Kassetlərdəki sözlər montaj edilərək saxtalaşdırıldı Çapdan çıxart E-mailə yolla
Reytinq: / 1
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
16.01.2005

Kassetlərdəki sözlər montaj edilərək saxtalaşdırıldıGülən, ikindi vaxtından sonra çox vaxt onu görməyə gələn qonaqları ilə sohbət edir.

Bu sohbətlərin birisində söylədiyi bu cümlə mənə çox mə’nalı gəldi: «Kafirə «kafir» demək mö’minin vəzifəsi deyil. «Kafir» demək, insanın insanlığına hörmətsizlikdir».

Gülən, həmin ikindi sohbətlərində ölümdən, axirətdə Böyük Görüşdən, Allaha şüurlu qul olmaqdan, qul haqqından, həyatın mə’nasından, insanın dərinliyindən, İslamı layiqincə təmsil etməkdən və əlbəttə, Türkiyədən çox bəhs edir.

Ölüm vurğusu, onda böyük bir həsrət kimi əks olunur.

Ölümü bu qədər arzulayan bir başqa insan heç görməmişəm.

Gülən ölümdən qorxub qaçmır, qaçıb ona qovuşmağı qəbul edir.

Ölümdən bəhs edərkən əlini zarafatyana çənəsinə dayadı və «Akifin* ölümündən bir az əvvəl çəkdirdiyi belə bir foto-şəkli var»,-dedi.

Fotoqrafımız Arda Yavuz bu fürsəti əldən verməyib həmin dəqiqə foto-kamerasını işə saldı.

Məsələn, o kassetlərin bir yerində «Allah CXP-nin bəlasını versin», deyə bilməzsiniz», deyirəm. Cümlənin sonundakı «deyə bilməzsiniz» ifadəsini kəsib çıxarmış və mən güya «Allah, CXP-nin bəlasını versin..». demiş kimi təqdim edilmişdim.

Bundan əlavə, işlətdiyim bə’zi kəlmə və ifadələr də səhv şərh edilmiş və ya bilərəkdən yanlış izah edilmişdi. Məsələn, işlətdiyim «mamələkimi satma», sözüm, medyada «məmləkəti satma» kimi təqdim edilmişdi.

Onlar orada montaj edib parça-parça yerləşdirdikləri o kassetlərin əslini tapa bilməzlər, ortaya çıxara bilməzlər, göstərsələr, özləri pis vəziyyətə düşərlər.

- Kassetlərdə səsləndirilən sözlər barəsində nə deyəcəksiniz?

- Kassetlərdə dediklərim bə’ziləri tərəfindən kəsildi, biçildi, müxtəlif montajlarla bambaşqa qəliblərə salındı və dediyim sözlərdən çıxarmalar, əlavələr edilərək heç ağlıma gəlməyən sözlər deyibmişəm kimi verildi.

Məsələn, o kassetlərin bir yerində «Allah CXP-nin bəlasını versin», deyə bilməzsiniz», deyirəm. Cümlənin sonundakı «deyə bilməzsiniz» ifadəsini kəsib çıxarmış və mən güya «Allah, CXP-nin bəlasını versin..». demiş kimi təqdim edilmişdim.

Bundan əlavə, işlətdiyim bə’zi kəlmə və ifadələr də səhv şərh edilmiş və ya bilərəkdən yanlış izah edilmişdi. Məsələn, işlətdiyim «mamələkimi satma», sözüm medyada «məmləkəti satma» kimi təqdim edilmişdi. Halbuki, «mamələk» sözü «şəxs», «fərd», «mülk» deməkdir. Demək olar ki, bütün ittiham və iddialar bu cür saxtalaşdırılmalara əsaslanırdı.

Bundan başqa, təəssüf ki, hər kəsin qəbul etdiyi və son bir neçə ildə açıq şəkildə ortaya çıxdığı kimi, Türkiyədə qismən də olsa kirlənmiş bir quruluş vardır. Bu quruluşdan öz mənfəətlərini güdənlər və yüksəlişlərini, gələcəklərini bu quruluşun davam etməsində görənlər vardır.

Məsələn, rüşvət kimi bir əxlaqsızlığı əmələ çevirənlər, rüşvətə «haram» deyənləri öz yanlarında görmək istəmirdilər. Bunlar, müəyyən vəzifələrdə təmiz, dürüst, ədalətli, dindar rəhbər və mə’murların olmasına dözə bilmir və onların varlığından narahat olurdular.

Mən də millətimin hər bir fərdi kimi dövlətdə təmiz və dürüst mə’murların olmasını istəmişəmsə, buna mənim haqqımın olduğu düsünülməli və sözlərim önyarqı ilə yox, bu nöqteyi-nəzərdən götürülməli idi.

İyun komplosunu qabaqcadan bildiyim halda televiziyada göstəriləndə bə’zi bölümlərinə baxdım, heyrət etdim.

- Qabaqcadan necə xəbər tutdunuz?

- İş dünyasından olan bir yaxın adam mənə qonaq gəlmişdi. Telefonu çaldı. Kassetlər montaj edilmək üçün götürüldüyü zaman kimsə axtarıb, «Qarşımızda bir çuval kasset var, montaj edirik. Buradakılar «xəbər vermə, işdən çıxarılarsan»,-dedilər, amma mən yenə də axtarım, dedim. «Necə olsa sən də bizdən xəbərdarsan, başıaşağı getməyimizə razı olmazsan», kimi sözlər demişdi. Bir növ santaj da edilmişdi.

Hamısı yalan idi... Onlar orada montaj edib parça-parça yerləşdirdikləri o kassetlərin əslini tapa bilməzlər, ortaya çıxara bilməzlər, göstərsələr, özləri pis vəziyyətə düşərlər. Çünki bir az əvvəl verdiyim misal kimi, hamısı başadan ayağa quraşdırmadan ibarətdir.

Hətta Konstitusiya Məhkəməsi sədri olmuş biri haqqında deyilənlər də quraşdırmadan başqa bir şey deyildi. Mən də elə bunlara təəssüflənirəm.Təəssüflənirəm ona görə ki, bu adamlarla aramızda dostluq var idi, bu quraşdırmalarla həmin dostluq körpülərini dağıtdılar.

İfadəmə görə üzr istəyirəm, hamısı yalan idi... «Yalan» sözünün özündən iyrənirəm. Yalan idi, böhtan idi, iftira idi, günaha girmişdilər.

İndi bütün bunları edərkən mən yalnız televizorda baxdım və çox mə’yus oldum. Bir də, Allah salamatlıq versin, Rəha Muxtar bəy mənimlə bir telefon əlaqəsinə girdi, təbii ki, mən nələr demişəm, heç xatırlamıram, yadımda qalan budur ki, danışarkən bə’zən layiq olmayan sözlər də dedim, lakin elə şeylərlə qarşılaşdım ki, işin doğrusu, tam heyrət və dəhşət içərisində idim.

Sonra dostlarım mətbuatda nə çıxmışdısa, hamısını gətirdilər. Dinimə, imanıma görə mənə hörməti olan, məni qəbul edən, bəlkə bə’zi şeylərə görə tənqid də edən dost-tanış da sözün düzü, çox insaflı yazılar yazmışdılar. Bununla yanaşı o birilərlə həmfikir olanlar da var idi. Dəstə-dəstə qəzetlər gətirirdilər buraya. Mən də onları üç kateqoriyaya ayırdım, dəstələyib bir yerə yığdım. Dedim münasib bir zamanda, təzyiqim düşəndə baxaram, sonra bir gün baxdım, gördüm ki, o qəzetlərdən yalnız mənim lehimə yazılanlar qalıb. Kim götürdü, nə oldu, indi də mənə mə’lum deyildir...

- Yə’ni qəzetlərdə əleyhinizdə yazılanları oxuya bilmədiniz, elədirmi?

- Cənab-i Haqqın mənə mərhəmətindəndir ki, məni o cür şeylərlə məşğul olmağa qoymadı. İndi mən o adamlara əl verəndə də vicdanım rahat halda əlimi uzadacağam, çünki nə dediklərindən, nə etdiklərindən təfərrüatı ilə xəbərim yoxdur.

Bir şey də deyim. Bu son günlərdə də bə’ziləri yenə nəsə deyir, atıb-tuturlar. Dost-tanış ordan-burdan bə’zi şeyləri deyirlər. Maraq göstərib onları da oxumadım, əhəmiyyət vermədim. Heç bir zaman iftiraçıların sözlərinə e’timad göstərmədim.Ən çox da burada əsasən öz qəlbi, ruhi halımın cizgilərini, rəngini, nəqşlərini qorumağa çalışdım. İnsanlara qarşı hər zaman mürüvvətli ola bilmək üçün mürüvvətimi qorumağa çalışdım. Qorxuram ki, əgər məni öz içimdən yıxarlarsa, bir gün onlarla rastlaşanda üz-gözümü turşuda bilərəm. Üzüm ağ, alnım açıqdır mənim, hamıya əlimi rahatlıqla uzada bilərəm.

- Dinin də son hədəfinin dövlət olduğu fikri çox işlədilib, bu gün də işlədilir. Siz 90-cı illərın əvvəllərində «İslamın əmrlərinin 95 %-i insana baxar, qalanı dövlətlə əlaqədardır», demişdiniz. Dinin özünün tam mahiyyəti ilə yaşanması üçün qalan bu 5 %-lik hissənin əhəmiyyəti, mə’nası nədir? Mö’minin son məqsədi eyni zamanda dövlətmi olmalıdır?

- O söz Bədiüzzamana aiddir. Mən də zənn edirəm ki, demokratik çərçivə içində qalınsa, «ictimai sahə» kimi qeydlər edib məhdudlaşdırılma yoluna girilməsə, insanlar dininin 95 %-ni, bəlki də 97 %-ni heç kəsi heç bir narahatlıq hiss etməyəcək şəkildə yasayar. Digər qismə, yə’ni 3, yaxud 5 %-lik qisminə gələndə, bə’ziləri «bunlar din və vicdan məsələsidir»,-deyirlər. Mən bununla razı deyiləm.

O heç də tamamilə bir vicdan məsələsindən ibarət deyildir, çünki dinin ictimai həyatda da, müxtəlif dövrlərdə idarəetmə orqanlarının içində də yeri olur. Ancaq bu məsələlərin müəyyən qədər izafi tərəfləri, tarixi tərəfləri vardır. Məsələn, nə seçmək şəklində, nə də idarəetmə məsələsində tək bir forma göstərmək mümkün deyildir. Tarixə nəzər salaq, həz. Əbu Bəkir xəlifəliyə xalq tərəfindan seçilmişdir, amma həz. Ömər, xəlifəliyə həz. Əbu Bəkir tərəfindən namizəd irəli sürülərək seçilmişdir. Həz. Osman həz. Ömərin işarə etdiyi «aşərəi-mübəşşərə» qrupu içindən seçilmiş, həz. Əlinin seçkiləri bir qədər müxalifətli olmuş, dolayısı ilə Şam idarəsinə meydan verilmiş və Müaviyyənin əlinə fürsət keçmişdir.

Hakimiyyət Əməvilər dövründə atadan oğula keçməyə başlamış, sonra Osmanlılarda da eyni qaydada davam etmişdir. Deməli, dinin qorunub saxlanan bir sıra möhkəmatı vardır, bunlara heç müdaxilə edilməmişdir, amma onun xaricində izafi həqiqəti olan qisimlər ictihad sahələri, istinbat sahələri olaraq açıq saxlanılmışdır ki, şərtlərə və ehtiyaclara görə dəyərləndirilə bilinsin.

- «Hakimiyyət xalqındır» sözü nəyə görə mübahisə mövzusuna çevrilir?

- Ola bilər ki, bə’ziləri onu İlahi hakimiyyətə qarşı bir alternativ kimi görürlər, ona görə. Amma «Hakimiyyət qeydsiz, şərtsiz xalqındır», sözü Məclisdə dilə gətirildiyi zaman, orada Tahiru'l-Mövləvi, Mehmet Akif, Həsən Bəsri Çantay kimi şəxslər var idi və buna qarşı heç bir e’tirazları olmadı.

Demək ki, o dövrdə heç kəs tərəfindən alternativ olaraq qəbul edilmədi, ya da onların bildikləri başqa bir şey vardı. Bəlkə də onlar bu sözü monarxiya üsuli-idarəsinin alternativi kimi görürdülər. Həz. Əbu Bəkir dövründə olduğu kimi xalqın seçim etməsini və o dövrdə olduğu kimi respublikasayaq bir sistemin olması kimi başa düşürdülər. Əgər bu məsələ Allahın hakimiyyətinin alternativi şəklində gördülər, ancaq səslərini çıxarmadılarsa, haqsızlıq qarşısında susan dilsiz şeytan kimi olarlar. Halbuki, onların arasında sükut etməyəcək qədər polad imanlı insanlar var idi. Məsələni çox yaxşı təsbit etmək lazımdır, zənnimcə məsələyə bu çərçivədə baxılarsa, heç bir problem qalmayacaqdır.

Ancaq bə’ziləri dünyəviləşmə məsələsində çox ifrata varırlar. Laiqliyi başqa cür başa düşürlər. Din-dövlət ayırımından daha çox dinə Dekartın elm və dini bir xəttlə ayıran, bir qırmızı xətt çəkib «bir-birlərinin sahələrini dəyişik salmasınlar» mülahizəsi kimi baxırlar. Yə’ni problem təktərəfli deyil, fərqli bucaqlardan bəslənir.

- Xəbərlərdə İlhami Ərdil Paşanı məhkəmədə müttəhimlər kürsüsündə, hakim qarşısında görəndə nələr düşündünüz?

- Məhkəməsi davam edən bir prosesdə fikir bəyan etmək doğru olmadığı üçün sualınıza başqa baxımdan cavab vermək istəyirəm. Məncə, bir-birinə qarışdırmadan, tələblərini yerinə yetirməyə çox böyük həssaslıq göstərmək lazım olan iki xüsusiyyət vardır: birincisi, haqqın və ədalətin yerini tutması məsələsi, ikincisi də, məhkəmə qarşısına çıxarılanların insani hallarıdır.

Sualınızdakı məsələdə ədalətin öz yerini tutması üçün çox böyük sə’y göstərmək lazımdır. Çünki, başqa heç bir ölkədə olmadığı qədər bizim millətimizdə əskərə qarşı bir yüksək münasibət və e’tibar vardır. Bu barədə daha əvvələr tərtib edilən anketlər göstərir ki, Türk Silahlı Qüvvələri e’timadlılıq baxımından ilk sıranı tutur. Belə bir müəssisənin əleyhində meydana artıq-əskik sözlər çıxdığı zaman, qurumun gözdən düşməməsi üçün onu qoruyub saxlayacaq yollar axtarılması çox əhəmiyyətlidir. Bu baxımdan Ali Baş Komandanlığın göstərdiyi həssaslığı, yerində atılan bir addım kimi görürəm.

Məsələnin insani tərəfinə gələndə, mən heç bir zaman yıxılan bir adamı, istər paşa olsun, istərsə adi bir adam, şəxsiyyətini alçaldan, onu rüsvay edən hərəkətlərə yol verilməsini münasib hesab etmədim.

- Bir də məsələyə onların icrasına görə ürəyi yananların nəzəri ilə baxsaq...

- Elə də olsa, yenə bu iki xüsusiyyət bir-birinə qarışdılmamalıdır. Zənnimcə, ədalətin öz yerini tapması kifayətdir. Bir dəfə mühüm bir vəzifədə işləyən böyüklərimizdən biri ilə bir yerdə görüşmüşdük. Ətrafdakılar mənə bir az artıq hörmət göstərdiklərindən o, narahat olmuş, sonra da həmin narahatlığın tə’siri ilə etməməsi lazım gələn bə’zi şeylər etmişdi. Məndən asılı olmayan bir şeyə görə mənə qarşı etdiyi əməlləri təbii ki, qanqaraldıcı oldu. Sonra o adamın başına bir faciə gəldi və tələm-tələsik, çox biabırçı şəkildə medyada da işıqlandırıldı. Onun bu halını görəndə çox kədərləndim, çünki mənə qarşı etdiyi yanlış hərəkət başqa şeydir, dövlətin yüksək vəzifəsində işləmiş adamların rəzil edilməsinə yol vermədən istintaqa cəlb edilməsi başqa şeydir.

Kaş elə bir yol tapıla ki, ədalətin qələbəsini tə’min edərkən vaxtı ilə xalqa rəhbərlik edən şəxslər rəzil edilməyə, şəxsiyyətli adamları xəstə edə biləcək davranışlara qol qoyulmaya.

- Ərdil paşanı görəndə nələr düsündüyünüzü demənizi israr etsəm...

- Paşanı həyat yoldaşı və qızı ilə birlikdə müttəhimlər kürsüsündə, kameraların qarşısında biabırçılıq içində görəndə ürəyim yandı. Onun təqaüdə çıxdığı müəssisədə hərkəs e’tibarını qoruyub saxlamaq məsələsinə çox həssas yanaşır.

Bu gün onların biabırçılığını aləmə car çəkənlər, o vəzifədə olduğu zaman ona hər cür hörmət göstərir, bəlkə də bu məsələləri bildikləri halda danışmağa cəsarət edə bilmirdilər, amma elə ki yıxıldı, yıxılana balta vurmaq, olan-olmayan nə varsa, hamısını açıb tökmək üçün fürsət gözləyirmiş kimi davranmaq düz iş deyildir.

Hüququn tələblərini pozmadan daha yumuşaq bir yol tapılmasını istərdim. Bundan başqa, məsələnin medyada bu şəkildə işıqlandırılmasında daha diqqətli olmalarını arzu edərdim.

- O zaman belə bir davranış ayrı-seçkilik etmək olmazdımı?

- Türkiyə hüquqi dövlətdirsə, hər kəs bərabər olmallıdır, amma bə’zi adamlar tutduqları mövqe və təmsil yönləri ilə təkcə bir şəxsiyyət olmaqdan çıxırlar. Onlar təkcə cinayətkar kimi görünərlərsə, göstərilən tədbirlərin sərhədlərini aşaraq başqalarının da şübhəyə düşməsi və bir növ cəzalandırması kimi (ən azı psixoloji) bə’zi nəticələrin meydana çıxmasına səbəb ola bilər. Adamların ağlında «bu adam ələ keçdi, amma kim bilir, nə qədər də hələlik ələ keçməyən eyni əməl sahibi adam var, bu müəssisədə qırx quldur var!» kimi düsüncələrin əmələ gəlməsinə, bəlkə də heç bir rüşvətxorluğu, çirkin əməli olmayan adamlar haqqında belə mənfi fikirlərin əmələ gəlməsinə səbəb ola bilər.

Sözün qısası, haqqın öz yerini tutmasını tə’min etmək mütləq lazım olduğu kimi, bə’zi xüsusi halların nəzərə alınması da lazımdır.

Axırıncı təzələmə ( 29.06.2007 )
 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri