Özünü qurban etmək ruhu çox əhəmiyyətlidir Çapdan çıxart E-mailə yolla
Reytinq: / 1
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
28.01.2005

Özünü qurban etmək ruhu çox əhəmiyyətlidirBu günə qədər çox adamdan müsahibə almışam. Demək olar ki, tanınmış bütün adamlarla söhbət etmişəm. Onların arasında çoxlu kişilər və qadınlar olmuşdur. Həm elmi dərinliklərində, həm də davranışlarından tə’sirləndiyim, onlardan mənə keçən bir xoş səda mütləq olmuşdur. Mən onlara, onlar mənə əhəmiyyət verdilər.

Lakin Fəthullah Gülən qədər tərəf-müqabilinə əhəmiyyət verən, üstəlik də əhəmiyyət verdiyini artıqlaması ilə hiss etdirən başqa birinə rast gəlməmişəm.

Gülən tərəf-müqabilinə, tərəf-müqabillərinə bəlkə onların özlərindən də çox əhəmiyyət verir.

Bu xüsusiyyətlərini xüsusi vurğu ilə qeyd edirəm, çünki bu, onun insana baxışına dair bir nümunə olmaq xüsusiyyəti daşıyır. O, adamına görə dəyər vermir, insana dəyər verir...

Allahın rizasına nail olmaqdan başqa dərdim yoxdur... Buna nail olduğumu deyə bilmərəm, amma Allahın rizasını istəmədiyim bir gün, bir saat yoxdur. Gündə ən azı yüz dəfə «Allahım, əfvini, afiyətini, rizanı istəyirəm..». deyirəm, bütün tələbim bundan ibarətdir. Həyatımın ən böyük qazancı olan bu tələb başqalarının terminologiyasında heç nəyə qarşılıq gəlmədiyi üçün başa düşülməyə bilər. Bunlar Əfəndimizin terminologiyasında vardır, «Qur’an» terminologiyasında vardır.

- «Sağ qolum» deyəcəiniz biri vardırmı?

- Mən heç kəsə sağ və ya sol qolum demədim. Əslən Ərzurumluyum. Qırxlarelində və Ədirnədə oldum, oralarda mənə qarşı vəfalı davranan çox qiymətli dostlarım oldu. Sonra İzmirə gəldim. Allah Hacı Kamal (yeri cənnət olsun!) Mustafa Birlik, Yusif Pəkməzçi, Kosa Mahmud kimi ən qiymətli dostları mənə orada nəsib etdi.

Əgər söz bir sağ əldən gedəcəksə, bax, bunlar var idi və əgər onlardan biri mənim sağ əlim olsaydı, mən o əlin altında qalıb əzilərdim, daşıya bilməzdim onu. Çünki əgər bir sağ əl olmalıdırsa, kaş ki bunlardan biri məni özünün sağ əli olaraq qəbul etsə, kaş ki, bir Hacı Kamal, bir Mustafa Birlik ola bilsəydim «Kaş ki, Yusif Pəkməzçinin yerində olsaydım», deyirəm.

- Bəzi mətbu orqanlarında «35 illik sağ əliniz» olduğunu iddia edən Nurəddin Verən onlarında arasında yox idi?

- Əgər Allah nəzdində birinin haqqı varsa o haqq əsla itib-batmaz, Allah hər kəsin harada olduğunu bilir.

- Sizi siyasi xadimlərlə tanış edən, ölkə xaricinə açılmanızı tə’min edən Nurəddin Verən idimi?

- İddialarını oxumadım, «İntrnet»dən bir qismini çəkib oxuyublar, mənə də danışdılar. Qısaca olaraq eşidəndə heyrət etdim, ətrafindakı adamlarla birlikdə, hər kəsin təqdir etdiyi, bir zamanlar özünün də təqdir etdiyi fəaliyyətlərə qarşı indi mənfi yanaşır, əsli olmayan sözlər danışır.

Tələb etdiyi şeylərə baxanda çaşıb qalıram, hüquqşünas kimi danışır, «Bu hərəkat «Qırmızı Aypara» kimi, «Yaşıl Aypara» kimi bir şey olsun, başına (içində özünün də olduğu) bir qəyyum hey’ət qoyulsun», kimi həyata keçirilməsi qanunən də mümkün olmayan şeylərdən bəhs edir. Dediklərini hətta dövlət həyata keçirmək istəsə belə, onun tələb etdiklərinin bir qismini mövcud qanunlarla da edə bilməz.

- Siyasət adamları ilə tanış olmanızda vasitəçi olan kimdir?

- Məni möhtərəm Süleyman Dəmirəl, Turgut Özal və İsmət Sezginlə tanış edən mərhum Haci Kamal idi. Süleyman bəylə keçmişdən bəri tanışlığımız var idi, Turgut bəylə «sənli-mənli» idik. Dövlət vəzifələrində olanların bir çoxları ilə tanış olmağa və görüşməyə böyük ölçüdə vəsilə olan o idi.

- Nurəddin Verənin siyasi xadimlərlə çəkilmis fotoşəkilləri var. Onun heç bunda rolu olmadımı?

- Bə’zən bir yerə getdikləri zaman maşını o sürmüş, Xidmətimizin e’tibarı naminə bə’ziləri ilə görüşə müşayiətçi sifəti ilə getmişdi. Lakin indi durub özünü «sağ əl» yerinə qoyubsa, bu, həmin hərəkətdən sui-istifadə etmək deməkdir. Haqqında deyilənləra fikir verirəm, görürəm ki, əgər mənim yanıma biri gəlmişsə, onunla eyni kadra girmək istəmiş, Xidmət adından bir Prezidentin yanına gedilibsə, onunla eyni kadra düşmək istəmiş, sonra da bunlardan albom düzəltmişdir, müxtəlif dövlət başçılarına verilmək üçün alıdığı məktubları öz adına sənəd kimi toplamışdır.

Əgər bunlarla «sağ əl» olmaq mümkündürsə, istəsələr, başqa adamlar da ieynisini edə bilərlər. Açığını desəm, yanıma gəlib-gedən adamların gələcəyə istiqamətlənmiş dərin hesabları olacağına və bunlardan istifadə ediləcəyinə ehtimal verə bilməzdim.

- Buraya, yanınıza gəlmiş və iddia etdiyinə görə siz də onu hədələmisiniz...

- «Məni öz halıma buraxın, öz işimi görmək, varlı olmaq istəyirəm», deyib getmiş, ayrılmışdı, uzun zamandan bəri görüşmürdük. Doğrusu mən də incimişdim. Xidmətimizə olan e’tibardan öz şəxsi məqsədləri üçün istifadə edir, yalan danışır və şantaj edirdi. Bir zamanlar bə’zi yoldaşlarımızın fikrini bulandırmış, millət vəkili olmaq, bir siyasi partiyaya daxil olmaqla daha yaxşı xidmət ediləcəyinə inandırmağa çalışmışdı. Sonra yoldaşlarımdan bə’ziləri gəlib üzür istədilər, «Xocam, Allah səndən razı olsun, az qala bizi aldadıb siyasətin içinə çəkəcəkdilər», dedilər. Halbuki siyasətə girməmək, bütün partiyalardan eyni məsafədə uzaq durmaq kimi əsas prinsiplərimiz vardır. Buna görə də hirslənmiş, sərt üz göstərmişdim.

Bu şəkildə aradan uzun bir zaman keçdi. Bir neçə il əvvəl Amerikaya gəlmişdi, xətrinə dəyə bilməyəcəyim bir yoldaşıma «Duasını almaq istəyirəm»,-deyib. Mən ona çıx da güvənə bilmədiyim üçün görüsmək istəmirdim, amma araya qoyduğu adam güvəndiyim birisi idi. Nəticədə, gəldi və bir müddət burada qaldı.

Bir gün otağıma girmək istədi. Mən də bir az yumşaq davrandım. İçəriyə girən kimi «Mənim çiləm hələ qurtarmadımı», dedi. Mən də «Nə çilə, kim sənə nə etdi ki, baş götürüb getdin?» dedim. «İyun firtinası»nda montaj edilən kassetləri onun verdiyinə dair dedi-qodular var imiş, qəsd etdiyi şey də o imiş. Halbuki mənim o dedi-qodulardan xəbərim yox idi. Sonra bağırdı, hədələdi. Mən də qapını açdım, yoldaşlarımı çağıraraq onu aparmalarını tapşırdım.

- Verən üstünə dəmir çubuqla hücum çəkdiyinizi, yanınızdakılar döydürdüyünüzü, hətta «öldürün bunu» dediyinizi iddia etdi...?

- Nə danışırsınız! Allahın lütfu olaraq Türkiyədə sevəni, sayqı görəni çox olan bir insanam. Əgər ona güldən ağır söz deyən oldusa, desin. Allahdan qorxmaq lazimdır.

- Bütün bu hadisələrdən sonra indi haqqında nə düşünürsünüz?

- Uzaqlaşdığı dövrdə ondan qəlbim sındığı halda şəfqətim qalib gəlirdi və dualarımda onu əskik etmirdim. Hətta indi də dualarımdan əskik etməmişəm. «Allah qəlbinə hidayət ehsan etsin»,-dedim, Allaha həvalə etdim.

Təkcə onun dedikləri deyil, «İyun fırtınası»nda və başqa zamanlarda da əleyhimdə yazılanlara baxmamağa çalışıram ki, könlümdə o insanlara qarşı heç bir mənfi bir iz qalmasın. Allaha çox sükür, içimdə heç bir kəsə qarşı bir mənfi hiss daşımıram, könlümü açıb əlimi hər kəsə uzadacaq qədər vicdanım rahatdır...

- Fərqli və özünüzə xas bir üslubunuz vardır. Üslubunuzun bir ifadə tərzi vardırmı?

- Əslində bütün müsəlmanlara aid olan bu üslubu qısaca olaraq «Pis əməlləri yaxşı əməllərlə də’f et» hədisi-şərififinin tələbi baxımından kim olursa-olsun, insanlarla yaxşı rəftar etmək və ən çətin şəraitdə belə yaxşılıq etmək fikrindən geriyə addım atmamaq kimi izah edə bilərəm.

Bəli, tərəf-müqabilimiz kim olursa olsun, biz hər kəsə üz tutumalı, bizə uzadılan əli dost kimi sıxmalıyıq. Bizim üslubumuz müsbət hərəkət və yumşaq rəftar olmalıdır, başqaları nə edir, etsin, biz öz üslubumuzdan geri çəkilməmək kimi bir fədakarlığa qatlanmalıyıq.

- Bu sizin üçün vazkeçilməz bir şeydirmi?

- Buna o qədər əhəmiyyət verirəm ki, zindanlar, qaranlıq məhbəslər, işgəncələr, sürgünlər və bunlar kimi min bir zülmlərlə üslubumuzu qoruyub saxlamaq arasında seçim etmək məcburiyyətində qalsaq da, üslubumuza sadiq qalmağın vacibliyiyinə inanıram. Məncə, mö’min hər şeyə rəğmən yenə həlim, yumşaq davranmalı və yenə bağışlayıcı olmalıdır.

Bir ayağı o biri dünyada olan bir adam kimi və Allah qarşısında hesab verəcəyimi bilən bir adam kimi deyirəm: haqqımda olmayan ittihamlar irəli sürənlər əgər ürəyimi çıxarıb sıxsalar, ondan damcılayan niyyətlərimdən əsl məqsədimi və qayəmi görəcəklər. Qəlbimdən dünyəvi mənfəətlər damlamayacaq... Liderlik sevgisi damlamayacaq... mənim şəxsimdə dinə hücum edən kiçik bir qrupun iddia etdiyi «Müsəlman diktator» olmaq meyli qətiyyən damlamayacaqdır. Kaş ki hamı önyarqısız baxıb şərtlənmədən baxa biləydi...

- Heç kəsə qarğış tökmədiyinizi deyirsiniz, ancaq arada bir «Allaha həvalə edirəm», də deyirsiniz. Allaha həvalə etməkdə nəyi qəsd edirsiniz?

- Mən bir çoxlarının diş qıcartdığı, bə’zilərinin «vəssalam, işini bitirdik», deyib sevindiyi ən ağır dövrlərdə belə Mövlanə kimi, Yunus Əmrə kimi, Əhməd Yəsəvi kimi yazdım və danışdım. O günkü hissiyatım bu gün jurnallarda qalır, götürüb oxusunlar. Hissiyatımı özlərinin bədgümanlığı ilə yox, mənim sözlərimlə qiymətləndirsinlər. Onların çoxu işin əslini bilmədən, öyrənmək zəhmətinə qatlanmadan əleyhimdə olmayacaq ittihamlar irəli sürdülər. Lakin mən onlara qəzəblənməməyə, hirslənməməyə çalışdım, qarğış tökmədim, qəhr duası oxumadım. Bəlkə, kimsə belə edərdi, Anadoluda minlərlə insan bu müsbət Xidmətlərə qarşı bu cür düşməncəsinə münasibət bəsləyənlərə «dinə qəsdən düşmənçilik edənlərinə evlərinə od düşsün..»., yaxud başqa sözlərlə bəddua edirlər. Lakin mənüm üslubumu bilənlər, zənnimcə, onlara da hidayət qapılarının açılması üçün dua edəcək, hallarına acıyacaq və «Allahım, sən onları da bağışla, onlara da hidayət et!»-deyəcəklər.

- Həyatınızı həsr etdiyiniz və çox əhəmiyyət verdiyiniz «xidmətlərə» mane olmağa çalışanlara da heç qarğış tökmədinizmi?

- Biz ən çətin günlərdə ən amansız şəkildə düşmənçilik edənlər haqqında belə zərrə qədər də mənfi bir şey düşünmədik, heç kəsə lə’nət və qarğış etmədik. Bəlkə onlar haqqında ən ağır sözümüz onları Allaha həvalə etmək oldu. Bu işi də yenə Əfəndimizin əxlaqından örnək alaraq etdik. Heç birimiz Ondan mərhəmətli və ondan şəfqətli ola bilmərik. Allah Rəsulu «Allahumə əleykə bi-Əbi Cəhil, Allahummə əleykə bi-Utbə, Allahummə əleykə bi-Vəlid ibni Utbə» demiş, o dövrün din düşmənlərini, Əbi Cəhli, Şeybə və Vəlid kimilərini Allaha həvalə etmişdir. Həvalə etmək də «Allahım, Sən bilirsən, Sən nə istəyirsən, onu et» deməkdir. Qaldı ki, həyatım boyunca həvalə etməyi belə Allahdan hidayət istəmək alternativinin bir hissəsi kimi dilə gətirdim...

- Sizi lağa qoyan, əleyhinizdə yazı yazan bə’ziləri yazıları dərc ediləndən sonra sevənləriniz tərəfindən həqarət və telefon hədə-qorxuları, «e-meil»lər aldıqlarını iddia etdilər...

- Buna bənzər bir sualı verən Səfa Qaplan bəyə də demişdim: bə’zi adamlara sevənlərimiz tərəfindən hədə-qorxu gəlməyimizi iddia edənlərə inanmaram. Belə bir şey olsa-olsa cəmiyyətin müxtəlif təbəqələrini üz-üzə qoymaq üçün mübarizə aparan bir ovuc provakatorların işi ola bilər. Məni sevənlər, yaxud mənə hörmət bəsləyənlər bilirlər ki, ölkəmizdə anarxiyanın əl-qol açdığı bir dövrdə mən həmişə insanları sakitliyə çağırdım. Hətta bir və’z verdiyim zaman ölümlə hədələndiyim zaman belə məscid kürsüsündən belə səsləndim: «Bu yoldaşınıza sui-qəsd etsələr, canıma qıysalar belə, əgər cəsədimi bir tərəfə atıb «asayış», «əmin-amanlıq», «sevgi» deməsəniz, vardırsa, haqqımı sizə halal etmirəm». Bu gün də eyni sözləri deyirəm.

Mənə elə gəlir ki, bə’zi adamlar da bunu qəsdən edir, ya da qəsdən yazırlar. Daha çox məşhurlaşmaq, daha çox reytinq qazanmaq üçün, ya da daha artıq tirajda nəşr etmək üçün müəyyən dövrlərdə əleyhimizdə yazılar yazır, sonra da «məni hədələyirlər» deyə gündəlikdə qalırlar.

Əgər doğrudan da hədə-qorxu vardırsa, bəlkə də bizə şər atmaq üçün başqaları edir, bu da mümkündür, məncə. Təəssüf ki, hər kəsi mənim adıma bağlamaq kimi bir şey də vardır. Yadınızdadırsa, bir zamanlar itirilən çanta məsələsi var idi. Tez-tez məscidlərin qarşısında «itirilmiş» çantalar tapılardı və onların içindən dövləti devirməyə çağıran yazılar, bəzi adamların adları olan siyahılar «aşkar edilərdi». Onlardan birinin içərisindən mənim kitabım da çıxınca dərhal «Fəthullahçılar» deyə hay-kül qaldırırdılar. Halbuki, hər kəs hər şey oxuya bilər. Leninin, Marksın kitabları da çıxa bilərdi o çantalardan. Marağı olan hər şey oxuya bilər. Buna görə kimisi şübhə altına almaq, o adamları işdən çıxarmaq nə yaşadığımız dövrlə, nə də insanlıqla bir araya sığmaz.

- Sosioloji mə’nada hər camaat öz dilini, üslubunu meydana gətirir. Bu hərəkat öz dilini və üslubunu formalaşdırdımı?

- «Kainatin mayası məhəbbətdir»,-deyirik, Məhəmməd Bəhauddin həzrətlərinin «Allah, bizə məhəbbətlə baxmasaydı, biz bir-birimizi sevə bilməzdik» sözləri ilə həyatımızı proqramlaşdırmağa çalışırıq. Belə olanda da təbii ki, ona uyğun da bir terminologiya əmələ gəlməyə başlayır. Yə’ni ontoloji olanla, epistemoloji olan arasında uyğunluq olması lazım gəlir. Əfəndimizinin və sələfi-salihinin işıqlı yolunu meydana çıxara bilmək üçün, o gündən bu günədək baş vermiş bütün dəyişiklikləri, fərqlillikləri nəzərə almaq və onu yeni bir sözlə ifadə etmək lazım gəlir.

- Açar termin kimi işlətdiyiniz ifadələrdən biri də «qurbanlıq» kəlməsidir. «Qurbanlıq» ilə «hərəkat» arasında hansı bir əlaqə qurursunuz?

- «Qurbanlıq», dəyərlərimizə tam bağlı bir məfkurə (ideal) insanı olaraq yaşamaqdır. Əgər məfkurəmiz (idealımız), məhəbbətdirsə, öz mədəniyyətimizi tanıtmaqdırsa, dinimizin gözəlliklərini nəşr edərək başqalarının istifadəsinə təqdim etməkdirsə, o zaman həyatımızı ona görə qurmaq və onun xaricində görüləcək hər şeyi məfkurəmizi dəstəkləyici, yardım edici ünsürlər şəklində götürmək kimi «qurbanlıq hissi»nin özünə baxan bir baxışımız vardır.

«Qurbanlıq»lar doğruluqda, sədaqətdə, e’tibarda, günahlardan uzaq duraraq məfkurəsi ilə bütünləşməkdə və onun nəşrindən başqa bir şey düsünməməkdə peyğəmbəranə bir əzm və sədaqət göstərməyə çalışırlar. Belə bir sonsuz həqiqətlə zəngin məfkurəyə malik bir həyatın eyni zamanda insanları mənəm-mənəmlik, eqoizm və eqosentrik bir həyatdan qurtaracağına da ümid bəsləyirik.

Bütün böyük işlər öz rahatlığından imtina edənlərlə həyata keçirilmişdir. «Qurbanlıq» fəlsəfəsində uca ideallara bağlı yaşama, millətin səadət və rifahı üçün sadə, fəqir bir həyatı seçib xidmət etməkdən başqa heç nəyi düsünməmək vardır.

- «Qurbanlığın» meydana çıxmasında sohbət ən’ənəsinin yeri nədir?

- Sohbət ən’ənəsi hər cür düsüncənin qəbul edilməsində ən birinci yoldur. Onun üçün Əfəndimiz «Din nəsihətdir» buyurmuşdur. Eyni zamanda nəsihətin müntəzəmliliyinə də ehtiyac vardır, çünki insanlarda kiçik çapda da olsa yolunu azmalar meydana çıxa bilər, dünya malına tamah, vəzifə sevgisi, rahatlığa düşkünlük, görünmə arzusu və şöhrət xəstəliyi kimi ehtiraslar ola bilər. Bunların hər biri nə qədər cavan canları, gül üzlü sultanları, Xosrov kimi xanları məğlub edə biləcək viruslardır və bunlar öz növbələrində xidmət insanları üçün də bir problem olurlar. Bu virusların tə’sirində qalmamaq üçün nəsihətə ehtiyac vardır...

- İndiki zamana görə güc və iqtidar həlledici amildir və həyata daha çox vaxt bu baxışla baxırıq. Siz isə «Allah rizası» deyirsiniz. Fərqli yerlərdən baxanda terminologiyanızın başa düşülməsi çətinləşir.

- Bütün səmimiyyətimlə deyirəm, Allahın rizasını qazanmaqdan başqa heç bir dərdim yoxdur. Onun rizasina nail olduğumu iddia edə bilmərəm, amma rizayi-İlahini istəmədiyim gün və saat yoxdur. Gündə ən azı yüz dəfə «Allahım, əfvin, afiyətin və rizan!» deyirəm. Mənə Şahi-Qeylaniliyi, Nəqşibəndiliyi versə, dönüb baxsam, özümü dünyanın ən dun (alçaq) insanı sayaram. Rəbbimi istəyirəm. Bu günə qədər istəyimə cavab verilməmiş ola bilər, mənə düşən, vəfanın əlaməti olaraq ömrümün son saniyəsinə qədər istəməyə davam etməkdir.

Mənim həyatımın ən böyük sərmayəsi olan bu tələb başqalarının terminologiyasında qarşılığı olmadığına görə başa düşülməmiş ola bilər. Bunlar Əfəndimizdə, «Qur’an» terminologiyasında var. «Əməlinizdə Allahın rizasını nəzərə almalısınız, O razı olduqdan sonra bütün dünya rədd etsə, əhəmmiyyəti yoxdur. O razı olub, qəbul etdikdən sonra, siz istəməsəniz də başqalarına qəbul etdirər», kimi düsüncələr sanki məni zincirə vurmuşdur. Əgər başqa  bir şey görmürəmsə, rica edəcəyəm, məni bu korluğuma görə bağışlasınlar...

 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri