| Marks da həz. Ömərə heyran idi |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 14.01.2005 | |
|
- Siz hansı bir tarixin əsərisiniz? - Qədimdən bəri könlüm altın çağların həsrəti ilə doludur, amma, özümü tarixdə xüsusi bir yerə, dəqiq olaraq hansısa bir çərçivəyə oturda bilmirəm. Tarix deyilən zaman, mərhum Akifin:
misralarında ifadə etdiyi kimi, könlüm həmişə Əsri-Səadətdə* gəzsə də, inşallah, mən o çağların bir daha yaşanacağına inanıram və bizi belə bir dövr ərəfəsində yaşatdığına görə Allaha sükr edirəm. Mənim tarix təsəvvürümdə bizlər millətimizin, köklərimizin saçaqlarına bənzəyirik - yerin dərin qatlarına uzanıb xalqımızın gözəl dövrlərinə sarılır, beləliklə həm də onların bugünkü saçaqlarına çevrilirik. Beləlklə də cəmiyyətimiz ruh və mə’na köklərinə görə özünü yenidən kəşf edərək kimliksizlikdən xilas olur. - Tarixdə sizə ən çox kimlər tə’sir etdi?- Dörd xəlifənin hər biri özünə aid xüsusiyyətləri ilə mənə çox tə’siredici gəlir. Məsələn, həz. Əbu Bəkir, iki illik qısa bir zamana o qədər çox şey sığdırmışdır ki, onu görməkdə çətinlik çəkirəm. Onu anlamaq üçün məncə, imkan olsa, o dövrü bir növ rentgen şüaları ilə tədqiq etmək lazımdır. Həz. Ömərin daha geniş bir zamanda həyata keçirdiyi böyümə, genişlənmə və ətrafa yayılmalar, bu nəhəng proseslərlə eyni zamanda özünü sifirlamaqda müvəffəqiyyəti, vəfat edərkən «Dünyadan ona girdiyim kimi çıxaramsa, özümü xoşbəxt hesab edərəm», sözləri ilə dilə gətirdiyi hisslərindəki dərin mə’na isə, haqpərəstliyi və Allahın inayətindən* başqa istinadgah tanımaması ilə məndə dərin bir heyranlıq hissi oyadır. Marksın da ona heyran olduğunu deyirlər. Məsələn, ağlıma Ömər bin Əbdüləziz gələndə gözlərim dolar. Yenə, Sultan Fatihə və xüsusən də Osman Qaziyə heyranam. Fatihin İstanbulun fəthi kimi xidməti ilə müqayisə edilərsə, Osman Qazinin gördüyü işlər kiçik görünə bilər, amma o, bir millət me’marıdır. Böyük bir dövlətçiliyin təməllərini atarkən, əqli, məntiqi, hissi, ruhi, qəlbi, bir sözlə, heç bir tərəfini boş buraxmayaraq çox çətin bir dövrdə meydana çıxardığı hərbi və siyasi düha ilə çox böyük bir iş görmüşdür. - Bəs Səid Nursinin sizə tə’siri?- Böyük adam kimi tanıdığım və həyatım boyunca heyranı olduğum bə’zi şəxsiyyətlər vardır. Məsələn, İmam Rəbbani, Mövlanə Xalid, Qəzali, Əqtabi-Ərbəa, Əbdülqədir Qeylani, xüsusilə də Şeyxul Hərrani, Həsənul Haraqani, Aqil Mənci və Məhəmməd Bəhauddin həzrətləri* kimi təsavvüf böyüklərinə heyranam, ölçülərini anlamağa çalışıram. Onların yolu ilə getmək, mənə Rəsulullahın arxasında yerimək kimi gəlir. Lakin mənə görə Bədiüzzamanın fərqliliyi, onun bu çağa aid olması və dövrünü çox yaxşı oxuması baxımından qaynaqlanır. - Bu dövrə aid olması, dövrünü oxuma şəklinin sizin üzərinizdəki tə’siri nədir?- Yazmış olduğu əsərlər, iman həqiqətlərinə ehtiyac duyanlar baxımından gözəl bir reseptdir. Bundan başqa, tələbələri ilə aralarındakı yazışmaların nəticəsi deyə biləcəyim məktublar, lahiqalar** vardır, orada hay-küysüz, radikallığa, terrora girmədən, əmin-amanlıq və asayişi pozmadan insanlığa xidmət edilə biləcəyini, həm də bunun düsturlarını ortaya qoyaraq göstərmişdir. Sadəcə adlarını çəkdiyim şəxslər deyil, fikirlərindən və həyat tərzlərindən faydalandığım hər kəsə qarşı minnət hissləri ilə doluyam. Minnətdarlığımı onlara dua edərək ifadə etməyə çalışıram. Bundan əlavə, müasirimiz olan insanlığın çox istifadə etdiyi insanlara, məsələn, Nəcib Fazil, Nurəddin Topcu, Səzai Qaraqoç kimilərinə adbaad, bə’zən otağımda, bə’zən sağlamlıq-qaçış zolağında dua edirəm. - Sizə görə Türkiyə nə qədər İslam dünyasına, nə qədər türk dünyasına, nə qədər Avropaya aid ola bilər? Xüsusən də hazırkı dövrü də nəzərə alaraq Bir məqalənizin başliği ilə ifadə edəcək olsam, «Dünya müvazinəsində bir millət» axtarışı çərçivəsində baxanda haraya aid olduğunu görürsünüz?- Türkiyə, həm tarixi, milli və dini dəyərlərinə bağlı, həm də dini həyat sahəsində öz mülahizələrini böyük ölçüdə önə çıxarmış bir ölkədir. İslamın əsas qaynaqlarına istinad edən əsaslar baxımından nəzər salınanda da, böyük ölçüdə, özünəməxsus mülahizələrini də önə çıxaran bir dünya olduğu nəzərə çarpır. Dolayısı ilə duyğu, düsüncə, məntiq, fəlsəfə və həyatı yorumlamaqda ona yaxın olanlara qarşı hansısa bir mənfəətdən söz gedə bilər və kimlərlə daha çox fəsli müştərəkləri* vardırsa, o zaman bir sıra böyük hesabları da onlarla həyata keçirəcəkdir. Bunlar beynəlxalq münasibətlər baxımından çox əhəmiyyətlidir, amma bu həqiqət Türkiyənin AB-yə girməsinə, avropalılarla birlikdə bir qisim layifhələri həyata keçirməsinə mane olmaz. Onsuz da indi Avropa Birliyinin verdiyi müddət bir başlanğıcdır, bir növ bazarlıq mərhələsidir. Uzğa baxmaq və bə’zi şeyləri yaxşı görmək lazımdır. Məsələn, Avropanın elm, texnika, sənət və mədəniyyət sahələrində əldə etdiyini təqdirlə qarşılayıb baş tacı etmək lazım olduğu qədər, qocaldığını, hətta Amerikanın da nüəyyən qədər yaşlandığını da görmək lazımdır. Bu gün üçün onlar səmada parlayan bir günəş kimi görünsələr də, bu günəş getdikcə qüruba yaxınlaşır. Türkiyə isə üfüqündə şəfəq parıltılarının əlamətləri görünməyə başlamış, yenidən diriliş dövrünü yaşayan, dinamik və gənc bir dövlətdir. Onların gözqamaşdıran parlaqlığına deyil, parlamağa yeni başlayan və parlaması gözlənən şeylərə baxılmalıdır. Türkiyə gələcək naminə daha çox ümid vericidir. Bunları əzbədən demirəm. Bir Türkiyə həqiqəti vardır və gələcəkdə başqalarının bizimlə yarışa girməsi qeyri-mümkündür. Çünki, biz dəfələrlə, həm də cürbəcür şəkillərdə yıxılmış, amma hər dəfə ayağa qalxmaq naminə müxtəlif dirçəlmə sistemləri qurmuş və inkişaf etdirmiş bir xalqıq. Yenə də ölkəmizdə araşdırma eşqi oyanmış və beyin fırtınaları yaşanır. Dolayısı ilə mövcud vəziyyətimiz bir sistem korluğunu deyil, yeni arayışları, axtarışları göstərir. Əgər sahib olduğu mexanizmlərdən yaxşı istifadə edərsə, Türkiyə, dövlətlərarası muvazinədə layiq olduğu yeri mütləq tutacaqdır. Ancaq ictimai fəaliyyətlərdə arzu edilən şeylərin başladığını görsək belə, zamana vabəstə* olduğunu, birdən-birə həyata keçirilməyəcəyini nəzərdən qaçırmamaq lazımdır. Bu xalq bir gün öz xarakterini mütləq büruzə verəcəkdir. Şairin dediyi kimi, «Gözlərimi yummuş, mən elə bir Türkiyəni seyr edirəm indi». - Türkiyədəki mövcud dövlət quruluşu belə bir Türkiyəni irəli apara bilərmi? Prezidentlik üsuli-idarəsi ətrafında da söz-söhbət gedir.- Ara-sıra Prezidentlik üsuli-idarəsini tövsiyə etməyə də çalışdım. Türkiyə baxımından bu sistemin daha uyğun olduğunu zənn edirəm. Xatırlayırsınızsa, möhtərəm Süleyman Dəmirəl Prezident olduğu dövrdə bunu təklif də etmişdi və mən o zaman heyifsilənmişdim ki, «Eyvah, «özü üçün istəyir», deyəcəklər və bu təklif havada qalacaq». Elə də oldu, «Dəmirəl diktator olmaq istəyir», deyənlər oldu, belə bir bəyanat başqalarını əks-hərəkətə keçirdi. Sistemin ixraca cavab verib-verə bilməyəcəyi hətta müzakirə də edilmədi. Halbuki, qənaətimcə, daha yumuşaq bir üslubla və ictimai vicdana qəbul etdirilərək müzakirə edilsəydi, mövcud Prezidentlik sistemlərindən (Fransa, Amerika və b.) hansı olursa olsun, Türkiyənin xeyirinə olardı. Əgər bu gün də Prezidentlik üsuli-idarəsi barəsində düsünülürsə, məncə mövcud sistemlər inkişaf etdirilməli, mütəxəssislər tərəfindən onların kəm-kəsirləri yaxşıca müəyyənləşdirilməli, Parlamentar sistemin üstün cəhətlərinin Prezidentlik üsuli-idarəsinə necə əlavə ediləcəyi araşdırılmalı və Türkiyənin şərtlərinə görə inkişaf etdirilərək alınmalıdır. Çünki, böyük bir Türkiyə üçün Prezidentlik üsuli-idarəsinə ehtiyac var və bunun zamanı çoxdan gəlmişdir. Dövlət təcrübəmiz bu işin öhdəsindən gəlmək üçün kifayət qədərdir. Məncə Prezidentlik üsuli-idarəsinin əleyhinə çıxanlar bu sistemdə məntiqsizlik gördüklərinə görə yox, müxalifət düşüncəsinə görə davranırlar. - «Gülən prezidentlik üsuli-idarəsini qarşısına məqsəd qoyduğu teokratik diktatorluğa yumşaq keçidi tə’min etmək üçün müdafiə edir», yorumları da ola bilər.- Bir ayağı məzarda olan bir adamın, o barədə doğrudan da istəyi olsa belə, bunu necə edə bilər ki? Bu işə necə başlamaq üçün belə heç bir ön hazırlığı yoxdur. Bir kənd muxtarı qədər də hazırlığı yoxdur, belə bir iddia hər kəsin gülüşünə səbəb olar. |
|
| Axırıncı təzələmə ( 29.06.2007 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Təqribən dörd metr enində, səkkiz metr uzunluğundakı otaqdan Gülən həm iş, həm də yataq otağı kimi istifadə edir. Gülənin yatağı ortadan arakəsmə ilə ayrılmışdır. Otaqda yazı masası, vitrin, kitabxana, qarderob, sağlamlıq-qaçış zolağı, kreslo və içərisində Türkiyənin müxtəlif yerlərindən ona gələn torpaqların olduğu qutuların düzüldüyü bir şüşə vitrin vardır. Divarlardan müxtəlif şəkillər asılmışdır. Gülən, vaxtının çoxunu bu otaqda keçirir. Bəlkə günün iyirmi saatını burada olur. Həkimlərə görə, Gülənin hər gün bir saat sağlamlıq-qaçış zolağı üstündə yeriməsi lazım gəlirmiş, amma o yarım saat yeriyir. Otağında kiçik bir balkon var. Gülən oraya yalnız iki dəfə çıxmışdır. Üçüncü dəfə də bizimlə birlikdə çıxdı. Balkonda Türkiyədən göndərilən kiçik kilim və xalılar sərilmişdir. 
