| İran inqilabı zərərli oldu |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 12.01.2005 | |
|
Bu gün dünyanın harasında din və diyanət adına bir səs sıxsa, «bizə fərdii olaraq, ailəvi şəkildə dinimizi yaşamaq imkanı verin», deyilsə, problemə çevrilər. - Yaxın Şərqdə baş verən proseslərdə İslam Konfransı Təşkilatı hansı addımı atmalıdır? - İslam Konfransına Əkmələddin bəy kimi səmimi bir insan sədrlik edir. Hal-hazırkı vəziyyət nəzərə alınaraq ciddi bir konfrans təşkil edə bilir. Bölgədə parçalanmağa yol verməmək üçün səslərini BMT-yə çatdıra bilər, Amerikanı da səhv yoldan geri dönməyə çağıran, sülhməramlı bir nota göndərə bilərlər. - Türkiyə, hərbi gücü ilə tə’sir göstərə bilməzmi?- Hərbi gücümüz hər zaman təqdirəşayandır, lakin o zaman Türkiyənin boynuna çox iş düşər. Bu məsələ zorla həll edilə bilməz. Türkiyə oraya hərbi qüvvə ilə girərsə, bə’zi ünsürləri narahat edər, Yaxın Şərq xalqlarını da əleyhinə qaldırmış olar. Bu isə, Türkiyənin sahib olduğu və mənim böyük bir sərmayə hesab etdiyim şüuraltı qazancını və e’tibarını dağıda bilər. Halbuki, bu sərmayə yıxılıb dağılmamlı, Türkiyə bundan gələcəkdə Mərkəzi Asiyanın özünə gəlməsinə imkan vermək üçün istiadə etməlidir. - Amerikanın həyata keçirmək istədiyi Böyük Yaxın Şərq Layihəsinin (BYŞL) perspektivini necə qiymətləndirərsiniz?- BYŞL ilə bir qisim müsbət şeylər düşünmüş ola bilərlər. Lakin Yaxın Şərqdə bir çox dövlətlər kimi, Türkiyənin mənfəətləri və gələcəyi də vardır. BYŞL olacaqsa, strateji ortaq kimi Türkiyənin də fikrinin soruşmaq lazımdır. Bəs Türkiyənin layihəsi nədir? Belə bir plan vardırsa və Türkiyə başdan e’tibarən işin içində yoxuqsa, deməli oyunu başqaları planlaşdırmışdır. Dolayısı ilə plan daxilində istifadə etdikləri fiqurlar da başqalarına aid olacaqdır. - Türkiyə, BYŞL-in harasında yer tutmalıdır?- BYŞL lazımdırmı, lazım deyildirmi? Biz buna inanırıqmı? Əgər inanırıqsa, Türkiyə dünya balansındakı yerini, heç bir me’yarla ölçülməyəcək dərəcədə əhəmiyyətli olduğunu Rusiyaya, Avropa Birliyinə və Çinə qarşı layiqincə göstərməlidir. Böyük bir Yaxın Şərq olacaqsa, bunun ancaq Türkiyənin ağırlığı ilə ola biləcəyi yaxşıca başa salınmalıdır. BYŞL ciddi bir layihədirsə və doğrudan da demokratiya gətirmək kimi bir xoş niyyət daşısa belə, Türkiyə təmkinli davranaraq layihəyə daxil olmağa çalışmalı, öz mənfəətlərini qorumalı, niyyətlərini, oyunun qaydalarını və incəliklərini öyrənməlidir. Bu məsələdə Yaxın Şərqdəki başqa ölkələri də inandırmalıdır. İşdir, layihə tamamilə qapanarsa, oyun Türkiyənin əleyhinə nəticələnər, o zaman da mənfəətlərimizi qoruya bilmərik. - Uzun müddət diktatura rejimi altında yaşamış Yaxın Şərqin xalqları öz daxili tələbləri ilə demokratiyaya keçə bilərlərmi, belə bir dəyişiklik sezilirmi?- Deyəsən sezilir. Fikir, vicdan, özünü ifadəetmə, əmək hüquqları kimi məsələlərdə azadlıq tələbləri vardır. Seçmə-seçilmə kimi məsələlərdə özlərini yarımçıq da olsa demokratiyaya keçmiş sayırlar. Vaxt gələr, daha yaxşı səviyyəyə çatarlar. Əgər Avropadakı bə’zi dövlətlər kimi irəli səviyyədə bir demokratiyaya nail olmağı qarşılarına məqsəd qoymuşlarsa, bu birdən-birə həyata keçməz. Bir zamanlar Türkiyə demokratiyaya hansı yollarla keçdisə, onlar da o yolla keçə bilərlər. Bizdə necə oldu, millətin psixologiyası necə idi, ictimai vicdan hansı qərarı verdi, bunları tam bilmirəm, amma iş zor gücünə görülərsə, xəta etmiş olarlar. Hər hansı bir düsüncə, bir mülahizə nə qədər yaxşı olsa da, millətin öz içindən çıxmalıdır. Əks təqdirdə başqa yolları kəsməklə o yolu açmaq, bu dəfə başqa bir diktaturanın əvəz etməsi kimi başa düşülər və e’tirazlara səbəb olar. Əslində, demokratik haqlardan istifadə etmək niyyəti vardır, ancaq o ne’mətin necə əldə ediləcəyini bilmirlər. Bə’ziləri məsələni radikal yollarla, bə’zilərı də iqtidar olmaq həvəsi ilə həll etməyə çalışır. Problemi insanda həll etməklə çıxış yolu tapacaqlarına inananlar isə çox azdır. - Türkiyə nümunəsi model ola bilərmi?-Bizim demokratiyaya keçidimiz yarım əsr əvvəl başlasa da, bu günədək bu sahədə çatlamış, sınmış yerləri tə’mir etməklə məşğuluq. Bunlar nəzərdən qaçırılmayacaq bəşəri reallıqlardır. Bunun oturması Yaxın Şərqdə də asan olmayacaqdır. Amma mən buna inanıram, demokratiya ilə bərabər gələn ne’mətlər, sistemdən daha əhəmiyyətlidir. Bəlkə diktatorlar özlərini qorumaq, böyük güclərlə qarşı-qarşıya gəlməmək, öz xalqlarına qarşı müharibə e’lan etməmək üçün güzəştə gedə-gedə, bir qisim haqq və azadlıqlara zəmin hazırlayacaqlar. Düsüncə azadlığı, vicdan azadlığı, insanın özünü ifadə etmə azadlığı, çalışma azadlığı, bəlkə müəyyən mə’nada insana sayqılı liberalizm zaman keçdikcə inkişaf edərək təkmilləşəcəkdir. Bir gün gələcək, xalq öz istədiyini də seçəcəkdir. İndi tam olaraq demokratiyaya keçəcəyini qərara almış kimi görünmür, amma artıq belə bir prosesə qədəm basmışdır. -Amerikanın müdaxiləsinin sizcə İrana sıçrama ehtimalı varmı?- İran, Suriya və Səudiyyə Ərəbistanı kimi iyirmiyədək dövlətin parçalana biləcəyini 74-cü ildə bir jurnalda oxumuşdum. Türkiyənin Cənub-Şərqinin də adı çəkilridi orada. İndi də belə şeylər danışırlar. Məncə, İrana midaxilənin gecikməsi tarazlıqları nəzərə aldıqlarına görədir. Belə bir müdaxilə müvazinət ünsürü olmaq baxımından Türkiyəni bölgədə birinci dərəcəli güc halına gətirir. Ola bilər ki, Türkiyəni belə bir tarazlıqda saxlamaq, kimisə üz-üzə qoyub vuruşdurmaqla onun irəli çıxmasına mane olmaq istəyirlər. Düzdür, yaxın tarixdə İranla münasibətlərimiz çox yaxşı olmasa da, vuruşma da olmadı. Amma hər şeyə rəğmən müvazinəti qoruyub saxlamağa çalışırlar. Burada «şahin» adlanan adamlar var. Bunlar insani dəyərləri görməməzlikdən gələrək davranmaqla səhvə yol verirlər. Halbuki, bölgədə əmin-amanlığı tə’sis edə biləcək idarəetmə sistemi qurmaq mümkündür. Hadisələr nəticələrinə görə baxılsa, İraqda və Səudiyyə Ərəbistanında baş verən hadisələrin onların öz əleyhinə olduğunu görmək mümkündür. O zaman işin içində dünya miqyasında xüsusi xidmət orqanlarının olduğunu və bu hadisələri onların adamlarının törətdiyini düşünürük. - İran bir çox islami hərəkat üçün bir dövr, model, yaxud da ilham qaynağı oldu. Sizə görə İran inqilabının qarşılığı nədir? Türkiyə İran ola bilərmi?- Bütün inqilablar kimi İran inqilabının da ixraç edilməsi arzusu olmuşdur. Sünni olsa da, dini yönü olduğuna görə Türkiyədəki bə’zi dindar adamlardan buna rəğbətlə baxanlar, İranın xarici missiya şefləri ilə əlaqəyə girənlər və gedib oradakı məktəblərdə təhsil alanlar olmuşdu. Yə’ni İran inqilabı bir növ örnək oldu. Orijinal olmasının da tə’siri vardı. Daha əvvəl bu orijinallıqdan vəhhabilər istifadə edirdilər. Bu baxımdan tə’siri olmadığını demək olmaz, Misirə, Kanadaya qədər siçrayan bu tə’sirlər radikal xarakter daşıyırdı. Dövlət imkanlarından istifadə edərək Uzaq Şərqin ən ucqar guşələrində məscidlər, məktəblər, İslam mərkəzləri açdılar. Halbuki, Türkiyənin öz təşəbbüskar insanları tərəfindan açılan və bir alternativ ola biləcək məktəblər, mədəniyyət mərkəzləri, Türkiyənin öz daxilindəki bə’ziləri tərəfindən rədd edildi. Kaş ki, Türk dövləti gözüaçıqlıq edib bunu görə biləydi! Nə üçün siz o bölgələrdə alternatifv olmayasınız, ola bilmirsiniz? Mən bunu başa düşməkdə çətinlik çəkirəm. Deməli, bə’zi adamlar qətiyyən düsünmürlər, sadəcə bütün məsələlərini düsmənçilik, kin, nifrət üzərində qurmuşlar. - İran rejim ixracında müvəffəq oldumu?- İran rejim ixraç etməklə əhatəsindəkilərdən kömək əldə etmək istədi. Bəlkə Taliban da eyni xülyalara qapıldı, türk məktəblərini bağlayarkən, «Bu yol deyildir, məsələ bizim müəyyən etdiyimiz yolla həll edilər», deyirdi. Bunlar dar düsüncəli, yuxarıdan idarə eməklə bütün məsələləri həll ediləcəklərini zənn edən, insanlığın probleminin nə olduğunu bilmədən əzbərdən danışan adamlardır. İran bir yönü ilə güya yenilikçi görünməyə çalışır və bunları ixrac etməyə çalışırdı. Göstərdikləri bütün cəhdlər nəticəsiz qaldı, demək doğru olmaz. 1992-ci ildə Avstraliyaya getmişdim, o il İranın dövlət səviyyəsində buraya elmi dərəcə almaq üçün təhsilə 100 nəfər göndərdiyini eşitdim. Əgər öz pulu ilə dünyanın hər yerinə bu qədər insan göndərdisə, oturub bunu düsünmək lazımdır. Türkiyə də eyni şeyləri edə bilər, öz fəlsəfəsi və mədəniyyəti ilə yetişdirdiyi insanları dünyanın müxtəlif yerlərinə göndərməklə özünü tanıda bilərdi. Əgər lobbi qurulacaqsa, bu ölkənin mənfəətlərinə inanmış öz insanını göndərərək qura bilərdi. İndiyədək lobbi quranlar yalnız səfirlər, konsullar və attaşelərlə kifayətlənmədilər. - İrandakı islami hərəkatın müsəlmanlara faydası, yaxud da zərəri nə oldu?Məscid kürsülərindən də dedim: bir müctəhid kimi qəbul edilən Ayətullahlar, tə’vil* və təhlilə açıq, təfərruat sayıla biləcək məsələlərdə süni uçurumları aradan qaldıraraq sünni dünya ilə yaxınlaşmanı tə’min edə bilərdilər. Bunlar eyni zamanda bir sıra yersiz nifrət hisslərini aradan qaldırar, o ölkə ilə daha yaxşı münasibətlər qura və inkişaf etdirə bilərdi. İnqilabdan sonra Xomeyni çox böyük bir e’tibar qazanmışdı. Bəlkə də onu çaşdırdılar. Ərəblərin nəşr etdiyi «Əl-Müctəma» adlı jurnalda doğum günü münasibəti ilə qələmə alınmış bir yazı oxudum. Müəllif başlatdığı bir hərəkatı müvəffəqiyyətlə başa çatdırmasına görə Xomeynini elə yüksəklərə qaldırırdı ki, onun təsvir etdiyi səviyyədə olan bir adam gərək bir çox problemləri çoxdan həll etmiş olaydı Lakin edilmədi. - İstərdinizmi ki, Xomeyni sünni dünya ilə barışsin? Sünni dünya ilə barışıq fürsətini əlinin tərsiləmi rədd etdi?- Mən sünni dünya ilə barışığa getməsini istərdim. Öz ölkələrində inqilab etmiş ola bilərlər, buna sözüm yoxdur, ancaq İslam adı altında hərəkət etmələri çox pis nəticə verdi. Hadisələr elə xoşagəlməz şəkildə cərəyan etdi ki, dünyanın dörd bir tərəfində müsəlmanlığa qarşı nifrət oyandı. Bununla dinə xoş niyyətlə xidmət edən kəslərin hərəkət və fəaliyyət sahələrinin daralmasına səbəb oldular. Bu gün dünyanın harasında din və diyanət adına bir səs sıxsa, «bizə fərdii olaraq, ailəvi şəkildə dinimizi yaşamaq imkanı verin», deyilsə, problemə çevrilər. Qaldı ki, İslam dininin ictimai həyata baxan yönləri də vardır və bunlar çox gözəl şeylərdir. Bunlar eyni zamanda dövləti, dövlətin qanun-qaydaları üçün də narahat etməz. Amma bir tərəfdən fürsət gözləyənlər, digər tərəfdən də həqiqətən dövlətin quruluşu ilə bağlı narahatlıq keçirənlər (təkcə bizdə deyil) İslam bir balaca qımıldandısa, ona İran nəzəri ilə baxdılar. Təbii ki, həmin hərəkatın içində olan adamlara da «mollalar» deməyə başladılar, bəlkə bə’zilərinə «Xomeyni» adı da qoydular. Bilmirəm, İrandakı hərəkatın xalqa nə xeyiri oldu, bunu İranın fikir adamları ölçüb-biçsinlər. Lakin bu da bir həqiqətdir ki, həmin məsələ dünyada müsəlmanlıq adına hüquq və azadlıqlardan istifdadə etmək istəyən, bunun üçün bir sıra sə’ylər göstərən adamların da fəaliyyət sahəsini daraltdı. Onları çətin vəziyyətə saldı, töhmət altında qoydu. İndi bütün dünyada ümumən müsəlmanlara «görəsən belə bir əməlləri yoxdur ki?» şübhəsi ilə baxılır və onlar nəzarət altında saxlanılırlar. «11 sentyabr» hadisəsi ilə vahimə daha da artdı, bu gün əqli və ruhi çaşqınlıq hökm sürür. Hələ müxtəlif yerlərdə əlində güc olanlar «Qur’an-i Kərim»in ifadəsi ilə «Eşitdikləri hər sözü öz əleyhlərində zənn edirlər». Belə bir vahimə vardır. Dolayısı ilə, müsəlmanlıq adına da bütün dünyadakı tərpənişlər baxımından İrandakı hərəkat zərərli oldu... |
| < Qabaqkı | Sonrakı > |
|---|



Fəthullah Gülənlə göz həkiminə getmək üçün evdən çıxdıq. Hava soyuq idi və narın qar atırdı. Gülən öndə, sürücünün yanında oturdu. Getdiyimiz Filadelfiyaya təqribən bir saat yarıma çatdıq. 
