İzahlar və şərhlər Çapdan çıxart E-mailə yolla
Yazarı Fərrux Əkbərov   
Reportajda adları çəkilən bə’zi şəxslər

Ədnan Məndərəs - Keçən əsrin 60-cı illərində Türkiyədə hərbi diktaturadan sonra seçilmiş ilk demokratik hökumətin başçısı. Demokratik fikirli bir siyasi xadim olduğu üçün Türkiyənin xarici düşmənləri və ölkə daxilindəki siyasi rəqibləri tərəfindən ölkədə qarışıqlıq törədilmiş, bu bəhanə edilərək ölkədə hərbi çevriliş edilmiş, bir sıra siyasi liderlər həbs edilmişlər. Adnan Menderəs isə e’dam eilmişdir. Məzarı İstanbuldadaır. Üzərində böyük bir türbə tikilmiş, onun yanında isə Türkiyənin ilk mülki Prezidenti Turqut Özal öz vəsiyyətinə görə dəfn edilmişdir.

Almalılı Həmdi Yazır - Türk dilində «Qur’ani-Kərim»in məşhur təfsirçisi, İslam alimi.

Bədiüzzaman - Türkiyədə anadan olmuş, orada yaşamış, 1964-cü ildə yenə orada vəfat etmiş XX əsrin ən böyük fikir adamı Səid Nursiyə verilən təxəllüsdür. «Zamanın, dövrün alimi» deməkdir. Əsərləri dünyanın bir sıra İslam universitetlərində tədris edilir. Siyasətə qarışmamasına baxmayaraq bütün ömrü boyu dindarlığına görə tə’qib edilmiş, haqqında yüzlərlə cinayət işi açılmış, lakin hamısında bəraət almışdır. Keçən əsrin 70-ci illərindən e’tibarən başa düşülməyə başlamış və əsərlərinin nəşrinə, yayılmasına icazə verilmişdir.

Bəyazidi-Bistami - Böyük övliyalardandır. İnsanları Haqqa də’vət edən, onlara Doğgru Yolu göstərib həqiqi səadətə qovuşduran və «Silsiləi-Aliyyə» adı verilən böyük alim və vəlilərin beşincisidir. «Sultan-ül-Arifin» (Ariflərin sultanı) ləqəbi ilə məşhurdur. Əsli-nəcabət e’tibarı ilə Əbu Yeziddir. Adı Tayfur, atasının adı İsadır. 776 və ya 803 -cü ildə İranda, Xəzər dənizi sahilindəki Bistamda anadan olmuşdur.

Cüneydi Bağdadi - Böyük övliyalardandır. Təsəvvüf əhlinin çox məşhur şəxsiyyətlərindən olub «Seyyid-üt-Taifə» adı ilə məşhurdur. Əsl-i nəcabət e’tibarı ilə Əbül-Qasımdır. Cüneyd bin Muhəmməd 822-ci ildə Nəhavənddə anadan olub. 911-ci ildə ildə vəfat etmişdir.

Əba Əyyub əl-Ənsari həzrətləri- «Ənsar», «kömək edən» deməkdir. Ümumən isə müsəlmanlar Məkkədən Mədinəyə hicrət edərkən onları qarşılayıb evlərində yerləşdirən, normal həyat quranadək onlara böyük köməklik edən mədinəli müsəlmanlara deyilir. Ənsarın ən böyüyü Əba Əyyubdur (r.a.). O, həz. Məhəmmədi (səs) bir neçə ay evində qonaq saxlamışdır. Onun (səs) dilindən «Konstantinopol bir gün fəth ediləcəkdir. Onu fəth edən ordu nə bəxtəvərdir. Onu fəth edən əskər nə bəxtəvərdir!» sözlərini eşidəndən sonra bu işi özünün müqəddəs qayəsi etmiş və illər sonra İslam orduları Konstantinopol üzərinə yürüşə çıxarkən artıq çox qoca olmasına baxmayaraq o da ordunun tərkibində bu yürüşdə iştirak etmiş və şəhər qalasının divarları yanında şəhid olmuşdur. Sonradan cəsədi tapılaraq burada dəfn edilmişdir. Hazırda İstanbuldakı məzarı üzərində möhtəşəm məscid vardır və yerləşdiyi əraziyə də onun adı verilmişdir.

İmam Qəzali - Əbu Həmid Muhəmməd b. Muhəmməd b. Əhməd (1058-1111) İranın Tus şəhərində anadan olmuşdur. Yaşadığı əsr siyasi baxımdan çalxantılı, lakin elmi və dini həyat baxımından İslam dünyasının və hətta o dövrkü dünyanın ən parlaq dövrünü təşkil edir. Bundan başqa, Qəzali yalnız öz dövrünün deyil, bütün İslam fikir tarixinin ən öndə gələn mütəfəkkirlərindəndir. Əhli-sünnət inancına etdiyi xidmətə görə ona «Hüccətul-İslam» ləqəbini vermişlər. Fiqh elmində şafii, kəlam elmində Əş'ariyyə məzhəbini mənimsəmiş olan Qəzali ömrünün sonlarını təsavvüfi bir həyat içində keçirmişdir.

Füzayl b. İyad - Böyük övliyalardandır. Adı Fuzayl bin İyad bin Məs'ud bin Bişr, n əcabəti Əbu Əlidir. 726 -ci ildə Xorasanın Əbiverd qəsəbəsində doğulmuşdur. 803-ci ildə Məkkəi-mükərrəmdə vəfat etmişdir. Qəbri-şərifi Məkkədə «Cənnətul-Mualla» qəbristanlığında, həzrət-i Xədicə anamızın məzarının yaxınlığındadır.

İbn Kəsir - İslam elmlərinin bir çoxunda məşhur və böyük söz sahibi olan alimlərdən biridir. İmaduddin Əbul-Fida İsmail İbn Ömər İbn Kəsir. Dəməşq ətrafındakı Busranıin Məcdəl kəndində 1301-ci ildə dünyaya gəlmişdir. Buna görə ona «əl-Busrəvi və əd-Dəməşqi» ləqəbi də vermişlər. Küçük yaşda atasını itirmişdir.

İlk təhsilini kəndində aldıqdan sonra Şama gəlmiş və təhsilini burada davam etdirmişdir. Müəllimləri arasında Bürhanuddin əl-Fəzari (ö. 1329), İbn Qazı Sihnə (ö. 1326), İshak əl-Amidinin (ö. 1325) adları çəkilir. Hədis sahəsində ustadi Əbu'l-Həccac əl-Mizzi dir(ö. 1341). Bu müəllimi ilə uzun müddət çalışmış və onun qızı ilə evlənmişdir. Təqiyyuddin İbn Teymiyyədən (ö. 1328) çox şeyler öyrənmiş və onu müdafiə etmiş, onun fitvaları ilə əməl edib fitva vermiş, buna görə də bir çox tənqidlərə mə’ruz qalmışdır. Bu arada Karafi, Dəbusi Urani və Hutəni kimi alimlərdən icazət almışdır.

Bir çox elmləri dərindən öyrənmiş və əsərlər yazmışdır. O, bir tarixçi, bir hədisçi, bir fəqih, bir təfsirçi alimdir. Yazdiği əsərlər hələ sağ ikən məşhurlaşmış və təqdir edilmişdir.

İbn Macə - «Kütubi-Sittə»dən hesab edilən «əs-Sünən» adlı əsərin müəllifidir. Hicri ÍÍÍ əsrin öndə gələn hədis hafizlərindəndir. Adı Əbu Abdullah Muhəmməd b. Yezid b. Macə əl-Qazvim, Mövla Rabiadir.

İbn Macə adı ilə məşhur olan müəllifin adının mənşəi ixtilaflıdır. Bir rəvayətə görə Macə babasının adıdır. Qəbul edilən ümumi görüşə görə «Macə» atasının adıdır. «Kəlmə», fars kökündəndir. Firuzabadi özünün «Qamus»unda «Macə»nin atasına aid bir ləqəb olduğunu yazır.

İbn Macənin adının oxunuşu hədisçilər arasında ixtilaflıdır. Bə’ziləri «İbn Macəh» şəklində oxumuşlar. Bə’zi hədisçilər də «İbn Macetə» şəklində oxumuşlar. Azərbaycan dilində isə bu hədisçinin adı İbn Macə kimi məşhur olmuşdur.

İbn Macə Qəzvin şəhərində H. 209 ilində dünyaya gəlmişdir. H. 273 ilində Ramazanın sonuna səkkiz gün qalmış, Bazar ertəsi günü vəfat etmişdir.

İmam-i Rəbbani - Hindistanda yetişən ən böyük vəli və alimdir. Ariflərin isığı, vəlilərin başçısı, İslamın qoruyucusu, müsəlmanların baş tacı, mücəddid, müctəhid və İslam alimlərinin gözbəbəyidir. İnsanların e’tiqad, ibadət və əxlaq məsələlərində doğru olanı öyrənmələrini, öyrəndikləri bu elmlər ilə əməl etmələrini tə’min edən, insanları Allahü təalanın rizasına qovuşdurmaq üçün rəhbərlik edən və ona «Silsiləi-Aliyyə» deyilən İslam alimlərinin iyirmi üçüncüsüdür. Adı Əhməd bin Əbdüləhəd bin Zeynalabidindir. Ləqəbi Bədrəddin, nəcabəti Əbü'l-Bərəkətdir. 1563-cü ildə Hindistanın Sərhənd (Sihrind) şəhərində doğulmuşdur. İmam-i Rəbbani adı ilə tanınmışdır. İmami-Rəbbani, «Rəbbani alim» deməkdir, ona elm və hikmət verilmiş, elmi ilə əməl edən, elm və əmel baxımından eksiksiz və kamil, yetkin alim mə’nalarını daşıyır. Hicri ikinci minilliyin mücəddidi (yenilikçisi) olmasına görə «Mücəddidi-əlfi-sani», əhkami-İslamiyyə ilə təsəvvüfü birləşdirməsinə görə «Sila» adı verilmişdir. Həzrəti-Ömərin nəslindən olduğu üçün «Faruqi» ləqəbi ilə anılmış, Sərhənd şəhərindən olduğu üçün də «Sərhəndi» təxəllüsü verilmişdir. Bütün bu vəsfləri ilə birlikdə adı İmami-Rəbbani Mücəddidi-əlfi-Sani Şeyx Əhmədi- Faruqi Sərhəndidir.

Kən’an Əvrən - Keçən əsrin 80-c illərinin sonunda hökuməti devirmək, ölkədə hərbi diktatura qurmaq, siyasi iqtidarı ələ keçirmək məqsədilə həyata keçirilən hərbi çevrilişin rəhbəri, ordu generalı. Çevirilişdən sonra Türkiyənin VÍÍ Prezidenti olmuşdur. Hazırda təqaüddədir.

Malik bin Nəbi - Əlcəzairli İslam alimi (1903-1973) Tərəfdarları ilə brlikdə qurduqları «Əhlid-Dava - Qiyam» təşkilatının məqsədi Qur’ana qayıtmaqdır, lakin bu işdə siyasətçilərin yox, elm adamlarının arxasınca gedilməsini müdafiə edir və buna görə də iqtidarla üz-üzə gələcək siyasi partiyaların fəaliyyətini tənqid edir. 1981-ci ildə kütləvi həbslər başlayarkən başçılıq etdiyi təşkilat həbslərə məruz qalır. Hərəkat mə’murlar, tacirlər və tələbələr arasinda yayılmışdır. Əlcəzairdən başqa Misir, Tunis və Mərakeşdə təşkilati əlaqələri mövcuddur.

Mehmet Akif Ərsoy - Türkiyə Cümhuriyyətinin Dövlət Himni olan «İstiqlal Marşı»nın müəllifi kimi tanınan Mehmet Akif Ərsoy 1877-ci ildə İstanbulda anadan olmuşdur. Anası Əminə Şərifə xanım, atası Təmiz Tahir əfəndidir. İbtidai təhsilə «Əmir Buxari» məhəllə məktəbində başlamış, sonra Mülkiyyə məktəbinndə təhsilini davam etdirmişdir. Atasının vəfatı və evlərinin yanması kimi acı sarsıntılardan sonra Mülkiyyə məktəbindən çıxmağa məcbur olmuş, təhsilini baytarlıq məktəbində davam etdirmişdir. Məktəbi birinci dərəcə ilə bitirmişdir. Fransizca və farsça ögrənmiş, atasından ərəbcə dərsi almışdır.

Mehmet Akif xalqını və dinini sevən, insanlara qarşı mərhəmətli bir xarakterə sahib, şair təbiətinin həyəcənı ilə dalğalanan, ədəbi baxımdan qiymətli şeirlərin müəllifi olan məşhur türk sairidir. «İstiqlal Marşı»ının müəllifi olması baxımından da «Milli şair» adını almışdır.

Əsərlərinin umumi adı «Səfahat»dır və ilk əsəri yalnız bu adı daşıyır. «Süleymaniyyə Kürsüsündə», «Haqqın səsləri», «Fatih kürsüsündən», «Xatirələr», «Asim», «Kölgələr» adlı kitabları böyük tirajlarla nəşr edilmişdir. Bir neçə kitabı Azərbaycan dilinə də tərcümə edilərək nəşr edilmişdir. Şeirlərindən «İstiqlal marşı», «Bülbül», «Ordunun Duası», «Çanaqqala» kimilərinə mahnılar bəstələnmişdir.

Mövlanə (Cəlaləddin Rumi) - Aşiqlər sultanı, marifət nurunun aynası, könüllərdə əbədiyyətə qədər ölməzlik sirrinə varan böyük vəli, «Qur’anın bəndəsiyəm» deyən həqiqət köləsi, «Biz əzəl və əbədliyik» deyib zaman qabığını çatladan kamil insan, «Kainatin seyri eşq sərxoşluğu ilə Allahı axtarmaq səfərbərliyidir», deyib hər zərrənin Ona aid olduğunu deyən arif, hər kəsi heç bir fərq qoymadan dərgahına də’vət edən böyük mürşid Həzrəti-Mövlanə, 30 Sentyabr 1203-cü ildə Xorasan vilayətinin Bəlx şəhərində dünyaya gəlmişdir. Atası Sultanul-üləma kimi tanınan Bəhaəddin Vələd, anası Xarəzmşah şahzadə xanımlarından olan Mö’minə Xatundur.

Həzrəti-Mövlanə 17 dekabr 1273-cü ildə, Bazar günü Allaha qovuşmuşdur.

Şahi Qeylani - Seyid Əbdülqadiri-Qeylani, «Qəvsul-Ə’zam», «Qövs» kimi məcazi adlarla məşhur bir şəxsiyyətdir. H. 470-561-ci illərdə yaşamış, Qadiri təriqətinin qurucusudur. Müridlərindən bir çoxu sonralar vəli mərtəbəsinə yüksəlmişdir. Onun əsərlərinin və dərslərinin tə’siri ilə çoxlu sayda xristian və yəhudilər İslam dinini qəbul etmişlər. Əqtab-i Ərbaadan sayılan Şeyx Qeylani həzrətləri ruhani feyzə nail olanlardandır.

Nəqşibəndi - İslamın böyük şəxsiyyətlərindən olan Bahəddin Nəqşibəndinin əsil adı Bahəddin Nəqşibənd Muhamməd b. Muhamməd əl-Buxaridir. 318 tarixində Buxaradan 9 km. uzaqlıqda olan Qəsr-i Arifanda (keçmiş adı Qəsr-i Hinduvan) anadan olmuşdur. «Nəqşibənd» fars dilində «naxış salan», «nəqş edən» deməkdir.

Nəqşibəndi dünyaya gəldiyi zaman Xacəgan təriqətinin şeyxlərindən Məhəmməd Baba Şəmmasi (ö. 1339) müridləri ilə birlikdə onların kəndinə gəlmiş və hələ çox kiçik yaşlarında olan Nəqşibəndini mə’nəvi övladlığa götürmüşdür. Baba Şəmmasi müridlərindən Əmir Külalənin «Bu ərin tərbiyəsi sənə aiddir»,-deyərək Nəqşibəndini ona əmanət etdiyi rəvayət edilir.

Baba Şəmmasi vəfat etdikdən sonra Səmərqəndə getmiş, oradakı dərvislərin sohbətində iştirak etmiş, qısa zamanda onların hörmətini qazanmış və təkrar vətəni Qəsri-Arifana geri qayıtmışdır.

Bahəddin Nəqşibənd iki dəfə Hicaza getmişdir. Gediş və gəlişləri zaman müxtəlif böyük şəxsiyyətləri və yerləri ziyarət etmişdir. Vətəni olan Qəsri-Arifanda bir məscid tikdirmiş və inşaatında şəxsən fəhlə kimi işləmişdir.

Nəqşibənd hənəfi məzhəbinə mənsub idi. Hər fürsətdə sohbət edər, və'z və nəsihət edər və «Təriqətimiz sohbət üzərində qurulmuşdur»,-deyərək, müridlərini də buna təşviq edərdi. Eyni zamanda o, çox təvazökar idi, qonaqlara çox hörmət və ehtiram göstərərdi. Heyvanlara sevgi bəsləyər, haramdan çox qorxardı. Ölümündən bir gün əvvəl müridlərinə, xəlifələrindən Muhəmməd Parsaya (ö. 1516) tabe olmalarını vasiyyət etmiş və 2 mart 1389-cu ildə, Bazar ertəsi günü, doğulduğu yer olan Qəsr-i Arifanda, yetmiş üç yasinda Haqqın rəhmətinə qovuşmuşdur.

(Nəqşibəndi təriqəti haqqında geniş mə’lumat üçün bax: «Nəqşibəndi təriqəti».)

Nəcib Fazil Qısakürək (26 may 1905 - 25 May 1983) - Müasir türk mütəfəkkiri, şair və yazıçısı . Maraşlı bir nəsildən gələn Nəcib Fazilin uşaqlığı məhkəmə rəisi vəzifəsindən təqaüdə çıxmış atasına məxsus İstanbulun Çəmbərlidaş məhəlləsindəki evində keçmişdir. İbtidai və orta təhsilini Amerikan və Fransiz kollecləri ilə «Bəhriyyə» məktəbində (Hərbi Dəniz Liseyi) almışdır. Liseydəki müəllimləri arasında dövrünün məşhur adamlarından olan Yəhya Kamal, Əhməd Həmdi (Aksəki), İbrahim Askı kimi söz ustadları var idi. İstanbul universitetinin ədəbiyyat fakültəsinin fəlsəfə bölümünü bitirdikdən (1924) sonra Fransaya göndərilmiş, Sorbonna universitetinin fəlsəfə fakültəsində təhsil almışdır (1924-25).

Türkiyəyə qayıdandan sonra «Hollandiya», «Osmanlı» və «İş» banklarında müfəttiş və mühasibat şö’bəsinin müdiri vəzifələrində işləmişdir. (1928-39). Sonra «Fransız okulu»nda, «Robert kolleci»ndə, İstanbul Gözəl Sənətlər Akademiyasında, Ankara Dövlət Konservatoriyasında, Ankara universitetinin dil və tarix-coğrafiya fakültəsində müəllimlik etmişdir (1939-43).

Şairliyə 17 yaşında ikən, anasının arzusu ilə başlamış, ilk şe’rlərini «Yeni Məcmuə»də dərc etdirmişdir (1922). «Yeni Məcmuə» və «Yeni həyat » jurnallarında dərc olunan şe’rləri ilə ictimaiyyətın diqqətini cəlb etmiş və ona böyük maraq oyanmışdır.

Parisdən qayıtdıqdan sonra nəşr etdirdiyi «Höçrümçək toru» (1925) və «Səkilər» (1928) adlı şe’r kitabları onu çox gənc yaşda dünyaya tanıdır. Hələ otuz yaşı tamam olmamış nəşr etdirdiyi «Mən və ötəsi» (1932) kitabı ilə isə bu şöhrəti daha da artır.

1975-ci ildə onun anadan olmasının 50 illiyi Türkiyə Böyük Millət Məclisində qeyd edilir. Nəcib Fazil 1980-ci ildə Mədəniyyət Nazirliyinin «Böyük Mükafat»ına, «İman və İslam atlası» adlı əsərinə görə fikir əsəri kimi «Milli Kültür Vəqfi mükafatı»na (1981), Türkiyə Yazıçılar Birliyinin «Ali Xidmət mükafatı»na (1982) layiq görülmüşdür. Türk Ədəbiyyatı Vəqfi tərəfindən 1980-ci ildə «Sultan-üs Şüara» (Şairlər Sultanı) Fəxri adını almışdır. Əsərlərinin bir qismi Azərbaycanda da nəşr edilmişdir.

Turabi - Dr. Həssan Əl-Turabi İslam Konfransı Təşkilatının sədridir.

Sibli - Əbu Bəkiri Sibli (r.a.) həzrətləri böyük övliyalardandır. Adı Cəfər bin Yunisdir, Künyəsi Ebu Bəkirdir. 861-ci ildə Səmarrada anadan olmuşdur. Bağdada gəlib buraya yerləşmişdir. Maliki məzhəbinin fiqh alimlərindən olub, İmami-Malik (r.a.) həzrətlərinin «Müvətta»sını əzbər bilirdi. Tam 400 müəllimdən dərs alır və minlərlə hədis öyrənir. Ancaq onlardan birini özünə həyat düsturu kimi götürür: «Dünya üçün dünyada qalacağın qədər, axirət üçün axirətdə qalacəyın qədər çalış. Allahu-Təalaya möhtac olduğun qədar ibadət et, cəhənnəmə nə qədər dözə biləcəksən, o qədər günah et».

Nədvi - Mövlanə Seyid Əbul Həsən Əli Nədvi 1914-cü ildə anadan olmuş, 31 dekabr 1999-cu ildə vəfat etmişdir. İslam hüququ müdafiəçisi, alim, yazıçı, mütəfəkkirdır. Bir sıra beynəlxalq mükafatların lauretıdır.

Reportajda adı çəkilən bə’zi dini təriqət və cərəyanlar

Qərmətilik - 883-884-cü ildə Ərəb Şərqində və İranda meydana çgəlmişdir. İslam məzhəbləri arasında ən çox ixtilafa səbəb olan cərəyanlardandır. Şiə məzhəbi arasında bu cərəyanı təmsil edənlər bir zaman öz aralarında ixtilafa düşmüş və müxtəlif şö’bələrə parçalanmışlar. Bunlardan biri də İsmailiyyədir.

İsmailiyyə cərəyanının bir qolu olan və Əhli-Beyt sevgisindən sui-istifadə edərək qurduqlari gizli təşkilat sayəsində siyasi nüfuz qazanmağı qarşısına məqsəd qoymaqla əsil hədəfləri sünni əqidəsinə qarşı mübarizə aparmaq olmuşdur.

«Qərmət» ya da «Qərməti» kəlməsinin mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri bu hərəkatın öz adını qurucusu olan Həmdan b. Karmatdan aldığını iddia edir. Lakin həmin şəxsin adının Həmdan b. Əşəs olduğundan bu mülahizənin doğru olmadığını sübut etməyə çalışanlar da vardır.

Kufə yaxınlığında özbaşına dərviş həyatı keçirən Həmdan xalqın yoxsul həyat sürməsi və Abbasilərin hakimiyyəti zamanı əhalinin zülmə mə’ruz qalmasından istifadə edərək bir növ ibtidai sosialist anlayışında olan «ortaq mülkiyyət» fikrini məqsəd kimi ortaya ataraq yeni bir təriqət qurmuşdur. Varlıların malını yoxsullar arasında paylamağı özünün ana qayəsi kimi qələmə verən bu təriqət az zamanda bütün İraqa yayıldı. Zahirdə dini, mahiyyətcə isə iqtisadi mahiyyət daşıyan bu təriqətin siyasi məqsədləri də var idi. Onlar İslam dinin gətirdiyi qayda və qanunların bir çoxunu gərəksiz hesab edir, ən çox da Məzdəkçilərin (Mazdaizmin) görüşlərinə daha çox üstünlük verirdilər.

Uzun illər Bəhreyndə, Suriyada, Yəməndə, İranda, Misirdə xilafətə qarşı mübarizə aparmış, 930-cu ildə Məkkəyə hücum etmiş, çoxlu qanlar axıdılmasına səbəb olmuşlar.

Batinilik - Həsən Sabbah adlı biri tərəfindən qurulan, Qur’ani-Kərimdəki ayələrin aşkar mə’nalarından başqa olan mə’naları cəhətidə dəlalətə (materializmə, küfrə) düşərək Allahın (cc) bə’zi sifətlərində yanlış anlayış sahibi olan bidətçi bir təriqətdir.

Camaati-İslamiyyə - Hindistanda meydana çıxmış İslami maarifçilik hərəkatı.

Ələvilik - Dördüncü xəlifə həz. Əlinin soyundan gələn, onu digər səhabələrdən və digər üç xəlifədən üstün tutan məzhəb. Ələvilik düsüncəsi istər açıq, istərsə də gizlicə həz. Əliyə uyub onun «Qur'andakı nas və Rəsulullahın (səs) vəsiyyəti ilə imamlığa tə’yin edildiyini irəli sürən, imamətin onun soyundan kənara çıxmayacağına inanan və onu digər səhabədən üstün görən zümrələrin başlatdığı fikir və siyasi mübarizələrlə ortaya çıxan hərəkatın ümumi adıdır. Bu fikir və hərəkata daxil olanlar həz. Əliyə (r.a.) uyduqları və onu digər səhabilərin önünə keçirdikləri üçün «Ələvi», buna tərəfdar olanlara da «tarafini saxlayan» mə’nasında «Şiə» demişlər.

İxvani-Müslimin - «İxvani-Müslimin» (Müsəlman qardaşlar) təşkilatı (Misir). Təşkilat «Cəmiyyətul-İxvani-Müslimin» adı ilə 1929-cu ildə Misirdə, Hasan əl-Bənna tərəfindən qurulmuşduur. Təşkilatın görüşü dini inanclara tam bağlıliğı qoruyub İslam ölkələrində ictimai və siyasi həyatda İslamın əmrlərini qə’bul etdirməklə fəaliyyət göstərməkdir.

Təşkilat 1952-ci ildə Misirdə Camal Əbdül Nasirin hakimiyyətə gəlməsi ilə fəaliyyəti qadağan edilmiş, başçıları və üzvləri başqa müsəlman ölkələrinə qaçmışlar. 1970-ci ilədək Suriyada da leqal fəaliyyət göstərən «Müsəlman qardaşlar» Hafiz Əsədin iqtidara gəlməsindən sonra qadağan edilmiş və təşkilatın liderləri həbs eilmişlər.

Təşkilat üzvləri Səudiyyə Ərəbistanı, İordaniya və İraqdan maddi yardım alaraq İordaniya və Livandakı tə’lim mərkəzlərində hazırlanırdılar.

Mehdi cərəyanı - «Mehdi» yol göstərən, hidayətə çatan, doğru yolu tapan, Allah tərəfindən rəhbərlik edilən adam deməkdir. Qiyamətə yaxın dçvrdə zülm və ədalətsizliyin hər tərəfi bürüdüyü bir zamanda gəlib yer üzünü ədalətlə dolduracağı və İslamı bərqərar edəcəyi iddia edilən Əhli-Beytdən biridir.

«Mehdi», kəlmə olaraq ərəbcə «Hədə» kökündən ismi məf'ul olub «hidayətə çatmış», «hidayət tapmış adam» mə’nasını verir. Mehdinin axır zamanda çıxacağına və insanlari xeyir və ədalətə yönəldəcəyinə dair xəbərlər mövcuddur. Həz. Peyğəmbərimizdən (səs) rəvayət edilən, İbn Macədə mövcud olan hədislərə görə Mehdinin Əhli-Beytdən olacağı bildirilir.

Nəqşibəndi - Nəqşibəndi təriqəti, Bahəddin Nəqşibənddən sonra, Ələddin Əttar, Zahid Bədaxşi və Məhəmməd Parsa tərəfindən, xüsusən də İmam Rəbbani (ö. 1625) zamanında Hindistan və ətrafında geniş yayılmağa başladı. İmam Rəbbaninin oğlu Məhəmməd Mə’sum (ö. 1687) da ciddi bir tə’lim alaraq atasının təsəvvüf yolunu davam etdirdi. Təriqət oğlu Şeyx Seyfəddin (ö. 1689) və xəlifəsi Seyyid Nur Məhəmməd Bədvani (ö. 1723) ilə nəqli, təsəvvüfi və fərzi-kifayə elmi baxımından bir mədrəsə və hər kəsə açıq bir müəssisə şəklinə düşdü. Bu təriqət Fatih Sultan Mehmet zamanında Molla İlahi Simavi (ö. 1490) vasitəsi ilə İstanbulda yayıldı. Qulam Əli Dəhləvi və Əbu Səid Mücəddidi ilə Hindistanda geniş yayıldı. XVÍÍÍ əsrdə Mövlanə Ziyaəddin Bağdadi ilə Osmanlı dövlətində va Azərbaycanda, həmçinin Dağıstanda və Şimali Qafqazda genişləndi və möhkəmləndi.

Sonrakı illərdə Nəqşibəndiyə təriqətinin Mövlanə Xalid Bağdadi (ö. 1826) tərəfindən qurulan Xalidiyyə qolu Anadolunun müxtəlif yerlərində, Suriya və İraq bölgələrində geniş yayıldı. Bu təriqət silsiləsi həz. Əbubəkirdən (r.a) Əbu Yezid Bistamiyə qədər «Siddiqiyyə», Bistamidən Əbdulxaliq Gucdüvaniyə qədər «Tayfuriyyə», Gucdüvanidən Məhəmməd Bahəddin Nəqşibəndə qədər «Xacəqaniyyə», Bahəddin Nəqşibənddən Ubeydullah Əhrara qədər «Nəqşibəndiyyə», Ubeydullah Əhrardan İmam Rəbbaniyə qədər «Nəqşibəndiyyə-i Əhrariyyə», İmam Rəabbanidən Şəmsəddin Məzhərə qədər «Nəqşibəndiyyə-i Mücəddidiyyə», Şəmsəddin Məzhərdən Mövlanə Xalidə qədər «Nəqşibəndiyyə-i Mazhariyyə», Mövlana Xaliddən sonra «Nəqşibəndiyyə-i Xalidiyyə» olaraq yayılmışdır.

Əbdulxaliq Gücduvaninin (ö. 617/1220) təsbit etdiyi su on bir prinsip Nəqşibəndiyyə tərikatinin əsasını təşkil edir.

Reportajda işlədilən bə’zi ixtisarlar

(səs) - Peyğəmbərimiz (səs) haqqında danışarkən gətirilən «Səllallahu əleyhi vəssəlləm» (Allahın salam və salatı Onun üzərinə olsun) salavatının yazıda ixtisar edilmiş şəklidir. Bundan başqa da salavatlar vardır və onların da hər birinin özünəməxsus ixtisar şəkli vardır. Məsələn, «Əleyhissalatı vəssəlləm» yazıda (ƏVS) şəklində yazılır. Yalnız həz. Məhəmmədə aid olan bu salavat Onun şərəfli adı çəkilərkən bu dua ilə yad edilməsi ədəbdəndir.

(əs) - Peyğəmbərimizdən (səs) başqa qalan bütün peyğəmbərlər haqqında danışarkən gətirilən «Əleyhissalam» (Allahın salamı Onun üzərinə olsun) salavatının yazıda ixtisar edilmiş şəklidir. Peyğəmbərlərin adları çəkilərkən bu dua ilə yad edilməsi ədəbdəndir.

(r.a.) - Ərəb dilində «Razıallahu-anh» duasının yazıda ixtisar şəklidir, mə’nası «Allah ondan razı olsun» deməkdir. Cəm və cins kateqoriyalarına görə dəyişir. Vəfat etmiş İslam böyüklərindən bəhs edərkən onları bu dua ilə yad etmək ədəbdəndir.

 
Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri