. Tənzimat dövründən başlayıb Cümhuriyyət dövründə sür’ətlənmiş bir Avropalaşma mərhələsini yaşayırıq. Bilindiyi kimi, ilk ciddi razılıq 1963-cü ildə əldə edildi. Ardınca bunun həm lehinə, həm də əleyhinə olan konfranslar keçirilməyə başladı. 1966-1967-ci illərdə dinlədiyim çox sayda ciddi mövqeyi olan adamlar vardı ki, bu prosesin əleyhinə olan görüslərini dilə gətirirdilər. Onların o zamankı fikirləri ilə AB-ə qarşı olanların bu günkü sözləri üst-üstə düşür: «Ora xristian klubudur, bizimlə oyun oynayarlar, bizi xristianlaşdırarlar» Bu gün də bə’zi müsəlmanlar kitab yazdırıb yayır, «birdən gələrlər, görünüşləri ilə, dünyagörüşləri ilə, din anlayışları ilə, Allah mülahizələri ilə bizə ilişərlər, gənclərimizi tələyə salarlar» Avropalılara gələndə, onlar da bəlkə bizim yoxsul olmamızdan, müsəlman olmamızdan ciddi narahatdırlar. Bəlkə öz dini dəyərlərinə də tam e’tibar etmirlər, amma onlar bu e’timadsızlıqlarını büruzə vermirdilər. Bu gün həmin e’timadsızlıqları yenə də eyni ilə davam edirmi, bunu bilmirəm, ancaq indiyə qədər bizi qəbul etmək niyyətində olmadıqları açıq-aşkardır. Müsəlman türklərə müsbət münasibət bəsləyirlər - İndi Türkiyəyə verilən müddətdə həmin niyyətlərində bir fərqlilik vardırmı?- Bir zamanlar Almanyada yaşayan türk icmasının assimilyasiyaya mə’ruz qala biləcəyindən ehtiyat edirdilər, amma onlar orada həm öz varlığını qorudular, həm də iki, üç nəsil sonra özünə gələ bildilər. Başqalarının tə’siri altında olan bir icma olduğu halda, indi ətrafına tə’sir göstərməyə başlayan bir toplum olmağa başladı. Başqa müsəlman icmaları ilə müqayisədə türk icmalarına qarşı müxtəlif vasitələrlə həm Avropada, həm də Amerikada daha mülayim münasibət bəsləndiyini görür, eşidirik. Türkləri başqa müsəlmanlara nisbətən daha yumşaq adamlar kimi tanıyırlar. Bəlkə də bu onların demokratiya, cümhuriyyət və dünyəvilik mülahizəsi baxımından narahat etmir, bizə daha isti münasibət bəsləmələrinə səbəb olur. Hətta Amerika və Avropada türk müsəlmanlığı Türkiyədəkindən daha çox dilə gətirilir. - Müzakirə tarixinin verilməsini necə qiymətləndirirsiniz?- AB-yə girəcəyikmi, yaxud da nə zaman girəcəyik? Bunlar bəlli olmasa da, tarix verilməsinin türk xalqı üzərində psixoloji tə’siri böyük oldu. Hal-hazırdakı hökumətin bir nailiyyəti kimi görünür. Hələ aydın olmayan tərəfləri əlbəttə vardır, amma siyasi mülahizələr şəklində başa düşülər deyə üzərində durmaq istəmirəm. Əslində AB-ə üzvülük barəsində bizə verilən muştuluqdan daha artıq, avropalılar bunu bir müjdə saymalı, maraq göstərməlidirlər. - Nəyə görə Avropa üçün müjdə olmalıdır?- Çünki bölgəyə hakim olmaq istəyən başqa güçlər var. Çinlilər, ticari rəqabət gücləri və yumuşaq davranmaları ilə oraya çoxdan giriblər. Amerikanın da, Avropanın da onlarla mübarizə aparmağa gücləri çatmaz. Gələcəkdə iqtisadi aləmdə çox ciddi inqilabların baş verəcəyi şübhəsizdir. Çin bu məsələdə dünyanı hədələyir. - Türkiyəni öz tərəfinə çəkən bir Avropa Birliyi Çinin tə’sirinin yayılması qarşısında hansı bir gücü meydana çıxara bilər?- Türkiyə əsasən, həm Yaxın Şərq, həm də Uzaq Şərq arasında köprü vəzifəsini yerinə yetirə bilər. Yaxın Şərq şüuralti müktəsəbatı* çox dərin və zəngin olan bir Türkiyəyə Avropanın ehtiyaci vardir. Kipri Avropa Birliyinə qəbul etdilər, amma Türkiyənin Kiprdən qat-qat mühüm olduğunu dəyərləndirə bilmələri lazımdır. İşin bir başqa yönü də (mövcud idarələrin başındakılar təqdir edə bilməsələr belə) budur ki, xalq kütlələrinə doğru endiyimiz zaman, onun tarixi ilə, cəmiyyətdəki psixologiyası ilə, e’tibarı ilə türk xalqına qarşı çox yüksək bir rəğbət və münasibətin olduğunu görürük. Keçmisimiz e’tibarı ilə də, günümüzdə cümhuriyyət və demokratik üsulla idarə edilməmiz baxımından da belədir. Maarif fəaliyyətlərimizin olduğu müxtəlif ölkələrdə bunu açıq müsahidə edirik. Dolayısı ilə AB, ancaq Türkiyəni öz tərəfinə çəkə bilsə, bölgədə bir gücə çevrilə bilər. Amerika da bölgədə hakimiyyətini davam etdirmək istəyir. ABŞ rəhbərləri ictimaiyyət qarşısında Türkiyənin AB-ə girməsini istəyirmiş kimi görünürlər. Ancaq bu məsələ barəsində mübahisə etmək olar. Bölgədə hakimiyyətini davam etdirmək istəyən bir ABŞ, Türkiyə kimi bir müttəfiqini itirmək və ya onun bir başqa güclər arasında yer tutmasını istəməz. - Hökumətin Brüssel zirvəsində özünü aparmasını necə qiymətləndirə bilərsiniz? Təslimiyyətçi kimi, yoxsa siyasi alverdə məharətli kimi?- Çoxlu dövlət adamları tər tökmüs, xidmət etmiş, Avropa yollarında ayaqqabılarını dağıtmışdı. Bir dəfə də cəhdləri baş tutmasaydı, onların bütün əməkləri boşa çıxmış olacaqdı. Hökumət bu psixologiya içərisində idi. Brüsseldə mənim təqdirlə qarşılayacağım şeylər də oldu. - Məsələn- İclası tərk etmək qətiyyətini göstərmək, məncə millətimizin qüruruna yaraşan hərəkətdir. Bu o deməkdir ki, bizim buna ehtiyacımız yoxdur, qoy bir az da qarşı tərəf ehtiyacını dərk etsin. Bu hər iki tərəfə görə bəxti gətirmək kimi dəyrləndirilə bilər, bu hərəkət bizim qazancımız, onların isə geri addım atmasında vasitə oldu. Bəxti gətirmək anları nəticə e’tibarı ilə hər zaman insanın lehinə olmaya bilər. «Gedirsən, xoş getdin, get» də deyə bilərdilər. Bir də məsələləri tək-tək müzakirə etmə, təkbətək görüşlər keçirmək də bəyəndiyim addımlardır. Bütün bunlar müxtəlif dövlət adamlarının bu sahədəki xidmətlərinin sükranla yad ediləcəyinin son nöqtəsi kimi bir hadisə oldu, üstəlik, orada avropalılara da bir dərs verildi. - Necə bir dərs verildi?- Mənim gözlərim doldu. Ölkə bayraqları nümayəndələrin dayanacağı yerlərə qoyulmuşdu. Orada Tayyib bəy də, Abdullah bəy də bayrağımızı bir müqəddəs varlıq kimi yerdən qaldırdılar Fikirləşirdim ki, bir də onu öpsə, tozunu üfləyib təmizləsə Elə o anda Abdullah bəy qaldırdığı bayrağımızı öptü və cibinə qoydu. Türk xalqımızın bə’zi dəyərlərimizə qarşı münasibətini nümayiş etdirən bir dərs olmaq baxımından bu davranış mənə o yığıncaqlar qədər əhəmiyyətli göründü. Bir az da hər seyin gözəl tərəfinə baxmaq lazımdır. Mənfi tərəflərini səlim ağılla mühakimə edək, sorğu-sual aparaq, amma e’tiraf edək ki, millətimiz adına, millətimizin e’tibarı naminə gözəl şeylər də baş verir. Zənnimcə, bunları bütün ziyalı təbəqə görmüşdür və təqdir də ediləcəkdir. Təqdir edilməyən tərəfləri də, hisslərinə qapılmadan, siyasi alver vasitəsinə çevirmədən «dostum, bu səhv hərəkətdir,»-desinlər. Ölkəmiz naminə bunu kim edirsə etsin, bunu təqdirlə qarşılayaram Hökumətin də təqdir ediləcək yönləri vardırsa, təqdir etməkdə xəsislik göstərilməməlidir. - Baş Nazir Tayyib Ərdoğana məktub yazmalı və ya xəbər göndərməli olsaydınız, nə deyərdiniz?- «Bu barədə belə deyərdim,» deməkdənsə, məsələni Peyğəmbər Əfəndimizin bir sözü ilə açıqlamaq istəyirəm: «Allah bir dövlət başçısına, bir məlikə, bir hökümdara mərhəmət etmişsə, onu əyrilikdən qoruyacaq, doğruluğa sövq edə biləcək yaxşı vəzirlər lütf edər,»-deyir. Osmanlıda da, Cümhuriyyətdə də böyük dövlət adamları yetismişdir. Lakin çatışmayan bir şey vardırsa, o da hər hansı bir mənfəət gözləmədən, birbaşa dövlətin, millətin mənafeyi naminə o insanları doğru olana istiqamətləndirə biləcək müşavirlərin olmasındadır. Həddim olmadığı halda, bundan əvvəl dövlətimizin başına keçən bir adama salamlarımı, sayqılarımı bir yoldaşım vasitəsi ilə çatdırmaqla yanaşı belə bir mülahizələrimi də demişdim: «Türkiyədə təkcə partiyanıza rəğbət bəsləyən müşavir götürməklə, təkcə öz təşkilatlarınızla görüşməklə kifayətlənməyin. Türkiyəni sevən, mə’lumatlı insanlardan faydalanın. Bunlar objektiv gəlir-çıxar gözləməzlər». Bə’zilərinin adlarını çəkib «Türkiyəyə aid bə’zi məsələləri bunlarla məşvərət etsəniz, faydalı olar»,-dedim. Tayyib bəyə sifariş göndərmək lazım gələndə də siyasi mülahizəsi olmayan, haqqı düsünən, mə’lumat sahibi insanları tapıb, tez-tez onlarınn fikirlərini öyrənməsini faydalı hesab etdim. Bu, ayağını sağlam yerə basmaq baxımından mənə çox mühüm gəlir. Möhtərəm Bülənd Ecevit bəyə də, möhtərəm Dəmirələ də sözlərimi çatdırmalı olsaydım, eyni şeyləri deyərdim. |
|
| Axırıncı təzələmə ( 29.06.2007 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Fəthullah Gülənlə əlaqədar ilk təəsüratlarım. Yasadığı mühitə də səsinə, simasina hopan bir sürgünün kədəri çökmüşdü. Burada o qədər böyük bir səssizlik hakim idi ki, hətta söhbətlərdə belə bu səssizliyə dalırsan. Növbəti bu cür sükutdan sonra, «Necəsiniz?» deyə soruşuram. 
