| Türkiyə dünyanı məktəblərlə qucaqlayacaq |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 26.01.2005 | |
|
O biri qolu boşda... Adam istəyir ki, ona kömək etsin, özünü onun yanına atsın... Amma heç kəs cəsarət etmir Gülənin o biri qolundan tutmağa... Hər halda davranışını, göstərəcəyi halı ətrafındakılar bilirlər ki, bu cür hallarda bizim kimi nabələdlər kimi narahat deyildirlər. Heç kəsdən kömək istəmir, heç kəsə yük olmur, amma hər kəsin yükünü də o daşıyır, hamıya yardım edir, hər kəsi məmnun edir. Hamı özü üçün onu görməyə gəlir. Onun üçün onu görməyə gələn vardırmı, bilmirəm. Həddindən artıq gözütox bir adamdır... Gülən hər dəfə maşının qabaq oturacağında oturur. Hər halda qarşısının kəsilməsinə dözə bilmir. Bu hal da yəqin ki, həmişə irəli baxmağa vərdiş etmiş bir adamın təbii tələbatıdır... Dostlarımızdan mərhum Hacı Kamalın Süleyman Dəmirəllə yaxınğılı var idi. Bə’zi dövlət adamlarına təqdim edilmək üçün məktub istədiyi vaxt, Dəmirəl çox cavanmərd davrandı, kağızları imzaladı və «Alın, üzərində nə yazırsınız, yazın»,-dedi. Bu məktublardan bə’zilərinin orijinalı hələ də məndə durur. Mərhum Turgut Özal Asiya ölkələrinə etdiyi səfərlər zanmanı hansı ölkəyə gedirdisə, «Mən Prezident olaraq bu məsələyə kəfiləm»,-deyirdi. Bülənd bəy məktəbləri gəzdikdən sonra, «Bu ölkə insanı Osmanlı dövründə belə görülə bilməyən işlər görür»,-dedi. Bunların hamısını təqdirlə yad edirəm...- Məktəb açmağa adamları təşviq edərkən xaricdə açılan türk məktəblərinə necə bir mə’na verirdiniz? - Sualınıza cavab veməzdən əvvəl bir misal çəkim. Cahan Ünal bəy, deyəsən hansısa bir proqram vasitəsi ilə Nyu York küçələrində adamları saxlayıb «Türkiyə adında bir ölkə eşitmisinizmi?» sualını verirdi. Onlar da bir-birlərinə baxıb «Türkiyə? Türkiyə..». deyir və dodaq büzürdülər, sonra onlardan biri belə cavab verdi: «Deyəsən Afrikadadaır». Bunu eşidəndə elə pərt olmuşdum ki! Biz öz-özümüzə əsib-çoşuruq, amma sən demə bizi tanıyanlar bir o qədər də çox deyilmiş. Məncə xarici ölkələrdən gələn dövlət adamları da müşavirlərindən mə’lumat alır, bizə aid olan məsələləri əzbərləyəndən sonra gəlirlər. Halbuki, belə olmamalıdır. Də’vətimizi qəbul edib yanımıza yeməyə gələn bir qonşumuz «Xocam, Amerika nədir ki, sizin 4000 illik bir tarixiniz vardır»,-dedi,-«bundan əlavə, məktəblər vasitəsi ilə şagirdləriniz dünya olimpiadlarında iştirak edib medallar alırlar... İndi haqqınızda bu dedi-qoduların nə mə’nası vardır?» Qoy bu suala cavabı mən verməyim, ona sosioloqlar, fəlsəfi tarixçilər cavab versinlər. Çünki onlardan gəzib görmək imkanı əldə edənlər barələrində gözəl sözlər yazdılar. - Məktəblərin əhəmiyyətini dövlət qavraya bildimi?- Mən buna əldən qaçırılşmaması lazım gələn bir fürsət nəzəri ilə baxıram. Məncə mühüm olan, necə olursa olsun, amma mütləq bu maarif fəaliyyətlərinin davam etməsidir. Əgər dövlət könüllü təşkilatların gördüyü bu işə sahib çıxmaq istəyərsə, maliyyələşdirsin, istəyir, tamamilə özünə götürsün - əskəri ilə, mülki vətəndaşı ilə - alıb özü işlətsin, amma mütləq bu işi görsün. «Filankəslər görür» deyə, bu məsələyə düşmənçilik hissi bəsləyib müxtəlif mə’nalar verməyə çalışmaq düzgün hərəkət deyildir. Münasib olan iş bu olar ki, gedib daha yüksək e’tibarlı olacaq eynisini, yaxud alternativini və hətta daha üstün olanını meydana çıxarasan. O zaman bəyənmədiyiniz adamların səsi onsuz da kəsiləcəkdir. - Bu məktəblər ətrafında yayılan şübhələr bir də gələcəkdə Türkiyənin xaricdən mühasirə ediləcəyi barəsindəndir.- Mən də əksini düsünürəm, deyirəm ki, inşallah Türkiyə dünyanı qucaqlayacaqdır. Türkiyənin xaricdən necə mühasirəyə alınacağını bilmirəm, üstəlik də, belə bir işin türk məktəbləri ilə necə həyata keçirilə biləcəyini də heç cür başa düşə bilmirəm. Nə deyim, olmayan bir qorxu ilə yaşayır və vahimələrini dilə gətirirlər. - Xarici ölkələrdə məktəblər açılarkən dövlətin xəbəri vardımı?- Əlbəttə, var idi! Dostlarımızdan mərhum Hacı Kamalın Süleyman Dəmirəllə yaxınğılı var idi. Bə’zi dövlət adamlarına təqdim edilmək üçün məktub istədiyi vaxt, Dəmirəl çox cavanmərd davrandı, kağızları imzaladı və «Alın, üzərində nə yazırsınız, yazın»,-dedi. Bu məktublardan bə’zilərinin orijinalı hələ də məndə durur. Mərhum Turgut Özal Asiya ölkələrinə etdiyi səfərlər zamanı hansı ölkəyə getdisə, «Mən Prezident olaraq bu məsələyə kəfiləm», deyirdi. Bülənd bəy məktəbləri gəzdikdən sonra, «Bu ölkə insanı Osmanlı dövründə belə görülə bilməyən işlər görür»,-dedi. Bunların hamısını təqdirlə yad edirəm... Şimali İraq və Əfqanıstanda açılan məktəblərdən ordudakılar şübhəsiz xəbərdar idilər və bəyənirdilər. Ancaq müəyyən bir dövrdən sonra birisi çıxdı, güya buralarda zərərli insan yetişirmiş kimi meydana bir fikir atdı. Ortaya (bağışlayın) yalan-palan şeylər atdılar, bə’ziləri də onların tə’siri altında «görəsən..». deyə hissə qapıldılar. - Narahatlıq verən hadisələrin məktəblərin olduğu ölkələrdən deyil, Türkiyədəki bə’zi çevrələrdən gəlməsinə necə baxırsınız?- Məktəbləri gəzib görənlərdən biri, məşhur bir professör (sosioloq-tarixçi) bir akademiyada dərs deyərkən, «Mənə görə bu məktəblərin əleyhində olmaq birbaşa vətənə xəyanətdir»,-deyərək mühazirəsini bitirmişdi. Bununla yanaşı, heç görmədiyi, gəzmədiyi, bilmədiyi halda məktəblərin əleyhinə çıxanlar, əleyhində cızmaqara edənlər də var və əsas e’tibarı ilə bunlar türkün tarixindən də, keçmişindən də bixəbərdirlər. Onların «mərifəti» ilə, az da olsa, məktəblərin əleyhində bə’zi şeylər oldu, amma mən bu düsüncələrin qalıcı olacağını zənn etmirəm. Günəş palçıqla suvanmaz. Məktəblərin açıldığı ölkələr (Orta Asiya, Rusiya Federasiyası) uzun zaman kommunizmin tə’sirində qalmış yerlərdir. Orada Moskvanın KQB təcrübəsinə yiyələnmiş təhlkəsizlik orqanları var. Bu orqanlar «Xidmət» dediyimiz müəssisələri on iki ildir ki, nəzarət altında saxlayırlar. Bizim bə’zi adamlarımız təəssüf ki, çox insafsız hərəkət etdikləri halda, onlar məktəblərə toxunmamış, təqdir etmişlər. Türkiyədə bir qrup tərəfindən tez-tez əl altından həmin təhlükəsizlik xidməti orqanlarına xəbərlər çatdırdıqlarını bilirik. Türkiyəni sevən, mühüm vəzifə sahibi olan biri, «Nə edim, Türkiyədəki bir xüsusi xidmət təşkilatı gətirib masamızın üstünə sizin əleyhinizə bir qovluq qoydu»,-deyirdi. Amma bütün bunlara baxmayaraq, oradakı insanlar, masalarının üstünə qovluq qoyan bizim adamlara «Biz sizin iddia etdiyiniz şeyləri bu insanlarda görə bilmirik»,-cavabını verirlər. İşə bax ki, onlar mükafatlar verir, bizimkilər isə şeytançılıq edir, beləcə davam edib gedir... Bizimkilərin şeytançılıq cəhdləri onları daha dərindən tədqiq etməyə sövq edir, indidən belə nə qədər güçlü şeytançılıq edirlər etsinlər, bundan sonra məncə onlara heç kəs inanmaz, çünki görülən iş göz qabağındadır. - «Məktəbləri və onunla yanaşı digər fəaliyyətləri Mərkəzi Asiya əvəzinə Orta Asiyaya yönəltmənizin bir səhv olduğu, bütün dünyanın gündəliyində Orta Asiyanın yox, Mərkəzi Asiyanın dayandığını düşünənlər vardır. Sizcə belə düşünməkdə haqlı olanlar vardırmı?- Orta Asya bizim üçün bir sevda idi, oralar haqqında türkülər oxunardu. Allah da nəsib etdi. Məsələnin digər bir tərəfi də bundan ibarətdir: Dini məsələlərdə ərəblər bizə yuxarıdan aşağı baxırlar və bizdən alınacaq nəsə bir şey olduğuna ehtimal verməzlər. - Heç sınaqdan çıxardılarmı?- Bə’zi təşəbbüslər oldu. Suriya və İran o imkanı vermədi. İranlılar, «Biz bu işləri sizdən daha yaxşı bilirik, əgər məktəb açmaq istəyirsinizsə, pulunu verin, biz özümüz açarıq»,-dedilər. Münasibət belə olanda da, orada nəsə etmək imkanı olmur. Taliban da Əfqanistandakı məktəblərdən söz düşəndə «Nə işiniz var məktəb açırsınız, gedin öz ölkənizdəki problemlerinizi həll edin»,-demişdi. Halbuki Orta Asiya elə deyildi. Bizi soydaşları olaraq görür və qanları qaynayırdı. Buralardakı Xidmətlər Rusya Federasiyası və Uzaq Şərq üçün e’tibarnamə kimi oldu və Allah bizi orada da müvəffəq etdi. Təkcə bizim seçimimiz deyil, qarşı tərəfin qəbul etməsi da tə’sirli amildir... - Mərkəzi Asiyada qapıların açılmamasındakı amillərdən biri kimi məktəblərin eyni zamanda dünyəvi bir imicə sahib olması ola bilərmi?- Ola bilər ki, məktəblər vasitəsi ilə Türkiyə anlayışında bir demokratiya və respublika mülahizəsinin ixraç edilcəyini düsünmüş və buna görə sərt davranmışlar. Halbuki Orta Asiya və Afrikada bu cür münasibətlə rastlaşmamışdıq. Əksinə, onlar məktəblərimizi açdılar, bayrağımızı qapılarına asdılar və ayağa qalxıb bizimlə birlikdə «İstiqlal Marşı»mızı oxudular. Mən Yaxın Şərq ölkələri xalqlarının bu məsələyə müsbət yanaşa biləcəyi qənaətində deyiləm. «Laurans»ların (ingilis casusu - M.Ö.) oralara vurduğu yaralar hələ sağalmayıb. - Rusiyada - Moskvada, Sankt-Peterburqda məktəblər vardır. Moskva rəhbərlərinin türk məktəblərinə münasibəti necədir? - Moskvada da, Sn-t Peterburqda da çox əvvəldən məktəblər açıldı və onlar da buradakı tədrisdən məmnun qaldılar. RF-dakı bə’zi ölkələrdə «Görəsən Çeçenistandakı kimi problemlər çıxmaz ki?» fikri ilə şübhəyə düşənlər oldu, ancaq köklü şəkildə məktəbləri bağlamaq və cəza tədbirləri görmə klimi addımlar atmadılar. Onsuz da məktəblər də onların öz içindən yetişən adamlara təhvil verilmişdir, indi məktəbləri onlar idarə edirlər. Yeltsin gedəndən sonra narahat oldum, Putinin necə davranacağını gözləyirdim. Jirinovskidən ehtiyat edirdim, amma Orta Asiyadakı kimi onların da yumşaq münasibətlərinin, türklərin orada olmasına qarşı heç bir sərt davranışlarının olmadığını gördüm. Aramızdakı tarixi düşmənçilikdən nə onlar xeyir görmüşlər, nə də biz. Dost kimi keçinmək daha yaxşıdır. Məncə ticarət və sənaye yolu ilə də, maarif yolu ilə də çox gözəl şeylər baş verir, dostluq münasibətləri qurulur. İndi Jurnalistlər və Yazıçılar Vəqfi Amerikada və Brüsseldə keçirdikləri tədbirlər kimi Moskvada da belə bir tədbir keçirmək istəyirlər, onlar da bu işə müsbət baxırlar. - Putin karizması ilə tarixdə qalmış imperiyanın mirasçısı kimi davranır. Rusların gördükləri bu imperiya yuxusu çin ola bilərmi?- Rusiya SSRİ dövründə bütün imkanlarından istifadə etdi, bir daha belə bir güc toplaya biləcəklərini zənn etmirəm. Dünya dəyişir, artıq insanlar oyanırlar. Bir də Orta Asiya həqiqəti vardır ortada. Orta Asiyanın Türkiyə ilə əlaqələri vardır, indi Mərkəzi Asiya yeni bir mərhələyə qədəm qoymuşdur, Türkiyə Avropa Birliyinə namizəd bir ölkədir və AB xətrinə bə’zi işləri görməyə məcburdur. Sözün qısası, keçmişdə olduğu kimi indi heç kəsin ətrafındakılarla istədiyi kimi rəftar etmək imkanı yoxdur. - Meydanda hərəkətdə olan böyük bir iş vardır. Hər kəs «bu necə olur, bu dəyirmanın suyu haradandır?»-deyə soruşur!- Bu Xidmətlər bir-iki yerdə başlamış, sonra parça-parça böyüyərək Türkiyəyə və dünyaya açılmış bir maarifçilik fəaliyyətidir. Müəllimlərimiz varlı adamların, vəqf və dərnəklərin yardımını alıb oralara gedərkən bir çox çətinliklərlə qarşılasacaqlarını bilirdilər, necə ki elə də oldu, çox ciddi çətinliklər də yaşandı. Bə’zən temperaturun müsbət 60 dərəcəyə qalxdığı bir ölkədə, cavan müəllimlərin çox vaxt maaş almadan xidmət etməsindən bəhs edərkən mərhum Aydın Bolak bəyin gözləri dolardı. Beləcə, bir tərəfdə bunlar yaşanırkən, o biri tərəfdən başqası da məndən açıqca «Bu dəyirmanın suyu haradandır?»,-deyə soruşmuşdu. - Cavabınız nə oldu?- «Bir zamanlar millətimizə yenidən istiqlaliyyətini qazandıran güc nə idisə, bu maarif fəaliyyətlərinin arxasındakı güc də odur»,-demişdim. Bir zamanlar millət istiqlaliyyət əldə etmək üçün mübarizəyə qalxmaq zərurətini görəndə evindəki qab-qacağına qədər ortaya tökdüsə, əgər bir tərəfdən öküz arabası, o biri tərəfdən də qadınlar yollara töküldülərsə, amma bu gün «mədənilərə qalib gəlmə yolunun inandırma olduğuna» inananda da eyni şeyləri edirlər. Bu insanlar «Biz ancaq maarif və təhsil vasitəsi ilə insanların səviyyəsini yüksəldirik, dava-dalaşların qarşısını da ancaq bu yolla alırıq», deyib, dünyanın dörd bir tərəfinə gedərək məktəb açırlar. Bax, dəyirmanın suyu buradandır... Əslində eyni dövrlərdə rəqabət hissi ilə başqa tədbirlərə də əl atdılar, alternativ məktəblər açmaq istədilər, amma oraya göndərmək istədikləri müəllimlər 2000-3000 dollar həcmində maaş tələb etdilər. Halbuki bizim könüllü gedən qardaşlarımız təqaüd qədər bir maaşla - 300-400 dollarla kifayətlənib oralara gedirlər və onların arasında elələri də vardı ki, ikinci bir iş görmək məcburiyyətində də qaldı. Məktəblərə kömək edən vəqf və dərnəklərin təmsilciləri, eyni zamanda məktəblərin inşaatında da fəhlə kimi işləyirdilər. Bu məktəblərin arxasında xalqın halal maddi yardımlarından başqa heç bir bir qaynaq yoxdur. Dəyirman bu fədakarlıqlarla fırlanır. Əgər hər hansı bir hərəkat belə olarsa, o zaman o hərəkat müstəqildir və heç bir minnət borcu da olmaz, qaldı ki dövlətlər belə bu cür təzminat ödəyirlər. - Ölkə daxilindəki məktəblərdən də şübhələnənlər vardır.- Bu barədə şübhə edənlər özlərinin bu hərəkətləri ilə dövlətin sistemini də şübhə altında salırlar. Bu məktəblər, adi deyə biləcəyimizdən çox üstün təftişlər keçirdi, ümumən milli tərbiyəmizlə bir araya sığmayacaq şəkildə gecə yarısı qız məktəblərində və qaldıqları evlərdə basqınsayaq təftişlər keçirildi, yataqxanalarına girildi, əşyaları ələk-vələk edildi. Bunlar mətbuata bildirilmədi, Parlement üzvlərinə müraciət edib dərdərdlərindən şikayət etmədilər, əksinə, «İstəyir iyirmi dəfə yox, əlli dəfə gəlsinlər, təftiş etsinlər»,-dedilər,-«təftişə gələnlər də bizim dövlətimizin müfəttişləridir». Buna baxmayaraq, bu cür təftişlərdə heç bir şey tapa bilmədikləri halda yenə də dedi-qodular bitməmişdirsə, bu səviyyəsizlik, utanma hissini itirməkdən başqa heç nə deyildir. |
| < Qabaqkı | Sonrakı > |
|---|



Fəthullah Gülən nərdivanları Haşiminin bir şe’rində deyildiyi kimi, ağır-ağır çıxır. Dizinin taqəti olmadığı zamanlar da bir qolu nərdivanın məhəccərində...
