Xilafət mübahisələrini super dövlətlər çıxarır Çapdan çıxart E-mailə yolla
Reytinq: / 1
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
24.01.2005

Xilafət mübahisələrini super dövlətlər çıxarırFəthullah Gülən, bütün reportaj boyunca qızğın və hirçin bir insan portreti tə’siri bağışlamadı.

Haqqında irəli sürülən ağır ittihamları və sataşmaları ona sual şəklində vrəndə də bu tərzi dəyişmədi.

«Bağışlayın», «Mənə yaraşmaz», «Utanaraq ifadə edirəm» kimi kəlmələri çox istifadə edirdi.

Bunların davamını da «anlamırlar», «bilmirlər», «hisslərinə məğlub olublar», «əzbərdən danışurlar», «yalan deyirlər» kimi ifadələrlə davam etdirdi.

Güləndə hirsəlnib özündən çıxmaq yerinə kədər hakimdir.

Bə’zi «İslami» grupların dinlərarası dialoq və xosgörü sürecini missionerlik kimi təqdim etmək cəhdlərini isə doğrudan özünə dərd etmişdi. Onlar haqqında «düsgün söz danışmırlar» deyib keçərdim, amma bağışlayın, «yalan danışırlar»,-dedi.

Əgər Türkiyədə bu məsələni «Gərək mütləq olsun»,-deyə qarşımıza çıxaranlar vardırsa, onlara, «Mülahizələrini gözdən keçirməlidirlər» deyə bilərəm; «birilərinin agenti olduqları» iddiasinda olmaq istəmirəmm. Əgər tarixdəkilərin bu barədə bir istəyi vardırsa, o zaman da «xarici təklif» olması baxımından mə’lul nəzəri ilə baxaram «Bu işə diqqət yetirmək lazımdır, bağışlayın, burada «Torbada pişik var»,-deyərlər. Bunu müzakirə edilməli olan ən mühüm məsələ kimi göstərməyə çalışanlar xarici qüvvələr, ya da onlara bağlı kəslərdirsə, onlara qarşı daha diqqətli olmaq lazım gəldiyini düsünürəm

- Xilafətin təkrar canlandırılmasına necə baxırsınız?

- 1924-cü ildə xilafət ləğv edildiyi zaman İsmət Paşa bunun Türkiyə Cümhuriyyətinin e’tibarı olduğunu əsas kimi irəli sürərək bunun əleyhinə çıxmış, əksinə fiqh metodologiyası müəllimi, İzmirdən seçilmiş deputat Seyid Bəy bunda bir zərərli şey görmədiyini bildirmişdi. Hətta «Yer üzündə bir xəlifə yaradacağam» ayəsinə əsaslanaraq həz. Əbubəkirin seçilməsindən e’tibarən xilafət tarixindən bəhs edən bir layihə (kitabça) hazırlamışdı.

Xatirimdə qaldığı qədər, orada xilafətin müsəlmanlar tərəfindən dövlətin başında olan adama verilən bir ad olduğundan bəhs edilirdi. Rəşid xəlifələrin hər birinin fərqli şəkillərdə seçildiyini göstərdikdən sonra, seçim şəklini tək sistemlə həyata keçirməyin mümkün olmadığını izah edir və vəzifələrini haqpərəstlik düşüncəsi ilə icra etdikləri üçün onlara «həqiqi xəlifə» deyirdi.

- Yə’ni dörd xəlifədən sonra xilafətin başa çatdığınımı deyir?

- Həqiqi xilafətin onlarla təmsil edildiyini söyləyir, sonrakıların təmsil etdiyinə «izafi xilafət» deyilə bilər, deyir. Elə Əfəndimiz də, «Xilafət məndən sonra 30 ildir» buyurur. Bu müddət, həz. Əlidən sonra həz. Həsənin 6 ay davam edən xilafəti ilə qurtarır. Başqa bir zəif hədis-i şərifdə də, «İstiqamət içində olsanız, 70 ildir» deyir. Sonra «məliklik və hökmdarlıq» olacağını, sonra da «zalım adamların xalqın başına keçəcəyini» buyurur.

Seyid bəy belə demişdir: Səvadi-əzamin, yaxud da ən azından əshabi-rə’yin seçdiyi bir xəlifə və həqiqi bir xəlifə vəzifəsini yerinə yetirərək xilafət düşüncəsini qorumus bir insan tapılmadığına görə, bu izafi bir məsələdir. Xilafət Türkiyə Böyük Millət Məclisinin şəxsi-mə’nəvisində səsvermə nəticəsində ləğv edilir. Kimsə e’tiraz etmir.

- Dini olmaqdan daha çox siyasi bir mövzu kimi görürsunuz.

- Dini bir mövzudan bəhs ediləndə, əvvəlcə müvafiq ayə və hədislərə baxmaq, Allah Rəsulunun verdiyi xəbərlər arasındakı yerini tapmaq, üzərində nə qədər duruldugunu araşdırmaq lazımdır. Məsələn, «Xilafət ünvanı ilə təmsil edilməyən dövlət qanuni deyildir», mə’nasını verəcək şeylər vardırmı? Məsələ nə qədər «olmazsa, olmaz» qəbul edilmişdir? Seyid bəyin mülahizəsini ərz etməyə çalışdım, kimsə ona e’tiraz etməmişdir.

- Xəlifəlik deyiləndə ilk ağıla gələn islami hərəkatlar olur, hətta keçən il 3 Marta başqa mə’nalar verənlər də oldu.

- Əsas mühüm olan, müsəlmanlığın millimetr-millimetrə yaşanmasıdır. Polemikalara rəvac vermək üçün ikinci dərəcəli, hər zaman münaqişəsi edilə biləcək tarixi mövzuların önə çıxarılması doğru deyildir. Bir qisim əhl-i İslam dostlar bunun üzərində dayanırlarsa, daha onların kim tərəfindən qurulduğunu bilmərəm. Güya Əməvilər, Abbasilər dövründə əsl mə’nada xilafətmi vardı? Yezid, Vəlid xilafəti haqqı ilə təmsil etmişdilərmi ki, indi bu barədə mübahisə açılsın? Bu mübahisələr müsəlmanlığı yaşaya bilməyənlərin öz eyiblərini ört-basdır etmək üçün bilərəkdən, ya da bilməyərəkdən ortaya atdığı bir sə’y də ola bilər.

- Bildiyiniz kimi Böyük Yaxın Şərq Layihəsi ilə əlaqədar bir yönü də var.

- Bəli, məncə də bir sıra süper dövlətlər xilafət məsələsini müzakirəyə çıxararaq onu qalmaqal salmaq vasitəsinə çevirmək istəyirlər. Məsələn, Türkiyə, Pakistan, İndoneziya, ya da başqa bir ölkədə bu məsələ ortaya atılarsa, o biri ölkələr ona qarşı çıxacaqdır. Çünki müstəqil dövlətlər qurulmus, hər kəs öz müstəqilliyini əldə etmişdir. Ola bilər ki, başqaları da özlərinin bə’zi hesabları ilə bunu etmək istəyirlər.

Əgər Türkiyədə bu məsələni «Gərək mütləq olsun»,-deyə qarşımıza çıxaranlar vardırsa, onlara, «Mülahizələrini gözdən keçirməlidirlər» deyə bilərəm; «birilərinin agenti olduqları» iddiasinda olmaq istəmirəm. Əgər tarixdəkilərin bu barədə bir istəyi vardırsa, o zaman da «xarici təklif» olması baxımından mə’lul nəzəri ilə baxaram «Bu işə diqqət yetirmək lazımdır, bağışlayın, burada «torbada pişik var»,-deyərlər. Bunu müzakirə edilməli olan ən mühüm məsələ kimi göstərməyə çalışanlar xarici qüvvələr, ya da onlara bağlı kəslərdirsə, onlara qarşı daha diqqətli olmaq lazım gəldiyini düsünürəm

- Bu hərəkata bağlı olan qurumlara nəzər salanda, böyük bir maddi güc görünür. Nə qədər ki, Siz həyatdasınız, problemlərin olmayacağı, amma sizdən sonra böyük bir pay bölgüsü qovğalarına səbəb olacağı yorumları edilir. Qarşımızda necə-neçə qurumlar vardır, sizdən sonra nə ola bilər?

- Ən əvvəl bunu qeyd etməliyim ki, bə’ziləri məsələləri tamamilə öz vahimələrinə görə formalaşdırır, bir çox fikri bu yanlış qənaət üzərində bina etməyə çalışırlar. Başlanğıc nöqtəsi vahiməyə söykənəndə sonra, onun əsasında doğan fikirlər də yanlış olmaya bilmir. Mənim vəfatımdan sonra maddi vəsaitin pay bölgüsü və liderlik seçimi ilə əlaqədar olaraq ortaya atılan iddialar da bə’zi adamlar tərəfindən məqsədli şəkildə vahimələrə istinad edilən və ağılları qarışdırmaq üçün dilə gətirilən əsassız iddialardır. Hər fürsətdə dediyim kimi, bu Xidmətlər hər hansı bir şəxsə bağlı deyildir, xalqın malı olmuşdur, müəssisələr də xalqındır.

Ortada nəyisə pay-püşk etmək zərurətini doğuracaq nə rəsmi bir təşkilat və onun qolları, nə də əldə etmək üçün mübarizə aparılması lazım gələn bir liderlik vardır. İnsanlar bə’zilərinə hörmət hissi bəsləmiş, sözlərinə dəyər vermiş və bu tövsiyələri qəbul edərək millətə xidmət etmişlər və edirlər. Sözü deyən dediklərini tövsiyə qəbul etməsə də xalq doğru hesab etdiyi fikirləri bir tövsiyə kimi qəbul etmiş etmiş və tətbiq edilmişdir. Məsələn, fərqli yerlərdəki insanların eyni hiss və düşüncələrdə müttəfiq hərəkət edib bu cür fəaliyyətlər göstərməsindən ibarətdir ki bu da normaldır; bunlar arasında bir din, dil, mədəniyyət birliyi vardır .

Həm də yaddan çıxarılmamalıdır ki, ətrafında toplanılan şeylərin dəyərləri zatidirsə, yə’ni bunların dəyəri özündəndirsə, qiymətləri də dəyişməzdirsə, bu dəyərlər bu gün olduğu kimi sabah da insanları ətrafinda toplayacaq və özünə bağlayacaqdır. Bizim dini və milli dəyərlərimiz ayrı-ayrı şəxslərə bağlı deyildir, onların varlığı bə’zi şəxslərin varlığından asılı deyildir. Bu dəyərlər sabah da insanları dağılmaqdan qoruyub bir yerə toplamağa kafidir. Nə qədər ki, bu xidmətlər Allahın rizasına görə davam edir, Cənabi-Haqq təfriqələrə, bölünmə və parçalanmalara fürsət verməz. Biz Ona güvənir, Ona sığınırıq.

 
< Qabaqkı   Sonrakı >

Dil seçin‎

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri