Daha ətraflı...

"Gülən mədəniyyətin və ədalətin müdafiəçisidir"

Dünyanın ən böyük xəbər agentliklərindən olan "Royters" tanınmış düşüncə adamı Fəthullah Gülən, onun Türkiyədəki və dünyadakı fəaliyyəti haqqında çox geniş bir dosye yayınlamış, həmin sənəddə Güləni mədəniyyətin və ədalətin müdafiəçisi adlandırmışdır.
Ana səhifə arrow Gülənin həyatı‎ arrow Fəthullah Gülənin Heydər Əliyevə mektubu
Qalereya
Fəthullah Gülənin Heydər Əliyevə məktubu Çapdan çıxart E-mailə yolla
Reytinq: / 91
PisYaxşı 
Yazarı Fəthullah Gülən   
22.12.1997

Azərbaycan Respublikasinin Prezidenti Hörmətli Cənab Heydər Əliyevə

Qardaş Azərbaycanın çox dəyərli Prezidenti, çox möhtərəm cənab Heydər Əliyev!

Hamıya məlumdur ki, zati-dövlətləriniz üstün bir dövlət xadimi kimi bilik, təcrübə və qabiliyyətlərinizlə qardaş Azərbaycanın bu günü və gələcəyi naminə bir ümid çırağı olmaqla, eyni zamanda yaşadığımız bölgənin də gələcəyi üçün çox mühüm bir məna ifadə edirsiniz. Bu baxımdan Türkiyədən gəlib Azərbaycanda öz qardaşlıq vəzifələrini yerinə yetirən, xidmət edən ictimai qurumların nümayəndələrinə göstərdiyiniz diqqət və yardımlar da həqiqətən şükrana layiqdir.

Çox möhtərəm Prezident!

Türkiyəyə səfəriniz zamanı Siz Fateh Universitetinə təşrif gətirərkən şəkər, ürək və yüksək qan təzyiqi kimi ciddi xəstəliklər üzündən həkimlərin tövsiyəsi ilə hərəkət etməyə məcbur olduğum üçün zati-alilərinizlə görüşə bilməmişdim. Bununla belə cismən nə qədər uzaq məsafədə olsam da qəlbən özümü həmişə Sizin yanınızda hiss etmişəm. Qardaş Azərbaycan üçün mümkün və zəruri olan hər şeyi tamamilə yerinə yetirdiyimizi söyləyə bilmərəm. Lakin ürəklərimizin Sizinlə və azərbaycanlı qardaşlarımızla birlikdə döyünməsi zati-alilərinizə yaxşı məlumdur.

Bu duyğular içində hələ bundan sonra da uzun illər qardaş Azərbaycana xidmət göstərməyimiz arzusu ilə xahiş edirəm ki, zati-alilərinizə ən dərin hörmətlərimi, cansağlığı və səadət diləklərimi məndən qəbul edəsiniz.

Fəthullah Gülən
Türkiyə Qəzetçilər və Yazarlar Vakfının fəxri sədri
22.12.1997-ci il­

Axırıncı təzələmə ( 09.07.2007 )