| Problemlər ancaq insanda həll edilir |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 20.01.2005 | |
|
Gülən, daha sonra ensiklopediya istədi və bölgə ilə əlaqədar bə’zi mə’lumatlar oxudu. Şri-Lankanın, İndoneziyanın əhalisinin sayına, sosial tərkibinə baxdı «Bu fəlakətin həcmi çox böyük ola bilər»,-dedi. O gün telşeviziya «ölənlərin sayının on mindən artıq olması gözlənilir» demişdi. Aradan bir ay keçdi, ölənlərin sayı 300 mini keçdi... Dinin əsası olan iman, başdan-başa bir güc mənbəyidir, adamda imanın gücünə görə hər şeyə qarşı qoyula bilər, hər cür çətinliklərə qatlanıla bilər. Bununla yanaşı, inadla «mənim inamım», «mənim fəlsəfəm», «mənim anlayışım» deyilirsə, təbliğat məsələsində üslub yaxşı müəyyən edilməzsə, o zaman din dava-şava vasitəsi də ola bilər, insanlar tərəfindan bə’zi qəsd-qərəzlərə alət halına salına bilər. Mühüm olan həqiqi mö’min olmaqdır və həqiqi mö’minin də iki cür yaşaması mümkün deyildir.- Bu hərəkatın sosioloji, mədəni və dini olmaqla üç tərəfi görünür. Bu baxımdan hərəkatın idealları nədir? - Dünya problemi insanla tanımıs, həz. Adəmdə zəllə (sürüşmə, xəta) olaraq gələn problem, özünü övladlarında açıq-açığına göstərmişdir. Problemlərin insanda həll ediləcəyi ana qədər də yer üzündə qat-qat böyüməyə davam edəcəkdir. Buna mədəni cəhət da demək olar. Bir də, günümüzdə artıq məsələlərə hökumətlərdən və rəsmi dairələrdən daha çox insanların kütləvi şəkildə, daha çox sahib çıxması və özü üçün faydalı olan şeyləri mənimsəməsi, uzunömürlülük naminə daha çox şey və’d edir. Məsələn, ayrıca götürülsə, dahiyanə tədbirlərlə belə birgə götürülsə, uzunmüddətli olmayacaqdır. Mühüm olan cəmiyyətin üzvlərinin onu bir mədəni irs və əxlaq kimi mənimsəməsidir. Bu istiqamətə doğru bir gediş var. Səmərəsini verdiyi zaman, bu gün səbəblərini bilmədiyimiz şəkildə ona qarşı çıxanların müxalifəti o zaman tamamilə bitməsə də, azalacaqdır. Millətimiz insaflıdır. İnsafsız kimi davrananların da («kimi» deyirəm və bə’ziləri hətta bu nəzakətli hərəkətimdən, hər kəsi olduğu kimi qəbul etməyimdən də narahatdırlar) zaman keçdikcə azalacağına, xalqımız üçün faydalı olan bu məsələdə daha rahat hərəkət edilə biləcəyinə inanıram. Dini tərəfinə gəlincə, din, xüsusən də İslam, fitridir, fitrət onunla dəstəkləndiyi zaman cəmiyyət ondan başqa heç bir şeydən əldə edə bilməyəcəyi qədər güc alır. Dinin əsası olan iman, başlı başına bir güc mənbəyidir, adamda imanın gücünə görə hər şeyə qarşı qoyula bilər, hər cür çətinliklərə qatlanıla bilər. Bununla yanaşı, inadla «mənim inamım», «mənim fəlsəfəm», «mənim anlayışım» deyilirsə, təbliğat məsələsində üslub yaxşı müəyyən edilməzsə, o zaman din dava-şava vasitəsi də ola bilər, insanlar tərəfindan bə’zi qəsd-qərəzlərə alət halına salına bilər. Mühüm olan həqiqi mö’min olmaqdır və həqiqi mö’minin də iki cür yaşaması mümkün deyildir. Yunus Əmrənin ifadəsi ilə, «küpəninn içində nə varsa, bayırına sızan da eyni şey olar». Əgər sızan şey doğrudan da dindirsə, o da başqaları üzərində tə’sirli olar. - Bu hərəkatın digər islami hərəkatlarla başlıca fərqi nələrdən ibarətdir?- Dünyada və Türkiyədəki İslami cərəyanların hamısını eyni arşınla ölçmək düzgün olmaz. Bunlardan bə’ziləri fəlsəfi cərəyandır, bə’ziləri tamamilə əməli yönünü önə çıxarırlar, bə’ziləri də ilkin qaynaqlara istinad edərək İslamı dövrümüzün idrakına görə yenidən təqdim edən cərəyanlarıdır. - Adlarını çəkə bilərsinizmi?- Hindistan, Pakistan tərəfindəki cərəyanlarda, məsələn, Sibli kimi, Nədvi kimilər insanlara istiqamət göstərməkdə ilkin qaynaqların saflığına daha çox üstünlük verir və ona görə hərəkət etməyin daha münasib olacağını düsünürlər. Sazəliilik tərəfdarı olan Həsən əl-Bənnanın Misirdə başlatdığı «İhvan» hərəkatı vardır, onun risalələrinə baxdığın zaman iman məsələsi üzərində nə qədər həssas dayandığı görünür. Bu baxımdan, onun Türkiyədəki hərəkata bənzər tərəflərini görmək olar, ancaq xələfləri adlandıra biləcəyimiz davamçıları məsələni bir az siyasətə cəlb etmişdilər. Din nə zaman siyasətin xadimi halına salınmışsa, insanların dini hissləri ilə oynanmış kimi bir tə’sir bağışlamışdır, dolayısı ilə həm dinə qarşı hörmətsizlik edilmiş, həm də həmin cərəyan nəticəsiz qalmışdır. Məsələn, çoxdan bəri Sudanda Mehdi cərəyanı var idi, indi də Türabinin cərəyanı var. Bəlkə də Turabi cərəyanı ingilislər tərəfindən aradan qaldırılan Mehdi cərəyanının inkişaf etdirilmiş, belə bir dəyisikliliklə təmsil edilən halı kimi də görünə bilər. Məvdudinin «Camaati-İslamiyyə»si də, «İxvan-i Müslimin» də zaman keçdikcə fərqli qəliblərə girmişdir, arxadan gələnlərin hərəkətlərində də bir az radikalizm mişahidə etəmək olar. Bunun səbəbləri təhlil edilməlidir. - Bu barədə apardığınız bir təhlil vardırmı?- Bildiyiniz kimi, onların istiqlaliyyət qazanmaları bizdən çox sonra olmuşdur, hətta Türkiyənin bu sahədə onlara nümunə olduğunu da demək mümkündür. Əsarət altında qalmış insanlar olaraq, Qərbin təzyiqi, zor-gücü və zülmləri qarşısında onlara layiqincə cavab vermək fikrinə də düşmüşlər. Bunun da ancaq dövlətlə ola biləcəyi düşüncəsi və dolayısı ilə də dövləti ələ keçirmə hərəkatı kimi mülahizələr, onlarda oyanan ilk əks-tə’sir və ilk e’tirazlar olmuşdur. Burada mövzudan kənar bir söz deyim: əks-tə’sir hərəkətləri nə qədər güclü olursa olsun, tarazlıq nəzərə alınmadığı üçün məqsədə çatmaqda heç bir faydası olmaz, əksinə, zərərli olar, ifrata varmaq yolunu açarlar, o da əks tərəfdə e’tiraz doğurar. Nəticədə, şiddət əks-şiddətə səbəb olar. Əsas olan müsbət hərəkətdir, yə’ni bir şey öz mahiyyəti e’tibarı ilə nədirsə, onu da izah etmək, e’tiraz və reaksiyalara qapılaraq həddi aşmamaq lazımdır. - Türkiyəyə, bu hərəkata dönərsək...?- Türkiyədə «nümunəsi özündən» dediyimiz hərəkatdan bəhs edərkən bə’ziləri «təriqət» deyirlər. Bağışlayın, onlar haqqında «əzbərdən danışırlar» deyəcəyəm. Mə’lum olduğu kimi, təriqətlər qadağan edilmişdir. Bu gün keçmişdən gələn o mədəniyyəti öz çevrəsində təmsil etməyə, davam etdirməyə, ailə çərçivəsi ilə və rəğbət bəsləyənlərlə yaşamağa çalışanlar vardır. - Əzbərdən danışdıqları barədə hökmü necə çıxara bilirsiniz?- Təriqətin özünə görə bir üsulu vardır. Bülənd bəyin də (Ecevit) ifadə etdiyi kimi, «bizim mədəniyyətimizdə təriqətin özünə məxsus bir yeri və əhəmiyyəti vardır». Qadağan edilmiş olsa da, bu gün heç kəs təriqətçilik etməsə də, təriqəti inkar etməyə çalışmaq, özümüzə aid bir dəyəri inkar etmək olar. Ola bilər ki, bu məsələdə sui-istifadəyə yol verilmişdir, amma ən həyati müəssisələr də daxil olmaqla, Türkiyədə sui-istifadə edilməmiş bircə qurum göstərmək mümkündürmü ? - Bəs Sizin me’yarınız nədir?- O müəssisə hələ təşkilatlanmadığı dövrlərdə, Bəyazidi-Bistami, Cüneydi-Bağdadi, Füzayl b. İyaz və İbrahim Ədhəm kimi saf və duru insanların əlində idi. Sistemi qəbul etməklə bərabər təriqət qurmayan Qəzalinin əlində idi. İmami-Rəbbani kimi sistemi əlində saxlayan insanların bu üsulu var idi. Məsələn, orada şeyxlər vardır, tələbə olmaq vardır. Əgər tələbənin halı bəyənilərsə, mürid olmaq vardır; «mürid», «istəyən» deməkdir. Əgər qəbul edilərsə mürşidə intisab məsələsi vardır. «Nümunələri özündən hərəkat»da isə nə intisab vardır, nə də müridlik. Başda mən bir vaxtlar çox gəzib-dolaşmış bir adam kimi çiyinlərimi Türkiyədə maarif fəaliyyətlərinin altına verən, məktəb açan könüllülərin mində birini ya tanıyıram, ya tanımaram. Zənn edirəm, qanunlarla qadağan edilən bir şeyə bu hərəkatı calaq edərək, insanları soyutmaq, ondan uzaqlaşdırmaq istəyirlər. Bu məsələ mütəxəssisləri tərəfindən, «Təriqət nədir, təsəvvüf nədir?», «Bu hərəkat onlara bənzəyirmi, bənzəmirmi?»,-deyə uzun-uzadı təhlil edilə bilər. Bu haqda söz düşəndə «əzbərdən danışırlar» deyirəm, çünki, bir tərəfdən «təriqət» deyirlər, o biri tərəfdən da qaynaq e’tibarı ilə Bədiüzzamana bağlayırlar. Əgər ona bağlayırlarsa, o zaman təriqət deməmələri lazımdır, çünki o özü bəlkə yüz yerdə «bu təriqət deyil, həqiqətdir», deyir. - Belə bir əlaqələndirmədə haqlıdırlarmı?- Bədiüzzaman öz tələbələrinə yazdığı məktublarda yeri gəldikcə başqalarının da o məsələdən istifadə edə biləcəyi fürsətini verməsinə baxmayaraq «nurçular» ifadəsini işlətmiş, yə’ni «-çi»dən, «-çu»dan istifadə etmişdir. Mən çoxdan bəri müxtəlif yüksək səviyyəli tədbirlərdə «nurçu», «fəthullahçı» kimi qruplaşdırılmalardan narahat olduğumu, bunları parçalayıcı ünsür kimi gördüyümü dilə gətirmişəm. Əslində, Bədiüzzaman da o ifadələrdən istifsadə edərkən mənim xoşlanmadığım mə’nada işlətmir. Çünki, «Bəli, biz bir camaatıq, lakin hər əsrdə 350 milyon tə’bəsi olan (indi olsaydı, «milyard yarım» deyərdi) bir camaatın fərdləriyik, «Qur’an-i Kərim» bizim rəhbərimizdir, Əfəndimiz tərbiyəçimizdir»,-deyir. Onun «camaat» sözündə qəsd nəzərdə tutulduğu kimi üzünü Kə’bəyə çevirərək namaz qılan bütün müsəlmanlardır. Bə’zi xüsusi tələbələrinə yazdığı məktublarda, «Nurlar»ı oxuduqlarına görə onlara «nurçu» desə də, məncə Bədiüzzamanda əsas olan «-ci»-«-cu» məsələsi deyildir. «Son şahidlər» kitabında Xülusi Yəhyagil ağabəyin dediyinə görə ustad bu «Nurçu» tə’birindən narahat olduğunu öz dilindən deyir. - Yaxşı, bəs əsas olan nədir?- İman barəsində yazdığı əsərlərdə və Türkiyədə müəyyən ölçüdə şərtlərin əleyhdə işlədiyi bir dövrdə, ən azından bə’zi mə’murların öz keyflərinə bir qisim tədbirlərə əl atdıqları bir dövrdə, heç kəsə sataşmadan məsələni rahatlıqla həll etmək üçün ortaya qoyduğu düsturların əhəmiyyətidir. Tələbələrinə məktublar yazaraq onları irşad etmis, görmək istədiyi işin təriqət olmadığını, imanı xilas etməyə xidmət etdiyini izah etmiş, İmam-i Rəbbaniyə istinadən «Təkcə iman məsələsinin açığa çıxıb inkişaf etməsi minlərlə mə’nəvi zövqlərin və kəramətlərin, yə’ni, təsəvvüfdə aranan məsələlərə qurban verilər»,-demişdir. - Mühüm gördüyünüz həmin əsaslarda əlaqələriniz?- Əgər bir adam, bir başqa şəxsdən iman həqiqətləri, hərəkətlərini öyrənmək, insani dəyərləri önə çıxarmaq naminə istifadə etmişdirsə, onları deməməsi nankorluq olar, hörmətsizlik olar. İndi hər fikirləri ilə razılaşmasam da, gənçliyimdə Nurəddin Topçunun, Nəcib Fazilin bütün əsərlərini zövqlə oxumuşam. Çox erkən dövrdə Mehmet Akifi zövqlə oxumuşam. Təhsil səviyyəmə görə keçmiş sistemdə ərəb dilindən dərs deyən adamların dizləri önündə yetişmişəm, amma Filibəli Əhməd Hilmini, Şəmsəddin Günaltayı, Tanpınarı da oxumuş və bunlardan istifadə etmişəm. İndi mən bunları qəbul etməsəm, ciddi yanaşmasam, çox böyük hörmətsizlik olar. Amma Bədiüzzaman mənim fikirlərim üzərində çox böyük tə’siri olan bir şəxsiyyətdir. Həmdi Yazır Əllamə Həmdi Yazırın fikirlərindən çox istifadə etmişəm, təqdirlə yad edirəm, Mustafa Səbrini təqdirlə yad edirəm. Bunları mən hər zaman, «ustadlarım», «müəllimlərim» deyə təqdirlə yad edirəm. - Bədiüzzamnala əlaqələriniz istifadə etdiyiniz o biri adlarla eyni dərəcədədirmi?- Zübeyr Gündüzalpın ifadə etdiyi kimi, minnətdarlıq hissi, hörmət hissi kimi məsələlər bir az da istifadənin genşliyi məsələsi ilə düz mütənasibdir. Mən Əfəndimizə (sav) atamdan, anamadan mənə miras keçmiş duyğularla, düsüncələrlə çox sıx bağlı idim. Ancaq uşaqlıq illərimdə Əfəndimizin (sav) insanlıq çapında gördüyü işləri istər mö’cüzələri ilə, istərsə də əlamətləri ilə Bədiüzzamanda gördüyüm zaman uşaqlıq dövrümdə öz-özümə belə dedim: «Deməli ki, mən indiyə qədər uzaqdan baxırmışam, uzaqdan mənə göz vuran o ulduzlar, bir növ uşaqların əllərini uzadıb ulduzları qopartmağa çəhd etməsinə bənzəyir, indi mənim əlimin çatacağı qədər yaxınlaşmış oldu». Məncə, bir sıra məsələlər mənim üçün Bədiüzzamanı oxuduqdan sonra daha da inandırıcı olmuşdur. Məsələn, əgər Zat-i Üluhiyyət (Allahın varlığı) məsələsində məndə «iki dəfə iki dörd edər»dən daha qət’i bir qənaətin əmələ gəlməsinə səbəb olmuşdursa, Allahın qəlbimdə iman nurunu yandırması onun rəhbərliyi altında oldusa, mənim ona minnətdarlıq hiss etməyim vacib olan bir borcdur. Məncə, insan oxuyub istifadə etdiyi müəllif kim olursa olsun, onu tərəddüd etmədən, ehtiyat etmədən, rahatlıqla dilə gətirə bilməlidir. Bəli, bu insan olmağın tələbidir. |
|
| Axırıncı təzələmə ( 29.06.2007 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Türkiyə ilə Amerika arasında yeddi saatlıq bir fərq var. Türkiyə, Amerikadan yeddi saat öndədir. Fəthullah Gülən, Türkiyədə axşam saat 19.00-da yayımlanan «STV»nin «Ana xəbər» bülleteninə Amerikada günorta saat 12.00-də baxır. Xəbərlərə baxarkən ara-sıra yorumlar da edir. Sunami fəlakətinin xəbərini eşidəndə üzünün rəngi dəyişdi, gözləri doldu. Bir müddət səssiz qaldi və ardınca «Çox sarsıldım»,-dedi 
