Daha ətraflı...

Mübarək zaman dilimi - üç aylar

Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Ana səhifə arrow Gülənin həyatı‎ arrow Amerikada‎ on bir gün arrow Dünyanın halı çox da xoş görünmür
Qalereya
Dünyanın halı çox da xoş görünmür Çapdan çıxart E-mailə yolla
Reytinq: / 3
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
22.01.2005

Dünyanın halı çox da xoş görünmürBilirsiniz Fəthullah Gülənin utopiyasi nədir? Gülən, Türkiyəni dünyanın bir parçası olaraq görmür. Bəs o zaman necə görür Türkiyəni? Gülən Türkiyəni mərkəzi bir yerə qoyur.

Bunu mən belə ifadə edirəm: Gülən dünyanı türk dünyasının bir parçasi kimi görür. «Bu hökmü haradan çıxarıram?»-deyə soruşsanız, belə cavab verərəm: Gülənin davranış tərzindən, sözlərindən və dediklərinə yüklədiyi dərin mə’nalardan çıxarıram.

O, türk xalqlarına, türklərin tarixinə, tarixi sərvətlərinə, türk müsəlmanlığına çox əhəmiyyət verir. Mənim baxdığım yerdən görünənin şərhi: «Bu millətdən adam olmaz».

Gülənin baxdığı yerdən görülən isə, məncə bir utopyadır: «Gələcəyin me’marı türklərdir»

Gülənin fərqi də bax, budur...

O, əvvəlcə böyük xəyallar qurur, sonra da bu xəyallarını parça-parça real həyata də’vət edir...

Xəyal qurmağı belə bacarmayan, erkəndən yorulub əldən düşənlər isə onu başa düşmürlər...

Hər kəsin dünya qovğasından müəyyən qədər qorxduğu, şübhə etdiyi bir şey vardır. Məsələyə sosioloqların, psixososioloqların gözü ilə baxanda vəziyyət heç də yaxşı görünmür. Daima bə’zi fikirləri qaşıyanlar, insanları üz-üzə qoymaq istəyənlər vardır, ayrı-ayrı dində, diyanətdə olanlar da bir-birlərinə eyni fikirlə baxmağa davam edərlərsə, «mütləq» deməyək, amma belə bir qarşıdırmanın baş verəcəyi çox yaxın görünür. İnsan olaraq, bu məsələyə bir çarə tapmaq lazımdır.

- Huntinqtonun «mədəniyyətlər qarşıdurması» elmi əsərinin həyata keçəcəyini ehtimal edirsinizmi?

- Huntinqtonun elmi əsərinə qaynaq təşkil edən fikirlər əslində daha əvvəl başqaları tərəfindən da dilə gətirilmişdi, lakin günümüzün anlayış və idrakına görə, fərqli bir üslubla yenidən meydana çıxarılanda, dedim ki, «Başlanğıcda bu qədər geniş bir kahinlik etdiklərinə görə, yəqin ki, mədəniyyətləri, dinləri və müxtəlif dinlərə mənsub olanları bir-biri ilə vuruşdurmaq üçün zəmin hazırlayanlar var».

Təbii ki, mənim ağlıma ilk gələn bu oldu. Bəlkə də edə bilməyəcəklər, amma biz bunların ola biləcəyini və olmasını istəyənlərin var olduqlarını nəzərə alaraq dünyanın müxtəlif yerlərində «sülh adaları» adlandıra biləcəyimiz bəyaz adalar əmələ gətirməsək, bir gün dənizlərdəki nəhəng dalğaların təlatümü kimi hadisələrin təlatümünə bənzər hadisələrin girdabında insanlıq boğulub gedər.

- Bu hərəkətin üfüqündə nə var?

- Hər kəsin dünya qovğasından müəyyən qədər qorxduğu, şübhə etdiyi bir şey vardır. Məsələyə sosioloqların, psixo-sosioloqların gözü ilə baxanda vəziyyət heç də yaxşı görünmür. Daima bə’zi fikirləri qaşıyanlar insanları üz-üzə qoymaq istəyənlər vardır, ayrı-ayrı dində, diyanətdə olanlar da bir-birlərinə eyni fikirlə baxmağa davam edərlərsə, «mütləq» deməyək, amma belə bir qarşıdırmanın baş verəcəyi çox yaxın görünür. İnsan olaraq, bu məsələyə bir çarə tapmaq lazımdır.

Qovğa vasitələrini əlimizdən gəldiyi qədər torpağa göməcək, üzərinə altından qalxa bilməyəcək şəkildə ağır daşlar qoyacaq, sülhə, sakitliyə, əmin-amanlığa aparan fikirləri daha çox önə çıxara biləcək, diltapma və yolagetmə yollarını aça biləcək çarələr tapmaq lazımdır.

- Dini baxımdan yanaşanda nə görünür?

- Hədis kitablarında «Kitabul-fitən» başlığı altında şərh edilən bəhslər vardır. Bu bölmələrdə qiyamətə qədər baş verəcək hadisələr haqqında Əfəndimizin verdiyi xəbərlər toplanmışdır. Bu cür xəbərlərlə Əfəndimiz əvvəlcə o günün insanlarını, sonra da bizləri irşad etmişdir.

Məsələn, İstanbulun fəthini söyləmis, Hallikan neftindən xəbər vermis, Fərat və Dəclə ətrafından bəhs edərkən altından bir dağ çıxacağını demiş, bəlkə də «qızıl» sözü ilə o ərazidəki neft yataqlarına isarə etmişdir. Bunları xəbər verdiyi kimi eyni şəkildə bir sıra qorxunç fitnələrin də meydana çıxacağını bildirmişdir. Məsələn, xristianlığın içindən zühur edəcək böyük bir Dəccaldan bəhs etmişdir. «Məsihi Dəccal» ifadəsi ilə xatırladılan bu şəxsin Allaha inanmayan, sistemləri alt-üst edən və iflas olması ilə də nələrəsə səbəbiyyət verəcəyinə işarə edilmişdir.

Müsəlmanların içindən çıxıb, insanları Qərmətiliyə, Batiniliyin müxtəlif qollarına sürükləyənləri də dəccaliyyətə yuvarlananlar olmuş, eyni zamanda Şimaldan gələcəyinə dair işarələr olduğu üçün son dövrlər e’tibarı ilə dəccaliyyətin kommunizmə işarə etdiyini düşünənlər də olmuşdur. O zaman xəbər verilənlərin bir çoxu zühur etmiş, digərləri də zühur edəcək kimi görünür.

Bir baxımdan dünayaya nəzər salanda onun aqibəti heç də yaxşı görünmür.

- Peyğəmbərin verdiyi xəbərlərə iman edənlər bu hadisələr qarşısında ümidsizliyə düşməyəcəklərmi?

- Bu xəbərlər mö’minlərə ümidsizliyə düşmək, oturub dünyanın başına gətiriləcək bəlaları gözləmək üçün yox, onlara qarşı tədbir görmələri üçün bir xəbərdarlıqdır. «Siz mö’minlər asayişin, e’tibarın və sülhün təmsilciləri olaraq, vəzifənizi yerinə yetirin»,-deyilir.

Bu baxımdan, məsələn, Əfəndimiz buyurur ki, «Tabəriyyə gölünü qurudacaqlar, sonradan gələnlər, «çox-çox əvvəllər burada su varmış» deyəcəklər». Burada Əfəndimiz istiareyi-təmsiliyyə yolu ilə bir şey ifadə etmişdir. Bəlağət elminin mütəxəssisi olanlar onun bu ifadəsini lazımınca qiymətləndirərək işarə etdiyi xüsusiyyətləri təsbit edəcəklər. İlahiyyat təhsili alan adamlar hadisələrə qiymət verərkən sosioloqların məsələyə baxışı ilə yanaşı bir də dini qaynaqlarda olan mə’lumatları da nəzərə aldıqları üçün şübhələri daha da çoxalır. Bunun üçün də fitnələrin qarşısını almağı, hərc-mərclik dalğaları qarşısında bir dalğaqıran əmələ gətirməyi vəzifə bilirlər.

Dünyanın müxtəlif yerlərində türk insanının açdığı mədəniyyət mərkəzlərini, məktəbləri, universitetləri mən bir yönü ilə gələcəyin sülh adacıqları, bir yönü ilə də bu cür hadisələrə qarşı dalğaqıranlar kimi görürəm.

- İndidən hiss etdiyiniz o dalğaları qırmağa hərəkatın sə’yləri kafidirmi?

- Anadolu insanları olaraq bizim gücümüz, imkanlarımız və idrakımız bu qədərinə yetir. Bəlkə daha geniş dünyagörüşünə malik adamlar da vardır və onlar daha böyük şeyləri planlaşdıra bilərlər. Əgər belə adamlar vardırsa və onlar daha böyük işlər görmək iqtidarındadırlarsa, buyursunlar, çıxsınlar meydana, etsinlər. Anadolu insanının ağlı bu qədərinə çatır, bu xalq ağlının çatdığı qədərini edir və mən, onların gördüyü işləri təqdirlə qarşılayıram.

- Anadolu insanına çox əhəmiyyət verirsiniz.

- Türkiyə ciddi ölçülərdə iqtisadi böhranlarla sarsıldı, bundan sonra bir daha böhran yaşanmayacağını da demək olmaz. Bu gün üçün reallıq planında iqtisadi tarazlıq səviyyəsinə çıxır, işlər yaxşılığa doğru gedirmiş kimi görünə bilər, lakin inkişafın rahat yoluna çıxmağın əsil mexanizmi insanların bir-birinə güvənmələri (bu hadisənin psixoloji yönünü təşkil edir) və bu e’tibar sayəsində qorxmadan hərəkət edib təşəbbüs göstərmək mülahizələrini canlandırmalarıdır.

Biz bə’zi böhranları böhran psixologiyasından sıyrılıb çıxmaqla aşmışıq. Mülahizə dairəsi açıq qalmaqla yanaşı, inşallah, reall həyatda da iqtisadiyyatın düzəlməsini arzu edirik.

İndi baxırsan ki, üst-üstə böhranlar yaşanmış bir ölkənin insanları özlərinin çox sayda problemləri olmasına baxmayaraq heç bir dərdləri yoxmuş kimi bir də bütün dünyaya əl uzadıb yardım edirlər.

Yadıma düşdükcə gözlərim dolur, çörəyə möhtac bir aləm işsiz insan var, daxildə bir xeyli problemlər çıxır, amma düsünün ki, bu mübarək millətin bə’zi fərdləri belə bir zamanda dünyanın müxtəlif yerlərində ticari müəssisələr qurur, maarif müəssisələri açır və sanki bütün dünyanı maarifləndirməyə niyyətlənmiş kimi bir hal keçirir. Bə’ziləri xalqları davaya cəlb etmək, buna sürükləmək istədiyi halda, bir başqaları dialoq adı altında getdikləri yerlərdə insanları bir-birinə vuruşdurmaq məqsədi ilə meydan sulayarkən, bizim insanımız insanları uzlaşdırmaq üçün gedir və bir növ dünyaya dostluq məsələsində yeni bir üsul öyrədir.

- Güzaranınızı necə tə’min edirsiniz?

- Çox vaxt «Allahım, mənə və qardaşlarıma dünyada sərvət vermə»,-deyə dua etmişəm, Rəbbim də bu duamı qəbul buyurdu. Təbii ki, biz də göbələk deyilik, yerdən çıxmamışıq, Cənabi-Haqqın lütf etdiyi şeylər vardır. Qardaşlarımın atadan qalma 55-60 illik mətbəəçilikləri vardı, ancaq indi hərəsi bir yerdə fəhlə kimi işləyirlər. Ərəblər onlar kimi olanların halını ifadə üçün «Dəvənin quyruğu nə uzanar, nə də qısalar»,-deyərlər.

Bu vəziyyətlərindən narazı deyiləm, Allaha həmd edirəm, onlara: «Uşaqlarınızla birlikdə belə yaşayın və belə ölün. Bu halınız Xidmətin e’tibarıdır»,-deyirəm.

- Nəyə görə belə bir duaya ehtiyac duydunuz?

- Allahın bir lütfudur ki, insanlar bizə e’tibar edirlər, «buraya verin», «oraya verin», deyəndə e’timad göstərib verirlər. Azacıq bir sizıntı olsa, bir yerə bir az artıq getsə, bu e’timad sarsılar.

Baxın, bu məsələni şişirdənlər olduğu üçün onu açmaq məcburiyyətində qalıram, yoxsa bunları demək istəməzdim: Mənim əlli beş yaşına qədər yatağım olmadı. Üstümə bir odeyal örtər, həsirin üstündə yatardım, həyatımı belə kasıbçılıqla keçirdim, amma nevropatiyaya görə daha belə edə bilmirəm. Təkcə sağ yanım üstə yata bilirəm, sol tərəfim üstə və arxası qatda yatdığım zaman ürəyim sıxılır. Vəziyyəti belə görəndə dostlar yığışıb bir yataq aldılar.

- Maraqlı məsələlərdən biri də budur: bu cür kasıbçılıqla yaşayan bir insan görəsən ABŞ kimi bahalı bir ölkədə necə yaşaya bilir?

- Bu mövzu fərqli məqsədlərlə ortaya atıldığı üçün, lətifəsi sizə toxunmasın, bunu həzm edə bilməyənlərə deyirəm: Mənim haqqımda belə deyənlərin heç birinə mən bu cür sual verməmişəm. Mənim kimi şəkər xəstəsi, gündə 1200 kalori qəbul edən, ağır şeylər yeyə bilməyən, yemək ehtiyacını çox vaxt qatıq və şorba ilə ödəyən subay bir adam ABŞ-da da olsa 500 lirə ilə («dollar» yerinə «lirə» deyir) dolanar. Bu cür şübhələr oyandıraraq məni qaralamaq istəyənlərin bu cür davranış tərzlərini olduqca nalayiq və qeyri-münasib hesab edirəm.

Bunları qətiyyən demək istəməzdim. Çünki istərdim ki, imkanım olaydı, o qonorarları də yeməyəydim. Burada yaşamağım üçün dostlar göndərirlər, mən də nə qədər istəməsəm də qəbul edir və ancaq zəruri ehtiyac çərçəvəsində istifadə edirəm. Onsuz da burada başqa cür qalmağım mümkün deyil və belə bir qonorarı almaq barəsində də heç kəsin mənə bir şey deməyə haqqı yoxdur.

İndi ki, sual verildi, o zaman açıq deyirəm: Dostlarım, -narahatlığım da olduğu üçün- ehtiyat olaraq bankda bir az saxlayırlar, hər il də 30 min göndərirlər. Bir az əvvəl dediyim kimi, zəruri ehtiyaclarımı ödəyir, geri qalanını da millətə tövsiyə etdiyim kimi maarifçilik xidməti göstərənlərə bağışlayıram. Mənə göndəril-məyib toplanmış qonorarların da Allah rizasi üçün bə’zi yerlərə və möhtac olanlara verilməsini tapşırıram. Allahın hüzuruna daxil olarkən arxada beş-on quruş belə olsa bir şey qoyub getmək istəmərəm.

 
< Qabaqkı   Sonrakı >