| Bəlkə bir az artıq dini hərəkat kimi göründük |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 19.01.2005 | |
|
Qərib adam haqqında bir yazısına rast gəldim. İllər əvvəl qələmə alınmışdır. Orada qəribi belə təsvir edir: «Qərib, yurdundan-yuvasından uzaq qalan deyildir, qərib halından, dilindən kimsənin anlamadığı insandır». Bu fotograf, məndə belə bir hiss oyatdı. Mənə elə gəlir ki, Gülənə tə’sir edən əslində ölkəsindən uzaqda olmaq yox, ondan da daha çox, özünün düzgün başa düşməməsinin fikridir. Maarif fəaliyyətlərini faydalı görən, dünyanın gələcəyi üçün mühüm olduğuna inanan sizin tanıdığınız-tanımadığınız bir xeyli adam bir yerə toplaşıb işin altına girirlər. Bu yönü ilə bir geniş mədəni fəaliyyət də adlanan bu hadisəyə «hərəkat» deməyi daha uyğun görürəm - özümüzə xas hiss və düşüncələrmizin, türk fəlsəfəsinin ən əvvəl Türkiyədə oturması üçün çalışmaq, sonra da dünyaya tanıtma naminə könüllülər hərəkatı- İçində olduğunuz quruluşa bə’ziləri «camaat», bə’ziləri «təriqət» deyir. Siz isə «Nümunəsi özündən bir hərəkat" adlandırırsınız. Nə üçün «camaat» yox, «hərəkat»? - Keçmiş adamların ifadəsi ilə, bir şey mahiyyətcə nədirsə, adını da ona görə verərlər. Belə baxanda mən «hərəkat» deməyi daha uyğun görürəm. Bəlkə «cəmiyyət», «camaat» və ya «qeyri-dövlət təşkilatı» kimi adlar da qoyula bilər. Ancaq «cəmiyyət» - hüquqa görə əsasnaməsi, nizamnaməsi olan quruluşlara deyilir, camaat - birisi tərəfindan ortaya çıxarılmış, müəyyən bir düşüncə ətrafinda bir araya gələnlərə deyilir, onun da özünə görə qaydaları vardır. Mən, «camaat» deyilməsində bir kəm-kəsir görmürəm, çünki, insanlar həccdə, məsciddə bir yerə yığışdıqları kimi, İslam çərçivəsi daxilində bir hiss və düşüncənin ətrafında bir yerə toplana bilərlər. Bə’zilərı qeyri-dövlət (ictimai) quruluşu da dedilər, Türkiyədən kənarda bu hərəkatı araşdıranlar da eyni qənaətə gəldilər, amma mənə görə o, bu terminin çərçivəsinə də tam olaraq oturmur. Məsələyə bu işin mahiyyətinə görə baxanda görürəm ki, bir zamanlar irəli sürülmüs bə’zi fikirlər türk toplumu tərəfindən geniş şəkildə mənimsənilmişdir. Bu gün mənə də, başqalarına da mə’lum olmayan genis dairədə lazımlı görünən, faydalı hesab edilən şeylər ətrafinda bir yer yığışır, necə lazımdırsa, o cür də fəaliyyət göstərirlər. - Nə kimi fəaliyyətlər?- Məsələn, maarif fəaliyyətlərini faydalı görən, dünyanın gələcəyi üçün mühüm olduğuna inanan sizin tanıdığınız-tanımadığınız bir xeyli adam bir yerə toplaşıb işin altına girirlər. Bu yönü ilə bir geniş mədəni fəaliyyət də adlanan bu hadisəyə, üzərimdə bir az da elmi yönü ilə tə’siri olan mərhum Nurəddin Topçunun tə’siri altında «hərəkat» deməyi daha uyğun görürəm - özümüzə xas hiss və düşüncələrmizin, türk fəlsəfəsinin ən əvvəl Türkiyədə oturması üçün çalışmaq, sonra da dünyaya tanıtma naminə könüllülər hərəkatı - Nəyə görə «nümunəsi özündən» deyirsiniz?- İnsanları təşviq edib onlarda maraq oyandırmaq üçün nümunə vermək lazım gələndə, ya Əsr-i Səadətə, ya da tariximizə müraciət edirik. Tariximizdəki o səhifələr mütləq təqdirlə yad ediləcək və nə zaman anılsa, gözlərimiz dolacaqdır. Ancaq bir şeyin daha da tə’sirli olması üçün nümunəsi öz içindən olmalıdır. Səhabənin də, Osmanlı dövlətini quranların da, milli mübarizəmizi apararkən qəhrəmanların da nümunələri özlərindən idi. Bu baxımdan həmin ad mənə çox əhəmiyyətli gəlir. Əgər bir hərəkat nümunəsini öz içindən çıxarmışsa və insanlar onu bəyənmiş, bunu qəbul etmişlərsə, özlərini buna həsr etmiş, özlərində bir qayei-xəyala çevirmişlərsə, Ziya Göyalpın ifadəsi ilə «məfkurə» qəbul etmişlərsə və onun ətrafinda birləşib görülməli olan işləri görürlərsə, bax, o zaman işin başında görünənin çox vaxt görülən işlərdən xəbəri olmaz. Bir-birindən heç xəbəri olmayan, tanış olmayan insanlar hər yerdə bənzər işlər görərlər. Çünki üzvi bağları və tanışlıqları yoxdur, amma çox ciddi bir düşüncə və məfkurə bağları vardır. - «Nümunələri özündən bir hərəkat» deyilməsi, bu hərəkatı bu gün üçün bir modelə çevrildiyi vurğusunu da daşıyırmı?- Mənə görə model olmuşdur. Əgər başqaları da etmək istəsə, eyni şeylərdən istifadə edə bilər. İzah etməyə çətinlik çəkdiyim tərs bir düşüncə var Türkiyədə. Təəssüf ki, bir işin gözəl, ideal, məqbul, davamlılıq və’d edən tərəflərinə baxmazdan əvvəl bu işin kimin, ya da kimlərin gördüyünə baxarlar. Əgər bu işlə əlaqəsi olan (bəlkə də «istinad edilən» demək daha doğrudur) adam onlar üçün məqbul görünürsə, o iş də məqbul hesab edilir, əgər bunun əksi olsa, ən gözəl işlər belə mərdud sayila bilir. - Türkiyədən kənarda necə qəbul edilir?- Türkiyədən kənarda, bizdəki kimi bir tərsliyə şahid olmamışam, çünki elə olsaydı, göz açmağa qoymazdılar. Əslinə baxanda, hərəkatın genişləndiyi yerlər müəyyən kəşfiyyat xidməti orqanlqarının çox həssas olduğu, buna paralel olaraq da şübhələrin meydana çıxdığı yerlər olmasına, bundan başqa da həm daxildən, həm də xaricdən bu qədər təhriklər olmasına baxmayaraq oralarda problem olmadı. Məsələn, öz dinlərinə, diyanətlərinə sımsıx bağlı olan, öz məzhəblərinin xaricində başqa heç bir şeyi qəbul etməyən ölkələrdə belə, oralara gedən maarif könüllülərinə hüsn-qəbul göstərilməsi, məsələyə objektiv baxdıqlarını, faydalı gördükləri üçün qəbul etdiklərini göstərir. Ancaq Türkiyədə cəmiyyətin hər təbəqəsi tərəfindən eyni dərəcədə hüsn’ü-qəbul göstərildiyini demək mümkün deyildir. - Bu müvəqqəti bir dövrdürmü, konyukturaldırmı?- Bəlkə bə’zilərimizə bəslənən antipatiyadan və bə’zi davranışlarımızın yanlış yorumlanmasına görə konyuktural deyilə bilər. Burada sübjektiv fikrimi deyim. Bu hərəkat dünyanın müxtəlif yerlərində fərqli görüşlərə sahib insanlar tərəfindan müsbət qəbul edilməsinə baxmayaraq, Türkiyədə bə’zi adamlar əleyhinə çıxmağa, sərt davranmağa başlayınca, bəlkə yüz dəfə öz-özümə belə dedim: «Ya Rəbbi, əgər türk xalqının adını, mədəniyyətini dünyaya tanıdan bu mühüm hərəkata mənə görə antipatiya hiss edirlərsə, onda mənim canımı al, amma bu hərəkata zərər vermə». Mənim xalqıma, dinimə və diyanətimə xidmətdən başqa fikrim olmamışdır. Bu xüsusiyyəti ərz etməyə ehtiyac hiss etdim, çünki, əgər bu hərəkat dünyanın müxtəlif yerlərində və bir-birinə zidd, bir-birindən çox fərqli anlayışların hamısı tərəfindan faydalı hesab edilir və qəbul edilirsə, ancaq təkcə bir yerdə qəbul edilmirsə, o zaman dönüb ya onları sorğu-suala çəkmək lazımdır, ya da özümüzü Başqalarını sorğu-suala çəkməyə başlasaq, sorğu-sualları genişləndirə-genişləndirə bədgüman ola bilərik. Bu məsələdə nəfsimizi ölçüb-biçmək, götür-qoy etmək daha mö’mincəsinə bir davranışdır. Əgər bizim qüsurlarımıza görə səhv başa düşmüş və bizi başqa cür qəbul etmişlərsə, deməli, təqsirkar bizik. «Görəsən bə’zi adamlar nəyə görə bizə qarşı antipatiya hiss edirlər?» deyib, hal və davranışlarımızı bir daha gözdən keçirməmiz lazımdır. Heç kəsi günahlandırmaq istəmirəm, «hər halda üslub xətasına yol verdik»,-deyirəm. - Bunu bir az da aça bilərsinizmi? «Üslub xətasına yol verdik»,-deyərkən nəyi nəzərdə tutursunuz?- Ola bilər ki, məsələyə bəlkə də, tamamilə, dini bir hərəkat görünüşü vermək kimi xətaya yol vermiş ola bilərik. Bə’zilərini da bəlkə «türk milləti» deməmiz narahat etmişdir. Bunlar İyun fırtınasında ortaya çıxdı. Bir-birlərinə zidd kimi görünsələr də oxumuş, mühüm vəzifələrə gələn adamlardan bə’ziləri «Nə haqla həddinizi aşıb «pantürkizm», «panislamizm» kimi xəyallarla üzünüzü dünyaya tutursunuz?» dedilər Bununla da kifayətlənmədilər, bəlkə o dövlətlərə məxsus müəyyən orqanların da başı üstündən oralarda bə’zi şayiələr yaymaqla həmin ölkələrin xüsusi xidmət orqanlarını şübhəyə salıralr. Buna görə də fikirləşirəm ki, görünür biz özümüzü lazımınca tanıda bilmədik, «yaxınlaşaq, bizi yaxından tanısınlar»,-deyə düsündük. Xosgörü prosesi də bir az da buna istiqamətlənmişdi. Ancaq bə’zilərinə uzatdığımız əllərimiz havada qaldı, heç görüşmək istəməyənlər də oldu, əvvəlcə görüş tə’yin etdikləri halda, sonra «gəlməyin», deyənlər də oldu. Bunları başa düşmək mənə çətindir, amma nə edəsən, insan təbiətidir bu... İnananı da, inanmayanı da, din qəbul edəni də, etməyəni də bə’zi şeylərə qapanmış ola bilər. Amma, nəticədə biz də Qərb kimi bir aydınlanma dövrü yaşayırıq. Vaxtı ilə orada da cəmiyyət daxilində ciddi qarşıdırmalar, düşmən münasibətlər və xoşagəlməz hallar oldu, gilyotinlərlə boyunları vurulan və oda atılaraq öldürülən insanlar oldu. Amma ən sonda sahələri ayırmaqla, yaxud da maarifləndirmə işi ilə bu fırtınaların qarşısını aldılar. Mən Türkiyədə də həqiqətlərin bir gün ortaya çıxacağına inanıram. Hətta artıq buna başlandığını da deyə bilərəm. Çünki artıq mühüm deyə biləcəyimiz qədər çox sayda elitar təbəqə bunları bəyənir. Bə’ziləri da «görülən işlər çox gözəldir, amma kaş ki, arxasında filankəslər-behmankəslər olmasaydı»,-deyirlər. - Görülən işlər bəyənilir, amma işi görənlər bəyənilmir, bu nə cür şeydir?- Bir fikir bə’zi adamlar tərəfindan ortaya atılmış ola bilər, lakin mühüm olan bu düşüncənin xalq tərəfindan qəbul edilməsi, «həzm edilməsidir». O zaman arxasında filan-milan qalmaz. Məsələn, Milli Azadlıq Mübarizəsi dövründə xalq düsmənləri ölkədən qovub çıxarmaq fikrini bu cür mənimsəmişdi. Bunu həyata keçirərkən də İstanbulun Antepdən, Urfadan, Maraşdan, hətta onların ətrafındakı Bandırmadan, Balıkəsirdən xəbəri yox idi. Oradakılar «həzm etdikləri» fikirlərə görə bir iş görürdülər, sonra İstanbul bu işə qarışmaq istədi. Bir çox ziyalı adamların qəbul etdiyi kimi, xalqın içində başlamış və davam edən bu prosesi sonradan Ankara rəhbərliyi təşkilatlandırdı. İndi bu hərəkat də xalq tərəfindən mənimsənilmiş və xalqın malı olmuşdur. Bir-birindən xəbərsizdirlər, amma hər kəs nəsə bir iş görür. Mühüm olan bu fikrin xalq tərəfindan mənimsənməsidir, əgər bu işdə bir fayda görməsəydi, e’tibar etməsəydi, faydalı olacağına inanmasaydı, mənimsəməzdi və bu da könüllülər hərəkatına çevrilməzdi. O zaman «nümunəsi özündən» də olmazdı, çünki nümunəsi özündən olmayan hərəkatlar uzun müddət yaşaya bilməzlər |
| < Qabaqkı | Sonrakı > |
|---|



Siz Fəthullah Güləni heç təkbaşına, bu qədər yalnız gördünüzmü? Mən gördüm. Bu fotoşəkil əməliyyatı uzun çəkdiyinə görə tə’yin etdiyi vaxta gecikən göz həkimini gözləyərkən çəkilmişdir. O, nə qədər çox adam arasında olursa olsun, əslində çox vaxt yalnızdır. Bəlkə də bu yalnızlıq onun öz seçimidir. 
