Hərəkatın müstəqil olması çox əhəmiyyətlidir Çapdan çıxart E-mailə yolla
Reytinq: / 1
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
21.01.2005

Hərəkatın müstəqil olması çox əhəmiyyətlidirBu reportajda çox qəribə fotoşəkillər alındı. İçəridə iş başında, kitab oxuyarkən, danışarkən, istirahət edərkən Bayırda maşına minərkən, maşının içində, göz həkimində, göz müayinəsində, stomatoloq kreslosunda Yağmurlu havada yeriyərkən, qarlı bir gündə qaldığı evin qapısında söhbət edərkən, yola saldığı qonaqlara pəncərədən əl edərkən

Birlikdə bir mahnıda deyildiyi kimi, «Uzun incə bir yolda» yeridiyimiz fotoşəkil diş həkiminin yanından qayıdarkən çəkildi. Maşını Cövdət bəy sürürdü. Ona dedim ki, burada bir yol var, ən böyük arzum Gülənin şəklini o yolda təkbaşına yeriyərkən çəkməkdir. Cövdət bəy həmin yolun tam ortasında maşını saxladı. Gülən:

- Nə oldu?-deyə maraqlandı.

Cavabı mən verməli oldum:

- Xahiş etsəm, bu yolda birlikdə bir neçə addım getsək, olarmı?

- Yaxşı,- dedi.

Maşından düşdük və getməyə başladıq. Hava soyuq və azacıq yağmurlu idi. «Kölgə həkimi» sanki «Bax, bu olmadı!» deyirmiş kimi bizə baxırdı. Onun Gülənin başı üstünə tutduğu çətirlə çəkilən şəkil və bu reportaj üçün mənim ən yaxşı fotoşəkillərim beləcə meydana çıxmış oldu: Gülənin uzun, incə bir yolda təkbaşına gəzən fotoşəkli

Müstəqillik məsələsinə gəlincə, yenə Cənab-i Haqqa minnətdarlığımızı və şükürlərimizi bildirərək deməliyəm ki, bu könüllülər hərəkatı ilə əlaqədar tədqiqat aparan akademik səviyyədə yerli və xarici adamların da ən çox üzərində dayandığı xüsusiyyət, hərəkatın müstəqil olmasıdır. Bu hərəkatın müstəqil olması çox mühüm cəhətdir.

- Bu böyüklükdə bir hərəkatın müstəqil olması, siyasətə, ya da başqa şeylərə qarışıb getməsi normal şərtlərdə çox çətin bir işdir. Bu çətinliyi necə izah edə bilərsiniz?

- Allah nəzdində ən böyük sərmayəmiz acizliyimizi, fəqirliyimizi (Allaha ehtiyacımızı) bilməyimiz, yetərsizliyimizin fərqinə varmamız və bu mülahizələrlə əllərimizi açıb bizə güc, qüvvət verməsi üçün dua etməmizdir. Meydana çıxarılan Xidmətləri ilhamla, kəramətlə, fövqəladə bir sezmə (müşahidə) və ya dahiliklə izah etmək mümkün deyildir.

Bizlər əksiklərimizin, zəifliklərimizin, yetərsizliyimizin, hətta ara-sıra müvazinəti qoruyub saxlaya bilməməyimizin fərqindəyik, olan şeyləri özümüzə aid edə bilmərik, ağlımıza aid edə bilmərik, çünki Türkiyədə bizdən qat-qat ağıllı adamlar vardır. Əleyhində hər gün yeni-yeni komplo nəzəriyyələri istehsal edilən bu hərəkat olmasına baxmayaraq, xalqımızın bu xidmətlərə dəstək verməsindəki mə’nəvi gücünün sarsılmamasına və bu yolla getməyə davam etməsinə baxanda, «Bu nəticələr bizim düsüncələrimizə və sə’ylərimizlə alına bilməz, demək ki, Cənab-i Haqq, millətimizə xidmət etdirmək üçün bizləri (çox vaxt biz fərqinə varmadan) bir yerlərə çəkir, bizə yaxşı işlər gördürür»,-deyirik və Ona qarşı minnətdarlıq hisləri ilə doluruq.

Müstəqillik məsələsinə gəlincə, yenə Cənabi-Haqqa minnətdarlığımızı və şükürlərimizi bildirərək deməliyəm ki, bu könüllülər hərəkatı ilə əlaqədar tədqiqat aparan akademik səviyyədə yerli və xarici adamların da ən çox üzərində dayandığı xüsusiyyət, hərəkatın müstəqil olmasıdır. Bu hərəkatın müstəqil olması çox mühüm cəhətdir.

Bu hərəkatı başqalarına möhtac hala salmaq, məsələn, siyasətə bulaşdırmaq onun müstəqilliyini zərbə altına salan, onu yaralayan bir şey olar ki, bu da çox təhlükəlidir.

Əgər bu məsələ bir iman məsələsidirsə, türk xalqının bir neçə yüz əsrlik çox yaxşı genişlənmə dövrü keçirməsi baxımından, ancaq könüllü qəhrəmanların min illik mədəniyyətini tanıtmaq naminə görə biləcəyi bir məsələdirsə, gələcəkdə idarəetmə işlərinə və siyasətə girmək, asılı hala düşmək kimi şeylər bu məsələni qırar, çürüdər. Məsələnin mahiyyəti budur, amma ola bilər ki, dostlarımızın bu sahədə gördüyü bə’zi işlər, müraciət etdikləri arqumentlər ilk anda başa düşülməyə bilər.

- Başa düşülməyən nədir?

- Məsələn, «Gedib nə iş görürlər ki? Bir şey izah edilmir ki! İngiliscə dərs deyirlər»» kimi sözlər işlədirlər. Əgər getdiyiniz ölkənin tə’lim proqramını tətbiq etməsəniz, sizin görəcəyiniz işlərə icazə verərlərmi? Türk dili dərsini bə’zi yerlərdə seçməli, bə’zi yerlərdə də məcburi fənn kimi tədris etmənizə icazə verərlərmi? «Dialoq və xoşgörü» deyirik (baxmayaraq ki, bunu da araşdırırlar), əgər siz onlara doğru bir addım atmasanız, başqalarının dəyərlərinə hörmətlə yanaşmasanız, onlarla bə’zi şeyləri paylaşa biləcək kamilliyi göstərə bilməsəniz, onlar da sizə yaxınlaşmazlar.

Bunlar bizə aid dəyərləri başa salmaq naminə işi asanlaşdıracaq şeylərdir, əks təqdirdə, məsələnin təşkilati tərəfi sizə aid olsa belə, siz qatı davranışı göstərməyə davam etdirsəniz, o zaman başqalarına heç bir şey izah edə bilməzsiniz. Elə aramızda əmələ gələn sün’i uçurumlar da müəyyən bir dövrdən sonra heç bir şeyi başa sala bilməməyimizdən əmələ gəlir. Yan-yana gələ bilməmişik ki, özümüzü tanıtmağa fürsət tapaq.

Bu gün görülən işlərin bə’zilərini yadırğasalar da, bütün bunlar o uca məfkurə naminə, özümüzü tanıtmaq, dünyada baş verən proseslərdə iştirak etmək və indidən gələcəyə aid Huntinqton kimilərin işarə etdiyi soyqırımlarının qarşısını almaq üçün əlimizdən gələn sə’yləri göstərmək üçün edilir.

- Bir zamanlar yazdığınız məqalələrinizdən birində Şəmsəddin Günaltaydan iqtibas edilmiş bir neçə cümlə medyada müxtəlif şəkillərdə mübahisə mövzusuna çevrildi

- Müxtəlif zamanlarda müxtəlif adamlardan istifadə etdiyimi demişdim. Günaltay, Nurəddin Topçu, Nəcib Fazil, Mehmet Akif kimi, yenə məsələn, İsmayıl Səfanın «Qur’an»la əlaqədar şe’rini və Pəyami Səfanın əsərlərini zövqlə oxumuşam. Oxuduğum müəlliflərin əsərlərində xoşuma gələn şeylər olduğu kimi, bunun əksi də olmuşdur...

Məsələn, bir zamanlar Mərhum Topçu, həmişə hörmətlə yad etdiyimiz Nəcib Fazil tərəfindan «Rapor»larda çox ağır şəkildə tənqid edilmişdi.Mən nöqsanlara ilişib qalmaqdansa, hər ikisini də sevməyə üstünlük verdim. Məsələn, Mehmet Akif «Nurlar»dan daha əvvəl dünyagörüşü, səmimiyyəti, şübhələri, təhsil və elm sistemi naminə ortaya qoyduğu çərçivə ilə, düşüncə həyatıma tə’sir edən bir insandır.

Şəmsəddin Günaltay da elədir. Bir zamanlar Baş Nazir olmuş, Ankara universitetinin ilahiyyat fakültəsi onun zamanında açılmışdır, amma təəssüf ki, 163-cü maddənin meydana çıxması da sanki ondan fitva alınmış kimi bir tə’sir bağışlayır. Dolayısı ilə onda da qəbul edə biləcəyimiz şeylər olduğu kimi, etməyəcəyimiz şeylər də vardır. Burada üzərində dayanılması lazım gələn mühüm bir xüsusiyyət vardır. «Şəfa verən şeyləri al, kədər verən şeyləri tərk et» qaydasında olduğu kimi, Günaltayı da oxumuş, doğru hesab etdiyim məsələlərdə ondan da istifadə etmişəm.

Burada üzərində dayanmamız lazım gələn mühüm bir məsələ vardır. Çox məşğul olduğunuz adamlar bir yönü ilə sizin zehin mühəssalanız halına çevrilir. Siz fərqinə varmadan onlardakı məzmunu öz üslubunuzla təqdim edərsəniz, bə’zən heç fərqinə varmadan şe’rdəki təvarüdlər kimi olar, bəlkə də eyni şeyləri deyərsiniz. Bə’zən də bir üslubdan istifadə edirsiniz, kimə aid olduğunu xatırlamırsınız, ya da «filankəsin üslubuna görə bu məsələ belədir»,-deyirsiniz.

Mən fərqinə varmadan bir şey deyirəm, daha sonra bu «Tərəddüdlər» seriyasında, yaxud «Prizma»da çıxır, oradan oxuduğum zaman fərqinə varıram, beynim «Nurlar»daki məzmun və qaydalarla elə yoğrulmuşdur ki, oradakı məzmunu eyni ilə vermiş oluram. Mehmet Akifin şe’rində rast gəldiyimiz məzmun, məntiq, məfhum beynimə o qədər möhkəm həkk olmuş, məndə elə əks olunmuşdur ki, indi yazılan şeyləri bundan sonra araşdırmaq istəsəm, çox şeylər üçə çıxar.

- Bunu mənim anlayacağım bir cavaba çevirə bilərsinizmi, nümunə göstərə bilərsinizmi?

- Məsələn, «Məcəllə»dəki «zəruri olduğu qədər mahzurlu şeylər mubah olur..». qaydasını düsünün, mən qaydanı eyni ilə almamışam, amma, «İnsanlar bə’zən məcburiyyət qarşısında qalırlar, özləri və ya uşaqları ilə əlaqədar həyati təhlikəli olur, dolayısı ilə bu cür hallar bizim zərərli saydığımız bə’zi mahzurlu şeyləri mübah qıla bilər»,-demişəm. Mən o qaydanı eyni ilə ifadə etməsəm də, dediklərim o qaydaya bağlı şeylərdir. Yə’ni bunun kimi sözlərimizə, sətirlərimizə girmis məntiqlər, məfhumlar ola bilər.

Mənim eyni şəkildə (yalnız təqdir etdiyim kəslərin deyil) məsələn, bütün əsərlərini oxuduğum halda təqdir etmədiyim Şartre, Camus kimilərin əsərlərindən də, romantizmini bəyənmədiyim halda oxuduğum Balzakın «Vadidəki zambağ»ından da yadımda qalan bə’zi şeylər olmuşdur.

Digər tərəfdən, zehinlərdə şübhə oyandırmaq üçün sərriştə edilən yazını, 1984-cü ildə bir yoldaşıma diqtə etdirərək yazdığımı da ifadə etməliyəm. O dövrdə yazdığım yazılara adımı qoydurmurdum, «Sızıntı» jurnalındakı başqa yazıçı dostlar da, qələmə alınanlarda bir gözəllik vardırsa, onun özlərinə aid edilməsini istəmir, bir təvazökarlıq duyğusu ilə təxəllüslə, ya da imzasız yazırdılar.

Jurnalın o nömrəsinə və sonrakılara də baxılsa, baş məqalələrin altında hər hansı bir ad olmadığı görüləcəkdir. Çünki, bizim dərdimiz filankəs yazdı, sən yazdın, mən yazdım deyildir, «gözəl bir düşüncə, faydalı bir fikir vardırsa, xalqımız bundan istifadə etsin»,- deyir və xoşumuza gələn şeyləri hər kəslə paylaşmaq isytəyi ilə nəşr edirik. Bundan başqa, kitabları nəşr edən nəşriyyatlar da bu məsələdə bir açıqlama vermiş, təbyiz əsnasında redaktorun «ifadənin Günaltayın dediyi kimi» qisminin üzərindən səhvən keçdiyini bəyan etmişdi.

Mənim qənaətimə görə, əgər bir adam, bütün bunları görməməzliyə vuraraq nalayiq ittihamlar irəli sürürsə, insafsizlik etmiş olur.

 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri