Daha ətraflı...

Mübarək zaman dilimi - üç aylar

Üç ayların özünəməхsus dadı, şivəsi оnları ilin digər aylarından ayırır... Hər ayın gözəlliyini və nəfisliyini zahiri duyğularımızla hiss еtdiyimiz halda bu mübarək zaman dilimini qəlbimizlə, batini duyğularımızla hiss еdib yaşayırıq...
Qalereya
Tərcüməçidən Çapdan çıxart E-mailə yolla
Reytinq: / 4
PisYaxşı 
Yazarı Nazim Əkbərov   
30.06.2007

Türk ədəbiyyatını nəşr edərkən ”tərcümə“ yox, ”çevirmə“ deyirlər. Bu, iki ayrı adı daşıyan eyni bir millətin dolayısı yolla eyniliyinin təsdiqi kimi xoş məram daşısa da, üzərində işlədiyimiz bu kitabı ”çevirmə“ yox, məhz ”tərcümə“ kimi təqdim etmək qərarına gəldik. Əvvəla, ona görə ki, bizcə ”çevirmə“ sözü lüğəti mənası ilə tərslik, əkslik ifadə edir. İkincisi və ən əsası isə, ”tərcümə“ sözü ilə biz həqiqətən də müəllifin duyğu və düşüncələrinə, hiss və həyəcanlarına, haqqında bəhs etdiyi məsələləri şərh etməsinin altında yatan sevgi və sayqıya, məsuliyyət və humanizmə tərcüman olmaq istədik.

Bunu bacardıqmı, yoxsa yox, bunu bilmirik, amma çox istərdik ki, Azərbaycan oxucusu heç olmazsa, bu kiçik həcmli kitab vasitəsi ilə Allah (cc) qarşısında, Onun ”Həbibim“ deyə xitab etdiyi Peyğəmbərimiz (səs) qarşısında həya abidəsi kimi ucalan M. Fəthullah Gülən kimi bir mütəfəkkirlə, sözün həqiqi mənasında İNSANLA üz-üzə, könül-könülə baş-başa qala bilsin, onunla birlikdə həqiqət dünyasını gəzib seyr etsin və düşünsün.

M. Fəthullah Gülən Türkiyədə və onun sərhədlərindən çox-çox uzaqlarda yaxşı tanınsa da, əsərləri dəfələrlə və böyük tirajlarla ingilis, fransız, alman, rus, ərəb dillərində çap edilsə də, təəssüf ki, Azərbaycan oxucusu onu hələ layiqincə tanımır, yaxud tanıyanların sayı kifayət qədər deyildir. Bunda qəribəlik də yoxdur, çünki o, əslində müasirlərindən bəlkə bir əsr, bəlkə daha çox irəlidə olan bir fikir və könül adamıdır. Elə təqdim edilən kitabın tərcüməsinin məqsədi də bu boşluğu doldurmaqdan, həm müəllifi, həm də onun toxunduğu, dərinliklərinə daldığı mövzular barəsində Azərbaycan oxucusunun təfəkkür üfüqündə yeni səhifə açmaqdır. Bu səhifə İslamdır - dini ilə, elmi ilə, məntiqi ilə, mədəniyyəti ilə... insana lazım olan hər şeyi ilə.

Oxucu etiraz bayrağını açmağa, ”Bunları bilirik, bunda yeni nə var ki?“ deməyə tələsməsin. Hansısa filosofun bu sözlərini xatırlayıram: ”Nə qədər ki, oxumamışdım, elə bilirdim, hər şeyi bilirəm. Elə ki, oxumağa başladım, anladım ki, heç nə bilmirəm.“

Biz ateist-sovet cəmiyyətinin yetirmələri və bizdən törəyənlər İslamı əsl mahiyyəti ilə tanımırıq, bilmirik və bu bilgisizliyimi də bu kitabın müəllifinin ifadəsi ilə bilik zənn edirik.

Sovet-ateist dünyagörüşü qətiyyən orijinal deyildi və təbliğ etdiklərini özündən əvvəlki əsrlərdən almışdı. Almışdı və daha da qətiyyətlə davam etdirirdi. Allahı, dini inkar onun əsas fəlsəfəsi idi və buna o qədər aludə olmuş, dinə qarşı o qədər nifrət və kin toplamışdı ki, sağlam düşünə bilmirdi, genetikanı, hətta kibernetikanı belə qadağan etməkdən çəkinmir və utanmırdı. Allaha arxa çevirən insan öz nifrətinə və kininə elə əsir olmuşdu ki, hətta öz əcdadının meymun olmasını iddia və təsdiq etməkdən utanmamış, həya etməmişdir.

Bu məsələlərə münasibətdə Azərbaycan ilə Türkiyə çox fərqli deyildir. Biz də Qərbə aludəçiliyimiz və təqlidçiliyimizlə eyni yolu təqib etmiş, hətta bəzi məsələlərdə daha öndə qaçmışıq.

M. Fəthullah Gülənin bütün əsərlərində insanlığı bu yanlışlıqdan uzaqlaşdırmağa, insana kim olduğunu, nə olduğunu, haradan gəlib haraya getdiyini, vəzifə və məsuliyyətlərini tanıtmağa çalışır. Maraqlı olan budur ki, o, əsərlərində heç vaxt özünü gözə soxmur, kimsəyə ”gəl, məndən öyrən“ demir. O, həqiqəti bir süfrə kimi gözlərimiz önünə sərir və nəticə çıxarmağı oxucusunun öz öhdəsinə buraxır.

”Ölümün arxasındakı həyat“ əsəri adındakı mənaya aid məsələlərə həsr edilmişdir. Bu barədə xüsusilə Qərbdə, Rusiyada çox sayda ciddi əsərlər yazılmış və çap edilmişdir, lakin onların heç biri Ə. Şahinin təqdim olunan bu kiçik həcmli əsəri ilə müqayisə oluna bilməz. Ən azı ona görə ki, müəllif bu əsərində oxucusuna İlahi həqiqətlərin dili və məntiqi ilə müraciət edir və kitabı oxuyub başa çatdıran hər kəsin qəlbinə su səpilmiş kimi bir rahatlıq verir, insanlığını dərk edən qəlblərdə məsuliyyət həyəcanı oyadır.

Kitabın hamımızın dünyamız və axirətimiz üçün faydalı olacağına ümidlərimizlə:

Nazim Əkbərov

 

Axırıncı təzələmə ( 30.06.2007 )
 
Sonrakı >