Ön Söz Əvəzinə Minacat Çapdan çıxart E-mailə yolla
Reytinq: / 4
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
30.06.2007

ImageEy Ucalardan Uca!

Yolumuz üzərinə açıb sərdiyin, sonra da bizi tamaşasına dəvət etdiyin məşhərlərini ən mükəmməl şəkillər halında bürüb-bükdüyün ən bədii, ən çarpıcı sənət əsərlərini və Sənə aid gizli gözəlliklərin təcəlliləri olaraq min bir rəng mozaikası halına salıb və yenə Sənin bir sənət məcmuən olan təbiətin sinəsinə yerləşdirdiyin o gözləri qamaşdıran, başları gicəlləndirən rəsmlərinin ən parlağı, ən yaraşıqlısı və bir-birləri ilə fövqəladə mütənasib olan əşya və hadisələri seyr edib qələminin səsində və o qələmlə yazıb meydana çıxardığın Kitabının ahəngində Səni görüb, Səni duyub ruhumuzla qanad açarkən, gözlərimiz Gözəl İsimlərinin işığı altında açılan pəncərəciklərdən görünən bütün nizam və ahənglərin, müşahidə edilən ümumi rəng və surətlərin, hər tərəfdən eşidilən səslərin və nəğmələrin və bu səslərdən əmələ gələn xor və simfoniyaların mənbəyinə sataşdı. Hər şeyin qaynağı olan o uca aləmlərin əsrarı1 ilə könüllərimiz bihuş oldu...

Qəlb və iman gözünə açılan o ayrı-ayrı pəncərələrdən o biri aləmləri seyrə dalıb könüllərimizdəki cənnət qoxusu verən toxumunun bir ağac halındakı əsl mahiyyətini müşahidə etməyə cürət etdik. Və o biri aləmlərə, o aləmlərin də o biri aləmlərinə uzanıb gedən çox uzun, çox çətin, lakin çox zövqlü bir səyahətə yelkən açdıq. Bunu edərkən də bəyanını ruhumuza rəhbər edib isim və sifətlərinin parlaq ziyaları altında və yenə sonsuzluğa yol alıb gedən nurlu həqiqətlərlə qanadlanıb yollara çıxdıq.

Kəlamında izah edilib təsvir edilən, ən incə təffərrüatına kimi xəritəsi çəkilən, nəhayət, bir Müqəddəsin meracı ilə bütün qapıları açılaraq bir mərifət ərinin könlündəki ərş mələkləri ilə o aləmlərə yüksəlmə imkanı doğan o ulu səyahətdə həddimizi aşıb əsrarlı qapılarının döyəcinə toxunduqsa, bunu ədəb-ərkan bilməyən xam ryhlarımızın səriştəsizliyi hesab edib bizi bağışlamanızı diləyir, əfvinizə sığınırıq.

Ey bizləri var edən və var olmağın sonsuz zövqünü könüllərimizə duyuran Gözəllər Gözəli Uca Yaradan! Bu nəhəng kainatı kitab kimi qarşımızda açan Sən, onun əsrarını vicdanlarımızda duyuran Sən və vicdanlarımızı İlahi əsrarının dalğa-dalğa gəldiyi iqlimə sahil edən yenə Sənsən! Sən bizləri var etməsəydin, bizlər var olmazdıq! Bu möhtəşəm kainatları bir kitab kimi qarşımıza açıb uca ziyafəti və onları tərif edənlərinlə izah edib bizlərə şərh etməsəydin, Səni bilməyən, könlünə açıla bilməyən cahillər güruhu olaraq məhv olub gedəcəkdik. Lütf edib qamətinə görə özünü bizə tanıtmasaydın, əhatəmizdəki başqa dünyalar ilə vicdanlarımız arasında əlaqələri təmin edib Zat’üş-Üluhiyyətin adına bildiyimiz və biləcəyimiz şeyləri tutub saxlayacaq, şəkilləndirib istiqamət verəcək, elmi elm, mərifəti mərifət edən bir ilk təsdiqedicini ruhumuza yerləşdirməsəydin, bunları və Səni haradan biləcəkdik, yoluna heyranlıq duyacaqdıq?!..

Bizlər Sənin qapının boynu zincirli qulları, vicdanlarımıza əks etdirib duran almazlar da Sənin varlığının ziyasıdır. Nəyimiz varsa, Sənin varlığın, Sənin bəxşişindir. Bunu bir daha yenidən elan edir, qapının azad qəbul etməz qulları olduğumuzu etirafla əhdi-peymanımızı təzələmək istəyirik.

Ey zikri, fikri ruhlara əminlik verən könüllər Sultanı! Sənin öyrətdiyin və ruhlarımıza duyurduğun şeyləri, könülləri, könüllərimiz kimi məhv və dərbədər olanlara çatdırmaq üçün gah əşya və hadisələrin mahiyyətlərinə nüfuz etdik, gah da mənliyimizə dönüb olub keçənlərdən və bu ümumi gedişatdan Sənin varlığına baxan pəncərələri, Sənin hüzuruna yüksəldəcək yolları araşdırıb təsbit etməyə calışdıq.

Bunları edərkən xəta etdiksə, Sənə gələrkən və başqalarına yol göstərməyə çalışarkən etdik. Qüsur etdiksə, Sənin yolunda etdik. Xəta daima xəta, qüsur da daima qüsurdur. Bizlər qəlbiqırıq, ruhları ikibüklüm, boyunlarında zincir verəcəyin hökmü min can ilə, intizarla gözləyirik. Bunu deyərkən də bilirik ki, Sənin sonsuzluğa qədər gedib çatan rəhmətin həmişə qəzəbinin önündə olmuşdur. Sənin lütf etdiklərini dərk etmiş qapının qullarına qüsurun yaraşıb-yaraşmadağı şübhəsizdir, amma əfvinizin Sizə çox yaraşdığını söyləməyimizə, lütfən icazə verin!

Bəli, Sultanım!.. ”Sultana sultanlıq yaraşdığı kimi, gədaya da gədalıq yaraşır.”

 
< Qabaqkı   Sonrakı >

Dil seçin‎

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri