|
Əsrlər boyu İslam mədəniyyəti mirasının daşıyıcılığını öz öhdəsinə götürən, üləma ən’ənəsindən gəlmiş və müasir dövrün bütün əsaslı çevirilişlərinə şahid olmuş, dərin mə’nəvi və sosial şəxsiyyətə sahib bir insanı təhlil etmək əlbəttə, çox çətindir.
Onun üçün Gülən, utopyasında, üfüqündə, xəyallarında anlaşılması çətin olan bir insandır. Bu həqiqət yaxın gələcəkdə də dəyişməyəcəkdir. Sevəni çox, anlayanı isə eyni qədər deyildir. Məncə, Gülənin əleyhinə olanlar da onu anlamırlar. Gülən bütün yönləri ilə anlaşılmış deyil, daha çox əzbərlənmis bir insandır. Əzbərlər isə Gülən fenomenini əks etdirmir.
Ölkəmizdəki marjinal bir qrup vahimələrlə oturub-durur, məsələyə vahimə ilə yanaşırlar. Onların bu halları ən əvvəl onların özlərinə rahatlıq vermir, «görəsən sabah nə olacaq?» sualı yuxularını qaçırır. Halbuki, heç bir şey olmayacaq, sabah Çərşənbə, sonra Cümə axşamı, sonra da Cümə gələcək, dəyişən heç bir şey olmayacaq.
«Bəlkələr» əsasında hökm çıxaranlar həm özlərini ağır bir əzaba mə’ruz qoyar, həm də «ehtimal ki..». deyib xeyirxah işlərə əngəl olarlarsa, türk xalqının və dünyanın gələcəyinə zərər verərlər. Bu könüllü insanların dünyaya verəcəkləri gözəl şeylər vardır, onlar heyifdir, puç olub gedər. - Türkiyədə belə bir hərəkatın varlığı iki şəkildə qiymətləndirilir: qürur hissi keçirib ne’mət olaraq görənlər və hər baxımdan təhlükəli hesab edənlər. Təhlükəli hesab edənlər belə deyirlər: «Hər şey çox yaxşıdır, son dərəcə mədəni, demokratiya çərçivəsində görünür, amma son təhlildə hədəf İslam dövlətidir» - Mərhum Aydın Bolak bəy bu hərəkatı səciyyələndirərkən onu milli mübarizə hərəkatına bənzədirdi. Halbuki, bu gün, Türkiyədə milli mübarizə aparmaq ehtiyacını doğuracaq bir səbəb yoxdur, ancaq təməlindən bu hərəkatı təmsil edən, məsələyə hərəkatın içində olanlardan biri kimi baxılmalı olsaq, görəcəyik ki, bir aləm könüllü insan var və bunlar doğrudan da təkcə Türkiyə üçün deyil (çünki milli mübarizə günlərində ancaq Türkiyə üçün mübarizə aparmaq imkanımız var idi), bütün insanlıq üçün nə isə bir iş görmək istəyirlər. Burada Aydın bəyin bənzətməsinə hörmət əlaməti olaraq mövzudan çıxıb bir şey ərz edim: nəyə görə «İlk hədəfiniz Ağ dənizdir» sözünün, israrla «Son hədəfiniz Ağ dənizdir» kimi başa düşüldüyünü onsuz da anlamıram, Halbuki bu söz, elm-irfanla ziyalılaşdırmaq, öz mədəniyyətimizi tanıtmaq və xalq olaraq qazanclarımızı bir-birimizlə bölüşmək naminə «Sonra bütün dünya» zarafatı kimi də başa düşülə bilər. Siyasi və coğrafi sərhədləri zorlama qətiyyən məqsəd olmamalı, başqa millətlərin torpaqlarına göz dikmək kimi bir niyyət əsla yaxına buraxılmamalı, amma mədəniyyətimizi dünyaya tanıtma və faydalı yönlərimizi başqa millətlərlə də vermək böyük millət olmağın vəzifəsidir. - Bundan şübhə hissi keçirənlərə gəlsək Ölkəmizdəki marjinal bir qrup vahimələrlə oturub-durur, məsələyə vahimə ilə yanaşırlar. Onların bu halları ən əvvəl onların özlərinə rahatlıq vermir, «görəsən sabah nə olacaq?» sualı yuxularını qaçırır. Halbuki, heç bir şey olmayacaq, sabah Çərşənbə, sonra Cümə axşamı, sonra da Cümə gələcək, dəyişən heç bir şey olmayacaq. «Bəlkələr» əsasında hökm çıxaranlar həm özlərini ağır bir əzaba mə’ruz qoyar, həm də «ehtimal ki..». deyib xeyirxah işlərə əngəl olarlarsa, türk xalqının və dünyanın gələcəyinə zərər verərlər. Bu könüllü insanların dünyaya verəcəkləri gözəl şeylər vardır, onlar hryifdir, puç olub gedər. Sonra siz görülən işlərə bir az milliyətçilik fikri ilə yanaşdığınız və din mənşəli gördüyünüz üçün «Pantürkizm», «Panislamizm» ya da «Din Cümhuriyyəti» deyərsinizsə, o zaman başqası da qayıdıb sizə «Dinsizlik Cümhuriyyəti, yaxud «Pan-Küfrizm» qurmaq istəyirlər»,-deyə cavab qaytarar. Əgər ehtimallardan danışırıqsa, bu dediklərim də bir ehtimaldır və siz də dünya da bu cür düşünənlərlə birlikdə belə bir işi həyata keçirmək istəyirsiniz. Əgər ehtimallar üzərində hökm qurulacaqsa, bu da ehtimal daxilindədir və məncə hökmlər bu cür ehtimallar üzərində qurulmamalıdır. Qismən İkinci dünya müharibəsi ərəfəsində yaşandığı kimi dünyanın dinsizliyə, Allahsızlığa sürüklənib yenidən bataqlığa qərq edilməsinə yol verilməməlidir. Fikrimizi burada bir az da açıq deyək: siz Türkiyənin xaricdən könüllü lobilərlə müdafiə edilməsini tə’min etməsəniz, Türkiyənin təkbaşına, dünyadan təcrid olunmuş hala salar, nəticədə onu qloballaşan müasir dünyamızda ayaqda saxlaya bilməzsiniz. Təkcə Türkiyə deyil, bundan sonra heç bir dövlətin təkbaşına ayaqda durması mümkün deyildir. Türkiyənin Asiya steplərində, Uzaq Şərqdə onu sevən insanlarla müdafiə edilməsi lazımdır. Sankt-Peterburqda mə’zuniyyət mərasimində bir rus şagirdə «Böyüyüb həyatda müəyyən bir mövqe tutduğun zaman ilk olaraq nə etmək istəyərsən?» sualını verirlər. Cavabını eşidəndə televizor qarşısında hıçqıra-hıçqıra ağlamışdım, uşaq, «Türk xalqlarına kömək etməyi düsünürəm»,-deyə cavab verdi. Düsünün, Afrikadan Avropaya, Balkanlardan bəlkə Amerikaya qədər çox genis bir cografiyada türk xalqlarına bəslənən sevgi ilə yetişən bir çox insan var. Ola bilər ki, bu insanlar indiyə qədər bizə başqa gözlə baxmışlar, amma indi artıq elə baxmırlar. - İrticanın sizə görə ifadə etdiyi mə’na nədir? «Geriçilik» kəlməsinin ifadə etdiyi təhqiramiz mə’na çox açıq nəzərə çarpdığı üçün onun əvəzinə «geriyə dönmək», «insanları götürüb geriyə aparmaq» mə’nasını verən ərəb dilində bir kəlmə - «irtica» sözü seçilmişdir. «Gericilik», «geriyə dönmək» həmin kəlmənin tam qarşılığını vermir, istifadə edilən məsdər, görülən işin adət, vərdiş halına çevrildiyini göstərir. Məsdəri də nəzərə almaqla düşünsək, «irtica» «insanları geriyə çəkmək üçün lazım gələn hər şeydən istifadə etməyi adi davranış halına çevirmək» mə’nasını verir. Nyüansı ilə birlikdə baxsaq, günümüzdə müsəlmanlıq naminə hərəkət edən heç bir kəsə bu kəlməni yaraşdırmaq doğru olmaz. Çünki nə məscidə gələn camaat, nə təsəvvüf adət-ən’ənəsini davam etdirənlər, nə də zaviyə kimi yerlərdə zikir və fikir çəkən adamlar elm və texnikanın əleyhinə çıxmazlar, demokratiyanın və cümhuriyyətin ne’mətlərinin əleyhinə deyildirlər. Ən azı mən belə birisini görmədim, amma insanları onlardan soyutmaq, xortdan kimi göstərmək və işlərini bitirməyi asanlaşdırmaq üçün «filançı-behmançı» deyildiyi kimi, «irticaçı» da deyilir. - Nə deməliyik, Türkiyədə irtica yoxdurmu? Bağışlayın, amma burada demaqogiya edilir. Üşaq olanda buna bənzər üsullarla bizi qorxudub yatırtdıqları kimi, məsələn, «Gözünü yummasan, damdabaca gəlib səni aparar», deyərdilər. Biz də cin kimi, seytan kimi bir şey gələcək, bizi aparacaq deyə yorğanı başımıza çəkər, yuxuya gedərdik. Sonralar öyrəndim ki, bizi qorxutduqları şey bütün damların üstündə sobanın tüstüsünü bayıra vermək üçün olan baca imiş Zənn edirəm ki, bunlar da bə’zi kəlmələrə bağlı olaraq xalqın zehnində çox ürpərdici şeylər formalaşdırırlar. Kimdir insanları bir əsr, iki əsr geriyə çəkən? Mənə görə müsəlmanlar, xüsusən də müsəlman ziyalılar bir yönü ilə başqa qrup adamlardan daha mütərəqqi düsünürlər, demokratiya və cümhuriyyət haqqında fikirləri daha sağlam və daha tutarlıdır. Son zamanlarda da görüruk, -əgər bir şey ifadə edirsə-, Avropa Birliyinə daxil olmaq, ABŞ ilə münasibətləri davam etdirmək, bir tək yerə bağlanmağın faydalı olmayacağı düşüncəsi ilə Rusiya, Hindistan və Çin kimi ölkələrlə münasibət quraraq e’tibarımızı artırmaq sə’yləri vardır. - Bə’zi həssas dövrlərdə bə’zi «islami» qruplar küçələrə çıxırlar. - Beynəlxalq xüsusi xidmət təşkilatlarını və araqızışdırmaları yaddan çıxarmamaq lazımdır, müsəlmanlığı qaralamaq, bə’zi qrupları, millətləri üz-üzə qoymaq istəyənlər vardır. Mən insan doğrayan, insanları canlı bomba kimi istifadə edənlərdə müsəlman qanı olmadığı qənaətindəyəm. Türkiyədə də müxtəlif dövrlərdə meydana atılanların başqaları tərəfindən fiqur kimi istifadə edilən insanlar olduğunu zənn edirəm. - «Hizbullah» nümunəsində olduğu kimimi? - Bəli. Ad çəkməyəcəyəm, amma elə sözdə «islami»i bir qrupun başında duranlardan bə’zilərı şəcərə baxımından nə türkdürlər, nə də müsəlmandırlar. Mən onların müsəlmanlıq naminə hərəkət edən insanlar olduqlarına heç vaxt inanmadım. Bir artist olduqları qənaətindəyəm. Tərkibində «Allah», «İslam» və «din» sözləri olan bə’zi isimlərin altında gizlənən bə’zi adamlar və təşkilatlar, əslində müsəlmanlar əleyhinə istifadə edilmək üçün başqaları tərəfindən ortaya atılıdılar. İstifadə etdilər onları və bəlkə bə’ziləri də sussun deyə öldürüldülər. - Küçələrdə zikir çəkənlər - O işlər səmimi, ürəkdən «Allah» deyənlərə qara yaxmaq məqsədi daşıyır. Təəssüf ki, bə’ziləri də bu çirkin məqsədin həyata keçirilməsində istifadə edildi. - Sizcə intellektual dünya bu hərəkatı anlaya və mə’na verə bilirlərmi? - İntellektuallara çox ciddi ümid bəsləyirəm, belə bir hərəkata qarşı daima qapalı qalacaqlarını ağlıma gətirə bilmirəm. Çünki intellektual, yalnız bilən deyil, düsündüyünü, inandığını da açıq şəkildə deyə bilən ziyalı insandır. Bə’ziləri saylarının çox az olduqlarına inansalar da, məncə Türkiyənin cəmiyyəti öz arxasınca apara biləcək kifayət qədər intellektual insanı vardır və onların çoxu yaxın zamanda bu məsələni başa düşəcəklər. İntellektual olmağın bir yönü da insaflı və haqqpərəst olmaqdır. Bu baxımdan Dreyfus davasına görə Emil Zolya nümunə kimi göstərilir. Məsələ təkcə Zolya kimi bir həqiqəti hayqırmaqdan ibarət deyildir, onu həyata keçirəcək insanlar da mövcuddur, təki biz görülən işləri onlara izah etmək imkanından lazımınca istifadə edə bilək. Çünki təhsil və mədəniyyət sahəsində fəaliyyətləri görən birisinin sonradan onun əleyhinə çıxdığı yadıma gəlmir. Əksinə, maarif müəssisələrini görənlər, şübhə doğuracaq bir şey olmadığını, bunların gələcək naminə ümid və’d etdiyini, Türkiyənin tanınmasına əlavə kömək olduğunu deyirlər. - Gedib görənlər bu hərəkatı başa düşə bilirlərmi?- Kinə, nifrətə məğlub olmuş və özünü saxlaya bilməyib, «Türkiyənin tanınması sizinlə olacaqsa, qoy heç tanımasınlar»,- deyə düşünənlər də çıxa bilər, mən onlara əhəmiyyət vermirəm, mühüm olan, gedib yerində tədqiq edənlərin nə düsündüyüdür. Məsələn, mən heç eşitmədim ki, belələri içərisində yumşalmayan olsun. Bə’zilərini televizorda seyr etdim, «bizdən uzaq duran və indiyə qədər bizimlə münasibətlərində məsafə saxlayan bir ölkədə bayrağımızın dalğalanmasına, «İstiqlal Marşı»mızın oxunmasına gözlərimiz dolaraq baxdıq, dinlədik», deyərkən gözləri yenə dolmuşdu bu adamların. Onların gəldikləri qənaətə qulaq asdıqca mənim həyəcanım daha da artır. Yaşanan bu hadisələr bə’zilərinin «Əslində dünya miqyasında dini diktatura qurmaq istəyirlər, niyyətlərini gizlədirlər» kimi xoşagəlməz, nalayiq sözlərlə qaralana bilməz. Əgər meydanda bir millətin fərdləri tərəfindən mənimsənmiş bir şey vardırsa, o insanların hissiyatına hörmət göstərmək lazımdır. Durub xalqın səmimi şəkildə göstərdiyi sə’ylərini məs’uliyyətsizcəsinə qaralamaq düz işdirmi? Elə bir diktatorluq iddiasi heç bir dəlilə-sübuta əsaslanmırsa, necə dilə gətirilə bilir, kimdən eşidiblər, harada deyilib? Yə’ni bu cür niyyəti olan adamlar bunu heç ağızlarından qaçırmazlarmı? Siz bu insanları dünyanı idarə edəcək çapda dahilər kimi görürsunuz. Qaldı ki, dahi belə olsalar, ürəklərindəkiləri hərdənbir də olsa, sizdırarlar. Yox, bu iddialar mənə məntiqsiz gəlir. Məncə əsl məsələ hərəkatı onun arxasında gördükləri kəslərə görə məhkum etmək istəyidir. Birisi açıq-açığına «Kaş ki, belə bir işin arxasında olanlar dindarlar olmasaydı»,-dedi. Mənim bu işə sahib çıxmağım həm hörmətsizlik, həm də təkəbbür və qürur olsa da, açıq deyim: mən bu Xidmətlərə deyil, onun milyonda birinə belə sahib çıxsam, o zaman bu mənim üçün həddimi bilməmək olar. Amma bütün bunlara baxmayaraq, yenə də «Kaş ki, bu məsələnin arxasında bir imamcığaz olmasaydı»,-deyirlər. Halbuki, bu işin arxasında imamcığaz yoxdur, dastanlar qoymuş bir millət vardır. Buna görə də dava-şava ilə bu məsələ həll edilməz, çünki xalqla müharibə etmək olmaz. |