Bin Ladin İslamin üzünü qara etdi Çapdan çıxart E-mailə yolla
Reytinq: / 3
PisYaxşı 
Yazarı 2005-01-18   
18.01.2005

Bin Ladin İslamin üzünü qara etdi Fəthullah Gülənlə səhər tezdən diş həkiminə də getdik. Maşına minərkən, yenə də şəkər dizlərinə vurmuşdu. Yeriməyə çətinlik çəkirdi. Diş həkimi cəmi 15 dəqiqəlik bir məsafədə idi. Gülən, əvvəllər bir-iki dəfə gəlibmiş buraya. Həkim və tibb bacıları onu tanıyırlar. Olduqca mehriban qarşıladılar. Təqribən bir saat stomatoloqun kreslosunda oturmalı oldu. Deyəsən dişinə körpü salacaqdı. Burada ürəyi Güləni bir az narahat etdi. Həmişəki kimi Gülən buradaki həkim və şəfqət bacılarına da hədiyyə aparmağı unutmamışdı. Bugünkü hədiyyələr arasında türk loxumu da vardı.

«Müsəlman» deyildiyi zaman əgər bu kəlmənin arxasında İnsanlığın İftixar Mücəssəməsi Peyğəmbərimiz (səs), Qur’an və sünnət görünmürsə, bizim kobud və ürəksıxıcı davranışlarımız onlara pərdə olur və çöhrələrini qaraldırsa, deməli, o zaman biz yaxşılıq deyil, böyük pislik etmiş oluruq.

Bu gün Ladin sağdırmı, sağ deyilmi, bəlli deyil. İstərdim ki, o, ölmüş olsun, müsəlmanlar da belə bir tərs anlayışdan xilas olsunlar.

- İslamdan bir-birinə daban-dabana zidd olan iki məfhum necə çıxa bilir? Ladinin terror, Gülənin sevgi, dialoq, xoşgörü məfhumu. İkisinə də qaynaq olaraq din göstərilir

- Bin Ladingil, səhv etmirəmsə, 30-a yaxın övladı olan böyük bir ailədir, eyni zamanda dövlətə borc verəcək qədər da maliyyə gücünə sahibdir. Həccə gedəndə o ailənin üzvlərindən biri ilə tanış olmuşdum. Mə’nəvi dəyərlərinə sıx bağlı olan bir adam idi. Ailəsinin ondan imtina etdiyini deyirdi. O zamanlar Əfqanıstanda ABŞ tərəfindən ruslara qarşı istifadə edildiyi və Səudiyyə Ərabistanına girişinin qadağan edildiyini deyirdilər.

- Hansı tarixlərdə idi?

- Deyəsən 74-cü ildə idi. O zaman ruslara qarşı istifadə edildiyi üçün, bəlkə insanların diqqətini cəlb edirdi, amma mən heç maraqlanmamışdım. Bundan sonrasını siz də bilirsiniz. «Bin Ladin» deyiləndə ağıla terrorun atası gəlir. Tez-tez ortaya çıxarılan videogörüntülərdə saqqalı, sarığı və əlindəki silahı ilə formalaşdırılan təsəvvür, sanki müsəlmanlara qarşı nifrət oyandırmaq üçün qəsdən edilir.

Ola bilər ki, Ladin fikirlərində tək deyildir, onun kimi düşünən başqa adamların da çıxa biləcəyini əlavə etmək lazımdır. Bir yönü ilə baxılarsa, uyğun düşməyəcək, amma bir milyard yarımlıq müsəlman dünyasının içində belə üç-beş nəfər sərgərdanın çıxmasını İslamın bədəni ifrazatı da hesab etmək olar. Nalayiq davranışları ilə İslamın par-par parıldayan üzünü qara edir, yer üzündə müsəlmanlığı təbliğ edəcək adamların fəaliyyət sahələrini daraldaraq işlərini çətinləşdirirlər. Bu terror məsələsi hər kəsin kürəyinə vurulmuş elə ağır bir yük oldu ki, ondan yaxa qurtarmaq üçün sərf edilən əməyi İslamın gözəlliklərini başa salmağa yönəltsən, xeyli sayda adamın qəlbinə yol tapmaq olar. İndi müsəlmanlar özlərini tanıtmaq üçün işə başlayanda, ən əvvəl özünün terrorçu olmadığına, radikal davranmadığına, ya da canlı bomba olmadığına qarşısındakını inandırmaq, onu fikrindən döndərmək üçün qan-tər tökmək məcburiyyəti qarşısında qalır.

- Eyni qaynaqdan bir-birinə zidd iki görüs necə çıxır?

- Bin Ladin, özünə görə «Qur’an»a və sünnətə istinad etdiyini deyə bilər. Əgər Allah məni müsəlmanların kiçik fərdlərindən bir fərd olaraq qəbul edəcəksə, İslam mütəfəkkirlərinin fikirlərinə istinad etdiyimizi, müsəlmanların içində nəş’ət etmis fəlsəfəni, sosiologiyanı və İslamı çox yaxşı bilənlərin də böyük əksəriyyət e’tibarı ilə bizimlə həmfikir olduqlarını deyə bilərəm.

Əgər Əfəndimizin və rəşid xəlifələrin tətbiq etdikləri əsas götürüləcəksə, orada Bin Ladindən söz gedə bilməz. Onun əməlləri ilə Əfəndimizin həyata keçirdiklərinə qətiyyən eyni şəkildə baxmaq olmaz. Əfəndimizin səriyəyi-səniyyələri Siyər fəlsəfəsinin məntiqi ilə təhlil edilərsə, özünü az qala belə bir mərtəbəyə qoyan adamın qanuni müdafiə haqqından istifadə edərək öz paktını müdafiə etdiyi bəlli olar.

Ya da öz sisteminə və ya paktına qarşı müqavilələri pozub xəyanət edənlərə dərs vermək məqsədli hərəkət etmişdir ki, bu da çox normaldır və Məkkənin fəthi də belə bir xəyanətin nəticəsində həyata keçmişdir. Bu gün belə şeylər müasir demokratik dövlətlərdə də olur və BMT də səsini çıxarmır. Məsələn, əgər bə’ziləri İraqa girmələrinə demokratiyanı bərqərar etmək bəhanəsi ilə haqq qazandırmaq istəyirlərsə, bu cür düsünən adamların Əfəndimizin etdiklərinə qarşı deməyə sözləri ola bilməz.

- Bin Ladinin baxışı?

- Əfəndimizin tətbiq etdiklərini əsas götürsək, Bin Ladinin məsələyə bötöv bir nəzərlə baxa bilmədiyi aydın olar. Kitab, sünnət və sələfi salihinin anlayışlarına ümumi nəzərlə baxmır, deməli, yalnız bə’zi yerlərini götürür. Çox işlədilən bir misal vardır: ordu Bizans dövlətinin qalası qarşısında dayanmış, qaladan ordunun üzərinə daşlar, oxlar atılır, qılınc çalınır, başlarına qaynar yağ tökülür. Bu zaman kimsə «Qur’an»dakı ayəyə istinad edərək «...Əllərinizlə özünüzü təhlükəyə atmayın»,-deyə bağırmağa başlayır.

Əba Əyyub əl-Ənsar dərhal müdaxilə edir:

- Səhv başa düşürsünüz. Bu ayə bizi xəbərdar etmək üçün nazil oldu. Ayə «Sizə verdiyimiz şeyləri, mallarınızı və canlarınızı Allah yolunda infaq edin. Əgər infaq etməniz lazım gəldiyi yerdə siz mallarınızı və canlarınızı ortaya qoymasanız, öz əllərinizlə özünüzü təhlükəyə atmış olarsınız», mə’nasını verir,-deyərək səhvi və səhvdən doğan səhv başa düşüləni düzəldir.

Yə’ni Çanaqqalada, İstiqlal müharibəsində canlarınızı ortaya qoymazsanızsa, bütün bir xalqı təhlükəyə atmış olarsınız. Bunun mə’nası budur.

Yenə eyni şəkildə əvvəlinə, sonrasına baxmadan «Müşrikləri harada görsəniz, öldürün», parçası götürülür və eyni şəkildə buna bənzər yanlış nəticələr çıxarılır. Bunun mə’nası «Sizi qəbul etmiş, içinizə girmiş, sonra da əleyhinizdə baş qaldırmış və düşməncəsinə davranaraq xalqa xəyanət etmis adamlar olarsa, cəzalandırın»,-deməkdir. Bu cür üsyanlara qarşı hər bir dövlət özünü qoruyar, üsyançıları cəzalandırar.

Mövzunun davamında, «Sonra qayıdıb gələr, namaz qılar, oruç tutar və əvvəlki hallarına düşərlərsə, onlardan əl çəkin»,-deyilir. Mövzu özünün əsil mə’nasından qoparılıb ayrıca bir kəlmə kimi işlədilərsə, o zaman qarşımıza Bin Ladin və onun kimilərin mülahizələri çıxar.

- Problemi metodolojimi görürsünüz?

- Bəli, vardır. Məsələyə təktərəfli yanaşılır, «bax, kafir dediyimiz bunlardır», «kafirə qarşı belə, dünyanı müstəbidcəsinə idarə edənlərə qarşı bu cür rəftar edəcəksən» demək məsələni tam olaraq görmək demək deyildir.

Əgər Peyğəmbərimizin tətbiq etdiklərinə, ondan sonra gələn rəşid xəlifələrin və sələfi-salihinin tətbiq etiklərinə, ən yaxın örnək olması baxımından Osmanlı dövlətinin tətbiq etdiklərilərinə baxsaq, onların qətiyyən bu cür davranmadıqlarını, əksinə dövlətin daxilindəki xristian və yəhudilərə qucaq açdıqları kimi başqa ölkələrdə zülmə mə’ruz qalanlara də qapılarını geniş açdıqlarını görərik. Ümumi baxış insanlara sevgi və şəfqətlə qucaq açmaq, öz dünyamızı onlara tanıdıb sevdirmək olduğu üçün başqa cür də davranmazdılar.

«Müsəlman» deyildiyi zaman əgər bu kəlmənin arxasında İnsanlığın İftixar Mücəssəməsi Peyğəmbərimiz (səs), Qur’an və sünnət görünmürsə, bizim kobud və ürəksıxıcı davranışlarımız onlara pərdə olur və çöhrələrini qaraldırsa, deməli o zaman biz yaxşılıq deyil, böyük pislik etmiş oluruq.

Bu gün Ladin sağdırmı, sağ deyilmi, bəlli deyil. İstərdim ki, o, ölmüş olsun, müsəlmanlar da belə bir tərs anlayışdan xilas olsunlar.

- İslam dinindəki müharibə hüququ baxımından son vaxtlarda İraqda əsirlərlə edilən rəftarları necə qiymətləndirə bilərsiniz?

- Qüreyzə və Nadir qəbilələri dalbadal xəyanət etmiş, düşmənlərlə əlbir olmuş, müsəlmanların ölümünə, irz və namuslarına təcavüz edilməsinə səbəb olmuşlar. Nəticədə, Xəndək müharibəsindən sonra əməllərinin cəzasını almışlar. Xəyanət edənlər cəzalandırılarkən qadınlara, bu işdə əli olmayanlara, uzaqda olanlara və uşaqlara qətiyyən toxunulmamışdır. Belə ki, cəzalandırılan həmin qəbilələrin uşaqlarından Məhəmməd b. Ka’b əl-Kurazi kimi İslam alimlərinin ehtiram göstərdiyi, tabiinin imamlarından biri adlandıra biləcəyimiz adamlar çıxmışdır. Bundan başqa, Peyğəmbərimizin, rəşid xəlifələrin və Osmanlının tətbiq etdikləri arasında əsirlərin öldürülməsi hadisəsi yoxdur. Əksinə, mə’lum olduğu kimi o gün üçün müharibə əsirlərinin kölə kimi istifadə edilməsi təcrübəsi var idi. İslam da müxtəlif vasitələrlə kölələrin azadlığa qovuşmalarını təbliğ edirdi.

-Bəs onda nəyə görə köləlik tamamilə aradan qalxmadı?

- Məncə o dövrdə köləliyi ləğv etmək məsələsində bütün dünya dövlətlərinin birgə hərəkət etməsi lazım idi ki, belə bir şey mümkün ola bilsin, yoxsa bunu təktərəfli həll etmək mümkün deyildi. Hadisənin həm tarixi tərəfi var idi, həm də ən əvvəl köləlik düşüncəsinin özünü fikirlərdən silmədən köləliyi aradan qaldırmaq mümkün olmazdı.

Bildiyiniz kimi, Avraam Linkolnun həyata keçirmək istədiyi də əks-tə’sir göstərmiş, kölələr yenidən əvvəlki ağalarının yanına qayıtmaq istəmişdilər. O dövrdə kölələr ailələrin yanına verilir və müxtəlif vasitələrlə azadlıqlarına qovuşmaları üçün təbliğat aparılırdı.

Məsələn, Bədir əsirləri bir neçə müsəlmana oxuyub-yazmağı öyrətmək bahasına azad edilmişdilər. Bu məsələdə tətbiq edilən üsullar nə qədər fərqli olsalar da, azadlıq əldə etmək məsələsində çox ciddi tədbirlər həyata keçirilmişdir.

Məsələn, «Kim bir insanı azad edərsə, onun azad edildiyi andan e’tibarən cəhənnəmdən xilas olmuş olur. Əlinin əvəzinə əli, ayağının əvəzinə ayağı, gözünün əvəzinə gözü, qulağının əvəzinə qulağı xilas olur», deyilmişdir. Bunlar o qədər tə’sirli olmuşdur ki, təkcə həz. Ömərin oğlu Abdullah min köləni azad etmişdir.

İndi səhabə anlayışı, səhabə şüuru budursa, o zman çox rahatlıqla deyə bilərik ki, müsəlmanlar dinin bu məsələdəki təşviq etmələrinə baxaraq müharibədə əsir alınan minlərlə insanı tərbiyə etmiş, sonra da azad etmişlər. Belə bir sistem oturtmuşlar ki, alimlərin çoxu vaxtı ilə azad edilmiş əsirlərdən və onların uşaqlarından ibarət olmuşdur.

Əməvi hökmdarı Əbdülməlik alimlər haqqında mə’lumat almaq istəmiş və hansı alimi soruşmuşsa, onların azad edilmiş kölələrdən olduğunu demişlər. Buna cavab olaraq Əbdülməlik «Bəsdir, az qala azad insanlardan bir nəfər də alimə rast gəlmək müm kün deyildir», demişdir. Yə’ni insanlar əvvəlcə müharibə meydanında ələ keçirilmiş, sonra müəyyən zaman dilimində tə’lim-tərbiyə aldıqdan sonra azad edilmişlər. Bu məsələdə müəyyən bir hüquq formalaşmışdır. Belə bir hüququ İslamdan başqa heç yerdə rast gəlmək mümkün deyildir. Məsələn, bir kölənin ağası vəfat etmişdirsə, onun da varisi yoxdursa, o zaman kölə ona varis olmuşdur, yə’ni bir mə’nada onun övladı kimi olmuşdur. Bax, İslamın ümumi mə’nada əsirlərə baxışı belədir.

- Yaxşı, bəs İraqdakılar haqqında nə deyəcəksiniz?

- Ən əvvəl üsul baxımından oradakılar əsir deyil, girovdurlar. Çoxu girov götürülür və öldürülür. Əgər bunu oradakı müsəlmanlar edirlərsə, deməli din adiından ciddi bir cinayət törədirlər. Çünki, «heç bir insan başqasının günahına görə cəzalandırıla bilməz» düsturu «Qur’an»ın mühüm bir düsturudur. Yox, bu hərəkətləri ölkələrini isğal edən bir xalqa qarşıdırsa, o zaman görüləcək iş, onlara qarşı azadlıq mübarizəsinə igidliklə başlamaqdır.

Amerika oraya girdiyi zaman şişirdə-şişirdə təsvir etdikləri ordularını və ordu hissələrini hərəkətə keçirsəydilər, bir zamanlar türk xalqının Çanaqqalada, Balkanlarda etdiyi kimi, İraqda da «Dövlət başa, quzğun leşə» desəydilər, vuruşanların yarısı Çanaqqalada şəhid olan Mehmetcik kimi ölsəydilər, geriyə qalanları ən azından azad bir ölkənin təmsilçisi olardılar. Mübarizə aparılması lazım olan yerdə vuruşmayıb, sonra amerikalıların oradan çəkilməsi üçün mə’sum insanları tutacaq və öldürəcəksənizsə, belə şey olmaz.

Bu yolla bir nəticə əldə etmələri mümkün deyildir. Məsələnin bir digər tərəfi də budur, əgər o cinayətlər oradaki bə’zi xüsusi orqanlar tərəfindan həyata keçirilirsə, deməli o zaman məsələni qızışdırmaq üçün edilir. Məsələn, istəyirlər ki, türk təşəbbüskar adamları oradan əllərini-ayaqlarını çəksinlər.

Məsələn, səfirliyin qorumasını tə’min etməyə gedən təhlükəsizlik xidməti əskərlərinə qarşı edilən zalımcasına hücum bağışlanacaq hərəkət deyildir. Bəllidir ki, orada kimlərsə məsələni qarışdırmaq istəyir. Allaha inanmış bir müsəlmanın bu işləri edəcəyinə mən ehtimal vermirəm. Belə birinin gözünü qan örtməsi lazımdır ki, bunu edə bilsin.

Axırıncı təzələmə ( 29.06.2007 )
 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri