Gizli hesabı olanlar onu mütləq sızdırar Çapdan çıxart E-mailə yolla
Reytinq: / 11
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
15.01.2005

ImageGülənlə həm qonaq evində, həm də Nyu Cersidə qaldığı qardaşı oğlanlarına məxsus evdə söhbət etdik. Buradakı ev daha sadədir. İçindəki əşyalarla, əşyaların düzülüşü ilə tipik bir türk evidir. İnsan təkrar-təkrar düsünməli olur: necə olur ki, bir adam qapalı bir məkanda bu qədər uzun müddət qala bilir? Gülən çox fərqli bir şəxsiyyətdir, onu anlamaq, təhlil etmək çox çətindir. Gülən, fikrini ifadə edərkən, danışarkən hisslərini gizlətmək ehtiyacı duymur.

Gülənin diqqəti cəlb edən xüsusiyyətlərindən biri də heç kəsin onun ayağına qalxmasına icazə verməməsidir. Otağa girəndə qonaqlardan bu həssas məsələni bilməyənlər varsa, ayağa qalxır, o isə hər dəfə qeyri-məmnunluğu üzündə açıq-aydın sezilərək, «Belə şey etməyin, əcəmilərin öz böyüklərinin ayağına qalxdıqları kimi ayağa qalxmayın»,*-deyir və ancaq hamı yerinə oturandan sonra otağa daxil olur. Bu kimi hallar onda çətin başa düşüləcək bir utancaqlıq əmələ gətirir.

Qırx il ərzində bütün əməllərim və sözlərim xalqın və hökumətlərin gözü önündə cərəyan etdiyi kimi, yazdıqlarım da ortadadır. Əgər elə bir fikrim olsaydı, onilliklər ərzində onun izləri heç olmazsa bir neçə kəlmə ilə ortaya çıxardı. Gizli hesabları olan bir insanın qırx il ərzində eyham və işarə ilə də olsa, bunları büruzə vermədən gizlədə bilməsi mümkündürmü? Halbuki, müəyyən qərəzlərı olan marjinal bir qrup adamdan başqa heç kəsin bu barədə nəsə bir söz deməsi mümkün deyildir.

Həm də bir ayağı məzarda olan bir adamın o barədə doğrudan da bə’zi arzuları olsa belə bunu necə edə bilər ki?
- «Fəthullah Gülən məqsədə qoyduğu teokratik diktaturaya yumşaq keçidini tə’min etmək üçün Prezidentlik sistemini müdafiə edir», deyənlər ola bilər, demişdim. Lakin aydın bir cavab almadım!?

- Ən inkişaf etmiş cəmiyyətlərdə belə insanlar sözləri və əməlləri ilə ittiham edilir və bunlara baxılaraq haqlarında höküm verilir. Qırx il ərzində bütün əməllərim və sözlərim xalqın və hökumətlərin gözü önündə cərəyan etdiyi kimi, yazdıqlarım da ortadadır. Əgər elə bir fikrim olsaydı, onilliklər ərzində onun izləri heç olmazsa bir neçə kəlmə ilə ortaya çıxardı. Gizli hesabları olan bir insanın qırx il ərzində eyham və işarə ilə də olsa, bunları büruzə vermədən gizlədə bilməsi mümkündürmü? Halbuki, müəyyən qərəzlərı olan marjinal bir qrup adamdan başqa heç kəsin bu barədə nəsə bir söz deməsi mümkün deyildir.

Həm də bir ayağı məzarda olan bir adamın o barədə doğrudan da bə’zi arzuları olsa belə bunu necə edə bilər ki? Bunu necə başlamaq barəsində təsəvvürüm belə yoxdur. Bir kənd muxtarlığı qədər da hazırlığım yoxdur. Belə bir iddia insafı olanları güldürər. Bu barədəki bütün iddialar tamamilə vahimələrə və gümanlara əsaslanır ki, (bir başqa reportaj vasitəsi ilə dediklərimi təkrar edim) belə bir məntiq və ya məntiqsizliklə, hər solcunu totalitar kommunist idarəetmə həsrətini çəkən, hər ülkücü milliyyətçini irqçi və şövinist, hətta faşist və ya nasist idarə tərəfdarı olmaqla ittiham etmək lazım gələr. Belə bir ruhi sərsəmliyə isə dəlilərin də gülməyi gələr.

- Adınız çox zaman dövlətlə anıldı. Sizin üçün dövlətin qarşılığı nədir?

- Mən «Dövlət lazımdır, gözdən salınmamalıdır» kimi ifadələrlə dövlət haqqında təqdirlərimi («təqdir» kəlməsini «seçim» əvəzinə istifadə edirəm) dilə gətirərkən, «ən pis dövlət belə dövlətsizlikdən yaxşıdır» qeydini mütləq etdim, dövləti müqəddəs görənlər kimi təqdis etmədim. Belə bir seçimi də lüzumlu görürəm, çünki, dövlətin olmadığı yerdə anarxiya, xaos və özbaşınalıq hakim olar. O zaman da fikirlərə hörmətlə yanaşılmaz, din-vicdan azadlığı qalmaz, haqqa hörmətdən bəhs edilə bilməz.

Bundan başqa, bə’zi dövrlər olub ki, xalqımız dövlətsizlikdən çox çəkibdir. Elə bunun kimi səbəblərə görə dövləti müdafiə etməyi eyni zamanda vətəndaşlıq vəzifəsi bilirəm.

Əgər üstəlik sizə hörmət bəsləyən, sözlərinizə və düsüncələrinizə e’tibar edən insanlar vardırsa, demək qarşınızda ayrıca olaraq onları yalançı çıxarmamaq, ifrat və təfritə düşmələrinə mane olmağa çalışmaq kimi bir vəzifə də dayanır.

Ancaq burada diqqət edilməsi lazım gələn mühüm bir xüsusiyyət də vardır: əgər gözəl görüb, gözəl düsünmək, gözəl qiymətləndirmələrə varma yolunu seçiriksə, məsələni (bu gün bə’zi müxaliflərin etdiyi kimi) həmişə tənqidə, təxribə, müxalifətə, kinə, düsmənçiliyə nifrət üzərində qurmağın faydalı olmadığına əminiksə, o zaman, bə’zi səhvləri görməmizə baxmayaraq, onları sinəmizə çəkərək etdiyimiz bir seçimdir.

Yoxsa, «dövlət mə’sumdur, peyğəmbəranə bir ismət sahibidir, nə edirsə düzgün edir, əsla xəta etməz», kimi mülahizələrim heç bir zaman olmadı. Onlar da səhv edə bilərlər.

- Sizi həddindən artıq dövlətçi olmaqda təqsirləndirənlər də vardır...

- Müsəlmanlar keçmişdən bu günə qədər dövləti müqəddəsləşdirməmişlər, amma ona həmişə ehtiram göstərmiş, dövlətin e’tibarının yüksəldilməsinə çalışmışlar. İslam tarixinə ötəri də olsa bir nəzər salsaq, görərik ki, sələfi-salihin başlarına kim keçirsə keçsin, dövlətin mənafeyini sarsıda bniləcək davranışlardan uzaqda durmağa çox diqqət yetirmişlər.

Məsələn, adamların çoxu, hətta böyüklər belə Yezidə lə’nət oxumuşlar. Lakin müsəlmanlardan onun arxasında namaz da qılanlar da olmuşdur. Hətta fasiq, fəcir bildikləri adamların belə arxasında namaz qılmışlar. Ürvə b. Zübeyr Əbdülməlikin arxasında səf tutmuşdu. Halbuki, Əməvilər Əbdülməlik dövründə onun böyük qardaşını asmışdılar, lakin o bunu problem etməmiş, Əbdülməlikin qonağı olmuş, öz vəzifəsini haqqı təbliğ etməkdə görmüdür.

Bəli, Yezid və Həccac kimi dövlət rəhbərlərinin etdikləri bir zülmdür, amma sələfi-salihin nə qədər zülmə mə’ruz qalsalar da, xalqın öz dövlətinə qarşı kin bəsləməsinə razı olmamış, dövlətin nüfuzunun sarsılacağından, bundan da xalqın zərər görəcəyindən ehtiyat etmişlər.

Mən də dövlətimə qarşı hörmət göstərməyə çalışıram. Bəlkə mənim də inciməli olduğum bə’zi məsələlər vardır, lakin bu inciklikləri öz plana çıxararıqsa, o zaman tərəzinin bir gözünin əyilməsinin qarşısını ala bilmərik. Dövlətə qarşı e’tibarı sarsıtmaq isə anarxiyaya, terrora, özbaşınalığa rəvac vermək deməkdir.

- Dövlətin bə’zi qurumlarının Sizə qarşı olduğu, Sizi təhlükə kimi görənlərin olduğunu da deyənlər var...

- Mən dövləti təşkil edən müəssisələrin sizə, bizə, filankəsə qarşı olduğu qənaətində deyiləm. Bə’zi müəssisələrdə hay-küyçü, həmişə səsini ucaldan, hay-küylə iş görməyi sevən bir qısım adamlar sizə dövlət kimi görünə bilər.

Demək istədiyim budur ki, sizə qarşı olan dövlət deyildir, marjinal bir qrupdur. Dolayısı ilə, dövlət üçün həyati bir əhəmiyyəti olan çox mühüm bir müəssisəni özünə qarşı görmək böyük bir xətadır. Belə bir xətanı əsas götürərək hərəkət etmək onu bəyənməmək, pisləmək, daim tənqid hədəfinə çevirmək isə ikinci bir xətadır, həm də ikiqat xətadır. Üstəlik bir də ona qarşı e’tibarı sarsıtmaq, xalqın e’timadsızlığının səbəbkarı olmaq, beləliklə də onu zəiflətmək, bu da ikiqat xətadır. Buna görə də bu cür xətalar burulğanına düşməmək lazımdır.

Əgər bu dövlətin içində dünyanın harasında hansı iş görülürsə görülsün, bizim əsərimiz olduğunu e’lan etmək lazım gəldiyini düşünən, başqalarının üstünlüklərinə, fəzilətlərinə dözə bilməyən ağıl xəstəsi bə’zi adamlar vardırsa, narahat olan məhz belələridir. Bunlar kimi üç-beş nəfər sərgərdana baxıb oliqarxik azlığın bu məsələrdəki çirkin davranışlarını böyüdüb dövlətin müəssisəsini zəiflətmək, sarsıtmaq qətiyyən düzgün hərəkət deyildir.

- Dövlətçi kimi görənlər... Dövləti ələ keçirmək üçün planlarınız olduğuna inananlar... Sizin üçün dövlət ələ kleçirməsi gərəkli olan bir hədəfdirmi?

Dövlətə göz dikənlərin hansı yolla gedəcəkləri bəllidir. Əgər belə bir tələbim olsaydı, bu millətin bir fərdi olaraq mən də o yolla gedə bilərdim. Bağışlayarsanızsa, burada mövzudankənar bir xüsusiyyəti dilə gətirmək ehtiyacı hiss edirəm: bu cür mövzularda açıqlama etmək bir yönü ilə nəfs təzkiyəsi mə’nasını verdiyi üçün çox sıxılıram. Çünki, nəfs təzkiyəsində olmaq, bəri başdan düsüncəmə tərsdir. Buna görə də sıxılaraq deyirəm ki, görəsən, altmış yaşı arxada qoymuş bir insan haqqında bu cür vahimələrə qapılanlar heç düşünmürlərmi ki, bu insan necə yasamışdır? Seçimlərini hansı istiqamətdə istifadə etmişdir? Yoldaşlarıma bə’zən açıq, bə’zən üstüqapalı, amma hər zaman «dünya ilə əlaqəmizi kəsək, həyatımızı Cənabi-Haqqın rizasini qazanmağa həsr edək, Allahın və həz. Peyğəmbərin adını ətrafa yaymaqdan başqa məqsədimiz olmasın», demişəm. Əgər mənim dünyada gözüm olsaydı, dövlətin başına keçmək istəsəydim, gənçliyimdən e’tibarən bu cür arzularımın həyata keçə biləcəyi yerlərdə olmağa çalışardım. Halbuki, mənim məqsədlərim bəllidir. Gənçlik illərinin həvəslərinin zirvədə olduğu günlərini bir məscid pəncərəsində, (bu gün belə xatırladıqca burnumun ucunu göynədən) bir taxta komada keçirmis bir insan nə düşünmüş ola bilər ki? Qaldı ki, o dövrdə sevənlərimiz, rəğbət bəsləyənlərimiz naminə bə’zi təkliflər də gəlirdi.

- Siyasi mə’nadamı?

- Həm siyasi mə’nada, həm də daha fərqli, mənim boyumu asacaq, heç bir zaman görə bilməyəcəyim işlər də təklif edildiyi olmuşdur. Bağışlayın, bunları açıqlamaqdan sıxıldığım üçün təşrih etməyəcəyəm.

İndi, gənçliyində ayağına qədər gəlmiş bu cür fürsətləri əlinin tərsi ilə özündən kənara itələyib üzünü taxta komasına dikmiş bir insan, hər gecəni «bu gecə son gecəm ola bilər» düşüncəsi ilə keçirdiyi dövrdə nəyə görə ona göz diksin ki? Zənnimcə bu iddiaların hamısı qərəzlərdən doğur.

- Yaxşı, bəs nəyə görə bu qədər uzaq durursunuz? Bir zərərmi görürsünüz?

- Xeyir, bir zərər gördüyümə görə deyil. Əgər dövləti idarə etmək arzum olsaydı, mən də bir yerdən namizədliyimi irəli sürdürərdim və heç kəsin də bir söz deməyə haqqı olmazdı. Amma daha əvvəl də dediyim kimi, mənim könlümü dolduran, xəyallarımı bəzəyən şeylər başqadır. Mən Əhməd Sərhəndilərin, Qəzalilərin, Hərranilərin, Aqil Mübəncilərin yaşadığı kimi yaşamağı, onların yollarını davam etdirərək Həz. Peyğəmbərin həyat tərzini mənimsəməyi və o yolla Rəbbimin rizasını əldə etməyə üstünlük verirəm. Ölkəmizdə olan qəlbi təmiz, ağlı təmiz, vicdanı əngin və ağlı iti vətəndaşlarımızdan bu işə arzusu olanlar çıxsın, dövləti idarə etsin. Biz də fikrən onlara köməkçi olaq. Faydalı ola biləcəyimiz xüsusiyyətlər olarsa, onların istifadəsinə verək. Çünki, əgər belə olarsa, məqsəd hasil olar.

- Dövlətin başında sizin baxışlarınızın əksi olan biri olsa necə?

- Ola bilər. Mən bu məsələdə heç bir zaman kiməsə saplanıb qalmadım. Dövlətin başına kim keçərsə keçsin, əqlən də, vicdanən də onu öz dövlətim qəbul etdim. Məsələn, mənim dövləti ilk tanımağım gənclik dövrümdə, mərhum Məndərəslə oldu. Danışdıqlarını heyranlıqla dinləyərdim Əsil Anadolu insanı idi, bizim kimi danışırdı, cavanmərd idi, haqsiz yerə e’dam edilməsinin uzun müddət sarsıntısını yaşadım.

Dəmirəl dövlətin başına keçdiyi zaman bir yönü ilə onu da təqdirlə qarşıladım, fikrən də olsa hər zaman kömək etməyə çalışdım, müəyyən qədər kömək edildiyini də zənn edirəm.

Turqut Özal və Bülənd bəy hakimiyyətə gəldiyi zaman onları da təqdirlə qarşıladım. Bundan sonrasını siz də bilirsiniz. Məs’ud bəylə də, Tansu xanımla da görüşdüm. Hətta, o zaman bir qisim qarmaqarışıqların baş verəcəyi ehtimalını yüksək gördüyüm üçün, ikisinin bir araya gəlməsi halında yüksək bir elektorat potensialı olacağını və qalmaqalların qarşısını almaq imkanının doğacağını izah etməyə çalışdım. Bu görüşlərin şahidləri də var. Sözün qısası, dövləti idarə edən kim olursa olsun, «millətimiz qarmaqarışıqlıq yaşamasın, anarxiyaya sürüklənməsin» kimi düşüncələrlə hər zaman onlara arxa olmağa çalışdıq. Bizim dərdimiz dövlətimizin e’tibarının qorunması, dinimizə toxunulmaması, dinimizi yaşaya bilmə imkanlarının tə’min edilməsidir.

Axırıncı təzələmə ( 17.12.2007 )
 
< Qabaqkı   Sonrakı >

Dil seçin‎

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri