Müsəlmanlıqda qadını evə həbs etmək yoxdur Çapdan çıxart E-mailə yolla
Reytinq: / 2
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
25.01.2005

Müsəlmanlıqda qadını evə həbs etmək yoxdurFəthullah Gülənin həyatının böyük hissəsi Ədirnə, Izmir, İstanbuda keçmişdir. Ancaq əslən Ərzurumludur.

Gülənin danışmağına, verdiyi örnəklərə, məmləkətində çox az yaşamasına baxmayaraq, Ərzurum şivəsi özünü büruzə verir.

Nitqində axıcı və saf türkcəni, bir o qədər da sanballı istifadə edən Gülən, ərzurumluluğunu da tez-tez xatırladır.

Qəribə burasıdır ki, ümumən götürəndə insanlar öz irsi keçmişlərini xatırlamamağa çalışdıqları halda Gülən öz köklərinə, ana - ata torpağına tez-tez istinad edən biridir...

Şəhərli ola-ola irsi vərdişləri mühafizə etmək çox da alışdığımız bir şey deyildir...

Misəlmanlıqda qadının həyatını məhdudlaşdırmaq və fəaliyyət sahəsini daraltmaqdan danışmaq yersiz olar. Bu gün üçün məqbul kimi görülmən məqamlar, yaşandığı o zamankı dövrün şərtləri və o dövrdəki dövlətlərin bunu necə tətbiq etdikləri nəzərə alınaraq qiymətləndirilməlidir.

Bundan başqa, bə’zi dövlət və cəmiyyətlərdə müsəlmanlığı qəbul etməzdən əvvəlki adət və ən’ənələrin müsəlman olduqdan sonra da davam etməsi də nəzərdən qaçırılmamalıdır. Bunları İslam dininin adına yazmaq doğru olmaz. Mühüm olan, qadının fiziki vəziyyətinin və xüsusi hallarının düsünülməsidir.

- Çoxlu mübahisəyə səbəb olan mövzulardan biri də qadındır. Bə’zi iqtisadçılar, qadının istehsal prosesinə cəlb edilməsi ilə inkişaf arasında bir əlaqə qururlar.

- Qadının fiziki yönünü diqqətə alınıb, xüsusi halları qorunduqdan sonra həyatın bir sıra sahələrində iştirak etməsi İslamda qadağan edilməmişdir. Çünki qadın, həyatın hər mərhələsində də özünə görə iştirak etmişdir. Məsələn, müharibələrdə iştirak etməsi caiz hesab edilmiş, oxuması, təhsil alması münasib görülmüş, seçim etmə haqqı verilmiş və bunlara təşviq edilmişdir. Belə ki, Səadət Əsrində həz. Aişə, həz. Hafizə və həz. Ümmü Səlimə analarımız səhabə fiqhçilərinin və müctəhidlərinin arasında özlərinə məxsus yer tutmuşdular, hətta peyğəmbər evindəki qadınlar, dini öyrənmək naminə bir yönü ilə kişilərin belə müraciət etdikləri qaynaq idilər. Tabiindən bir çoxları Əfəndimizin həyat yoldaşlarına müraciət edərdilər.

Bu hal onlarla da məhdud qalmamış, sonrakı dövrlərdə də bə’zi qabiliyyətli qadınlar bir çoxlarına müəlliməlik etmişlər. Yə’ni, misəlmanlıqda qadının həyatını məhdudlaşdırmaq və fəaliyyət sahəsini daraltmaqdan danışmaq yersiz olar. Bu gün üçün məqbul kimi görülən məqamlar, yaşandığı o zamankı dövrün şərtləri və o dövrdəki dövlətlərin bunu necə tətbiq etdikləri nəzərə alınaraq qiymətləndirilməlidir.

Bundan başqa, bə’zi dövlət və cəmiyyətlərdə müsəlmanlığı qəbul etməzdən əvvəlki adət və ən’ənələrin müsəlman olduqdan sonra da davam etməsi də nəzərdən qaçırılmamalıdır. Bunları İslam dininin adına yazmaq doğru olmaz. Mühüm olan, qadının fiziki vəziyyətinin və xüsusi hallarının düsünülməsidir. Məsələn, ağır dağ-mə’dən işlərində çalışmalıdırmı, kişilər üçün olduğu kimi onlara da məcburi əskərlik xidməti tətbiq edilməlidirmi? Ağır silah tə’limindən keçməlidirmi? Bunların həyata keçirilməsi zəruri hesab edilsə, məncə ona da heç kəs heç bir şey deməməlidir.

- Müasir dövrümüzdə qadının ictimai həyatda yeri və rolu nələrdən ibarət ola bilər?

- Qadın hər şey ola bilər. Bəlkə bugünkü qaynaqlara istinad etmək baxımından dəlil-sübutunu göstərmək çətin olsa da, tarixi təcrübələrə nəzər salanda Əbu Hənifəyə görə qadının hətta hakim belə ola biləcəyini görürük, onun kimi bir şəxsiyyətin öz nəfsinə görə danışmasının mümkün olmadığını da nəzərə alsaq, o zaman islami qaynaqların buna yol verdiyini demək olar. Hazırda Diyanət İşləri Başqanlığı qadınların rahat ola bilməsi baxımından xanımlara müftiliklərdə vəzifə verməklə təqdirəlayiq bir işə başladı Qadın hərbçi də ola bilər, həkim də, mühüm olan dinini yaşaya bilməsidir. Dövlət idarələrində qulluq edərkən dinini gözəl yaşayanlar ola biləcəyi kimi, evdar olub tam yaşamayanlar da ola bilər.

- Yə’ni qadını evə həbs etmək yoxdur.

- Əlbəttə, o barədə hər hansı bir məhdudiyyət qoyulmur. Fiziki vəziyyəti e’tibarı ilə götürə biləcəyi şeylər mühümdür və onların bir qismi də elə mövzulardır ki, bunlar barəsində yerinə görə hökm vermək lazımdır. Hər dövr də o dövrün qadınları üçün həmin dövrdəki idarəçilərin hökmləri əsasdır

- Bə’zilərinə görə «İlmihal» kitablarında verilən bə’zi mə’lumatlarda qadının ikinci sinif varlıq olaraq göstərdiyindən də danışılır. Yoxsa o da tarixidir?

- Qadının özünəməxsus xüsusiyyətinə və fiziki vəziyyətinə xüsusi diqqət göstərildiyi üçün məs’uliyyətləri və hərəkət sahəsi həmişə kişininkindən bir az fərqli olmuşdur. Məsələn, ağır işlər və evdənkənar vəzifələr kişinin boynuna qoyulmuşdur. Təşri və tədvin dövrlərindəki yorumlar o günkü mədəni irsə bağlı olaraq bu istiqamətdə inkişaf etmişdir. Buna «tarix» deyə bilmərik, bəlkə «qadınlara və kişilərə aid xüsusiyyətlərin nəzərə alınması bu məsələdə amil olmuşdur»,-demək daha doğru olar.

- Qadına ikinci sinifdən olan varlıq olaraq baxanlar da var.

- Qadın qadındır, kişi də kişidir, bunlardan biri pozitivdirsə, o biri neqativdir, ikisi bir araya gələndə bir bütün əmələ gətirirlər. Məsələyə ikinci sinif kimi, ya da bərabərlik məsələsi kimi baxmamaq lazımdır. Çünkü bə’zi məqamlarda qadın daha irəlidədir. Məsələn, bə’zi yerlərdə Əfəndimiz qadına çox əhəmiyyət vermiş, «Cənnət anaların ayağının altındadır» demişdir, amma atalar üçün belə bir şey söyləməmişdir. Yenə Əfəndimiz «Kimin qarşısında məs’uliyyət daşıyıram?»-sualını verən adama «Ananın qarşısında»,- cavabını vermiş, sonra təkrar edilən suala yenə «Ananın qarşısında»,- sonra yenə «Ananın qarşısında»-deyə cavab vermiş, yalnız bundan sonra «Atanın qarşısında»,-demişdir.

Bədiüzzaman diqqətimizi buna yönəldərək «O eyni zamanda bir şəfqət qəhrəmanı və çox mühüm bir tərbiyəçidir»,-deyirdi. Gördüyünüz kimi, amma bə’zi yerlərdə «Burada durmaq lazımdır», deyirlərsə, məsələn, «sənin cəbhədə növbə çəkmək, belinə bomba bağlayıb düsmənlə əlbəyaxa olmağa gərək yoxdur», deyilirsə, qadına qarşı bu cür münasibəti qadının haqlarını əlindən almaq kimi qəbul etmək əvəzinə, qadının haqqını qorumaq kimi baxmaq lazımdır. Əfəndimizin bu barədə ayrı-seçkilik etdiyini görmək mümkün deyildir.

Burada M. Akifə aid olan bir misranı misal verəcəyəm:

«Tərtəmiz, birbaşa səadət əsrindən alıb ilhamı,
Əsrin tələbinə uyğun danışdırmalıyıq İslamı».

Çünki bə’zi məsələlərdə qadın önə çıxır, bə’zi məsələlərdə də kişi qabaqda dayanar. Əfəndimizin bu məsələdə ayrı-seçkilik etdiyini görmək mümkün deyildir. Müxtəlif anlayışların hakim olduğu bir cəmiyyətdə O, Həsən və Hüseyn əfəndilərimizi çiyinlərinə aldığı qədər qız nəvələrini də çiyninə alaraq onlarla namaz qılmış və cəmiyyətdəki mövcud olan yanlış anlayışları düzəltmişdir.

-Nəyə görə təkcə «Qur’an»da deyil, eyni zamanda Səadət Əsrindən də ilham alınmalıdır?

- Bu ikisini bir-birindən ayırmaq yox, əksinə, «Qur’an»ın səadət əsrindəki tətbiqi ilə birlikdə götürmək, orada bu tətbiqin necə həyata keçirildiyinə baxıb yaxşı başa düşmək, sonra bu günə gəlib «Qur’an»ı bir daha tətbiq etmək... Mənim qəsd etdiyim budur (Bu tərz «Qur’an»ın tarixiliyi ilə eyni şey deyildir).

- Bir də namaz qılarkən kişiləri öndə, qadınların arxada dayanması məsələsi var.

- Birincisi, namazın Allahdan başqa heç bir şeyi xatirə gətirmədən, Onun huzurunda əlpəncə divanda dayanmış kimi icra edilməsi lazım gələn bir ibadət növü ölduğunu xatırlatmaq istəyirəm. İkinci də namazın qılınması anında bədənimizin duruşundakı intizam qədər, qəlb və ruhumuzun istiqaməti və konsentrasiyasına, başqa bir ifadə ilə, fikrin, xəyalın başqa təsəvvürlərlə məşğul olmasına izin verməməsi, Allahdan başqa hər cür fikir və düşüncələrə aparan yolların qapanmalı olmasının böyük əhəmiyyəti olduğunu xatırladaq. Bu iki xüsusiyyəti yadda saxladıqdan sonra, gəlin özümüzdən soruşaq: nə üçün bə’zi reallıqlara münasibətdə biz özümüzü görməməzliyə vururuq?

Zənnimcə Kə’bəni təvaf əsnasında belə bir şey olsa, məsələn, gözü əndamli və gözəl bir qadına sataşan kişilər «Biz heç bir şey hiss etmədik»-deyə bilməzlər. Əgər deyən olarsa, mən də ona, «rica edirsm, Allah görür, eşidir, nə olar, gəl burada yalan danışmayaq»,-deyərəm.

- Türkiyədə davam edən bir baş örpəyi problemi var. Ortaya «on səkkiz yaşından sonra rahat istifadə edilə bilər» kimi təkliflər atılır Sizin bu problemin həllinə dair bir təklifiniz vardırmı?

- Uşaqların oxumasına mane olan bə’zi məsələlərin dilə gətirildiyi indiki dövrdə dinin üsulu və füru baxımından baxaraq baş örpəyi ilə əlaqədar düşüncəmi bildirmişdim. Qısacası, iman əsasları və İslamın beş şərti qədər ağır bir məsələ olmadığını demiş və baş örtüsü və ya məktəb seçmək məsələsini insanların vicdanına həvalə etmişdim. O zaman mənim vicdani qənaətim də oxumaqdan yana idi. Belə bir münasibət cəmiyyətin bir çox təbəqələrində bə’zilərini rahatlatmaq baxımından və Türkiyənin gələcəyi naminə mənə çox əhəmiyyətli görünmüşdü.

- Deyəsən, bu bir növ zamandaxili hadisələrə bağlı olan görüşdür, bəs əsl düşüncəniz nədir?

- Könlüm arzu edər ki, Qərb ölkələrində olduğu kimi bizdə də qadın haqları qənaət və düsüncə azadlıqları ilə bir yerdə götürülsün. Zənnimcə, xristianlığın əsas qaynaqlarında fərqliliklər olmasaydı, onlara aid yazılı qaynaqlarda da rahibələrin başlarını örtdüyü kimi, qadınların örtünmə məsələsi də yer tutsaydı, ona qarşı çıxmazdılar. Heç yadımdan çıxmaz, Vatikana gedəndə «Milliyət» qəzetindən Özcan xanım da yanımızda idi, Papa qadınlarla görüsmədiyi üçün içəriyə girə bilmədi. Türkiyədə belə bir şey olduğunu, Diyanət İşləri Sədrinin yalnız kişilərlə görüşdüyünü, qadınları qəbul etmədiyini düşünün, bu qəzetlər üçün ən baş xəbər olmazdımı?

Könlüm çox arzu edir ki, insanlar siyasi idarəetməyə qarışmamaq şərti ilə bütün təfsilatı ilə dinin əmrlərini çox rahat yaşasınlar, onlara vicdan azadlığı, din azadlığı dediyimiz məsələlrdə sərbəstlik versinlər. İctimai özfəaliyyət sahəsini genişləndirmək əvəzinə (bu eyni zamanda insanların hərəkət sahələrini daraltmaq olar) liberalizmə üz tutduğumuz bir zəmanədə fərdin hüququnu və vicdan azadığını önə çıxarsaq, insanlara dinin üsulunu də für’unu da rahat yaşama şəraiti hazırlasaq, yaxşı olar.

Məsələni müəyyən bir yaş dövrü ilə məhdudlaşdıraraq «bu yaşdan sonra sərbəst buraxaq»,-deyilməsi belə müsbət bir addım olardı. Hər kəs istədiyini etsin, sədd qoyulmasın.

Baş örpəyinin şəkil və növləri də, sanki bir fəlsəfənin, bir hərəkətin simvolü kimi qəbul edilirsə, o tərz və şəkillərdə də israr etməmək lazımdır.

Bu barədə mənə sual verənlərə «Diyanətdən, Din İşləri Ali Məclisindən soruşun»,-deyirəm. O qurumun e’tibarını qorumaq da vəzifəmizdir, çünki onlar dinin e’tibarını təmsil edirlər. Örtünmə məsələsində da ölçü onlardan soruşulmalıdır, əgər müəyyən etdikləri görüşlərində bir çatışmamazlıq olarsa, məşhur və sanballı alimlərimiz fikir və mülahizələrini Diyanətə göndərər, çatışmamazlıqlar aradan qaldırılar, əgər belə bir yanlışlıqlar da vardırsa, düzəldilər.

- Qərbdə xristianlığın yaşadığı kimi İslamda da buna bənzər islahatlardan bəhs etmək olarmı?..

- Müxtəlif zamanlarda demişəm, əslində hər kəs hər səhər gözlərini açarkən yeni bir günə başladığını idrak edərək dinini bir daha yenidən hiss etməsi lazımdır. Bu gün qəlbdə, ruhda, hissdə duyulan din dünənki olmamalıdır. Sabahkı din də bugünkü olmamalıdır. O biri gün də sabahkı kimi olmamalıdır. Daima araşdıran, irəliləyən, təhqiq edilən, elmdə, fikirdə, mərifətdə dərinləşən, amma heç cür doymaq bilməyən bir səyyah kimi olmalıdır. Beləliklə də Zati-Üluhiyyatı vicdanımızda müxtəlif dəlillərlə hiss etməliyik. Bu baxımdan, Əfəndimizin «İki günü bir-birinə bənzəyən adam aldanmışdır» deməsi çox mühümdür. Buna görə iki günü eyni olan inanc məsələsində də, İslam məsələsində də, ehsan məsələsində də aldanmışdır.

Burada bir həqiqəti unutmamaq lazımdır: dini duyğu, düşüncə və əməlimizdə də hər şeyin əslinə, yə’ni dinin əsas qaynaqlarına, ədilleyi-şərriyənin əsaslarına istinad etsə də, (bunlar Kitab, Sünnət, bir mə’nada icma, bir mə’nada da fəqihlərin xalisanə şəkildə həyata keçirdiyi ictihaddır) şərtlərin və konyukturanın məsələni təqdim etmə baxımından tə’sirli olması da inkar edilməməlidir. Çünki şərtlər və konyuktur insanın üslubuna əks etdiyi kimi, insanın xarakteri, təbiəti əldə edilən nəticələrdə ciddi rol oynayır. Məsələn, texnoloji tərəqqi yenilikçinin (novatorun) düşüncəsini öz tə’siri altına alar. Dolayısı ilə, novator öz dövrünün də’vətçisi, hər dövrdəki izləridir.

- Yə’ni...

- Təcəddüdə gəlincə, yenilənmə fantaziyası, yenilənmə havası içərisində olmaq təkəllüflü tə’villərlə meydana bir fərqlilik çıxarmaq, özünü aləmdən fərqli olaraq ifadə etmək sə’yidir. Dilimizdəki əcnəbi sözlə ifadə edəcək olsaq, təcəddüd «reforma», «islahat», «reformist», «islahatçı»dır: ehtiyac olsa da, olmasa da dinin bütün məsələlərini yenidən nəzərdən keçirmək, dövrə uyğunlaşdırmaq sə’yləridir. Problemləri dövrə və insanlara deyil, «Qur’an»a yükləmək, Əfəndimizə aid etmək deməkdir. Güya əsas qaydalarda ediləcək dəyişikliklərlə problemlər ortadan qalxacaqdır. Orucun yerinə başqa bir iş görməyi uyğun hesab edə bilər, zəkat və həccin əvəzinə bir başqa əməl etməyi mümkünsaya bilər və bunlar kimi daha nə qədər ipə-sapa yatmaz, heç bir əqli və dini əsaslara istinad etməyən düşüncələrdir bunlar...

İndi bu cür fantastik şeyləri ortaya atanlara mücəddid yox, mütəcəddid demək deyərlər. Reformist demək daha düzgün olar. Əslində bunların işi-gücü dini baltalamaqdır. Digərləri isə dinin nəsasına, üsuluna, ana əsərlərinə toxunmadan, mühkəmata sadiq qalaraq onu yenidən, tərtəzə təqdim etməyə çalışırlar. Yə’ni aradakı məsafələri aşaraq, Bədiüzzamanın «Rəşahat»da dediyi kimi, «Əsri- Səadətə gedib O Zatı vəzifə başında görərək, gördüyü işə baxaraq, onu yenidən hiss etmə». Çünki yenilənmə ehtiyacı olan din yox, insdanlardır.

- O halda insan necə yeniləşəcək? Bu məsələdə təqdim edəcəyiniz bir üsul, yol vardırmı?

- Bizim olacağı ümidini bəslədiyimiz aydın gələcəyə əmin addımlarla gedə bilməmiz üçün yalnız xülasə şəklində təqdim edəcəyimiz aşağıdakı xüsusiyyətləri olduqca həyati qəbul edirik:

  • Bütün xalq, xüsusilə də ziyalılarımız keçmişimizlə mütləq barışmalıdırlar.
  • Gələcək naminə həyata keçirməyi planlaşdırdığımız hər cür yenilənmə və inqilabi dəyişikliklər tarixi dəyərlərimiz və mə’nəvi köklərimiz əsas götürülərək layihələndirilməlidir.
  • Belə həyati əhəmiyyəti olan bir məsələyə qətiyyən siyasət qarışdırılmamalı və mənfəət fikri qatılmamalıdır.
  • Bundan başqa, hər şeyə rəğmən bu istiqamətdə hərəkət və fəaliyyətlərin bir sıra komlikasyonları da ola biləcəyini nəzərdən qaçırmadan ehtiyatı əldən vermədən və təmkinlə hərəkət etməli; gənclik həyəcanı və macəraçılarının məs’uliyyətsizcəsinə davranışlarına yol verilməməlidir. Həm də elə etmək lazımdır ki, heysiyyat və qürurumuzun da tapdanması halında belə uca məfkurəmiz xatirinə həyəcanlarımızın ağzına səbir daşı basmalı və dişimizi sıxıb hər şeyə qatlanılmalıdır.
  • Bir şeyi yıxıb-uçurmamışdan əvvəl yıxılacaq şeylərin yerində nələrin qurula biləcəyini qərarlaşdırmalı; sonra əgər vardırsa, o köhnə, lazımsız şeylər yıxılmalıdır. Hər zaman «Uçurmaq tikmək üçündür» fəlsəfəsi ilə hərəkət etməli, uçurulacaq şeyə külüng çalmaqdan əvvəl mütləq tikiləcək şeyin maketi qurulmalıdır.
  • Görüləcək hər işdə qərar və fəaliyyət, elm, irfan və tədbirlə bəslənməli, əzm və sə’y də tədqiqat aparmaq və biliklə, mə’lumatla müşaiyət edilməlidir ki, tikilənləri uçurub-dağılmalar müşaiyət etməsin.

İndiki vaxtda yolların ayırımında və yenə bir taleyüklü mərhələdə olduğumuza şübhə yoxdur. Halımızın və vəziyyətimizin mahiyyətini dərk edərək içində olduğumuz zaman dilimini böyük düşüncə, böyük plan və peyğəmbəranə bir əzmlə qiymətləndirə bilsək, dünyada hər millətdən daha artıq bizə aid olan taleyüklü mərhələdəki bəxtimizi bir dan ulduzu kimi parlada bilərik.

 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri