| Dövlətin dinin yenilməz gücünə ehtiyacı var |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 17.01.2005 | |
|
- Həm radikal dünyəvi dövlət tərəfdarları, həm də ifrat islamçılar «İslam bütün həyatı əhatə edir» deyirlər. Məsələn, Konstitusiya Məhkəməsi bunu səbəb kimi göstərərək bizdə Qərbdəki kimi liberal bir dünyəviliyin olmayacağını iddia edir. Radikal islamçılar da eyni səbəbə görə dünyəviliyin əleyhinə çıxır, İslamın dövləti də əhatə etməsini istəyirlər. Bəs İslam nəyi əhatə edə bilər, nələri də fərdlərin və dünyəvi fəlsəfi dəyərlərin, ağılın öhdəsinə buraxır? - Bəşəriyyətin gəldiyi səviyyə e’tibarı ilə mühüm qəbul edilən şeylərdən biri də insanlara inanma və inandığı kimi yaşamaq haqqının verilməsidir. Müəyyən bir dövrdə sistemi oturtmaq üçün başqa cür davranıla bilər, amma bu gün Türkiyədə demokratiya artıq mənimsənilmişdir, anlayışlar öz yerinə oturdulmuşdur. Bəlkə on il əvvəl biri durub «Demokratiya artıq geriyə dönməsi mümkün olmayan bir prosesdir», dediyi zaman (Jurnalistlər və Yazıçılar Vəqfinin açılışındakı nitqinə işarə edir) istintaqa cəlb edilə bilirdi. Amma indi artıq demokratiya daxilində bə’zi çarələr tapmaq mümkündür. - «İslam bütün həyatı əhatə edir» anlayışından ortaya çıxan ziddiyyətlər- Bu cür cəbhələşmələr, qarşılıqlı sərt davranışlara görə aşıla bilmir. Tərəflardan biri bir az yumuşalsa, o biri tərəf də yumuşalacaqdır. Zənnimcə sanki bə’zilərində AB-in verdiyi müddətdən müsəlmanlığın tam şəkildə yaşaya bilinməsi üçün vasitə kimi istifadə ediləcəyi şübhəsi vardır. Bu da gərginliyə səbəb olur. - Dinin bütün həyatı əhatə etdiyinə inanan birisi bə’zi məsələlrdə daha yumşaq davranmağa necə nail olacaqdır?- Din həyatdır, yaşandıqca var olur. Dini həyatı yaşaryakən ən başda diqqət yetirilməsi lazım gələn şərtlər vardır. Məsələn, «dinin möhkəmatı» dediyimiz təməl əsaslar başda gələnlərdəndir və bunlara əməl etməməyə heç kəsin haqqı yoxdur. İkincisi, bir müsəlmanın fərdii və ailəvi olaraq «Qur’an» və sünnətdə əmr edilən fərdi və ailəvi xüsusiyytələri necə başa düşürsə, o şəkildə yaşamasına imkan verilməli, sərhədlər çəkib həyat sahəsi daraldılmamalıdır. Digər tərəfdən, müsəlman kimi yaşamağa çalışanların da bə’zi şeyləri qarışdırmamağa çox böyük diqqət yetirməsi lazımdır. - Məsələn, nə kimi qarışıqlıqlar olar?- Bə’zən dinin təfərrüatları sanki üsulun yerinə qoyulur. Məsələn, namaz kimi, oruç kimi dinin əsaslarından olan şeylər eyni zamanda fərdi həyatda yaşana biləcək əmrlərdəndir. Həddi aşanlar, dünyəviliyə qarşı çıxanlar, dinin fərdi və ailəvi həyatda yaşana biləcək əmirlərini tətbiq etməkdə nə qədər həssas olduqlarına bir baxmalıdırlar. Körəsən bunları millimetr-millimetrə yaşaya bilirikmi? Utanaraq ifadə edim ki, əgər bir vaxtlar namazı vaxtında qıla bilməmişiksə, bir gün oruç tutmamışıqsa, başqa iddialar irəli sürərkən papağımızı qarşımıza qoyub düsünməli və Allahdan utanmalıyıq. Çünki bunlar elə şeylərdir ki, onlarda güzəştə getmək olmaz. İslamın namaz, zəkat, oruc kimi əmrlərini yerinə yetirməkdə qüsuru olanlar məncə, dində ciddi qüsura yol verirlər. Deməli, iftira atanlar, qeybət edənlər, əllərinə qələm alıb müsəlmanların «həyətinə girənlər» dində ciddi qüsura yol verirlər. Qeybətdən bəhs edərkən Allah Rəsulu ona «zinadan daha şiddətlidir», deyir, iftiranı «əfv edilməz bir günahdır», deyə təqdim edir. Bu cür qüsurlarımız varsa, dinin tam şəkildə tətbiqindən söz açmaq dinə qarşı hörmətsizlik olar. Allah xatirinə, gəlin əvvəlcə şəxsi həyatımız, uşaqlarımızın tərbiyəsi, fikir həyatımız və qəlb həyatımız naminə dinimizi bir tam şəkildə yaşayaq... - Sonra- Bu tamlığın meyvələri həyatımızda bir görünsün. Yə’ni biz, dinimizin rahatlıqla yaşana biləcək qisimlərində qüsurlarımız varkən, böyük günahlara yol veririk. Buna yol verə-verə bir tərəfdən də durub tamlıq iddiası ilə başqalqarı ilə dava-şava ediriksə, bu ziddiyyətindən qurtulmalıyq. Xətamızı e’tiraf etməliyik. Belə olarsa, ondan sonra «bu məsələlərdə dinimizin əmrlərini tam yerinə yetirə bilmədiyimiz üçün vicdanımız rahat deyil», deyərik. Gəlin, siz də hökmlərinizi ehtimallar üzərində qurmaqdan xilas olun, bunlara insaf sərhədləri içərisində çarə tapaq. - Sizcə çarə tapıla bilərmi?- Bu gün demokratiyanın çox müxtəlif formaları vardır: xristian demokratlar, sosial demokratlar, liberal demokratlar Ruslar da özlərini kommunist sistemi daxilində demokrat adlandırırdılar. Nəyə görə özündə İslami hiss və düsüncələrə yer verən, genişlənmələrini ona bağlayan bir demokratiya olmasın ki? Biz insanıq və bir sıra ehtiyaclarımız vardır. İçimizdə əbədiyyət duyğusu var, yox olmaq istəmirik. Mən Allahdan və onun və’d etdiyi əbədi həyatdan başqa heç bir şeylə rahat ola bilmirəm. Qarşımda əbədi bir həyatın var olduğunu düsünməsəm, bilsəm ki, ölərkən yox olacağam, həmişə anquaz yaşayaram, gərginlik içərisində ömür sürərəm. Mən əbədiyyət duyğusu ilə, Allaha qovuşma fikri ilə nəfəs alıb-verirəm. Humanist bir demokratiyadan danışırıqsa, o, məni hər şeyimlə əhatə etməli və bu cür ehtiyaclarıma da cavab verəcək şəkildə inkişaf etdirilməlidir. - Deyirsiniz ki, demokratiyanın metafizik tərəfi də olmalıdır...- İnsana qol-qanad gərilməlidir. Metafizikaya ehtiyac hiss edən vardırsa, tə’lim və tərbiyəsini də verərək bu ehtiyacı ödəmə yolları göstərilməlidir. Boşluq buraxmamaq lazımdır, məktəb, küçə-baca, mə’bəd və ailə insanın əlindən tutmalıdır. Məncə, inkişaf etmiş bir demokratiyada, dünyanı dünyəvi bir insan kimi xoşbəxtlik içərisində yaşamaq imkanı da, axirəti bir axirət insanı kimi yaşama imkanı da tapılmalıdır. İstəyən səhabə kimi yaşaya bilməlidir. Demokratiya da bir inkişaf dövrü yaşayır. Məsələn, biz çoxdan bəri demokratiya keçmişik, amma «Kopenhagen normativləri» çatışmamazlıqlarımızın həddini bziə fərq etdirdi. Bu müddət təkamül edə-edə öz mükəmməlliyinə doğru gedecəkdir. Hələ ki, avropalılar özləri də bir demokratlaşma dövrünü yaşayırlar, tamamladıqlarını, mükəmməl səviyyəyə çatdıqların demək çətindir. Bir gün qəlbi, ruhi, fikri, hissi, başqa nə varsa, bütün ehtiyaclarımızı demokratiya bayrağı altında tə’min edə biləcəyimiz şəraitin əmələ gələcəyinə inanıram, o istiqamətə doğru irəlilədiyimizi də görürəm. Laiqçi və İslamçı (bu tə’birlərdən xoşlanmadığımı deməliyəm) tərəflər arasındakı sərtliyin də yumşalacağına inanıram. Çünki oxumuş, intellektual insanların anlayışlı olmaları, məsələləri vahimələrə bağlayıb xəyali qorxular içərisində yaşamaqdan azad olmaları lazımdır. - İki tərəfin də?..- İki tərəfin də! - Dinin dövlətə, dövlətin dinə nə qədər ehtiyacı var?- İnsanların dinlərini könül rahatlığı ilə yaşamaları, özlərini rahat hiss edə bilmələri üçün dövlətin qol-qanad gərməsinə, şərait hazırlamasına ehtiyac vardır. Dinin fərdləri kamillik səviyyəsinə gətirmək, ailə və cəmiyyəti nizama salmaq, vicdanlara hökm edərək qəlblərin qapısını aralamaq və bu yolla qarşısı alına bilməyəcək bir çox yaramazlıqların önünü kəsmək sahəsində malik olduğu yenilməz gücə ehtiyacı vardır. Yaxşı bir din təhsili verməklə dövlət bu gücdən istifadə etməyi düşünməlidir. Çünki insan təkcə dünyəvi bir varlıq deyildir, mə’nəvi, əbədiyyətə baxan tərəfi də vardır və dinin ona qazandırdığı şeyləri dünyəvi mülahizələrlə qazandırmaq imkanı yoxdur. Məsələn, bir uşağa həm Allaha və axirətə inanan adam mövqeyindən, həm də inanmayan bir adam mövqeyindən qardaşı və ya yoldaşının ölməsini xəbər verəcəyimizi düsünək. Bu mövzuda dinin verdiyi təsəllini heç bir qanun və nizam verə bilməz. Dinin bu gücündən istifadə etmələri lazımdır. Gənçlik coşqusunu yaşayan dəliqanlıların narkotikə, terrora, satanizmə, nə bilim, daha nə qədər çox yanlış işlərə qol qoymasının qarşısını almağın ən müvəffəq yolu Allahın mövcud olması və bir gün gördüyü hər işə görə Allaha hesab verəcəkləri mülahizəsi ilə yetişdirilməkdədir. Bunların qarşısının qanunlarla, qaydalarla alına bilmədiyi göz qabağındadır. Profilaktik tədbirlər, qanun və intizam mütləq olmalıdır, amma təhsil hamısından əhəmiyyətlidir. Təhsildə də dinin əvəzedilməz müvəffəq bir yönü vardır. - Sizin mühüm gördüyünüz bu mülahizənin dünyəviliyə tərs olduğunu fikirləşən çox adam vardır.- Bəli, vardır, amma mən təhsildə dinin çox mühüm olduğunu bir kərə də təkrar edəcəyəm. İcazənizlə, bu məsələ ilə əlaqədar mövzudan kənara çıxıb bir mülihəzəmi ərz edəcəyəm: Evrən Pasa demokratiyanın qarşısını aldığına və daha bir çox məsələyə görə tənqid edildi. Amma məktəblərdə seçməli fənn kimi keçirilən din dərslərini məcburi etməklə faydalı bir iş gördü. Gənçlərin çoxu onun göstərdiyi bu xidmət vasitəsi ilə dini təhsildən nəsiblərini almışlar. Bu iş, məncə elə böyük işdir ki (doğrusunu Allah bilir), heç bir savabı olmasa belə bu xidməti ona kifayət ola bilər, axirətdə qurtuluşuna vasitə ola bilər, cənnətə də gedə bilər. Dövlət adamlarımız dinin tə’sirini nəzərdən qaçırmamalıdırlar. Yoxsa bu gün hamımızın şikayət etdiyimiz nə’şəxorların, cibgirlərin qarşısını almaq çox çətindir. Ancaq Allah qorxusu bu insanların qarşısını kəsər. Bundan başqa, xəstələr, şikəstlər, ölümün astanasında dayanmış qocalar vardır. Ölüm hər gün bunların gözlərində canlanır. Axirət inamından başqa bu insanların ruhundaki fəryadı sakitləşdirə bilən başqa bir şey vardırmı? Elədirsə, dövlət adamlarımız dinin bu yenilməz əsaslarından istifadə edərək, fərdləri bir mə’nəviyat insanı halına sala bilərlər və beləliklə asayiş və təhlükəsizliyin tə’min edilməsini asanlaşdırarlar. Bu o demək deyildir ki, dini təhsil veriləndə daha qanuna, nizama, qanunçuluğun keşiyində dayanan adamlarına, zabitəyə və məhkəmələrə ehtiyac qalmayacaqdır. Bunlara yenə ehtiyac olacaqdır, amma problemli insan sayının azalmasına kömək edəcəyi üçün işləri asanlaşdıracaqdır. Zənn edirəm ki, bu düşüncəmlə razılaşacaq çoxlu adam vardır. |
| < Qabaqkı | Sonrakı > |
|---|



Hər axsam Arda Yavuzla birlikdə o gün çəkilən fotoşəkilləri seçirdik. Bu bə’zən saatlarla uznırdı. Bir ara, «Arda, çox gözəl, çox özəl fotoşəkillər çəkdik. Amma Türkiyədən gələrkən geydiyi kostyumda şəklini hələlik çəkə bilməmişik»,-dedim. 
