Daha ətraflı...

Mübarək zaman dilimi - üç aylar

Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Ana səhifə arrow Gülənin həyatı‎ arrow Amerikada‎ on bir gün arrow Dialoq və Xoşgörüdən geriyə dönmək intihar olar
Qalereya
Dialoq və Xoşgörüdən geriyə dönmək intihar olar Çapdan çıxart E-mailə yolla
Reytinq: / 41
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
27.01.2005

Dialoq və Xoşgörüdən geriyə dönmək intihar olarFəthullah Gülən «islamçı», «dinçi»... kimi ifadələri heç vaxt işlətmir.

İstifadə etmədiyi kimi, istifadə edilməsindən də narahat olur.

«Bizə görə»,-deyir,-«həqiqi iman və İslam düşüncəsi əsası «kəlimeyi-şəhadət» və ya «kəlimeyi-tövhid» dediyimiz sözlərin o ən gözəlinə istinad edir, mahiyyəti də gedib ta Haqq nəzərinə çatır. Onu bu çərçivədə qəbul edib həyatında tətbiq edən hər kəs, qəlbləri Allah bilir, Kitab və Sünnət baxımından mö’min, müsəlman və dindardır. Bunlardan başqa hər hansı bir ad və ünvanla anılmaları da onlara qarşı bir hörmətsizlikdir».

Gülən İslami terminologiyada «İslam», «müsəlman», «dindar» sözlərinin olduğunu deyir.

Gülən «dini bütünlüklə yaşamaq istəyənə «islamçı» və ya «dinçi» demək nə qədər nalayiq bir ifadədirsə, bə’zi islami əmrləri yerinə yetirməyən və ya yerinə yetirə bilməyən kəslərə də «küfürçü», «dəlalətçi», «fisqçi»... demək bir o qədər naxoş bir sözdür. Məncə, hər kəs nitq nəzakətini qorumalı, insan kimi düşünməli, insan kimi danışmalı və mütləq hər kəsə qarşı hörmətlə yanaşmağı bacarmalıdır»,-deyir.

Bizim dialoq və xoşgörü hərəkatımız tamamilə türk millətlərinə aiddir və Türkiyə orijinlıdır, dialoq fəaliyyətlərindən öz məqsədləri üçün istifadə edənlərə məxsus deyildir. Əksinə, «onlar edirlərsə, biz niyə etməyək, nə üçün onlarla müştərək programlar düşünüb həyata keçirməklə özümüzü tanıtmaq yollarını axtarmayaq» kimi mülahizələrdən irəli gəlmişdir.

- Dialoq və xoşgörü son illərdə çox səslənir, amma bə’zilərı bu məsələdə səmimi olmadığınızı düsünürlər.

- Əgər dialoq və xoşgörü ideyası bir insan kimi yalnız mənə aid olsaydı, o zaman qalıcılıq və’d etməz, dediyiniz «o bə’ziləri» də öz şübhələrində haqlı olarlar. Amma mən dini qaynaqlara istinadən hərəkət edirəm, başımız ona bağlıdır, nə qədər ki, din vardır, o da olacaqdır.

- «Dinlərarası» tə’biri mübahisələrə səbəb olur. Sizcə belə bir tə’bir düzgündürmü?

- Din bir şəxs-i-mə’nəvi olduğu üçün «Dinlərarası dialoq» deyərkən məcazdan istifadə edilir, başqa sözlə, din təəssübkeşləri nəzərdə tutulur. Ad qoymaq məsələsində isə hansısa bir sözdən yapışıb qalmaq gərək deyildir, əgər daha münasib olanı tapılarsa, «mədəniyyətlərarası dialoq», «müxtəlif fəlsəfələrarası dialoq» kimi adlar qoyub əhatə dairəsini daha da genişləndmək və səmavi dinlərdən başqa digər inanc mənsublarının da bu fəaliyyətlərə daxil edilməsi barəsində fikirləşmək olar.

- «Dialoq və xoşgörü dinimdən qaynaqlanır»,-dediniz, peyğəmbər dövründə bunun bir nümunəsi vardımı?

- Əfəndimiz Mədinəyə gəldiyi zaman «Mədinə Bəyənnaməsi» ilə müxtəlif dinlərə mənsub olanları dialoqa çağırır, onlarla razılıq əldə edir və onları qoruma altına alır. Onun bu hərəkətini görüncə (bağışlayın) münafiqlərin rəisi Abdullah b. Übey b. Səlül başına hava gəlibmiş kimi dərhal Məkkəyə gedir, müşriklərin yığıncağına gəlib, «Baxın, bu adam hamını öz yanına çəkir, sabah sizin üçün böyük bir təhlükə olacaq»,-deyib onları qızışdırır. Bu misalla nəzərinizə çatdırmaq istəyirəm ki, hər şeyi ehtimallar üzərində quran adam lar (bu gün olduğu kimi) o zaman da var idi. Bundan başqa, Əfəndimizin Nəcran xristianlarını qəbul etməsi və onlarla yaşanan mübahələ məsələsi var.

«Haydı, gəlin, oğullarıımızı və oğullarınızı, xanımlarımızı və xanımlarınızı və şəxsən özümüzü və özünüzü çağıraq, sonra da Allaha ürəkdən yalvaraq, gəlin bu məsələdə kim yalançıdırsa, Allahın lə’nətinin onun üzərinə enməsini diləyək», ayəsi nazil olmuşdur. Əfəndimiz onları belə bir mübahələyə çağıranda, peyğəmbər qarğışı almaqdan qorxub qəbul etmirlər və vətəndaşlıq vergisi ödəyərək bir yerdə yasamağı qəbul edirlər.

Təqlib xristianları ilə də razılıq əldə edib onları öz tərəfinə çəkmiş, müsəlmanların Məkkəyə sərbəst girib-çıxa bilmələri üçün müşriklərlə Hudeybiyyədə çox ağır bir müqavilə bağlamışdır.

Rəşid xəlifələr də eyni yolla gedirlər. Səlahəddinin, Zənginin, Alparslanın, Fatihin davranışları hamıya mə’lumdur. ÍÍ Bəyazidin İspaniyadan yəhudiləri gəmilərlə gətirdiyi yaxşı mə’lumdur. Bu hadisə ilə əlaqədar «500-cü il» vəqfi də qurulmuşdur. Cümhuriyyət dövründə xoşgörü eyni qaydada davam etmiş və faşist zulmündən qaçanlar Anadoluya şığınmışlar. Bu, tarixən bizim mədəniyyətimizdə vardır. Məscid, kilsə, sinaqoq, hamısı bir yerdə idarəmiz altında idi və hər kəs problemsiz yaşayırdı.

- Hərəkat var olduğu müddət ərzində dialoq və xoşgörü məfhumlarına bu mə’nadan başqa bir şey əlavə edilməyəcək ki?

- Məncə, belə bir şey özünə qəsd etməkdən, intihardan fərqlənməz... Hərəkatın dialoq və xoşgörü anlayışı öz inanc və dəyərlərini müasir dövrün üslubuna uyğun olaraq - çünki hər dövrün öz izah tərzi və üslubu vardır,- ifadə etməyə uyğun olmalıdır. Özünü tanıtmaq istəyənlərin başqalarına da qulaq asmaq ehtiyacı vardır və bunda başqa mə’nalar axtarılmamalıdır.

Bu gün terrorla, canlı bombalarla, təzyiq altına salınaraq robotlaşdırılmış insanlarla İslamın qaraldılan çöhrəsini dialoq vasitəsi ilə, onun gözəlliyinə yaraşan bir tərzdə təbliğ etmək prosesi başlamışdır və davam da edəcəkdir...

Əfəndimizin «Mənim adım günəşin doğub-batdığı hər yerə gedib çatacaqdır»,-sözünü bizim qarşımıza qoyulmuş bir hədəf kimi başa düşürəm.

Mənim Əfəndimin terröristlərin mənsub olduğu bir dinin qurucusu kimi tanınması Ona qarşı edilən çox böyük haqsızlıqdır. Onun düzgün tanıdılması dialoq və xoşgörü təmsilciləri qarşısında tə’xirə salınması ağıla gətirilməyəcək dərəcədə mühüm bir vəzifə olaraq dayandığı halda, onların başqa fikirə düşməsi haqlarında formalaşmış gözəl qənaətləri darmadağın etmək olar ki, bunun da adına xəyanət deyirlər.

Burada mövzudan kənar bir şey də deyim; bə’zi akademik səviyyədə insanlar bu barədə danışarkən məsələyə elə baxırlar ki, sanki dialoq və xoşgörü hərəkatı başqa qurumlar tərəfindən təşkil edilir, bu hərəkatın təmsilçiləri də gedib onlara qoşulur, onlara qulaq asırlar...

- Yə’ni missionerlərmi?

- Bəli. Dünyanın hər yerində və Türkiyədə kilsə təşkilatının gurhagurla çalışdığı, çox mühüm təmsilcilərinin olduğu bir həqiqətdir.

Bostonda olan bir dostumuz 500 il əvvəl yazılmış bir əsərdən bəhs etdi mənə. Balkanların Türklərin əlinə keçdiyi bir dövrdə Osmanlı sərhədləri daxilində yasayan dini azlıqlara xitabən yazılmış bu əsərdə «Özünüzü bəlli etmədən, duyğu və düsüncələrinizi qoruyaraq orada qalın. Bir gün gələcək öz sözünüzü deməyə fürsət tapacaqsınız», deyilir. Diqqəti cəlb edən bu məqam, mənə çox erkən çağda bə’zilərini tənbeh etməsi baxımından üzərində həssaslıqla dayanılması lazım olan bir mövzu kimi gəldi.

Bir tərəfdə bunlar ola-ola, bir tərəfdə də Vatikanda, yaxud başqa yerlərdə görülən bu cür fəaliyətlərin bizim xoşgörü və dialoq hərakatı ilə nə əlaqəsi var? Nə mənim, nə də mənimlə bərabər bu hərəkatı mənimsəmiş dostların qətiyyən bir başqasının tə’siri altında olmasından söz gedə bilməz.

Türkiyədə və Avropada bəlkə yüz dəfə dostlarımız öz hiss və düşüncələrini ifadə etmək üçün özləri kütləvi proqramlar planlaşdırdılar, tərtib etdilər, bu tədbirlərə başqa dinlərə mənsub olan adamları də’vət etdilər, onlar də bu də’vəti qəbul etdilər. Çünki əvvəlcədə də bu barədə danışdığımız kimi, başqalarının tə’siri altında olmaq, onların tabeliyində hərəkət etmək işi iflic edər minnət altına salar, yardım alanlar sönra əvəzini ödəmək məcburiyyətində qalarlar.

Bizim dialoq və xoşgörü hərəkatımız tamamilə türk millətlərinə aiddir və Türkiyə orijinalıdır, dialoq fəaliyyətlərindən öz məqsədləri üçün istifadə edənlərə məxsus deyildir. Əksinə, «onlar edirlərsə, biz niyə etməyək, nə üçün onlarla müştərək programlar düşünüb həyata keçirməklə özümüzü tanıtmaq yollarını axtarmayaq», kimi mülahizələrdən irəli gəlmişdir.

- Bə’zi islami qruplar dialoq prosesini güzəştə getmək kimi qəbul edirlər...

- Din xadimi kimi görünən, ya da sələfdən miras qalan şeylərdən istifadə edib müqəddəslikdən, vergi verilmiş bir adam olduqlarını deyənlər nə fikirləşirlərsə, qoy fikirləşsinlər, bizim qəlbimizi Allah bilir. Mən nəinki bu cür böyük məsələlərdə, hətta yatağa girərkən belə Əfəndimizin həyat tərzini tətbiq etməkdən vaz keçmədim. Yoldaşlarımın da eyni düşüncə və davranışdan vaz keçdiklərini zənn etmirəm.

- İsəvi (xristian) müsəlmanlar mövzusu da gündəlikdədir. Xristian müsəlmanlar kimlərdir və eyni zamanda xristian olmaq necə mümkün olur?

- Dialoq müddəti davam etdiyi zamanlarda mənim yanıma gələnlər də oldu, cürbəcür şəraitlərdə görüslərimiz də oldu. Bərabər olduğumuz zaman bir də görürsən namaz vaxtı girir. Namaz qılmaq üçün icazə istədiyimiz zaman hörmətlə yanaşırlar. «Buyurun, siz ibadətinizi qurtarana qədər biz də burada dua edərik»,-deyirlər. Belə həlim xasiyyətli insanlardan yüzlərləsi dialoq fəaliyyətləri sayəsində «Məhəmməd Allahın Rəsulüdür. Qur’an, Allah kəlamıdır»,-dedi...

Bədiüzzaman kəramət göstərirmişcəsinə «İsəvi müsəlmanlar» tə’birini işlədərək diqqəti cəlb etmiş, eyni zamanda da bir jest etmişdir. Bu tə’bir xristian ola-ola onlarda əvvəlcədən dinimiz haqqındakı formalaşmış düşüncədən qurtulmus, Əfəndimizi Peyğəmbər kimi, «Qur’an»ı da Allah kəlamı kimi qəbul etmiş adamlar deməkdir. Belə insanlardan yüzlərcəsini göstərə bilərəm. Təəssüf ki, Türkiyədə xoşgörü və dialoq fəaliyyətlərini xristianlığı mənimsəmək kimi görənlər, belə iddiada olanlar da çıxa bilir. Əfvinizə sığınaraq deyirəm: bu başdan-ayağa yalandır. Ancaq nə etmək olar, hər kəs öz ləyaqətini göstərir.

- Siz «Qur’an»a güvənən dialoqdan qorxmaz»,-deyirsiniz. Əgər din dialoqu önə çəkirsə, buna qarşı olanlar öz dindarlıqlarındanmı şübhə edirlər?

- Özləri necədirlərsə, hamını da elə zənn edirlər. Xalqımıza baxsınlar, uzun müddət bir çox şeydən məhrum qalmasına baxmayaraq, öz ruh və mə’na kökünə aid dəyərləri davam etdirə bilmişdirsə, bu onun nə qədər sağlam bir inanca sahib olduğunu göstərir. Avropa Birliyi məsələsindən bəhs edərkən xalqı nəzərdə tutub ümumiləşdirmə aparmaq, şübhə toxumu səpmək düzgün deyildir. Qorxmaq lazımdırsa, qoy başqaları qorxsun.

Onsuz da buralarda bir keşiş tərəfindən yazılan və dövlət adamlarına da çatdırılan bir kitabda şübhələrdən bəhs edilir. «Yaxın zamanlarda müsəlmanlar buraların qədərinə hakim olacaqlar»-deyilir.

- «Buralar» deyərkən Amerikanımı nəzərdə tutur?

Amerikanı nəzərdə tuturam. Burada İslama çox hörmətlə yanaşan bir din adamı ilə görüşürdük, «Bizim gənclər kilsəden qaçırlar»,- dedi. Mən də, bizdə məscidə gedən gənçlərin sayında, oruç tutanların sayında artım olduğunu söylədim. O, sözünə davam edərək «Gənçlər arasında çox təhlükəli davranışlar müşahidə edilir. Sözün düzü, belə bir nəsil qarşısında Tanrının yerində olmaq istəməzdim»,-dedi.

Mən də, «Allahla qul arasındakı münasibət baxımından, sizin kimi bir mövqedə olan insana belə bir cümləni yaraşdıra bilmədim», dedim. Buna cavab olaraq həmin adam alicənab davrandı, «Allahdan çox əfv diləyirəm, dil xətası oldu»-dedi.

Baxın, bu insanlar öz nəsillərindən narahatlıq keçirirlər. Bizim missionerlik etməmizə gərək yoxdur, özümüzü düzgün ifadə etmək fürsəti tapsaq, o bizə yetər.

Bunu da deyim, buradakı universitetlərdən birinin eyni zamanda keşiş olan rektoru orada müəllim işləyən bir yoldaşımıza «Xristianlıqla əlaqədar bə’zi boşluqlar vardır, heç cür doldura bilmirəm, sonra müsəlmanlığı tədqiq etdim, indi bir qərar qəbul etməliyəm, buna nə deyərsən?» deyə sual verir. Yoldaşımız da məndən soruşanda «Müsəlman olmasını əlbəttə ki, istəyirik, amma qərar verməkdə ona sərbəstlik vermək lazımdır ki, öz iradəsi ilə və ürəkdən inansın»,-dedim. Qısası, xoşgörü və dialoq vasitəsi ilə Əfəndimizin ruhunu şad edəcək elə şeylər olur ki! Kim nə deyir, desin, bu işi təmsil edənlər öz yollarına davam edəcəklər.

Dialoq yığıncaqlarından sonra əmələ gələn ab-havanı, «Qur’an» dinləyənlərin, əzanımızı eşidənlərin yaşadıqları hissləri, hıçqıra-hıçqıra ağladıqlarını görənlər «Allah eşqinə, «Qur’an»ı və Əfəndimizi tanıtmaq belə olmayacaqsa, necə olacaq ki?» deyirlər. Kaş ki, əzbərdən danışmasalar!

- Papanı ziyarət etdiyiniz zaman istifadə etdiyiniz «cənab» sözü kimi ifadələr bə’ziləri tərəfindən başqa cür qəbul edildi.

- Bu gün demək olar ki, hər siyasi və ya dini liderdən, ya da ictimaiyyət tərəfindən qəbul edilən şəxslərdən bəhs edərkən «hörmətli», «möhtərəm», «əziz» kimi sifətlərin işlədilməsiının bir nəzakət ifadə etdiyini və bir növ zəruri adət kimi qəbul edilməsinə baxmayaraq, qonağı olduğum bir dini lider üçün «cənab» sifətini istifadə etməyimi belə tənqid vasitəsinə çevirdilər. Halbuki həmin kəlmə də «hörmətli» kimi, «möhtərəm» kimi bir mə’nanı verir və sələflərimiz tərəfindən də tez-tez işlədilmişdir, mən də buna vərdiş etdiş etdiyim üçün işlətmişdim, belə bir xitab formasını da tənqid etdilər.

- Bir kitabınızda «Hər kəs kəlimeyi-tövhidi əsas götürüb ətrafa baxışını yenidən nəzərdən keçirməli və islah etməlidir. Hətta kəlimeyi-tövhidin ikinci hissəsini, yə’ni «Məhəmməd Allahın rəsuludur» qismini demədən yalnız ilk qismini dilə gətirən adama belə rəhmət mərhəmət baxışı ilə baxılmalıdır..». sözlərinizə də yenə bə’ziləri tərəfindən iradlar tutulur.

- Əvvəla, hər hansı bir sözü düzgün qiymətləndirmək üçün o sözün əvvəlinə və sonrasına da baxmaq lazımdır. (Haqqında bəhs edilən məqalənin olduğu kitabı istəyir və lazım olan səhifəni açır). Baxın, sizə o hissəni oxuyum, özünüz qiymət verin:

«Bu məsələdə mənə başqaları tərəfindən danışılan bir hadisəni ərz etmək istəyirəm. Çoxdan biri gəlmişdi, mənə İslami camaatlardan biri haqqında sual vermişdi. Mən də «Onlar üfüqümüzdə yalançı bir şəfəqin belə olmadığı dövrdə Ədirnədən Ərdahana qədər ölkəmizin hər tərəfini kəndbəkənd dolaşaraq hər tərəfi kurslarla, yataqxanalarla, pansionatlarla doldurdular»,- demişəm.

Aradan bir-iki ay keçəndən sonra Bornovada axşam söhbətləri zamanı yeni eyni sualı vermişlər, mən yenə əvvəlki cavabıma bənzər cavab vermişəm. Bəlkə, aradan iki-üç ay keçəndəmn sonra həmin adam təkrar gəlmiş, yenə eyni sualı vermişdir. Mən də ilk dəfə nə cavab vermişdimsə, yenə də ona bənzər cavab vermişəm.

Bəli, bizim üçün əsas ölçü hansı yollarla olursa-olsun din və diyanətə xidmət etməkdir. Biz az və ya çox, bu işdə payı olan hər kəsi, təkrar edirəm, hər kəsi alqışlayır, başlarımızı səki daşı kimi onların ayaqlarının altına qoya bilərik.

Qaldı ki bu me’yarı qoyan biz deyilik... Allah və Rəsulu bu məsələ ilə əlaqədar me’yarı neçə əsrlər bundan əvvəl qoymuşlar: «La İlahə İlləllah, Məhəmmədün Rəsulullah» deyən hər kəs bizim din qardaşımızdır. Bundan başqa, qəbirdə Münkər-Nəkir «Rəbbin kimdir, nəbin kimdir, dinin nədir?» deyə sual verəcəklər. O suallar arasında filanı, filanı qəbul etməmək yoxdur. Yə’ni onları qəbul etmək iman əsasları arasında deyildir».

O halda mən nə deyib o və ya bu səbəblə mənimlə razılaşmayan din qardaşlarımın əleyhinə çıxmalıyam ki?

Bax, bunlar deyiləndən sonra haqqında bəhs etdiyiniz cümlə gəlir. Deyilir: «Sözün qısası, hər kəs kəlimeyi-şəhadətdi əsas götürərək ətrafındakı adamlara baxışını yenidən müəyyən etməlidir. Hətta onun birini deyib, o birini, yə’ni «Məhəmmədün Rəsulullah» deməyən adamlara belə rəhmət, mərhəmət nəzəri ilə baxmaq lazımdır. Çünki hədislərdə deyildiyinə görə, Allahın o əngin rəhməti axirətdə elə təcəlli edəcəkdir ki, şeytan belə «Görəsən bundan mənə də bir pay düşərmi?»-deyə ümidə qapılacaqdır.

İndi belə bir rəhmət ənginliyi qarşısında xəsislik etmək və o xəsisliyi təmsil etmək bizə yaraşmaz. Həm də axı bizə nə? Mülk Onun, xəzinə Onun, qul Onun... Elə isə hər kəs həddini bilməlidir..».

Qaldı ki tənqid etdikləri o cümlədən dərhal sonra bu abzas gəlir və kəlimeyi-tövhidin bütününə diqqət verilir:

«Söz buraya qədər gəlmişkən, bir fikrimi də bildirərək bu fəsli bağlamaq istəyirəm. 70-ci illərdən bu günədək məni və hərəkatımızı yaxından izləyən və əlinə düşən hər fürsətdən istifadə edərək iftira atan, hətta dövlət adamlarına belə kələk gələn, çox vaxt sahibi olduğu bir qəzetin bütöv bir sütununu bu işlərə sərf edən bir qələm sahibi bir gün «La İlahə İllallah, Məhəmmədün Rəsulullah» desə, inanın ki, o gün mənim üçün bayram olar. O adamın mənə illərdən bəri durmadan, dayanmadan, yorulmadan düşmənçilik etməsini qətiyyən nəzərə almadan onu bağrıma basaram. Bəli, mühüm olan o adamın Allah ilə arasındakı düşmənliyi aradan qaldıra bilməsi və Ona yaxın ola bilməsidir».

- Yə’ni lağa qoyulan sözləriniz mücərrəd «La İlahə İllallah» deməyin qurtuluş üçün kifayət olduğu mə’nasını vermir, onu deyən bir adamın «Məhəmmədun Rəsulullah» deməsə də axirət əzabından qurtulacağını demiş olmursunuz, eləmi?

- Əlbəttə... Bədiüzzamanın ifadələri ilə desək, «Kəlimeyi-şəhadətin iki kəlamı bir-birindən ayrılmaz, bir-birini sibat edər, bir-birini izah edər, tamamlayar, biri o birisiz olmaz. İndi ki, Peyğəmbər Əleyhissalatu Vəssəllam Xatəmül-Ənbiyadır, bütün ənbiyanın varisidir, o zaman əlbəttə, vüsala gedən bütün yollarının başındadır. Onun cəddeyi-kübrasısından xaric həqiqət və nicat yolu ola bilməz».

Mən həyatım boyu hər kəsə qarşı cənnət xəzinələri kimi yumşaq ədalı olub yarım kəlmə ilə də olsa insanlara bir ümid verərək, bir qurtuluş yolunun ola biləcəyini xatırlatmağa çalışdım.

Bə’zən öhdəsinə düşən vəzifələrin tam və mükəmməl yerinə yetirilməsinin belə insanın qurtuluşu üçün kifayət olmayacağını dedim. Bu sözü də Əfəndimizin bir hədisi-şərifinə istinad edərək dedim: Bir gün Allah Rəsulu «Heç kəs əməlinə görə qurtula bilməz» deyincə səhabə «Səndəmi, ey Allahın Rəsulu?»-deyə sual verirlər. Peyğəmbərimiz, «Bəli, mən də öz əməllərimə görə qurtula bilmərəm. Ancaq Allah rəhmət edərsə, qurtula bilərəm»,-cavabını verir. Amma eyni Allah Rəsulu bir başqa hədisdə «La İlahə İllallah» deyən qurtular»-buyurur. Bə’zən bu qorxu və ümid müvazinətini başa düşməyənlər ən mə’sumanə şəkildə deyilən sözləri də öz anlayışlarına görə izah edirlər.

Bəli, kaş ki ən mə’sumanə sözlərdən heç olmayacaq mə’nalar çıxaranlar məscid kürsülərində Peyğəmbər Əfəndimizi tanıtmağa çalışdığım aylarla davam edən vəzlərimə və sonralar «Sonsuz Nur» adı ilə kitablaşdırılan, bəlkə iyirmi xarici dilə tərcümə edilən, bu gün xarici ölkələrin universitetlərində dərs kitabı kimi oxudulan sözlərimə də baxaydılar.

 
< Qabaqkı   Sonrakı >