Daha ətraflı...

"Gülən mədəniyyətin və ədalətin müdafiəçisidir"

Dünyanın ən böyük xəbər agentliklərindən olan "Royters" tanınmış düşüncə adamı Fəthullah Gülən, onun Türkiyədəki və dünyadakı fəaliyyəti haqqında çox geniş bir dosye yayınlamış, həmin sənəddə Güləni mədəniyyətin və ədalətin müdafiəçisi adlandırmışdır.
Ana səhifə arrow Gülənin həyatı‎ arrow Amerikada‎ On Bir Gün arrow Mənim mövqeyim həmişə xalqımın yanında oldu
Qalereya
Mənim mövqeyim həmişə xalqımın yanında oldu Çapdan çıxart E-mailə yolla
Reytinq: / 5
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
13.01.2005

ImageGülənin qaldığı evin orta mərtəbəsində bir kreslo gözə dəyir. İlk baxışda bu kiçik otaqda istifadəsiz bir şey kimi görünür. Halbuki, bura otaq deyildir. İki mərtəbə arasında, nərdivanların önündəki boş sahədir.

Aşağıya enən 14 pillə sizi mətbəx və yemək salonuna çıxarır.

Yuxarıya qalxan digər 14 pillə isə qonaq salonuna və Gülənin otağına aparır.

Gülən, nahar yeməyində yoldaşları ilə birlikdə olmaq üçün, üst mərtəbədən başlayaraq iki mərtəbəni dayanmadan enir. Ancaq yeməkdən sonra yuxarı çıxarkən, həmin kreslo işə yarayır. Gülən, bir mərtəbə (14 pillə) çıxır, kresloda oturub on dəqiqəyə yaxın dincəlir, sonra bir mərtəbə də çıxır.

Buradakı on dəqiqəlik zaman da nərdivan söhbətinə çevrilir...

Mən heç vaxt millətimdən ayrı düşməmişəm. Ürəyimdə olanlar bəlli olduğu kimi, əməllərim də çox aydındır. İnsan özünə nə qədər yaxşı bələd olsa da, o cür xoşagəlməz sözlər təbii ki, xətrinə dəyər. Qranit kimi, ya da küreyi-ərz kimi olsan belə, atılıb-düşdükcə insanın üzərində ehtizazlar meydana gəlir. Səbr etsəm də, «Ya Sabur!» desəm də, mən də insanam, bu cür sözlərin məni sarsıtmadığını deyə bilmərəm.

- Sizin haqqınızda keçmişdə «turancı», «neo-Osmançı», «millətçi», «dövlətçi» deyirdilər. İndi də «ABŞ tərəfdarı», «MKİ agenti», «Kardinal» deyənlər də var. Bu cür ifadələr sizə necə tə’sir edir?

- Mən heç vaxt millətimdən ayrı düşməmişəm. Ürəyimdə olanlar bəlli olduğu kimi, əməllərim də çox aydındır. İnsan özünə nə qədər yaxşı bələd olsa da, o cür xoşagəlməz sözlər təbii ki, xətrinə dəyər. Qranit kimi, ya da küre-i ərz kimi olsan belə, atılıb-düşdükcə insanın üzərində ehtizazlar meydana gəlir. Səbr etsəm də, «Ya Sabur!» desəm də, mən də insanam, bu cür sözlərin məni sarsıtmadığını deyə bilmərəm.

Ancaq, haqqımda dilə gətirilən o zalımca fikir və düsüncələri vasitə etməklə, duşun altına giribmiş kimi arına biləcəyimə inandığıma görə təsəlli tapıram. Sonra «Qur’an»a baxıram, Aləmlərin Rəbbi haqqında ağzına gələni danışılanları yada salıram, «Onların dediyi bu şeylərdən ötrü yer və səma sarsılıb parçalanır», deyir.

Düsünməyə başlayıram, aləmlərin İftixar Mücəssəməsinə (səs) «O bir şairdir»,-demişlər. Bu az gəlmiş, «Yox, kahindir», demişlər, bu da az gəlmiş, «İncil»dən, «Tövrat»dan köçürəndir», demişlər.

Hərdən öz-özümə deyirəm: kim bilir, bu cür əsilsiz, çirkin sözlər olduqca əziz, olduqca şərəfli varlıq olan o Müstəsna İnsanın ruhunda nə qədər yaralar açmışdır.

Sonra dönüb özümə baxanda, «Sən kimsən ki, haqqında deyilən əsilsiz sözləri çox görürsən?» deməkdən başqa bir şey qalmır.

 Amma işin düzü, o düsüncələrdən sıyrılıb çıxmaq və yenidən özümə gəlmək üçün bir xeyli sə’y göstərməyə ehtiyac hiss edirəm.

- Ətrafınızdakı insanlara bu məsələrdə təskinlik verərkən heç çətinlik çəkdinizmi?

- Mənə yaxın olanlar bir zamanlar tələbələrim olmuş, indi də o tələbəlik borcunu yerinə yetirən yoldaşlardan, uzaqdan və yaxından tanıdığım dostlardan, xidmət anlayışında özümə müttəfiq saydığım insanlardan ibarətdir. Bunlardan bə’zilərinin adlarını bilirəm, bə’zilərini də üzdən bir dəfə görmüşəm, amma gördüyüm zaman da yadımda saxlayıram.

Bu dostlar, əgər Xidmət anlayışının çox ağıllı, çox məntiqli olduğuna inanmasaydılar, bəlkə onları pərən-pərənə salmaq mümkün ola bilərdi. Halbuki, onlar ən firtinalı dövrdə belə mənim təsəllimə ehtiyac hiss etmədən, qətiyyən sarsılmadan öz yerlərində sapasağlam durdular. Hətta onların içərisindən mənə təsəlli verənlər də oldu.

Heç unutmaram, Türkiyədə həmin o firtına qopanda çox qiymətli bir yoldaşımız buraya gəldi, «Xocam, Bağdad cədddəsində gedirdim, qarşımda iki gənc qol-qola gəzirdilər. Yanlarından keçərkən qizcığazın oğlana dərdli-dərdli bu sözləri dediyini eşitdim: «Bilirsən, o xoşgörü barəsində danışan xoca ki var ha..., onun haqqında elə nalayiq, elə biədəb sözlər danışdılar ki, səhərə qədər gözümüzə yuxu getmədi», deyirdi. Həmin dostum, «Xocam, bil ki, türk xalqı sənin haqqında belə düsünür»,-dedi. Sözün qısası, mənim dostlarım, yerlərində polad kimi dayanırlar. Mənə yaraşmayan sözlər danışanların hiddət və şiddətinə gəlincə, onların bu halı qarşısında «Səhv hökm verir və hökm çıxarmaqda xəta edirlər», deməklə kifayətlənirəm.

- Yə’ni

- Deyirəm ki, haqqımda bu və ya başqa şəkildə yanlış danışanların, ictimai fikri azdıranların, əleyhdə bir ictimai fikir formalaşdıranlar marjinal bir qrup olsa da, hamısı qeyri-səmimi ola bilməzlər.

Zənnimcə, özümüzü aparmamızı, görülən işləri ümumi mənatları nəzəri-e’tibara alaraq təhlil etsəydilər, bizi belə bir kəfəyə qoymazdılar.

Çünki, o firtınanın ən şiddətlə əsdiyi dövrdə belə, bizimlə heç bir əlaqəsi olmayan, tamamilə başqaları tərəfindən aparılan rə’y sorğusu anketlərinin nəticələri meydana çıxartdı ki, xalqın əksəriyyəti bu hərəkatı bəyənir və müdafiə edir.

O günlərdə bu məsələlərə «hə» demək olduqca təhlükəli idi. Belə bir nəticə əldə edilməsinə baxmayaraq, formalaşdırmaq istədikləri nalayiq hərəkətlərin, bu nalayiq hərəkətlərin ictimai rə’yi heçə saymaq mə’nasını verdiyinin deyəsən fərqinə varılmır. El arasında deyilən bir söz var: «Görünən kəndə bələdçi lazım deyildir». Əgər bu mənzərəyə baxaraq bir şey demək lazım gəlsəydi, «Bu qədər açıqlıqdan sonra olsa-olsa yalunu azmaq olar» demək uyğun gələrdi.

Lakin belə demək mənə ağır gəldiyi üçün, mən buna «Bəlkə mənim bilmədiyim, onların bildiyi bir şey vardır, ya da yanlış yorumlanmağa əlverişli olan hansısa bir davranışımıza görə belə edirdilər?» anlayışı ilə baxır, sonra da dönüb öz-özümə belə deyirəm: Nəticədə hökm çıxarmaqda xətaya yol verirlər, hökm çıxarmaqda xətaya yol verənlər da fiqh metodologiyası baxımından bir savab qazanırlar».

- 80-ci illərın sonundan e’tibarən Orta Asiyaya səfərbərlik çağırışı etdiniz. Hətta o tarixlərdə məscid kürsüsündə bayıldınız da. Minlərlə insan getdi, məktəb açdı, iş qurdu, yerləşdi. Məktəblər mə’zunlarını verməyə başladılar. Amma Siz heç getmədiniz

- Məntiqimə uyğun gəlməsə də, hissi yönüm e’tibarı ilə, dostlarımın sə’ylərinə Allahın lütf etdiyi şeyləri görmək, o gözəllikləri onlarla bölüşdürmək mənim üçün çox əhəmiyyətli idi.

Çünki Asiya, uşaqlığımdan bəri dualarımda ayrıca yer tuturdu, oradakı soydaşlarımızla, dindaşlarımızla qucaqlaşmaq mənə çox mühüm, bir bayram kimi gəlirdi.

Gün gəldi məscid kürsüsündən iş adamı olan, ticarətlə, sənayeçiliklə məşğul olan ilə bütün dostları oraya getmələyə təşviq etdim. Fikrimdən bu çağırışı məqbul qəbul edib gedən dostların inşirahını onlarla yerində bölüşdürmək keçirdi. Əgər sofilər kimi düsünsək, insanın dünyada, dünyəvilik naminə zövq arxasına düşməsi lazımdır.

Mənim fəlsəfəmə görə isə, ibadət və mərifətdən doğan ruhani zövqlərin özünə belə aludə olmamaq lazımdır. Allahı dəlicəsinə sevməliyik. Ondan nəfsimiz naminə zövq almağa gəlincə, «Xeyir! Allah bizə yetər. Başqa şeylər gözləmək düzgün olmaz», deyərəm.

Ancaq bir insan olaraq çox vaxt maaş almadan, təqaüdlə kifayətlənərək müəllimlik edən, yeri gələndə məktəbin tə’mirində fəhlə kimi işləyən, yeri gələndə də diplomat kimi dövlət adamları ilə görüşərək Türkiyə üçün lobbilər formalaşdıranları gözlərimlə görmək istərdim. Allah, müəyyən mülahizələrlə o zövqü mənə yaşatmadı.

- Getmənizə məntiqinizmi mane oldu?

- Məntiqi baxımdan baxanda iki nöqtə mühüm görünürdü. Birincisi, əsasən türk millətinə məxsus olmuş belə bir hərəkatda mənim payım çox azdır. Buna baxmayaraq, ağlıma gəlirdi ki, getsəm, ümumən yoldaşlarımın gördüyü işlərə sahib çıxmaq kimi, arxa planında mənim düsüncələrim varmış kimi bir fikir doğa bilər.

Bundan başqa, bə’zi adamlarda hər hansı bir müvəffəqiyyəti onun önündə görünənlərə istinad etmək meyli olur. Hətta bu meyillər, fərqinə varmadan, nəticəni başdakı şəxslərə bağlamaqla, bə’zən adamı şəkkə sürükləyər. Onsuz da oradakı fəaliyyətlərin arxasında mənim özümü görməyim də bir başqa, bir böyük zülm olardı.

Zülm isə imana maneədir və şəkkə bərabərdir. Mənə «Rəbbimin lütf edəcəyi bir şey vardırsa, onu dünyada almamaq daha yaxşıdır», -deyib getməmək daha uyğun gəlirdi.

İkincisi, bə’zilərinin buna olan münasibətlərindən çəkinir, oradakı insanları iğfal etmələrindən qorxurdum. «İşin arxasında filankəslər var, açıq deməsələr də, hədəfləri başqadır», kimi sayıqlamaları irəli sürə biləcəklərini gözləyirdim. Bu vəziyyətdə yoldaşlarımın xidmətlərinə kölgə salmamaq üçün arzularımı sinəmə gömdüm.

- Görünməkdən qaçırsınız?

- Məhviyyət insanı deyiləm. Ancaq keçmişdən bəri məni tanıyan, görən insanların arasından keçməyə belə utanmışam. Ədirnədə məscidin pəncərəsinə çəkilməmə səbəb olan şeylərdən biri də bu duyğudur. Bunlar mənim təbiətimlə əlaqədar şeylərdir, insanlar istər təqdir nəzəri ilə, istərsə təhqir nəzəri ilə baxsınlar, fərqi yoxdur, mən hamısından sıxılıram. Durub görülən işlərin me’marıymışam kimi türk dünyasına getsəydim, insanlar mənə baxacaq, qucaqlayacaqdılar. Bu cür şeylər mənə təbii gəlmir. Bə’ziləri bunların bir kompleksdən qaynaqlandığını düsünə bilər. Mən bu cür komplekslərdən arınmış bir insan olduğumu iddia etmirəm, amma adını nə qoyursan, qoy, mənim təbiətimdə belə bir utanma hissi vardır. Onsuz da getməyi zəruri edəcək bir şey də yoxdur.

- Bundan sonra getmək haqqında fikirləşirsinizmi?

- Düşünmürəm. Çünki getməyimə zərurət də yoxdur. Dostlarımın nəzərləri daha obyektivdir. Məndən daha yaxşı görür və qiymətləndirirlər. Oralarda baş verənləri onların dilindən eşitmək mənə bəsdir.

- Leyla Zana və dostları, Fransada nəşr olunan bə’zi gəzetlərə verdikləri müsahibələrində «Türkiyə mədəni fərqliliyə və siyasi plüralizmə hörmətlə yanaşan, həqiqi bir demokratik ölkə olmağa məcburdur», deyirlər və kürd vətəndaşlarına eyni ilə onun Kipr türkləri üçün tələb etdiyi haqlara bərabər haqlara tə’minat verməsi tələbini dilə gətirirlər. Baş Nazir isə bunu intihar kimi dəyərləndirdi

- Siyasət adamlarının bu və ya başqa məsələyə münasibətləri həmişə hüquqi ifadələr kimi möhkəm olmaya bilər. Ancaq Tayyib bəyin bu barədə dedikləri ilə razılaşmamaq mümkün deyildir. Türkiyə Cümhuriyyətinin ikinci Prezidenti İnönü və səkkizinci Prezidenti Turqut Özal malatyalı idi və kürd idi. Hikmət Çətin bəy də diyarbəkirlidir.

Şərqdən və Cənub-Şərq bölgələrindən çox sayda vətəndaşımız çıxmış, dövlət qurumlarında mühüm vəzifələr tutmuşlar - hərbçi, vali, kaymakam olmuşlar. Allah bilir ədliyyə orqanlarında nə qədər kürd millətindən olan vətəndaşımız var. Elədirsə, bu cür arzuların, tələblərin meydana çıxmasını doğura biləcək hansı zərurətdən bəhs etmək olar?

Məncə, müsahibədə dilə gətirilən istəklər sayqısızlıqdan irəli gəlmişdir. Daha əvvəl Məclisdə də etməmələri lazım gələn bir hörmətsizlik baş vermişdi. Mənim bildiyim, tanıdığım və görüşdüyüm adamlar Cənub Şərqdəki insanların 90-95 %-i bu cür tələblərlə razı deyillər. Əminəm ki, onlar, təxribatın asan başa gəlməsindən istifadə edərək provakasiya edən, gəncləri küçələrə töküb səkiləri sökdürən, avtomaşınları yandıranlardan və bu cür sərt çıxış edənlərdən şikayət edirlər.

Cənub Şərqdə fitnəyə səbəb olanların sayı, zənn edirəm heç bir zaman 500-ü keçməmişdir, amma qeyri-nizami, vur-qaç usullarından istifadə etdikləri üçün nizami birliklərin onların qarşısını alması çətin olur. Mən bu qarışıqlıqlara səbəb olanların davranışlarının mərdlik və igidlik kimi qəbul etmirəm. Ancaq oxumuş, müəyyən səviyyəydək yüksəlmiş, hətta bir zamanlar deputat seçilmiş adamların belə bir tərz və davranış nümayiş etdirmələri, ictimai vicdanı narahat etmələrini heç cür başa düşmürəm.

Halbuki, dövlət onları həbsdən azad etməklə bir cəmilə göstərdi. Gözləmək olradı ki, onlar da bu cəmiləyə cəmilə ilə cavab verəcək, «bir zamanlar cahilliyə, gəncliyə qapıldıq dövlətimiz, millətimiz haqqında səhv etdik», deyəcək, birlik və bütünlüyə gedən yol tutacaqlar. Olmadı. Məncə, ictimai vicdana qarşı bir üzür borcları vardır.

- Belə bir münasibət bəsləməyiniz Cənub-Şərqdə heç bir problemin olmadığı mə’nasına gəlmirmi?

- Son zamanlarda dövlət inkişafda ilk mərhələlər adı altında oralara bir sıra üstünlüklər verdi. Dövlət bu məsələlərdə daha ciddi addımlar atmalıdır. O bölgə mütləq inkişaf etdirilməli, hər kəsin həsəd edəcəyi bir hal almalıdır. Cənub-Şərqi elə abad bir hala salmalıyıq ki, orada narazı bir adam belə qalmasın. Ölkənin Qərbinə doğru davam edən köçün qarşısı alınsın. Başqalarından əvvəl biz sərmayə qoyaq, oraları cənnətə çevirək. Qədim Mesopotamiya kimi olsun, yenidən bir mədəniyyət mərkəzinə çevrilsin. Hətta Şimali İraq belə həsəd etsin bu bölgəyə. Onlar Cənub-Şərqdə bizim vətəndaşlarımızın istifadə etdiyi imkanlara həsəd etsinlər, onlara «kaş bizə də qismət olsa» dedirdək....

Bunlar bizim bəsirətli dövlət adamlarımnın həll etməli olduqları məsələlərdir. İctimai təşkilatlar o bölgəyə gedib demək olar ki, hər yerdə məktəblər açdılar. Açılan bu məktəblər çox böyük həcmdə qaçaqçılığın qarşısını aldı. Gənclər təhsilə istiqamətləndilər.

Orada, məktəb işi də çox cazibəli hala salınmalıdır. Çünki oralarda çox ciddi maarif problemləri vardır. Bugünkü təhsil naziri də bəsirətlə bu işə ciddi əhəmiyyət verir. İşsiz, gücsüz, oxumamış insanlar daha çox özünü cəmiyyətdən kənarlaşdırılmış, ikinci dərəcəli insanlar kimi hesab etmişlər. Bu psixoloji ab-havadan, dibinə qərq olduqları bu bataqlıqdan onları qurtarmaq lazımdır. Bu bölgənin insanları keçmişdə çox mühüm mədəniyyətlərin təməlini atmış, zəkalı insanlardırlar. Kənardan aramıza fitnə soxana qədər arada gül kimi münasibət vardı.

Əgər ərazi abadlaşdırılarsa, o gül dövrü yenidən bərpa edilə bilər. Beləliklə bu bölgədə nalayiq, hay-küylü səslər də kəsilər. O böyüklükdə ərazi üç-beş sərgərdan adamın macəralarına alət ola bilməz.

 
< Qabaqkı   Sonrakı >