| Xalqımın taleyinə laqeyid qala bilmərəm |
|
|
| Yazarı Fethullah Gülen | |
| 10.01.2005 | |
|
Uşaqlar ona qəribə suallar verirlər: «Bu gün həkimə getdinmi? Nəyin var? Nə dedi həkim? Sən xəstələnmisənmi, niyə elə edirsən, əlinmi ağrıyır? Nəyə görə ağrıyır?» Nahar yeməyində bir qız uşağı ilə yan-yana oturmuşdu. Adını soruşdu. Qız: - Zeynəb,-deyə cavab verdi. Gülən: - «Zeynəb» adının mənasını bilirsənmi?»-deyə soruşdu və belə izah etdi,- «Atasının bəzəyi» deməkdir. Zeynəbdən başqa hamı yeməyini yeyib qurtardı. Gülən, Zeynəbə tərəf dönüb belə dedi: - Sən yeməyi hamımızdan daha düzgün bir şəkildə yeyirsən. Yavaş-yavaş, sindirə-sindirə. Belə davam etsən, böyüyəndə də gözəl qalarsan Uşaqlar güldürür onu, Fəthullah Güləni. Hər zaman Türkiyədə gizli işlər çevirən insanlar vardır. Sağımızda solumuzda dövlətciklər qurmaq cəhdlərinin təməlində də bizim içimizdəki bə’zi adamların əməlləri vardır. Türkiyəni gözü götürməyənlər, həzm edə bilməyənlər hər tərəfdə vardır.Daha geniş danışmağa gərək yoxdur. Bə’ziləri təkcə «cəmiyyəti-sirriyə» sözünü dilə gətirməyimdən belə narahat oldular. İnsan bunlara baxdıqca heyrət edir. Nə üçün bə’ziləri ehtimal olunan bir qisim şübhəli işlər barəsində mülahizələrinizi dilə gətirməmizi özlərinə aid edirlər? - Mətbuatda bə’zi hadisələr haqqında «İcraçısı məchul cinayətlər ola bilər»,-deyə verdiyiniz açıqlamaları «kəşfiyyat mə’lumatları» kimi dəyərləndirilir. Yaxın vaxtlarda bir qəzetdə, mə’lumatların Prezidentdən, Baş Nazir və Ali Baş Komandandan da bir neçə dəqiqə əvvəl sizə gəldiyi barəndə sözlər işlədilirdi. Nazlı İlıcaq da, reportajında yazmışdı ki, Gülənin mə’lumatlandırma xidməti güclüdür, 28 Fevralın yaxınlaşdığını da xəbər vermişdi. Doğrudanmı mə’lumat alma xidmətiniz bu qədər güclüdür? - Mənə şəxsi bir mə’lumat verəcək mənbəyim yoxdur. Ancaq bir Türk vətəndaşı olaraq millətimin taleyi ilə yaxından maraqlanıram. Bir insanın bu və ya başqa şəkildə şəxsi mənafeyi naminə bir mənfəət fikri, mənfəəti yoxdursa, hər oturub durmasında ancaq özünü həsr etdiyi məsələ barəsində düsünər. Mən mümkün olduğu qədər hər kəsə qulaq asıram, müxtəlif qəzetlərdən, «internet» saytlarından aldığım mə’lumatlarla tanış oluram. Onları özümə görə təhlil edir, hökmlər çıxarıram, öz qənaətlərimi bildirirəm. Gəzib-dolaşan, sağa-sola xəbər aparan adamlar olur ha... indi bunları «İnternet» əvəz edir. Niyə «e-mail»lə belə bir şey olmasın? İstənilən adam mühüm bir mənbədən eşitdiyi bir məsələni «filan işlər planlaşdırılır»,-deyə xəbər verə bilir. Mən bunları müxtəlif yollarla eşidə bilirəm. Nə qədər gizli olursa olsun, müasir rabitə vasitələrinin çoxalması insanların əlinin, dilinin çox tez zamanda hər yerə çatmasını tə’min edir. - Doğrudan da «28 Fevral»ı xəbər verdinizmi?- Nazlı xanımın ifadə etdiyi kimi mən, həmin Fevral narahatlığını doğrudan da keçirirdim. O məsələdə üslubuma zidd getdiyim, çatlatdığım hallar da oldu. O günkü iqtidardan narahat idim. Belə düşünməyimə ümumi davranışları ilə də əsas verirdilər. O düsüncəm məhz onların həmin hal və davranışlarına görə formalaşmışdı. Mən o günkü bir hərkətəmi özümə görə hörmətsizlik hesab edirəm, çünki indiyə qədər ağzımdan elə söz çıxmamışdı, ağlıma elə fikir gəlməmişdi. Amma o gün bir televiziya kanalında fikrimi ifadə edərkən «üzlərinə-gözlərinə bulaşdırdılar» kimi nalayiq bir ifadə işlətmişdim. Həmin sözlər o dövrdə keçirtdiyim narahatlığın ifadəsi idi. - Xəbərdarlıqlarınızın əks-tə’siri necə oldu?- Əhəmiyyət vermədilər, inanmadılar. Bu azmış kimi, üstəlik, bu xalqın sə’yi ilə görülən bə’zi işləri dağıtmaq meyli ilə qapı aralamalar da oldu. Bütün bunları qiymətləndirərək bu məsələni izhar (açığa çıxarma) etdim. Doğrumu hərəkət etdim və ya xətamı etdim, bilmirəm. Düzgün hərəkət etdimsə, xalqıma qarşı bir vəfa borcumu yerinə yetirdim. O həssasiyyəti yenə də qoruyub saxlayıram. Mən, acizanə şəkildə yenə deyilənlərə qulaq asmağa, ölçüb-biçməyə çalışıram, bə’zi nəticələrə hadisələrdən mə’nalar, hökmlər çıxarmaqla, təhlil etməklə gələ bilirəm. Mühüm hesab etdiyim vardırsa, dəyərləndirir, xalqım, vətənim naminə dilə gətirməkdə, etməkdə fayda görürəm. - İcraçısı məchul olan cinayətlərlə əlaqədar dedikləriniz hədəfinə çatdımı?- Birincisi, aid şəxslər xəbərdar olar, kəşfiyyat, polis, aidiyyəti orqanlar öhdələrinə düşən vəzifəni yerinə yetirərsə, bu işin qarşısını hələ bələkdə ikən alarlar. İkincisi, işi planlaşdıranlar, bu işdə provokator kimi istifadə edilənlər və istifadə ediləcək olanlar xalqın bu işdən xəbərdar olduğunu bilsələr, belə bir şeyə təşbbüs etməzlər, vaz keçərlər. Heç bir şey etməsələr, vaz keçsələr belə yenə qazanan xalqımız olacaq. Bu cür mülahazələrim oldu və eyni nəticəni də verdi. Məncə bu məsələni yadırqamağa gərək yoxdur. Belə əməllər törədildi, məsələn, bu yaxınlarda sinaqoq qarşısında partlayışlar baş vermədimi? Bu gün də Türkiyədə bə’zi hadisələr baş verir. Bıçaqlı, baltalı universitet tələbələrinin mövcud vəziyyətləri heç də yaxşı şeylərdən xəbər vermir. Bundan sonrasının isə daha ağır olacağını görməmək mümkün deyildir. - Sizə söz atanlar da oldu- Bə’zi adamlar «sən kəşfiyyatın adamısan» deyə bilərlər, «Nə işin var bu cür şeylərdə? Məscid imamısansa, otur oturduğun yerdə, imam kimi hərəkət elə, bunlardan sənə nə?» Bu cür düşünən, bu cür danışanlar özlərinə nəyin yaraşıb, nəyin yaraşmadığından bixəbər olan adamlardır. Mən olsam, onların haqqında elə sözlər demərəm. Nalayiq şeylərdir bunlar. Bir türk vətəndaşıdır, özünə məxsus bir keçmişi vardır, 66 yaşına çatmışdır, heç bir şey oxumasa, heç bir şey düsünməsə, heç bir şey dinləməsə belə, ətrafında baş verməkdə olan hadisələrə lal-dinməz baxsa, yenə də görüb-eşitdiyi, onlardan nəticələr çıxaracağı çoxlı şeylər olar. Belə bir adamın dediyi sözlər yadırqanmamalı idi. Belə məsələlərdə yad səslərin çıxması çiy olar. - İcraçısı məchul olan cinayətlərin yenə də ola biləcəyi barədə şübhələriniz hələ də davam edirmi?- Qismən. Dövlətin, təhlükəsizlik qüvvələrinin, ordunun xəbərdar olması qismən olması qismən də olsa o düşüncəni aradan qaldırar, onları «hələlik olmasın» deməyə sövq edər. Amma o cür hesabları olan kəslər heç vaxt öz niyyətlərindən tamamilə əl çəkməzlər. Bu qənaətimi heç vaxt dəyişmirəm. Türkiyənin özünü toplayıb güclü bir dövlət olmasını həm daxildə, həm də xaricdə istəməyən bə’zi qüvvələr vardır. Allahın izni ilə onlar da Türkiyəni yıxa bilməyəcəklər. Daxildən ona quyu qazanlar olduğu kimi, xaricdə də «Türkiyədən istədiyimiz kimi istifadə edək, elə bu cür yarıcan qalsın, özünə görə bə’zi kiçik işlər görsün, tampon vəzifəsini yerinə yetirsin, öz iradəsi, öz təşəbbüsü ilə bir iş görə bilməsin..». şəklində düşünən, plan quranlar vardır. Onlar Türkiyənin təşəbbüskarlıq səviyyəsinə qalxmasını istəmirlər. - «İçəridəkilər» dediklərinizi bir az dəqiqləşdirə bilərsinizmi?- Bəlkə onun ibhamı və itlaqı daha mühüm bir şeydir. Hər zaman Türkiyədə gizli işlər çevirən insanlar vardır. Sağımızda solumuzda dövlətciklər qurmaq cəhdlərinin təməlində də bizim içimizdəki bə’zi adamların əməlləri vardır. Türkiyəni gözü götürməyənlər, həzm edə bilməyənlər hər tərəfdə vardır. Daha geniş danışmağa gərək yoxdur. Bə’ziləri təkcə «cəmiyyəti-sirriyə» sözünü dilə gətirməyimdən belə narahat oldular. İnsan bunlara baxdıqca heyrət edir. Nə üçün bə’ziləri ehtimal olunan bir qisim şübhəli işlər barəsində mülahizələrinizi dilə gətirməmizi özlərinə aid edirlər? Sən «cəmiyyət-i sirriyə» insanı deyilsənsə, niyə narahat olursan? Bunu dövlət deyir, əmniyyət orqanları deyir, məhkəmələrdə ortaya çıxır. Hər zaman bir sira gizli təşkilatlanmalar olmuşdur. Amma bunlar cürbəcürdür, kimisi xortumlamaqla məşğul olur, kimisi də qanlı qətlləri təşkil edir. Görürsunuz, son zamanlarda bəsit oğurluq, uşaq-muşaq əməlləri deyə biləcəyimiz təkcə bu «qap-qaç» hadisələri ilə nələr ortaya çıxdı. Bir kaymakama qarşı şantaj etməyə qədər böyüdü. İndi bunları görə-görə, kimsə durub «Dediyin o bir qisim gizli təşkilatlar yoxdur», deyirsə, deməli onun bambaşqa bir problemi vardır. - Avropa Parlamenti ələviləri «azlıqda qalanlar» statusunda görmək istəyir. Ələvilərin cəm evlərinə də qanuni status almaq kimi tələblər irəli sürülər. Bu məsələyə baxışınız necədir?- İndiyə qədər ələvilərin Türkiyədə ciddi bir problemi olmadı. Cümhuriyyətin ilk illərində bə’zi xoşagəlməz hallar meydana çıxmış, bəlkə onların üstünə hücum da çəkilmişdi. İndi isə ələvilər həyatın bütün sahələrində, hər yerdə, hər işdə iştirak edə bilirlər. Partiya da qura bilirlər, hərbçi də, vali də ola bilirlər. Türk xalqının bə’zi fərdlərinin (bə’zi ələvilərin) azlıqda qalması fikrini başa düşməkdə çətinlik çəkirəm. Dövlətin qanunları var, o çərçivədə istədikləri yerdə təhsil verə bilərlər. Ola bilər ki, özlərinə məxsus bə’zi irsi dəyərlərin müzakirəyə çıxarılmağı düsünürlər. Bir neçə il əvvəl bə’zi ələvi qardaşlarımıza belə demişdim: «Sifahi ədəbiyyatla bu məsələ həll edilməz, gəlin bunu kitablaşdıraq». Zənnimcə, indi Diyanətin təşəbbüslərindən birisi də elə budur. Əhməd Yəsəvinin «Hikəmiyat»ından Hacı Bektaşın «Məqalət»inə qədər 15-20 kitab bir yerə toplandıqdan sonra bəlkə «Ələvi külliyatı» adı altında meydana çıxacaqdır. O kitablardan doğan ehtiyac əgər bir Cəm evindən** ibarətdirsə, demokratik qaydalara uyğun olaraq onlara da öz haqlarını vermək lazımdır. Onsuz da Cəm evləri vardır. Lakin hər zamanki kimi, bə’zi məkanlar bə’zi ideologiyalara alət olduğu kimi, Cəm evlərinin də bə’zi məsələlərdə ələvi vətəndaşlarımızın iradəsi əleyhinə istifadə edilməsi sonradan ələvi vətəndaşlarımızı ağır vəziyyətlə üz-üzə qoydu. Təklif edərkən «Məscidlər yanında Cəm evi də olsun», da demişdik. Cəm evlərinə qanuni status verilə bilər. - Ələvi qruplarından bə’ziləri 17 dekabrdan əvvəl Avropada bu istiqamətdə lobbicilik etdilər- Əgər, bə’zi ələvi vətəndaşlar, Türkiyədən şikayət etmələrini nalayiq hərəkət kimi qəbul edirəm. Türkiyədə türkü, kürdü, ələvisi, sünnüsü ilə köklü bir türk cəmiyyəti vardır. Özlərini türk olaraq hiss edirlərsə, məncə də bir-birimizdən heç bir fərqimiz yoxdur. - Diyanətdən tələb etmək məsələsinə necə baxırsınız?- Osmanlılar böyük ölçüdə təfərrüata aid məsələlərdə hənəfi məzhəbinə mənsub olduqlarından, fiqh baxımından daha çox inkişaf etmişlər. Lakin bu, başqalarını yox etmək bahasına olmamışdır. Cümhuriyyət dövrü ilə yanaşı, Diyanət təşkilatı meydana gətirildi. Çox gözəl, ələvilər Dəyanətin, dövlətin açdığı məktəblərdə də oxuya bilirlər, Dəyanətdə vəzifə də ala bilirlər. Onlara məxsus məscidləri vardırsa, həmin məsciddə imam ola bilərlər, Cəm evində həmin dini ayinlərini həyata keçirə bilərlər. Ələvilər, əgər özlərini bir məzhəb hesab edirlərsə, Türkiyədə nuseyri, erməni, süryani, yunan, yəhudi, protestant, baptist, bəhai, vəhhabi də vardır. Onlar da özlərinə görə ayrıca bir statüs tələb edə bilərlər. Əgər ələvilik bir təriqət kimi qəbul edilirsə (Hacı Bəktaş Vəli həzrətlərinin də yoluna, üsuluna bir təriqət nəzəri ilə baxırsa), o zaman başqa təriqətlər də özlərinə görə xüsusi bir statüs istəyə bilərlər. Halbuki, onlar da qadağan edilmişlər. Zənnimcə, bu cür istəklər özləri ilə bə’zi problemlər gətirər, Türkiyədə daha bir qarmaqarışıqlığa səbəb olarlar. Bizim təsəvvüf və təriqət adətlərinə qətiyyən dəxli olmadığı halda demokratiyanın bir az yumuşaldığı dövrlərdə olduğu kimi, (28 fevral hadisəsindən də əvvəkki dövrdə) bə’zi adamlar küçələrə töküldülər. Küçələrdə, meydanlarda zikir-fikir çəkməyə* başladılar və ciddi narazılıqlar oldu. Bunlar, din adına ayıb şeylərdir. - Ələvilər dövlətdən bir şey istəməməlidirlərmi?- Dövlət cəm evlerinə bir şey demir. Cəmlərini, səmahlarını hətta televiziyalarda da icra edirlər. Amma nəzərdən qaçırılmamalıdır ki, hələ də Türkiyədə kitab oxunan, zikir-fikir edilən evlərdən hücuma mə’ruq qalanlar vardır, buna görə başqaları üçün açılan məhkəmə işlərinin sayı iki mini təşkil edir, lakin 40-50 illik tarixdə cəm edildiyinə görə hücuma mə’ruz qalan bircə ev belə yoxdur, indiyəcən səmaha görə bircə cinayət işi də açılmamışdır. Ələvilərə qarşı daha yumuşaq davranılır. Məsələn, evlərdə kitab oxunduğuna görə iki min dəfə məhkəmə qurulmuşdur. Onlardan min beş yüzü bəraətlə nəticələnmişdir.Lakin ələvi vətəndaşlarımız üçün bircə dəfə də belə bir məhkəmə prosesi olmamışdır. Zənnimcə ələvilərə qalan digər dini cərəyanlardan (istər təriqət, istərsə təsəvvüf camaatı, istərsə də məzhəblər) daha yumuşaq nəzərlərlə baxmışlar. Demokratiyanın ne’mətlərindən ən çox onlar faydalanmışlar. Bu baxımdan, Türkiyədən şikayət etməyə onların qətiyyən haqları yoxdur. |
|
| Axırıncı təzələmə ( 29.06.2007 ) |
| < Qabaqkı | Sonrakı > |
|---|



Fəthullah Gülən uşaqlardan başqa heç kəsə əlini öpdürmür. Onun uşaqlarla bambaşqa bir münasibəti var. Onlarla söhbət edir, adlarını soruşur, başlarını tumarlayır, hər dəfə də iki şokolad verir. Bir dəfə əlini öpən altı yaşındakı bir uşağa belə dedi: «Kəramətim yoxdur, olsaydı, hamısını sənə verərdim» 
