Qaçacaq nəyim var mənim? Çapdan çıxart E-mailə yolla
Reytinq: / 2
PisYaxşı 
Yazarı Fethullah Gülen   
11.01.2005

Gülən qonaqlarının yeməklərinə, masa üstündə bir əksik olub-olmamasına çox diqqətlə yanaşır. Yeməkdən sonra bir qayda olaraq çay verilir. Bə’zən də çay əvəzinə türk qəhvəsi olur. Gülən, 2-3 stəkan çayı xurma və bir neçə badam içi ilə içir.

Burada yeməklər kalori hesabına görə hazırlanır. Nahar yeməyində iki, şam yeməyində isə yalnız bir cür yemək yeyilir.

Amerikaya gəldim, müalicə başladı, 1-2 ay sonra Türkiyədə bildiyiniz saxta kasset firtınası qopdu. Burada qalmağa məcbur oldum. Dedim gedirəm, həkimlər icazə vermədilər. «Özünü böyük təhlükəyə atırsan»-dedilər. Bu barədə bir aləm həkim harayışları vardır. Sağlamlığımın necə olduğu da ortadadır. Nəyə görə qaçmalıyam, qaçacaq nəyim var mənim?.. Qəlb ki, natəmiz oldu, öz xəyalları ilə sizi bir yerə oturtdularsa, ... Ondan sonra nə edirsiniz, edin, bir şey tapıb yenə dediklərini deyəcəklər. Ağızlarını yummaq mümkün deyildir. Həm də yummaq bizim vəzifəmiz deyildir. Düşüncə və fikir azadlığı var. Əgər elə bir şeydə məhdudlaşdırma vardırsa, onə da təkcə bizə tətbiq edirlər, elə bu qədər də bizə bəs edir.

- ABŞ-da olmanız söz-söhbətə və Böyük Mərkəzi Asiya Layihəsi (BMAL), Şimali Afrika, «Yaşıl nəsil» nəzəriyyəsi ilə əlaqələndirilmələrə səbəb olur. «Nə üçün Almaniya və ya Fransa yox, Amerika?» sualı verildiyi kimi, sizi Səudiyyə Ərəbistanına və ya İrana «yapışdıranlar» da, «İndi ki əsil müsəlmandır, o zaman niyə oralarda qalmır, Amerikada yaşayır?»-deyirlər. Doğrudan da, nə üçün Amerika?

Qaçacaq nəyim var mənim?- Amerikaya gəlişimin bir tarixi başlanğıcı vardır. 1997-ci ildə ürək cərrahiyyəsi üçün gəlib 2-3 ay qalandan sonra geri qayıtmışdım. Hətta o zaman möhtərəm Prezident Süleyman Dəmirəl zamin olmuş, Klivlenddəki doktor Murad bəyə zəng etmişdi. Sağ olsun, məşğul oldu, yol göstərdi, əməliyyat aparılmasına razı olmam üçün israr etdi.

O zaman da «niyə Amerika», «niyə orada qalır?», «qaçdı..». kimi söz-söhbətlər gəzirdi.

Halbuki, buraya gələndə (ürəyimə görə) üstümə örtülən yorğanı belə qaldıra bilməyəcək dərəcədə halsız idim. Həkimlərin tövsiyə etdiyi dərmanları qəbul edirdim. İdman-sağlamlıq cığırı üstündə və açıq havada yeriməyə və gəzməyə davam edirdim, amma vəziyyətim ağır olaraq qalırdı.

Bu dəfəki gəlişim də yenə eyni xəstəliklə əlaqədar oldu. Mayo Klinikasında Krım türklərindən doktor Səid bəy var. Türkiyəyə gəlmişdi, nə halda olduğumu gördü, israrla buraya gəlməyimi tələb etdi. Əgər belə bir də’vət Almaniyadan olsaydı, Almaniyaya gedərdim. Amerikaya gəldim, müalicə başladı, 1-2 ay sonra Türkiyədə bildiyiniz saxta kasset firtınası qopdu. Burada qalmağa məcbur oldum.

Dedim gedirəm, həkimlər icazə vermədilər. «Özünü böyük təhlükəyə atırsan»-dedilər. Bu barədə bir aləm həkim arayışları vardır. Sağlamlığımın necə olduğu da ortadadır. Nəyə görə qaçmalıyam, qaçacaq nəyim var mənim?

- Altı ildir ABŞ-dasınız. Amerikalılar Sizi necə qəbul edirlər? Din adamımı, bir hərəkatın müəllifimi, sürgündə yaşayan bir insanmı?

- Buralarda tanınan, bilinən bir adam deyiləm. 1997-ci ildə buraya gəldiyim zaman xosgörü, dialoq və hər kəsi olduğu kimi qəbul etmək kimi problemlər barəsində vaxtı ilə Türkiyədə konsul, səfir kimi vəzifələrdə işləmiş adamlardan, alimlərdən və keşişlərdən görüşdüyüm insanlar oldu.

İkinci gəlişimdə isə nəzakət xatirinə qəbul etmək məcburiyyətində qaldığım bir neçə adamdan başqa heç kəslə görüsmədim. Amerikanın içində, lakin Amerikadan uzaq qaldım.

- Nə üçün görüsmürsünüz?

- Çünki «Yaşıl nəsil» kimi, Amerikanın gələcəklə əlaqədar siyasi layihələrinə bizi də calaq etmək üçün dedi-qodu edirdilər. Mənə yaraşmayan sözlər demələrinə yol vermək istəmədiyim üçün heç kəslə görüşmürdüm, universitetlərdən gələn konfrans təkliflərini də qəbul etmirdim.

Mənim yerim, daşı ilə torpağı ilə öz ölkəmdir, xalqımla bir yerdə olmaqdır. Son zamanlarda buradakı türklər bir sıra sahələrdə fəaliyyətlər göstərməyə, özlərini tanıtmağa başlamışlar. Beləliklə, bə’zi adamlar da bizi bə’zi kitablarımız vasitəsi ilə tanımış oldular. O işləri görən yoldaşlarımın xatirinə Allahın hidayət etdiyi, «Məhəmməd Allahın Peyğəmbəridir» deyən adamlar idi, hərəkatla maraqlanan intellektullardan və akademik səviyyədə olan bə’ziləri ilə görüşdüm.

- Dövlətdənmi?

- Xeyir, dovlət adamları ilə yox. Müxtəlif universitetlərdəki bə’zi elm adamları ilə görüşdüm. Bə’zi universitetlərə konfransa da çağıranlar oldu, ancaq heç birinə razılıq vermədim. Reportaj aparmaq üçün üç-beş yerdən suallar göndərdilər, onlara cavab verməmi xahiş etdilər, cavab verdim. «Verdik» demək daha münasib olar, çünki bə’zən məzmununu mən deyirəm, dostlarım yazıya köçürürlər.

Məsələn, keçən vaxtlarda da biri gəlmişdi. Fəzlürrəhman haqqında tədqiqat işi aparır. Hətta onunla müsəlmanlığı tanımışdır. Şah Vəliyullah haqqında yazdığı bir kitabını da mənə verdi. İndi də bizim hərəkatımız haqqında bir elmi-tədqiqat işi yazır, bu barədə fikrimi öyrənmək üçün gəlibmiş. Mən də bu təklifi bir vəzifə kimi qəbul etdim. Rədd etməyi ona qarşı hörmətsizlik hesab etdim. Gəldi bir saatadək oturdu, çay içib getdi. Belə hadisələr az da olsa hərdən bir olur. Ömrüm belə bir evin içərisində keçir. Burada iki-üç qardaşoğlanlarım vardır. Bir-ikisi məndən də əvvəl buralara gəlib, elmi dərəcə almaq üçün çalışırlar. Bunlardan başqa heç kəsin evinə getmədiyim üçün bu baxımdan da Amerikada məni çox tanıdıqlarını güman etmirəm.

- Əvvəllər FTB-dən iki nəfərin gəldiyini demişdiniz...

- Bir dəfə Malavidə belə bir hadisə olmuşdu. Kamal bəyin evində qalırdım, FTB-dən bir-iki nəfər gəldi. Malavi hadisəsində adı çəkilən həmin türkü tanıyıb-tanımadığımı soruşdular. Gördüm ki, məsələ təkcə o mövzu ilə əlaqədar bir amerikan şübhəsindən, bir polis təşkilatına aid narahatçılığından ibarət deyildir, onları daha çox İraqdakı probləmlər maraqlandırır. İraqda necə bir üsuli-idarə sistemi olsa yaxşı olar? Bu barədə amerikalılara nəsə bir şey deməli olsaydınız, nə deyərdiniz?

- Nə dediniz?

- Mən o məsələlər barəsində fikirlərimi bildiyiniz kimi ərz etdim. Hal-hazırdakı vəziyyətin Amerika üçün nüfuzunu itirmə olduğunu bildirdim. İmkan daxilində ən qısa zamanda orada demokratiyanı bərqərar edib qoşunları çıxarmağın doğru hərəkət olacağını, bunun insanlıq adına və öz mənafeləri baxımından lüzumlu və zəruri olduğuna inandığımı dedim. Fikirlərimi bildirdim: «Hətta orada elə bir demokratiya tə’sis edin ki, Türkiyə də daxil olmaqla o bölgədəkilərin heç bir demokratiyada gözləri qalmasın. Ən mükəmməl, ən inkişaf etmiş demokratiya olsun. Həm də bu adamlara ən son həddədək dinlərini yaşamaq imkanı verin ki, İranın həsrətini çəkməsinlər, beləliklə özləri necə vardırlarsa, elə də qalsınlar».

Elədir, onlarla belə bir görüşümüz olmuşdu.

- Amerika illəri sizə necə tə’sir etdi?

- Fiqh tə’biri ilə desək, mənim burada qalmağım iki şərdən yüngül olan birini seçmək kimi oldu. Bir yandan Türkiyə həsrəti, Türkiyədən və öz insanımızdan uzaq qalmaq, Türkiyəni yaxından duymamaq, yaxından hiss edə bilməmək vardı. Bir şairimizin «Gözlərimi yummuş, İstanbulu dinləyirəm»-dediyi kimi, gözlərimi yumub dinləyəcəyim bir Türkiyədən daima uzaqda olmaq və bir qürbət ölkədə qalmaq mənə çox ağır gəldi.

Digər tərəfdən də çox kiçik şeyləri böyüdərək hər gün yeni bir kamplo* ilə yəni hadisələrə səbəb olan adamların bir başqa zülmlə ri ilə üz-üzə qalmaq var idi. Hər gün bir fırtına əsdirir, hər gün bir zəlzələyə, bir selə səbəb olurdular.

Buraya gəldik, axırda da mə’lum hadisələr baş verdi. Artıq mənə çox ağır gəlsə də seçməyə məcbur idim: ya vətənimdən, öz insanlarımızdan uzaq yad bir dövlətdə qalacaq, ya da bir dövlət adamımızın dediyi kimi, kiçik şeyləri böyüdərək, hər gün yeni bir tələ quranlarla üz-üzə qalacaqdım.

Bir sıra nalayiq hərəkətlərini görsəm də, öz insanlarımızdan bə’zilərindən inciməmək üçün, məsləhətləşdiyim yoldaşlarımın da məsləhətlərinə qulaq asıb həsrət çəkməyə razı oldum.

- «Bir ayagi Amerikada, bir ayağı Səudiyyə Ərəbistanında» deyirlər.

- Səudiyyə Ərəbistanına ən son 1986-cı ildə həcc üçün getmişdim. İyirmi ildir getmədim. Əgər getsəydim, onda «Bir ayağı Səudiyyə Ərəbistanında» deyənlər, indi başqa söz deyəcək, «İki ayağının biri orada, biri burada» deyəcəkdilər. Bəlkə hələ ürəklərindən istintaqa çəkmək kimi bir başqa arzuları da olacaqdı. İrana gələndə, bura daha böyük problem olardı. İşin doğrusu, İranla əlaqəm heç olmadı. Mənşəyi Türkiyə olan maarif, mədəniyyət, xosgörü fəaliyyətləri barəsində bə’zi müştərək işlər görmək təklifinə də soyuq baxdılar.

Mənim və mənimlə bərabər bir neçə yoldaşımın oraya getməsinə razı olacaqlarını güman etmirəm. Belə bir fikrimiz də heç olmadı. İrana getsəydim, indi cürbəcür mülahizələr irəli sürəcəkdilər, bu dəfə də «Qərbin oradakı əli-ayağı, gözü-qulağı», deyəcəkdilər. Ürək ki natəmiz oldu, xəyalən sizi bir yerə oturtdularsa, nə iləsə bağladılarsa, ondan sonra siz nə edirsiniz edin, yenə eyni sözləri deyəcəklər. Ağızlarını yummaq kimi bir vəzifəmiz də yoxdur. Düsüncə və fikir azadlığı deyilən bir şey var. Əgər bu cür məhdudiyyət vardırsa, onu da yalnız bizə tətbiq edərlər və o da bizə yetər.

- 11 Sentyabr hadisəsi ilə ABŞ-ın qədəm basdığı dövrü siyasi mə’nada necə qiymətləndirirsiniz?

- 11 senytyabr və sonrakı dövrün hadisələrinə nə amerikalilar, nə də başqaları kimi baxmağa məcbur deyiləm. Göydələnlər dağıldı, başqa yerlərdə bambaşqa hadisələr baş verdi. Ola bilər ki, bu kimi hadisələri ABŞ-ın özünü necə aparacağını hesaba alan başqaları da planlaşdırmış, həyata keçirmişdir. Ola bilər ki, işin arxasında ən əvvəl bir hissəsi Əfganıstanda, daha sonra İraqda həyata keçirilmiş əməliyyatları planlaşdırmış olan adamlar vardır. Əgər bu qabaqcadan planlaşdırılmış işdisə, bu işin öhdəsindən çox yaxşı gəldilər, durnanı lap gözündən vurdular. Qorxunc, dünya miqyasında hadisələrə səbəb olacaq bir prosesi qızışdırdılar.

Həmin hadisə dünyanın bə’zi yerlərində bu günədək həll olunmamış bir sıra problemlərin üzə çıxmasına səbəb oldu. Problemi həll etmək istəkləri usulunca yerinə yetirilirmi, məsələyə üsuluna görə yanaşılırmı? Bu cür suallar hər zaman verilə bilər, bu da şübhəsizdir ki, hər an yeni-yeni problemlər əmələ gəlir.

Məsələ İraqın ərazi bütövlüyünün pozulması dərəcəsinə gəldi. Bunun qarşısını almaq mümkün idimi? Türkiyənin ağırlığını qoyması kafi idimi? Bölgədəki ölkələrin öz münasibətlərini büruzə vermələri nəyi dəyişəcəkdir? Yoxsa bu məsələ elə bu cür də davam etməlidir? Bular Yaxın Şərqi ciddi bir təhlükəyə atır. Növbə başqa ölkələrə də gəlir. Bu işi planlaşdıranların bəhanələri də başdan bəri həmin məsələ oldu.

Olan oldu, amma bu da faktdır ki, indi Amerika ciddi şəkildə çıxılmaz vəziyyətə düşmüşdür.

- Sizcə Amerika harada səhvə yol verdi?

- Çox yerlərdə səhv addımlar atıldı. Hələ təşəbbüs göstərməyə başladıqları zaman bizə yaxın, akademik səviyyədə bir neçə türk mütəxəssisinə müraciət etdik. Əgər «Kaş ki, bu addımı atmasaydınız» desək, İraqın topraq bütünlüyünün qorunması barəsində mülahazələrimizi yazsaq, onlara çatdıra bilərsinizmi?» deyə onlardan soruşduq. Cavab verdilər ki, indiki anda məsələləri bu şəkildə başa düşəcək hissiyata sahib deyildirlər. Qərarlıdırlar. Onlara verilən mə’lumatlara çox inanmış kimi bir hal keçirirlər.

Sonra gördük ki, MKİ heç də uğurlu hesabat təqdim etməmişdir. Deməli, işin təməlində bunun belə olmasını istəyən bə’zi adamlar vardır. Hər halda yanlış mə’lumatlandırmanı onlar verdilər. O boyda bir dövlət Vyetnamda olduğu kimi burada da macəraya girdi. Nə qədər «Müvəffəq oluruq, demokratiyanı həyata keçirəcəyik», desələr də indi İraqın qədərinə hakim ola bilmədiklərini özləri də e’tiraf edirlər. Hətta bundan sonra işin içindən necə çıxacaqlar, geriyə necə addım atacaqlar, bu barədə də aydın təsəvvürə malik deyillər. Nə etsinlər, bə’zi qrupları bir-birinin üstünə qaldırmaqla hakimiyyətlərini möhkəmləndirməkdə davam etsinlərmi, yoxsa geriyəmi çəkilsinlər, yaxud da daha yumuşaq müsəlmanları önə çıxarıb digərlərinin burnununu qırsalarmı? İndi həm e’tibarlarını qoruyub saxlamaq, həm də istədiklərini əldə etmək üzərində baş sındırırlar.

- Türkiyə məsələnin fərqinə varmalıdır. Əliniz çatsaydı, amerikalılara əməliyyatdan əvvəl nə deyəcəkdiniz?

- Amerika bu gün dünya siyasətində tarazlığın tə’min edilməsində mühüm mövqeyə malik olan bir dövlətdir. İndiyə qədər demokratiyası ilə tanınırdı, gərək e’tibarını burada ucuza satmayaydı. Ancaq həmin e’timad ucuza getdi. E’tibarı əldən verdilər.

Bundan sonra bə’zi şeyləri zor gücünə saxlaya bilsələr belə, indiki vəziyyətdə iki addım geri atmaları lazımdır. Zor gücündən istifadə edilən yerdə muhakimə mexanizmi tam işləməz.

Beyin firtınaları yaşanmalı, alternativ çarələr düsünülməli idi. İraqın sakitliyi, torpaq bütünlüyü pozulmamalı idi. Bölgədə tarazlıqlar alt-üst oldu. Belə getsə, bütün bölgə daha da qarışacaqdır.

Buradakı tarazlıq bölgədə müvazinət ünsürü olan Türkiyənin əleyhinə, başqalarınınsa xeyirinə pozuldu. İranlılar şiələri də öz tərəflərinə çəkərək önə çıxacaqlar. Əmirliklərdə də onlar kimi fikirləşən adamların sayı az deyildir.

 - Türkiyə bu müvazinətin onun əleyhinə dəyişdiyinin fərqinə vardımı?

- Tam olaraq fərqinə vardığı qənaətində deyiləm. Çünki Yəməndə Zeydilər vardır. Onlar həz. Əli tərəfdarlarıdırlar. Bütünlükdə Yaxın Şərqdə, ta Yəmənə, Afrikanın içlərinə uzanacaq şəkildə müvazinət alt-üst olar. Türkiyə bunun fərqinə varmalıdır.

- İraqın əhəmiyyəti nədən ibarətdir?

- Türkiyədən sonra İraq bir Everest zirvəsi kimidir. Oradan baxanda Asiya stepləri ayağının altındaymış kimi görünür. Bir göy qübbəsi kimidir. Hülaki xanın öz çadırını orada qurması boş-boşuna deyildi. Abbasilər də ikinci əsrdən başlamış xilafəti Yavuz Sultan Səlimə təhvil verəcəkləri ana qədər orada idilər. Zəngilər, Səlcuqlular, İlhanilər, Qaraxanlılar, Əyyubilər o bölgənin əhəmiyyətini dərk etmişdilər. Şərqi, Uzaq Şərqi nəzarət altında oradan saxlamaq olur. Bu gün də həm bölgəni, həm də Uzaq Şərqi nəzarət altında saxlamaq niyyətləri davam edir. Lakin hal-hazırkı nəticə istədikləri kimi deyildir. Səddamın o əşədd-i zülm* diktaturasına baxmayaraq, oradakı sünnülər belə bir şeyi istəmirdilər. Kaş ki, məsələ təkcə Səddamı devirməklə qurtaraydı! Kaş ki, xalqın içindəki sünnisi, şiəsi, kürdü və türkməni birləşdiriləydi və o birlik qorunaydı! O cür yumuşaq bir idarəetmə sistemi ilə ABŞ-ın e’tibarına xələl gəlməzdi, Yaxın Şərqdə demokratiyanın həqiqi havadarı kimi tanınar və hüsni-rəğbət qazanardı. Çoxşaxəli xətalar edildi. Artıq bölgə əhalisini bu işin xoş niyyətlə həyata keçirilməsinə inandırmaq çox çətindir.

- Kilsə məktəbi və «ekümənlik»* məsələlərinə baxışınız necədir?

- Məsələyə dövlət siyasətinin tərkib hissəsi kimi baxıldığından dilə gətiriləcək hər söz son nəticədə gətirib bə’zi yorumlara çıxara bilər. Kilsə onsuz da açıqdır. Patriarxla dəfələrlə görüşdüm. İlk görüsə gedərkən yuxarıdakı insanları da xəbərdar etdik. Əks tərəfin fikirlərini bildiyim üçün, «Bizim fikrimiz nə olmalıdır?»-deyə soruşduq da.

İndi xırdalıqlara girməyəcəyəm «Ekümənik» kilsə var olduğu gündən bəri onun başında olan adama verilən addır. Onlar da o adı və ünvanı adi qaydada istifadə edirlər. «Özbaşına hərəkət edir», «elə şeylər danışır ki», «Amerika səfirliyi də bu işdə ona yaxınlaşır». Məsələni bu şəkildə anlama və əleyhinə çıxmaq əvəzinə, əvvəlcə nəyə görə belə dediklərinə baxmaq lazımdır. Siz onlara «ekümən» deyilməsini qəbul etməyə bilərsiniz, amma onlar ta qədim zamanlardan bəri bunu öz aralarında işlədirlər.

Məsələn, Türkiyədə faktiki olaraq «xoca əfəndi», «vaiz əfəndi», «müfti əfəndi» adlanan bir vəzifə yoxdur. Lakin xalq vərdiş etdiyi üçün belə deməyə davam edir. Heç istəmirəm, amma, adamlar mənə də bu cür müraciət edirlər. Zənnimcə, məsələnin bu tərəfinə da baxılmalı idi.

- Patriarxın niyyəti nədir?

- Özündən eşitdiyimə görə tələbi bu olmuşdu: mən bir türk vətəndaşıyam. Mənə imkan versinlər, kilsə məktəbi açaq. Dünyanın müxtəlif yerlərinə göndərəcəyim adamları Türkiyənin özündə yetişdirib göndərək Bunları dövlət başçılarından birinə deyəndə «Çox ağıllı adamdır»,-dedi,-«başqa fikri ola bilər».

İndi ki, belə düşünürsünüz, o zaman siz də ağıla ağılla cavab verin. Türkiyədə türk mədəniyyəti ilə yetişmiş ortodoks keşişlərin dünyanın müxtəlif yerlərinə göndərilməsi Türkiyənin lehinə olar.

Fatih Sultan Mehmet dövründən e’tibarən başlamış və günümüzə qədər gəlib çatmış bir məsələni problemə çevirməmək üçün çarə təkcə bundan ibarətdirsə, kaş ki, məhz mənim ağzımdan çıxdığı üçün bunun əleyhinə çıxmasalar yaxşı olar. Mən xalqımızın on adamla da olsun parçalanıb ayrılmasına qətiyyən tərəfdər olmaram, buna yol vermərəm. Bunlar ayrı məsələdir, ancaq o işin Türkiyəyə xeyirini-zərərini hesablamaq lazımdır.

Hissi olaraq əleyhinə çıxmaq, məsələni düşmənçiliklə əlaqələndirmək sanballı, yetkin, mükəmməl bir keçmisi olan türk xalqına qətiyyən yaraşmır.

Əgər onlar da Türkiyədən Avropa Birliyinə şikayət etdilərsə, «ekümenik məsələsində sıxışdırın», dedilərsə, bu da onların adına yaraşmaz. Məncə məsələləri iqtidardakılarla oturub müzakirə etməlidirlər.

- «STV»-dəki «Fevral soyuğu» filminə baxırsınızmı?

- Baxmağa çalışıram. Yoldaşlarımın dediklərinə görə «Qurdlar vadisi» adlı film də varmış. Sənətkarlıq baxımından səviyyəli imiş. Ola bilər ki, bə’zi məntiqi boşluqlar da vardır, amma, «Fevral soyuğu»nda süjet xətti məncə gözəldir. Türkiyənin hal-hazırkı vəziyyətini, açıq-qapalı təşkilatlanmalarını düşündürür. Məncə bu cür filmlərə dövlət rəhbərlərinin də baxması lazımdır. İşin arxasında, pərdə arxasında nələr olduğunu daha yaxşı görmələrinə kömək etmiş olar.

- Serialın qəhrəmanı Tahir Mutlu obrazında özünüzü gördüyünüz anlar olurmu?

- O, böyük hadisələrlə əlbəyaxa olan bir adamdır. Onun kimi kiçik insanlara ondan düşən pay nələr olar, bəlkə onu taleyindəki oxşarlıqlara görə mənə bənzədənlər ola bilər.

Axırıncı təzələmə ( 29.06.2007 )
 
< Qabaqkı   Sonrakı >

Qürbətdəki müəllim M.Fəthullah Gülən

Fethullah Gülen Web Siteleri