| Dünyadan heç bir təmənnam yoxdur, dərdim vardır |
|
|
| Yazarı Fəthullah Gülən | |
| 29.01.2005 | |
|
İçərisində qutular, onların da içərisində Türkiyənin müxtəlif yerlərindən gətirilmiş torpaqlar vardır. Gülən Türkiyə həsrətini bu «Türkiyə torpaqları» ilə sakitləşdirməyə çalışır. Qutuları bir-bir açır, əlini onlara sürtür, qoxulayır... Kim bilir, xəyalında nələr canlanır... Kim bilir, haralara gedir... Öz torpaqlarının qoxusuna həsrət qalan bir adamın «müqəddəs varlıq» deyib saxladığı bu qutular bəlkə də Gülən üçün Amerikada sahib olduğu ən qiymətli şeylərdir... Kiminə görə sadəcə bir ovuc torpaq, kiminə görə isə üzərinə şəhidlərin qanı damlamış, məzlumun göz yaşları düşmüş müqəddəs torpaq, müqəddəs varlıq... Dünyadan heç nə gözləmirdim və heç olmadı da, əvəzində, dərdim oldu. Eyni dərdi tərənnüm etməyə davam edəcəyəm, şərtlər nə olursa olsun, sözümə qiymət verənləri maarifçilik fəaliyyətləri üçün dünyanın dörd bir yanına dağılmağa təşviq edəcəyəm. Məzara qoyularkən da imkanım olsa, yenə «gedin, bir an belə olsun, məktəb açmaq işinə ara verməyin», deyəcəyəm.- Xəyalınızda necə bir Türkiyə vardır? - Bir Türkiyənin hal-hazırkı fotoşəkilləri var. Müəyyən dərəcədə səadətə doğru irəliləyişlər var. Demokratiya naminə inkişaf var. Daha yaxşı günlərin şəfəqlərinin bir-birinin ardınca sökülməsi var. Bir tərəfdən də Türkiyəni istəməyənlər və ya bambaşqa bir Türkiyə istəyənlərin ziddiyyət toxumu səpmələri, təxribatları, qarışdırmaq cəhdləri və sə’yləri vardır. Bunları görəndə adam bir az kədərlənir. Yə’ni yenidən anarxiyaya yol açılır, küçələri yenidən qan gölünə çevirmək istəyirlər, səadətin bağrına güllə çaxırlar... Bir də dönüb inkişafa, yaxşılıq və gözəllik naminə yeni təşəbbüslərə baxanda başınızdan (bağışlayın) o çirkin fikirləri silib atırsan. Nəcib Fazil kimi deyirsən: «Əbədiyyət bizimdir, əlbəttə, bizimdir»... Gələcəyin təmiz insanların olacağını görürsünüz. Bildiyiniz məşhur şeirində «Vur külüngü Fərhad, çoxu getdi, azı qaldı..»,-deyir. Məncə Türkiyədə də ağır günlərin çoxu getmiş, azı qalmışdır. İnsanlarımız Türkiyəyə aid həqiqətləri daha yaxşı qavrayacaq və böyük, dövlətlər arasında sözü, səsi eşidiləcək bir Türkiyə qurmaq, bölgədə söz sahibi bir dövlətə çevirmək üçün əl-ələ verəcəklər. Mövcud xırım-xırda fərqlilikləri bir tərəfə atacaq və inşallah gözəl bir Türkiyə quracaqlar. - Türkiyədən yanınıza gəlib-gedənlər olurmu, kimlərlə görüsürsünüz? - Bir zamanlar mənə tələbəlik etmis adamlar var. İstanbulda olduğum dövrdə tez-tez yanıma gələn bir vəqfin idarə hey’ətindən olan insanlar var. «Qəzetçilər və Yazıçılar Vəqfi»ndən Harun bəylə və bə’zi yoldaşlarla görüşürəm. Bir başqa məsələ də Yaşar Tunagür Xoca ilə dərin bir hüququmuz oldu. 60-cı illərdə mən Ədirnədə imam ikən o da müfti idi. Sonralar İsmirə tə’yin edilməyim də onun istəyi və təşəbbüsü ilə olmuşdu. Hər qəndildə, hər Ramazanda Yaşar Xocanı axtarıb tapmağa çalışardım. Qardaşlarım və böyük bacım var. Anam vəfat etdikdən sonra bir müddət mənə ana əvəzi olmuşdu. Onun keyf-halını soruşaram. Sağlığında Aydın Bolak bəyi demək olar ki, hər qəndildə axtarar, keyfini-halını soruşardım. O, mənim üçün mühüm bir sima idi. Onunla danışanda ağlamaqdan özümü saxlaya bilməzdim, o da ağlaya-ağlaya danışardı. Evyapgilin tayfasında bir ana vardı, xeyli yaşlı idi... Anamdan sonra mənə ana kimi idi... Mənə «Uşaqlarımdan əvvəl sənə dua edirəm»,-deyərdi. İlhan bəyin qaynanasına da zəng vurardım. İndi Aydın ağabəy ölmüşdür, o da öldü. Mənim də qəndillərdə, Ramazanlarda, bayramlarda axtardığım insanların sahəsi get-gedə daralır. Sayları azalır, üçə, beşə düşür. Ara-sıra bir yolla məni axtarıb tapanlar da olur... Mən əskərlikdə rabitəçi idim, telefon məndə olardı, on barmaqla yazı makinasında yazardım, telefon aparatını söküb mikrofonunu, qulaqlığını tə’mir edə bilirdim. İnziva həyatında bunlardan çox uzaqlaşdım. İndi «İnternet»dən istifadə etməyi də bacarmıram. Hamıya qəribə görünə bilər, amma dünya həyatından bu qədər kənardayam. Bunu ona görə deyirəm ki, həyatın bu qədər kənarında olan bir insandan bu qədər ehtiyat etmək, hər halda kənarı, künc-bucağı bilməməkdən irəli gəlir. - Siyasi dairələrdən görüşdüyünüz kimsə varmı?- Tayyib bəylə hələ o, bələdiyyə başçısı olarkən görüşmüşdüm. Seçildikdən sonra görüşmək imkanım olmadı, telefonla da görüşmədik. Abdullah bəylə də tanışıq, amma bu tanışlıq çox da yaxın deyildir. Bülənd Arınc bəylə Manisada işlədiyim dövrdən tanış olmuşduq. Bə’zən yanına gedənlərlə ona salam göndərirəm, o da onlardan sağlığımı-səhhətimi soruşur və salam göndərir. - Türkiyədə baş verən hadisələri necə izləyirsiniz?- «İnternet»dən aldıqları bə’zi xəbərləri yoldaşlarım gətirilər, bir də «TRT» və «Samanyolu»na baxmaq imkanı olur. Türkiyəni televiziya ekranının mənə əks etdirdiyi qədər seyr edə bilirəm. Ancaq oraya çatan şeylərlə tanıya bilirəm. Bəlkə o çərçivədə dar, bəlkə geniş, bəlkə real mə’lumatlarla bir Türkiyə... Ancaq bu çərçivədə seyr edə bilirəm. - Türkiyədə ən çox nəyin həsrətini çəkirsiniz?- Düzünü desəm, Türkiyənin hər şeyinin həsrətindəyəm. Çayından qəhvəsinə qədər... Azda olsa, hərdən səfərə çıxardım, yol uzunu qəhvəxanalarında oturub çay içməyi də... Adamlarımızın saf, təmiz, dumduru düşüncələrini... çöhrələrindəki təbəssümlərinə qədər, hətta geyim-kecimimizə qədər... Qaracaoğlanın dediyi kimi... Bağları var, amma bizim bağlara bənzəməz... Dağları var, bizim dağlara bənzəməz. Bunların göydələnləri cazibədar görünə bilər, amma bizim yerdələnlərimiz mənə daha cazibəli gəlir. Dünən də xəstəxanada yuxarıdan baxırdım... Mənasız-mə’nasız ehramlar kimi binalar mənim üçün heç nə ifadə etmir. Soyuq gəlir mənə. Gəldiyim gündən indiyədək həmişə Türkiyənin hər şeyini bütün hərarəti ilə içimdə hiss edirəm. Türkiyəni bir az da içimdə yaşayıram. Xəyallarımda rəsmini çəkirəm. Bə’zən gülürəm, bə’zən darıxıram. Bə’zən həsrətdən gözlərim dolur, ürəyim qanayır. Bə’zən də «Türkiyə üçün bu qədər iztirab çəkməyə dəyər», deyirəm. Hər yanının həsrətindəyəm. Qoyunlarının mələşməsinin belə həsrətindəyəm. Buraların hər şeyi mənə çox mə’nasız gəlir. Onlar üçün çox mə’nalı olanlar mənə mə’nasız görünür. Mən öz mədəniyyətimin uşağıyam. - Türkiyədən bəhs edərkən gözləriniz dolur. Lakin altı ildir buradasınız, geri qayıtmağınıza qanuni maneə yoxdur. Bu nə qədər davam edəcəkdir? Daha nə qədər bir ovuc torpaqla təsəlli tapacaq, içinizdəki həsrəti davam etdirəcəksiniz? Atəş nə vaxt sönəcək?- Bir ərəb şairi belə deyir: «Bundan sonra evimin uzaqlığını, gözlərimdən də yaşlar axıtmağı arzulayıram». Yaxından hiss etməyimə mane olan bir qisim şeylər olmasın deyə burada qalıb qəlbən, vicdanənorada olmağa üstünlük verirəm. Qəlnən oralarda oluram, həsrəti mənə daha da zövqverici gəlir. Bir də zarafatyana bunu da deyim: Təsəvvüfdə bir mərtəbə vardır - aşiqlərüstü bir mərtəbə. Orada onlar vüsləti belə istəməzlər. Yə’ni içimə atəşlər sal, məni yandır, yax, göz yaşlarımı ceyhun edim, həmişə hicranla inləyim, lakin yenə də vüslət istəmərəm. Çünki belə olması daha şirin gəlir. Türkiyəyə qarşı elə zövqlü bir həsrət, zövqlü bir hicran mənə daha dərin, daha vəfalı, daha ürəkdən görünür. - Bunlar dönməyəcəyiniz mə’nasınamı gəlir?- Onsuz da geri qayıtmaq üçün qanuni bir əngəl yoxdur. Türkiyəyə qayıtmağı bir an olsun ağlımdan çıxarmadım. Yenə də Türkiyədəki əlaqədar yerlərdən soruşdurdum. «Bir şey yoxdur, gələ bilər»,-dedilər, amma «gələ bilər»i elə tərzdə dedilər ki, sanki «gələn kimi onların başını ağrıdaram», kimi bir şey hiss etdim. Hər kəsin həsrət nədir, hicran nədir, anladığı mə’nada o həsrəti, hicranı aradan qaldıraraq Türkiyəyə gəlməyi də Cənabi-Haqq xeyirlidirsə, nəsib etsin, deyirəm. - Dövləti təmsil edənlərdən birisi idimi?- Bəli, mühüm bir vəzifədən təqaüdə çıxmış bir yaxın adamdan «Əgər gəlsəm, buna necə baxarlar?»-deyə sifariş göndərib soruşmuşdum. Təbəssümlə «amma gəlməsə daha yaxşı olar» deyibmiş. Hər halda elə fikirləşirlər ki, mən geri qayıtsam, bə’zi işləri qarışdıra bilərəm. Mənə elə gəlir ki, bə’zi dairələr bə’zi adamları küçələrə tökəcək, qarma-qarışıqlıqlar törədilməsinə səbəb olacaqlar. Mən, Türkiyədə əmələ gəlmiş sabitlik şəraitinin pozulmasına fürsət vermək istəmərəm. - Bu şübhələrin Sizinlə nə qədər əlaqəsi vardır?- Özümlə əlaqədar olan heç bir şübhəm yoxdur. Ən çoxu məni tutarlar, bir yerə həbs edərlər. Mən orada da burada qaldığım kimi edərəm, oxuyaram, yazaram, pozaram... Hər halda mənə baxan adam da olar orada. Dərmanlarımı verərlər, xəstə olanda xəstəxanaya apararlar. Əsas olan bunlar deyildir, bir başqa yerə də gedə bilərəm. Türkiyəyə girər, çıxaram, bir az orada qalaram, bir az başqa yerdə qalaram. Ancaq sonra tə’mir etməmiz mümkün olmayacaq şəkildə bir sıra təxribatlara səbəb olmaqdan ehtiyat edirəm. Kimlərinsə indi nə cür arqumentlər irəli sürəcəyini bilmirəm, təsəvvür edə bilmirəm. - Amerikada qalmağınızı iradi bir sürgünəmi çevirmək istəyirsiniz?- Qədərin bir cilvəsi ilə buralara gəldik. Digər tərəfdən də, tanıyıb bildiyim yoldaşlarımdan bə’ziləri dünyanın dörd bir tərəfinə hicrət etmişdilər. Dedim, onlar kimi mən də hicrət edim. Sözün düzü, bir neçə il əvvəl «Allah izin versə, Pekinə gedim»,-deyə fükirləşirdim. Yoldaşlarımın ən uzağa gedənindən daha uzağa getmək istəyirdim. Orada mən də beş-altı adama bir şeylər izah edə bilsəm, başa sala bilsəm, fikirləşərdim ki, mən də faydalı bir iş görürəm. Oralara getmək qismət olmadı, hər halda mümkün deyildi, şərait də əlverişli deyildi. İş elə gətirdi ki, buraya gəldik, burada qalmalı olduq, mənim üçün bura bir hicrət yeri oldu. Amma mən öz vətənimə qayıtmağı bir an da olsun yaddan çıxarmadım. İndi oradakı müxtəlif yerlərdən gətirilən torpaqları, torpaq parçalarını qoxulayaraq təsəlli tapıram. Hələ də əynimdə olan paltarlarımın üstündə Türkiyənin tozu qalır. Altı ildir yudurtmadım, təmizlətmədim. Onların üstündə Türkiyənin tozu var, onlardan təsəlli alıram. Şəkillərinə baxır, təsəlli alıram, gələnlərdən soruşur, təsəlli alıram. Rəbbim murad buyursa, bir gün bu həsrətin də sonu çatar... - Türkiyəyə Xomeyni kimi qayıdacağınızdan ehtiyat edənlər də vardır...- Qayıtsam, özüm kimi, Ramiz əfəndinin üç şərəfli məsciddə imamlıq edən oğlu kimi qayıdaram. Sizə gülünc gələ bilər, amma görəsən qayıtdığım zaman mənə yenə o məsciddə imamlıq vəzifəsi verərlərmi, yenə eyni pəncərənin arxasından İstanbula tamaşa edə biləcəyəmmi, ya da «Kəstanə bazarı»nda bir iş verməsələr belə, taxta komam kimi bir komada qalmağıma icazə verərlərmi?» deyə düsünürəm. Bütün səmimiyyətimlə deyim ki, başqa bir fikrim də, deyirəm kəndimdə, babalarımın torpağında tikilmiş bir qonaq evi var, gedib orada qalım. Doğulduğum, böyüdüyüm kənddə bir kəndli kimi ölüm. - Gedib bir kəndə sığınacaqsınız?- Dünyadan heç nə gözləmirdim və heç olmadı da, əvəzində, dərdim oldu. Eyni dərdi tərənnüm etməyə davam edəcəyəm, şərtlər nə olursa-olsun, sözümə qiymət verənləri maarifçilik fəaliyyətləri üçün dünyanın dörd bir yanına dağılmağa təşviq edəcəyəm. Məzara qoyularkən da imkanım olsa, yenə «gedin, bir an belə olsun, məktəb açmaq işinə ara verməyin», deyəcəyəm. Əsnafımıza «sürgünə gedirmiş kimi dünyanın dörd bir yanına yayılın və sonra ağaclara çevrilin, lobbilər qurun və türk dünyasını müdafiə edin, dünyadan təcrid olunmuş bir türk dünyasının var olması mümkün deyildir»,-deməyə davam edəcəyəm. Əgər bir gün xüsusi qanun çıxarıb ağzıma qıfıl vursalar belə, əlimlə, ayağımla bunları yazacaq, yenə deyəcəyəm. Çünki bunları dövlət mə’muru kimi məscid minbərlərindən, onların sözü ilə desək «müridlərə» yox, açıq-aşkar və hər kəsə dedim. Başqa din adamlarımızdan fərqli olaraq dedim ki, Türkiyəni, türk dünyasını inkişaf etdirin, qoy hər yerdə türk insanının səsi eşidilsin. Məncə millilik də, millətsevərlik da ancaq belə olar, nağıl danışmaqla olmaz. «Türkiyənin davası böyük bir davadır. Ona milli mübarizədə olduğu kimi bütövlükdə bir millətin sahib çıxması lazımdır»,-deməyə davam edəcəyəm. Bu məsələdə səsimi kəsəcək və mənə bunları qadağan edəcək bir qanun da mə’lum deyildir. Millətimə qarşı bir vəfa borcu olaraq bunları deməyə davam edəcəyəm. - Vəsiyyətiniz varmı?- Keçmiş illərdə yazdığım bir vəsiyyət vardı. O zaman onu sarığıma və ya cübbəmə büküb dəfn edilməmi istəmişdim. İndi pul kisəmdə kəfən və cənazə xərclərini ödəyəcək qədər bir az pul var. Qonorar məsələsində şübhəli olduğum üçün onun kəfən pulu kimi sərf edilməsini istəmirəm, dövlətdən aldığım maaşın da istifadə edilməsini istəmirəm. Bu pulu ona görə saxlayıram. Kitablarımın bir qismini maaşımla aldım, onları dövlət tərəfindən alınmış kimi hesab edirəm, bir qismini da xoca olduğum üçün, hazırkı vəziyyətimə görə bə’zi nəşriyyatlar hədiyyə etmişdi. Bu səbəbə görə insanların göndərdikləri hədiyyələri kolleksiya kimi saxlayıb yenidən millətə hədiyyə etdiyim kimi, kitablarımın və şəxsi əşyalarımın da hansı müəssisədə saxlanacaqsa, oraya aid olmasını yazmışdım. Bir yerə getdiyimiz zaman çay pulunu, yemək pulunu ödəyən yoldaşlarım vardır. Həyatdadırsa onlara, vəfat etmişlərsə uşaqlarına məndən qalacaq şeylərdən verib məmnun edilmələrini yazmışdım. Buraya gələrkən də, «əgər uzaqda bir yerdə ölərsəm, xərc çəkib daşımağa gərək yoxdur», demişdim, amma vicdanım və hissiyatım buna çox razı olmur. Türkiyədə atamın və ya anamın yanına dəfn edilməyi arzu edirəm. Hərəkatla əlaqədar olaraq isə, «Dost və yoldaşlarım əvvəl və axır, yə’ni nə indi, nə də daha sonra dövlət vəzifələrinə qətiyyən meyil etməsinlər, siyasətə girməsinlər, dünya səltənəti və dəbdəbəsi ayaqlarının altına düşmüş olsa belə, məni sevən və məsləhətlərimə qulaq asan yoldaşlarım onu əlinin arxası ilə özlərindən uzaqlaşdırmaqda tərəddüd etməsinlər. Başqaları anlamasa da «Allah rizası» desinlər, Allahın adını ucaltma istiqamətində bir an belə olsun dayanmadan səmimi şəkildə sə’y göstərsinlər» kimi mülahizələrim olmuşdu. İndi yeni bir vəsiyyətnamə yazmaq və bu məsələləri daha da xırdalayıb dəqiqləşdirmək istəyirəm. |
| < Qabaqkı | Sonrakı > |
|---|



Fəthullah Gülənin otağında bir küncdə, bir az hündür bir yerdə qapaqları şüşədən olan bir dolab vardır.
